Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə108/113
tarix25.06.2018
ölçüsü3,36 Mb.
#51422
1   ...   105   106   107   108   109   110   111   112   113

Bildirişlər


1. Heç vaxt Allahın mərhəmətindən ümidimizi üzməyək. (Allah hətta Zəkəriyya kimi qocaya sonsuz zövcədən övlad əta edir.)

2. Duada “Rəbb” sözü ilə müraciət və onun təkrarı istəkləri qəbula yaxınlaşdırır.

3. Dua zamanı Allahı bizim istəyimizə uyğun gələn sifəti ilə yada salaq.

4. Allahın varislərin ən xeyirlisi olmasına iman övlad məhəbbəti və Allahdan övlad istəyi kimi təbii meyllərlə zidd deyil.

5. Peyğəmbərlərin duası qəbuldur.

6. Övlad Allahın ətasıdır.

7. Allahın Öz övliyalarına xüsusi diqqəti var.

8. Allah hər şeyə qadirdir, O, sonsuz qadını ana edə bilər.

9. İnsan dua vasitəsi ilə sonsuzluğu aradan qaldıra bilər.

10. Kamil səadət o zaman əldə olunur ki, bütün ailə üzvləri xeyir işlərin yerinə yetirilməsində bir-birləri ilə həmfikir olsunlar.

11. İşlərə dəyər verən onların sürət və şadlıqla yerinə yetirilməsidir.

12. Ümid və qorxu hətta peyğəmbərlər üçün də dəyərli olan iki ünsürdür.

13. Allaha qorxu və ümid halında dua etmək lazımdır.

14. Allahın övliyaları yalnız Onun qarşısında baş əyirlər.

15. Kamilliklər davamlı olduqda dəyər sayılır.

16. Xeyir işə tələsmək, ümid və qorxu halında dua etmək duanın qəbuluna təsir göstərir.



● Ayə 91:


﴿وَالَّتِي أَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِيهَا مِن رُّوحِنَا وَجَعَلْنَاهَا وَابْنَهَا آيَةً لِّلْعَالَمِينَ﴾

Özünü pak saxlayan qadını (Məryəmi yad et). Biz ona Öz ruhumuzdan üfürdük. Onu oğlunu aləmlər üçün nişanə qərar verdik.”



Bildirişlər


1. Quran mətləblərinin bəyanında nümunələr və insani kamilliklər göstərmək zəruridir. Bu yönümdə qadınla kişi arasında fərq yoxdur.

2. İlahi lütflər qabiliyyət olan zaman nazil olur.

3. Paklıq qadının ən üstün kamilliklərindəndir.

4. İnsanda mövcud olan bir kamillik bir çox bərəkətlərlə müşayiət olunur.

5. Ananın paklığı onun övladlarını uca məqamlara yüksəldə bilər.

6. Qadının məqamı o qədər yüksələ bilər ki, Allah onu peyğəmbərlər tək mədh edər, aləmlər arasında Özü üçün nişanə qərar verər.



● Ayə 92:


﴿إِنَّ هَذِهِ أُمَّتُكُمْ أُمَّةً وَاحِدَةً وَأَنَا رَبُّكُمْ فَاعْبُدُونِ﴾

Həqiqətən, bu sizin ümmətinizdir, vahid ümmət! Mən sizin Rəbbinizəm, Mənə pərəstiş edin.”



● Ayə 93:


﴿وَتَقَطَّعُوا أَمْرَهُم بَيْنَهُمْ كُلٌّ إِلَيْنَا رَاجِعُونَ﴾

(Təfriqədən çəkinin; amma) onlar öz aralarında işi təfriqəyə aparıb çıxardılar. (Bilsinlər ki, nəhayət) hamı Bizə doğru qayıdar.”



Bildirişlər


1. Bütün ilahi dinlərin məqsədi birdir.

2. Tövhid və vəhdət ilahi dinlərin əsas işidir.

3. Rübubiyyət pərəstiş tələb edir.

4. İlahi dinlərlə və İslam dinində təfriqəni törədən insanların özləridir.

5. Təfriqəçilər Allahın hüzurunda cavab verməyə hazırlaşmalıdırlar.

● Ayə 94:


﴿فَمَن يَعْمَلْ مِنَ الصَّالِحَاتِ وَهُوَ مُؤْمِنٌ فَلَا كُفْرَانَ لِسَعْيِهِ وَإِنَّا لَهُ كَاتِبُونَ﴾

Saleh işlər görüb mömin olan kəsin səyi heç vaxt əvəzsiz qalmayacaq. Həqiqətən, Biz onun üçün qeydə alırıq.”



Nöqtələr


Mükafat və savab vədləri Quranda müxtəlif təbirlərlə qeyd olunmuşdur. Bir yerdə belə buyurulur: “Biz xeyir əməl sahiblərinin mükafatını zay etmərik.”1 Başqa bir yerdə belə buyurulur: “Xalqın səy və təlaşına görə təşəkkür olunar.2

Digər bir ayədə belə buyurulur: “Allah sizin mükafatınızdan zərrəcə azaltmaz.”3 Başqa bir ayədə isə oxuyuruq: “Bir zərrə yaxşı iş görsəniz, onun əvəzini alacaqsınız.”4


Bildirişlər


1. Vəhdəti qorumaq saleh əməllərdəndir.

2. İslamda meyarlar və dəyərlər kompleksi mövcuddur. İstənilən bir şəxsin istənilən bir zamanda gördüyü dəyərli iş mədh olunur.

3. Əgər bütün xeyirli işləri görmək gücündə deyilsinizsə, heç olmasa imkan çatan işləri yerinə yetirin.

4. İlahi məqsəd işə dəyər verir.

5. İlahi dünya görüşündə kimsənin müsbət səyləri cavabsız və nəticəsiz qalmır. (Biz də insanların yaxşılıqlarını nəzərdən qaçırmayaq.)

6. Əsas məsələ (istək həyata keçməsə də,) xeyir iş üçün çalışmaqdır.

7. İnsanın əməlləri qeydə alınır, hesab-kitab əsasında mükafat verilir.

● Ayə 95:


﴿وَحَرَامٌ عَلَى قَرْيَةٍ أَهْلَكْنَاهَا أَنَّهُمْ لَا يَرْجِعُونَ﴾

(Fəsad günahına görə) həlak etdiyimiz məmləkət əhlinin qayıdışı haramdır.”



● Ayə 96:


﴿حَتَّى إِذَا فُتِحَتْ يَأْجُوجُ وَمَأْجُوجُ وَهُم مِّن كُلِّ حَدَبٍ يَنسِلُونَ﴾

O vaxtadək ki, Yəcuc Məcuc üçün yol açılsın onlar hər yüksəklikdən çaparaq sürətlə ötüb keçsinlər.”



Nöqtələr


“Kafirlərin qayıdışı” dedikdə nəzərdə nə tutulur? İmam Sadiq (ə) buyurur: “Dünyada Allahın qəzəbi ilə həlak olanlar bir daha dünyaya qayıda bilməz. Təbii ölümlə dünyasını dəyişən kafirlərin isə qayıdışı (rəcəti) mümkündür.1 Demək, “qayıdış” dedikdə dünyaya qayıdış nəzərdə tutulmuşdur.

“Kəhf” surəsinin 93-98-ci ayələrində Yəcuc və Məcuc qövmlərindən danışılır. Onlar qonşu məntəqələrə hücum çəkərək fəsad törədir, abadlıqları xaraba qoyurdular. Nəhayət, Zül-Qərneynin tikdiyi səd onların qarşısını kəsdi.

Bu səddin dağılması və həmin qövmlərin yeni hücumları Qiyamətin və yer üzündə həyatın sona çatma nişanələrindəndir.

Hər halda bu ayələr təcavüzkarların yürüşünü, onların bütün məntəqələrə hücumunu öncədən xəbər verir.



Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə