Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə111/113
tarix25.06.2018
ölçüsü3,36 Mb.
#51422
1   ...   105   106   107   108   109   110   111   112   113

Bildirişlər


1. Hidayət və səadət üçün Quranın müjdə və bildirişləri yetər.

2. Ey Allahın bəndələri! Yer üzünə varis olmaq üçün saleh əməl və ləyaqət sorağınca gedin!

3. Allahın həqiqi bəndələri ilahi göstərişlərə hamıdan öncə əməl etməlidirlər.

● Ayə 107:


﴿وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِّلْعَالَمِينَ﴾

Biz səni yalnız aləmlərə rəhmət olaraq göndərdik.”



Bildirişlər


1. Saleh bəndələrin yer üzünə hakimliyi risalət sayəsində əldə olunmuş bir lütfdür. Dünya və axirətdə nəsibimiz olası Peyğəmbər (s) rəhməti ilahi rəhmətdən bir cilvədir.

2. İslam Peyğəmbərinə (s) nazil olmuş bütün ilahi göstərişlər, o cümlədən cihad, cəza, qisas hökmləri cəmiyyət üçün rəhmətdir.

3. Allah aləmlərin Rəbbi, Onun rəsulu isə aləmlər üçün rəhmətdir. Yəni gerçək tərbiyə peyğəmbərlərin hidayəti sayəsində mümkün olur.

4. Peyğəmbər (s) bütün əsrlərdə, bütün məkanlarda bütün insanlar üçün rəhmətdir. Başqa bir peyğəmbərə ehtiyac yoxdur.

5. Əziz İslam Peyğəmbəri (s) hətta Allaha yaxın mələklər üçün rəhmətdir. Hədisdə bildirilir ki, Cəbrail (ə) Peyğəmbərə (s) bildirdi: “Sənin rəhmətin bizə də şamil oldu.”1

6. İslamın göstərişləri bütün dünyaya aiddir.

7. Bir insan Allahın istəyi ilə bütün aləmə təsir göstərə bilər.

● Ayə 108:


﴿قُلْ إِنَّمَا يُوحَى إِلَيَّ أَنَّمَا إِلَهُكُمْ إِلَهٌ وَاحِدٌ فَهَلْ أَنتُم مُّسْلِمُونَ﴾

(Onlara) de ki, mənə vəhy olunan yalnız budur: «Sizin məbudunuz yalnız vahid Allahdır. Təslim olursunuzmu?!»”



Nöqtələr


İmam Rza (ə) Nişapurda minlərlə aşiq qarşısında xalqın istəyinə cavab olaraq silsilə qüdsi hədislər bəyan etdi: “Tövhid elə bir ilahi qaladır ki, bu qalada olan hər tərəfdən sığortalanmışdır;” “Həyatda olan imama tabeçilik bu tövhid üçün şərtdir.”1


Bildirişlər


1. Tövhidə dəvət ilahi rəhmətdən bir cilvədir.

● Ayə 109:


﴿فَإِن تَوَلَّوْا فَقُلْ آذَنتُكُمْ عَلَى سَوَاء وَإِنْ أَدْرِي أَقَرِيبٌ أَم بَعِيدٌ مَّا تُوعَدُونَ﴾

Əgər üz çevirsələr, de ki, «hamınıza eyni şəkildə elan etdim. Mən sizə verilən vədin yaxın ya uzaq olduğunu bilmirəm.»”



Nöqtələr


Sual: Ayə və rəvayətlərdən məlum olur ki, İslam Peyğəmbəri (s) geniş qeyb elminə malik idi. “Nüdbə” duasında oxuyuruq: “Pərvərdigara! Sən Öz Peyğəmbərinə (s) keçmişin və gələcəyin elmini öyrətdin.” Amma yuxarıdakı ayəyə oxşar digər ayələrdə belə bir elmin mövcud olmadığını bəyan edən ifadələrlə rastlaşırıq. Uyğun ayə və rəvayətlər arasında ziddiyyət var, yoxsa hansısa açıqlama verilir?

Cavab: Qeyb elmi iki hissədir. Onun bir hissəsi Allahın zatına aiddir. Kiminsə bu elmə yol tapması mümkünsüzdür. Qiyamətin nə vaxt bərpa olacağı da bu qəbil məlumatlardandır. Duada oxuyuruq: “Pərvərdigara! Səni yalnız Özünə aid etdiyin elmə and verirəm.” Qeyb elminin digər bir hissəsi Allah tərəfindən Onun istədiyi kəslərə, peyğəmbər və övliyalara əta olunur.2 Qurandakı bir çox məsələlər qeybi işlərlə bağlıdır.

Allah kafirlərə həm müharibələrdə məğlubiyyət, həm də Qiyamət əzabı vəd etmişdir.


Bildirişlər


1. Bəzi inadkar insanlar hətta aləmlərə rəhmət olan Peyğəmbərdən (s) belə üz çevirirlər.

2. İnsan məcbur yox, ixtiyar sahibidir. Bu səbəbdən də hətta peyğəmbərlərin dəvətinə arxa çevirə bilir.

3. Bütün bəşəriyyətin haqqı qəbul edəcəyini gözləmək olmaz. Peyğəmbərlər də belə bir məqsədə çata bilməmişlər.

4. Xalqın inadkarlığı və arxa çevirməsi müqabilində məsuliyyətimizdən əl çəkməyək.

5. Peyğəmbər göstərişləri bütün insanlara eyni şəkildə ünvanlanmışdır. Bu istiqamətdə cins, millət, dil fərqi əhəmiyyət kəsb etmir. Bəli, təbliğdə bütün insanlara bir gözlə baxaq.

6. Bilmədiyimiz vaxt aşkar şəkildə “bilmirəm” deyək.

7. Elmlər birbaşa Allahın müqəddəs zatına məxsusdur.

● Ayə 110:


﴿إِنَّهُ يَعْلَمُ الْجَهْرَ مِنَ الْقَوْلِ وَيَعْلَمُ مَا تَكْتُمُونَ﴾

Həqiqətən, O, həm aşkar sözləri bilir, həm gizlətdiklərinizi.”



● Ayə 111:


﴿وَإِنْ أَدْرِي لَعَلَّهُ فِتْنَةٌ لَّكُمْ وَمَتَاعٌ إِلَى حِينٍ﴾

Mən bilmirəm, ola bilsin ki, bu (əzabın təxiri), sizin üçün bir sınaqdır, (sadəcə) müəyyən müddətədək kam alırsınız.”



Nöqtələr


İlahi vəd təxirə düşərsə, bunun səbəbi Allahın qəflətdə olması deyil. O hər şeyi bilir, hər şeydən agahdır. Təxirin isə müxtəlif səbəbləri var. O cümlədən:

a) Günahkarın günah yükünü bacardıqca ağırlaşdırması üçün;1

b) Günahkarın tofiq taparaq tövbə etməsi üçün;

v) Günahkarın yaxşı əməllərinin əvəzinin axirətə saxlanmayıb, dünyada verilməsi üçün.


Bildirişlər


1. Allah üçün qeyblə hüzurun (aşkarın) fərqi yoxdur.

2. Allah gizli işlərdən xəbərdardırsa, fitnə və nifaq nə üçündür?!

3. Peyğəmbərlərin elmi Allahın elmindən məhduddur.

4. Allahın cəzası sınaq üçün təxirə salınır. Bəzən də günah yükünü ağırlaşdırmaq üçün möhlət verilir.

5. Dünya ləzzətləri müvəqqətidir.

● Ayə 112:


﴿قَالَ رَبِّ احْكُم بِالْحَقِّ وَرَبُّنَا الرَّحْمَنُ الْمُسْتَعَانُ عَلَى مَا تَصِفُونَ﴾

(Peyğəmbər) dedi: «Pərvərdigara! (Sən özün bizim aramızda) haqq üzərində hökm ver. (Ey kafirlər, bilin ki,) hamımızın Rəbbi Rəhman Allahdır. Aid etdiyiniz sifətlər qarşısında Ondan kömək istənilər.»”




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə