Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə109/113
tarix25.06.2018
ölçüsü3,36 Mb.
#51422
1   ...   105   106   107   108   109   110   111   112   113

Bildirişlər


1. Həlak olmuş qövmlərin qayıdış arzusu (rəcət) yalnız yer üzündə Yəcuc və Məcucun meydana çıxması ilə gerçəkləşəsidir.

2. Dünya tüğyan edənlər üçün meydan olacaq.

3. Fəsad əhli gələcəkdə də hökm sürəsidir.

● Ayə 97:


﴿وَاقْتَرَبَ الْوَعْدُ الْحَقُّ فَإِذَا هِيَ شَاخِصَةٌ أَبْصَارُ الَّذِينَ كَفَرُوا يَا وَيْلَنَا قَدْ كُنَّا فِي غَفْلَةٍ مِّنْ هَذَا بَلْ كُنَّا ظَالِمِينَ﴾

(Qiyamətin bərpası ilə bağlı) Haqq vəd yaxınlaşdı. Həmin vaxt kafirlərin gözü (dəhşətdən) bərələ qaldı. (Özləri özlərinə deyərlər:) «Vay olsun bizə! Doğrudan da, biz bu gündən xəbərsiz idik, bəli, biz zülmkar olmuşuq.”



Nöqtələr


“Şaxisə” sözü “şuxus” kökündən olub, “bir məkandan o birinə köç” mənasını bildirir. Təəccüb edən zaman gözlər elə bir hala düşür ki, sanki hədəqəsindən çıxacaq. Bu səbəbdən də gözün uyğun halı da “şuxus” adlanır.

Qiyamət uzaq görünsə də yaxındadır.2


Bildirişlər


1. Fitnəkarların hücumu yer üzündə həyatın başa çatdığını göstərir.

2. Qiyamətin bərpası labüddür.

3. Qiyamət və onun hadisələri qəfil meydana çıxasıdır.

4. Qiyamət heyrət günüdür.

5. Qiyamət vicdanların oyanış və təəssüf günüdür.

6. Qiyamətdən xəbərsizlik küfr və kafirlərin bariz nişanələrindəndir.

7. Bütün azğınlıqların və bədbəxtçiliklərin kökü qəflətdir.

8. Qiyamətdən qəflət insanın özünə və ətrafındakılara zülm üçün səbəbdir.

9. Qiyamət peşmançılıq və etiraf günüdür.

● Ayə 98:


﴿إِنَّكُمْ وَمَا تَعْبُدُونَ مِن دُونِ اللَّهِ حَصَبُ جَهَنَّمَ أَنتُمْ لَهَا وَارِدُونَ﴾

(Onlara deyilər:) «Həqiqətən, siz Allahdan qeyri pərəstiş etdikləriniz cəhənnəmə yanacaq olacaq, ona daxil olacaqsınız.»”



Nöqtələr


Sual: Ayədə bildirildi ki, bütpərəstlər və onların məbudları cəhənnəm yanacağı olacaq. Bəziləri həzrət İsanı məbud götürdülər. Bu qayda onlara da aiddirmi?

Cavab: Bu sayaq məbudlar istisna olunmuşdur. Əvvəla, Quran həmin məbudları “və ma təbudunə” təbiri ilə yad edir. “Ma” kəlməsi şüursuz mövcudlara münasibətdə işlədilir.1 İkincisi, ayədə Məkkə bütpərəstlərinə müraciət olunur. Onlar isə daş və ağac bütlərə sitayiş edirdilər. Üçüncüsü növbəti ayələrdə bildirilir ki, Allah tərəfindən yaxşı vəd almış kəslər (məsələn, həzrət İsa) cəhənnəmdən uzaqdır.

Bildirişlər


1. Allahdan qeyrisinə pərəstiş abid və məbudu cəhənnəmə sürükləyir.

2. Cəhənnəmin yanacağı kafirlər və onların uydurma məbudlarıdır.



● Ayə 99:


﴿لَوْ كَانَ هَؤُلَاء آلِهَةً مَّا وَرَدُوهَا وَكُلٌّ فِيهَا خَالِدُونَ﴾

Əgər bunlar (həqiqi) tanrı olsaydılar, (cəhənnəmə) daxil olmazdılar. Halbuki həmişəlik orada qalacaqlar.”



● Ayə 100:


﴿لَهُمْ فِيهَا زَفِيرٌ وَهُمْ فِيهَا لَا يَسْمَعُونَ﴾

Onlar cəhənnəmdə ah-nalə, fəryad içindədirlər orada (heç bir cavab) eşitməzlər.”



Nöqtələr


Adətən, ərəb dilində sədalar “fəil” vəznində bəyan olunur. Məsələn, zəfir, şəhiq, zəir, hərir. “Zəfir” dedikdə nəfəs verməklə müşayiət olunan səs nəzərdə tutulur.

“La yəsməunə” dedikdə cəhənnəm əhlinin heç bir səs eşitməməsi nəzərdə tutulmur. Söhbət cəhənnəm əhlinin fəryadına heç bir cavab verilməməsindən gedir. Quranda cəhənnəm əhlinin səs eşitməsini təsdiqləyən ayələr var. Onlar əzab məmurundan möhlət istəyər və ya Allahdan qurtuluş diləyərlər. Cəhənnəm əhli verilən sualları da cavablandırar.


Bildirişlər


1. Allahdan qeyrisinə könül verməyək. Taleyimizi uydurma və aciz tanrılara tapşırmayaq.

2. Acizlik və məhkumluq Allahlıq məqamına uyğun deyil.

3. Şirkə görə verilən əzab əbədi əzabdır.

4. Cəhənnəm cavabsız qalacaq fəryadlar məkanıdır.

5. Ah-nalə və fəryadların cavabsız qalması özü də cəhənnəm əhli üçün bir işgəncədir.

● Ayə 101:


﴿إِنَّ الَّذِينَ سَبَقَتْ لَهُم مِّنَّا الْحُسْنَى أُوْلَئِكَ عَنْهَا مُبْعَدُونَ﴾

Həqiqətən, öncədən Bizim tərəfimizdən yaxşılıq vədi alan kəslər ondan (cəhənnəmdən) kənar saxlanılacaq.”



Nöqtələr


Rəvayətdə bildirilir ki, bir qrup şəxs Peyğəmbərdən soruşdu: “Əgər Quran bütpərəst abid və onun məbudunu cəhənnəm yanacağı kimi tanıtdırırsa, tanrı seçilmiş İsa və Məryəmin halı necə olacaq?” Həzrət verilmiş suala cavab olaraq uyğun ayəni tilavət etdi.

Bildirişlər


1. Allah iman və təqva əhlinə verdiyi vədə vəfa qılır.

2. Behiştə daxil olan kəs nə vaxtsa cəhənnəmə aparılmaz.



● Ayə 102:


﴿لَا يَسْمَعُونَ حَسِيسَهَا وَهُمْ فِي مَا اشْتَهَتْ أَنفُسُهُمْ خَالِدُونَ﴾

Onlar cəhənnəmin (nərə) səsini eşitməzlər, onlar ürəklərindən keçən nemətlər içində əbədidirlər.”



Nöqtələr


İnsan dünya həyatında rifah içində yaşasa da, istər-istəməz acı hadisələrlə rastlaşır. Qiyamətdə isə behişt əhli bütün pis xəbərlərdən, ah-nalədən uzaq, ləzzət içində ömür sürər.

Əmirəlmöminin Əli (ə) “Nəhcül-bəlağə”nin 183-cı xütbəsində buyurur: “Allah-təala behişt əhlini o qədər əziz tutmuşdur ki, hətta onların qulaqları cəhənnəm odunun və cəhənnəm əhlinin səsini eşitməz.”1

Quranda behişt nemətlərinin kəmiyyət və keyfiyyətindən danışan çeşidli ayələr var. Ayələrdən birində buyurulur: “ İnsanın meyli çəkən hər şey və gözünü oxşayan hər şey!”2 Hazırkı ayədə oxuyuruq: “Onlar qəlblərindən keçən hər şeylə daim bəhrələnərlər.” Başqa bir ayədə oxuyuruq: “Behişt əhli üçün hansı ləzzətlər hazırlandığını kimsə bilməz.”3

Həzrət Peyğəmbər (s) buyurur: “Behişt nemətləri ilə bağlı nə qulaq bir şey eşidib, nə göz bir şey görüb.”4



Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə