Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə106/113
tarix25.06.2018
ölçüsü3,36 Mb.
#51422
1   ...   102   103   104   105   106   107   108   109   ...   113

Bildirişlər


1. İxtiralar Allahın insana ilhamıdır.

2. Həzrət Davud zireh düzəltmə sənətinin banisidir.

3. Peyğəmbərlər də iş və sənət əhli olmuşlar.

4. Peyğəmbərlər xalqı təbii və adi yollarla hifz edirdilər.

5. Sənət zalım hakimlərə yox, xalqa xidmət etməlidir.

6. Müdafiə xarakterli hazırlıq zəruri işdir.

7. Əmin-amanlıq şükür olunası nemətdir. (Əmin-amanlıq sənət sayəsində təmin olunur.)

8. Hər bir ixtira və sənaye nemətinə görə Allaha təşəkkür edilməlidir.

9. Allahın övliyaları Allahın izni ilə təbiətin işlərinə qatıla bilərlər.

10. Küləklərin də şüuru var. Onlar Allahın və övliyaların əmrini anlayıb icra edirlər.


● Ayə 82:


﴿وَمِنَ الشَّيَاطِينِ مَن يَغُوصُونَ لَهُ وَيَعْمَلُونَ عَمَلًا دُونَ ذَلِكَ وَكُنَّا لَهُمْ حَافِظِينَ﴾

Şeytanlardan bir dəstəsi onun (Süleyman) üçün qəvvaslıq (üzgücülük) edirdilər. Bundan başqa da işlər görürdülər. (Süleymanın əmrindən çıxmamaları üçün ) Biz onlara nəzarət edirdik.”



Nöqtələr


Şeytan cin nəslindəndir və şüurlu varlıqdır. Onun da insan kimi vəzifələri var. Həzrət Süleyman insanlardan əlavə cinlərin də bəzilərinə hakim idi.1

Cinlərin Süleymana göstərdikləri xidmətlərdən biri də üzgüçülük idi. Amma onlar başqa işlər də görürdülər. Digər ayələrdə cinlərin müəyyən işlərinə işarə olunur. “Səba” surəsinin 13-cü ayəsində oxuyuruq: “Onlar Süleyman üçün mehrablar, gözəl məbədlər, iri qazanlar, bir sözlə istədiyini düzəldirdilər.”


Bildirişlər


1. Cinlər də sənətkarlıqla məşğul olurlar.

2. Cin insanın xidmətində dura bilər.

3. Əgər nəzarət olmasaydı, Süleymanın da misilsiz hökumətində fitnə-fəsad yaranardı.

● Ayə 83:


﴿وَأَيُّوبَ إِذْ نَادَى رَبَّهُ أَنِّي مَسَّنِيَ الضُّرُّ وَأَنتَ أَرْحَمُ الرَّاحِمِينَ﴾

(Xatırla,) bir zaman Əyyub Rəbbinə dua etmişdi ki, həqiqətən, mənə zərər toxunub, Sən (isə) mehribanların mehribanısan.”



● Ayə 84:


﴿فَاسْتَجَبْنَا لَهُ فَكَشَفْنَا مَا بِهِ مِن ضُرٍّ وَآتَيْنَاهُ أَهْلَهُ وَمِثْلَهُم مَّعَهُمْ رَحْمَةً مِّنْ عِندِنَا وَذِكْرَى لِلْعَابِدِينَ﴾

Onun duasını qəbul etdik, düşdüyü çətinlikdən çıxardıq, ailəsini yanına qaytardıq. Ona rəhmət, ibadət edənlərə öyüd-nəsihət olsun deyə, onlar kimisini əlavə əta etdik.”



Nöqtələr


Həzrət Əyyub Qurani-məciddə səbir nişanı ilə iftixara çatdırılmış peyğəmbərdir: “Sad” surəsinin 44-cü ayəsində oxuyuruq: “Həqiqətən, Biz onun səbirli insan olduğunu gördük. Necə də gözəl bəndə idi. Həqiqətən, o çox tövbə edib yalvarardı.

Həzrət Əyyub çox ağır xəstəliyə düçar olsa da, onu xəstəliyi (bəzi kitablarda yazıldığı kimi) ətrafdakılarda ikrah doğurmurdu. Belə bir ikrah lütf qaydasına zidd olmaqla yanaşı, bir çox rəvayətlər və təfsirlərlə uyğun gəlmir.1

İmam Sadiqdən (ə) “onlar kimisini də” ifadəsi ilə bağlı sual olunduqda həzrət buyurmuşdur: “Allah həlak olanlarla yanaşı bir vaxt təbii ölümlə dünyasını dəyişmiş övladlarını da Əyyuba qaytardı.”2

Bildirişlər


1. Böyük şəxsiyyətlərin xatırlanması və onların tarixinə baxış təskinlik, səbir, hidayət üçün ən üstün vasitədir.

2. Peyğəmbərlər də adi insanlar kimi maddi həyatda müxtəlif çətinliklərə və xəstəliklərə düçar olmuşlar.

3. Çətinliklər zahirən zərərli görünsə də, çox vaxt batini bir lütf, ilahi rəhmət olur.

4. Bəlalar bəzən cəza yox, sınaq xatakterli olur və insanın dərəcəsini yüksəldir. (Nəzərə alaq ki, peyğəmbərlər məsumdurlar və onların düçar olduğu çətinliklər günahlarının cəzası kimi izar oluna bilməz.)

5. Peyğəmbərlər ədəb nümunələridir. Həzrət Əyyub demədi ki, Pərvərdigara, zərəri məndən uzaqlaşdır.” Onun duasından anlaşıldı ki, “Pərvərdigara, Sən özün yaxşı bilirsən.”

6. Dua zamanı Allahı öz ehtiyacımıza uyğun adı ilə çağıraq.

7. Peyğəmbərlərin duası qəbuldur.

8. Allah insana onun duasından artıq lütf edir. (Həzrət Əyyub zərərin ondan uzaqlaşdırılmasını istəyirdi. Amma Allah əlavə olaraq ona ailəsini qaytardı)

9. Övlad Allahın lütf və rəhmətidir.

10. Allah həm səxavət, həm də böyüklük göstərir. “Fitr” və “Qurban” bayramı namazının qunutunda Allah uyğun səciyyələri ilə xatırlanır. Bəli, Allah Əyyubdan aldıqlarını qaytarmaqla yanaşı, ona ikiqat əta edir. Həm keçmiş zərərlər ödənir, həm də gələcəklə bağlı səxavət və kərəm göstərilir.

11. Dua ilə ilahi rəhmətin nazil olması arasında xüsusi bir rabitə var.

12. Peyğəmbərlərin də duası şəxsi ləyaqətlərinə görə yox, ilahi fəzl və rəhmətə görə qəbul olunur.

13. Bəla müxtəlif məqsədlərlə nazil ola bilər: Bəzən sınaq üçün, bəzən əqli və elmi təkamül üçün, bəzən başqalarının ibrət götürməsi üçün.

14. İbadət nəsihətin qəbulu üçün zəmindir.

15. Bütün insanların, hətta abidlərin xatırlatmaya ehtiyacı var.

● Ayə 85:


﴿وَإِسْمَاعِيلَ وَإِدْرِيسَ وَذَا الْكِفْلِ كُلٌّ مِّنَ الصَّابِرِينَ﴾

İsmail, İdris, Zül-Kifl hər biri səbirlilərdən idi.”



● Ayə 86:


﴿وَأَدْخَلْنَاهُمْ فِي رَحْمَتِنَا إِنَّهُم مِّنَ الصَّالِحِينَ﴾

Biz onları Öz rəhmətimizə daxil etdik. Həqiqətən, onlar salehlərdən idilər.”



Nöqtələr


İsmail həzrət İbrahimin övladı, əziz İslam Peyğəmbərinin (s) babası idi. O haqqa itaət və Allah əmri qarşısında səbirin ən gözəl əsərini nümayişə qoydu. Atası sadiq bir yuxuda İsmaili qurban vermək əmri almışdı.

Həzrət Nuhun babası həzrət İdris ilk dəfə nücum (astrologiya) elmi ilə məşğul olmuş, başqalarına libas tikməyi öyrətmiş, qələm götürüb yazı yazmışdır. Deyirlər ki, İdrisə 30 səhifə ilahi kəlam nazil olmuşdur. Nəhayətdə, səmaya çəkilmişdir, hazırda da sağdır.1

Həzrət Zül-Kifl ilahi peyğəmbərlərdən biridir. Həzrət Süleymandan sonra, həzrət İsadan əvvəl yaşamışdır.2 Bildirilir ki, onun qəbri Kərbəla-Nəcəf yolu kənarındadır.

“Tibyan” təfsirində oxuyuruq: “Bu ilahi peyğəmbər gündüzlər oruc tutub, gecələr ibadətlə məşğul olmağı əhd etmişdi. O yalnız haqq əsasında hökm edər, Allahın razılığı əsasında qəzəblənərdi. Sonadək əhdinə vəfa qıldığından onu “Zül-Kifl”, yəni “öhdəçilik götürən” adlandırmışdılar. Bəziləri, o cümlədən Fəxr-Razi bu fikirdədir ki, Zül-Kifl həzrət İlyasın ləqəbidir. Ammma biz “Məcməul-bəyan” təfsirində nəql olunmuş rəvayəti daha mötəbər sayırıq. Əbdül-Əzim Həsəni imam Cavaddan (ə) nəql edir ki, Allah bəşəriyyətin hidayəti üçün 124 min peyğəmbər məbus etdi. Onlardan 313 nəfəri mürsəl peyğəmbərlərdir. Zül-Kifl həmin mürsəl peyğəmbərlərdən biridir. Biz Zül-Kifli həzrət İlyas yox, mürsəl peyğəmbərlərdən biri kimi tanıyırıq.

Həzrət İsmail qurban kəsilməsi ilə bağlı ilahi əmr qarşısında səbir etdi. Həzrət İdris xalqı 365 il haqq dinə çağırdı. Amma ona iman gətirən olmadı.1


Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə