Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə110/113
tarix25.06.2018
ölçüsü3,36 Mb.
#51422
1   ...   105   106   107   108   109   110   111   112   113

Bildirişlər


1. Qiyamətdə behişt əhli əziyyət və əziyyətə düşənlərin naləsindən kənarda kam almağa məşğuldur.

2. İnsanın istəkləri yalnız behiştdə gerçək təmin olunur.

3. Behiştdə nə nemət məhdudiyyəti var, nə də zaman məhdudiyyəti.

● Ayə 103:


﴿لَا يَحْزُنُهُمُ الْفَزَعُ الْأَكْبَرُ وَتَتَلَقَّاهُمُ الْمَلَائِكَةُ هَذَا يَوْمُكُمُ الَّذِي كُنتُمْ تُوعَدُونَ﴾

(Həmin günə aid) ən böyük dəhşət onları qəmləndirməz. Mələklər onların görüşünə çıxar. (Deyərlər:) «Bu sizə vəd olunmuş gündür.»”



Nöqtələr


Rəvayətlərə əsasən, ayədə düzgün əqidəyə malik olmaqla yanaşı Allah və Onun rəsulu tərəfindən təyin olunmuş rəhbərlərin yolunu gedənlər nəzərdə tutulmuşdur.1

Bildirişlər


1. Şərin dəf olunmuş mənfəət əldə etməkdən uzaqdır. Bu səbəbdən də öncə qəm-qüssədən uzaqlıqdan, sonra xeyir əldə olunmasından danışılırlar.

2. Dünya acılıqları nə qədər böyük olsa da, axirət müsibətləri ilə müqayisədə heç bir şeydir.

3. Qiyamətdə mələklər insanlarla danışar.

4. Möminləri qarşılamaq və onlarla görüş mələklərə xas xüsusiyyətdir.

5. Bu gün dünyanın zalım qüvvələrin əlində olması bizi qəmləndirməsin. Möminlərin də dövrü gəlib çatacaq.

6. Allahın vədləri qətidir.



● Ayə 104:


﴿يَوْمَ نَطْوِي السَّمَاء كَطَيِّ السِّجِلِّ لِلْكُتُبِ كَمَا بَدَأْنَا أَوَّلَ خَلْقٍ نُّعِيدُهُ وَعْدًا عَلَيْنَا إِنَّا كُنَّا فَاعِلِينَ﴾

Bir gün səmanı yazı vərəqləri tək bükərik. Yaranışa başladığımız kimi, onu geri döndərərik. Bu, Bizim öhdəmizdə olan bir vəddir. Biz hökmən (vədimizi) yerinə yetirənik.”



Nöqtələr


“Sicill” dedikdə, üzərinə yazı yazılan daş nəzərdə tutulur. Zaman ötdükcə bu söz, üzərində qeyd aparılmış vərəqlərə aid edilmişdir.

Qiyamətin bərpasının ilkin yaranışa bənzədilməsi ilə Quranda dəfələrlə rastlaşmaq olar: “Başlanğıcda sizi yaratdığı kimi yenə sizi qaytarar.”2; O, yaranışa başlayıb sonra onu təkrar edən kəsdir. Bu, Onun üçün çox asandır.”3

Bu ayədəki səma sözü bütün səmalara aiddir.4

Həzrət Əli (ə) buyurur: “İnsan qiyamət səhnəsinə üryan gətirilər.” Sonra həzrət bu ayəni tilavət etmişdir.5


Bildirişlər


1. Varlıq aləmi əzəli və əbədi deyil. O bir gün halını dəyişəsidir.

2. Allah üçün səmaları bükmək bir vərəq bükmək qədər asandır.

3. Mövzunu anlamaq üçün təmsil ən üstün və yetərli yoldur.

4. Əgər kağızı bükmək ondakı yazıları məhv etmək sayılmırsa, səmaların bükülməsi də yaranışın məhvi sayılmamalıdır.

5. Səmadakı bütün dəyişikliklər Allahın istək və iradəsindən asılıdır.

6. Allah bükülü məxluqları ilkin yaranışda olduğu şəkildə xəlq edəsidir.

7. İlahi vədlər qətidir və həyata keçəsidir.

● Ayə 105:


﴿وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِن بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ﴾

Həqiqətən, zikrdən (Tövratdan) sonra Zəburda yazdıq ki, Mənim saleh bəndələrim hökmən yer üzünə varis olacaqlar.”



Nöqtələr


Ərəb dilində “Zəbur” dedikdə, istənilən bir yazı və ya kitab nəzərdə tutulur.1 Amma “Nisa” surəsinin 63-cü, “İsra” surəsinin 55-ci ayəsindən belə görünür ki, “Zəbur” dedikdə həzrət Davuda aid olan ilahi kitab nəzərdə tutulmuşdur. Bu kitab həzrət Davuda aid münacatlardan, dualardan, öyüd-nəsihətlərdən ibarətdir. Bu kitab Tövratdan sonra nazil olmuşdur.

Ayədə “Zikr” dedikdə Tövrat nəzərdə tutulur. Hazırkı surənin 48-ci ayəsi də bu ayəni təsdiqləyir.

Bəziləri bildirirlər ki, “Zəbur” dedikdə ayədə bütün səmavi kitablar, “Zikr” dedikdə Qurani-məcid nəzərdə tutulmuşdur. Əgər “min bədi” ifadəsi “əlavə olaraq” mənasında tərcümə olunsa, ayə belə anlaşılar: “Biz Qurandan əlavə bütün səmavi kitablarda yazdıq ki, yer üzünə Mənim saleh bəndələrim varis olacaq.”

İmam Sadiqdən (ə) “Zəbur” və “Zikr” sözləri haqqında soruşulduqda həzrət buyurdu: ”Zikr” Allahın yanındadır, “Zəbur” isə Davuda nazil olmuş kitabdır. Bütün kitablar elm əhlinə məxsusdur və bizik elm əhli.”2

Bu gün “əhdi qədim” adı ilə tanınan Zəburda deyilir: “Saleh insanlar yer üzünə varis olacaq.”3

Çoxsaylı rəvayətlərdə bildirilir ki, yer üzünə varis olacaq saleh bəndələr həzrət Mehdinin (ə) yardımçılarıdır.4

Bəzi rəvayətlərdə bildirilir ki, yer üzünün varisləri İslam Peyğəmbərinin (s) Əhli-beytidir (ə). Onlar ikinci dəfə həyata qaytarılasıdırlar.5

Bildirişlər


1. Saleh bəndələrin yer üzünə hakim və varis olması ilahi sünnədir.

2. Quranın öncə görmələri qətidir.

3. Quran gələcəkdən xəbər verir.

4. Gələcək salehlərindir.

5. Din siyasətdən ayrı deyil.

6. İbadət təklikdə bəs etmir, saleh əməl də lazımdır.

7. Yer üzünə varislik və hakimliyin iki şərti var: Allaha bəndəlik və saleh əməl.

● Ayə 106:


﴿إِنَّ فِي هَذَا لَبَلَاغًا لِّقَوْمٍ عَابِدِينَ﴾

Həqiqətən, bunda (öncə görmədə) ibadət edən qövm üçün aşkar bildirişlər var.”



Nöqtələr


Ötən ayədə oxuduq ki, yalnız Allaha xalis bəndəlik və saleh əməl şərti ilə yer üzünə hakim və varis olmaq mümkündür. Bu ayədə növbəti dəfə təkid olunur ki, bəndələr uyğun bildirişi nəzərdə saxlayıb, həm xalis bəndəlik, həm də saleh əməl üçün çalışmalıdırlar.

Həzrət Əli (ə) buyurur: “Allaha xatir, Allaha xatir! Quran göstərişlərini nəzərdə saxlayın. Məbada başqaları onun göstərişlərinə əməl etməkdə sizi qabaqlayalar!”



Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə