Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə103/113
tarix25.06.2018
ölçüsü3,36 Mb.
#51422
1   ...   99   100   101   102   103   104   105   106   ...   113

Nöqtələr


İbrahimin xalqın qarşısına gətirilməsi, xalqdan şəhadət istənilməsi onun qətlə yetirilməsi üçün zəmin yaradırdı.

Sual: İbrahimin “Böyük büt belə edib” sözləri yalan deyildimi? Axı peyğəmbər və məsum şəxs heç vaxt yalan danışmır.

Cavab: Bu cümlənin təfsiri ilə bağlı müxtəlif baxışlar var. Onlardan bəzilərini nəzərdən keçirək:

a) Həzrət İbrahim yalan danışmadı. O bu sözləri deməklə batil əqidəni ifşa etmək istəyirdi. Söz aldatmaq məqsədi ilə deyildikdə yalan sayılır. Əqli çatışmazlığı olan xəstə otağa daxil olanda əgər desələr ki: «İbn Sina gəldi,» bunu yalan saymaq olmaz.1

b) Həzrət İbrahim uyğun cümləni işlədərkən qarşısındakıların başa düşməyəcəyi bir mənanı nəzərdə tuturdu.2 O, “böyükləri” sözü ilə Allaha işarə edirdi.

v) Pozulmuş münasibətləri bərpa etmək üçün yalan danışmağa icazə verilir. Həzrət bu baxımdan da yalan danışa bilərdi. İnsanların donmuş düşüncəsini oyatmaqdan faydalı nə ola bilər?!3

q) Uyğun cümlə bütpərəst təfəkkürünün ifşası məqsədi ilə onların dilində söylənə bilərdi. Əgər bütlər danışırsa, demək bu işi böyük büt görə bilər. Məsələn, qoca bir kişi belə deyə bilər: “Dağlar düzənlə birdirsə, mən körpəyəm.” Təbii ki, dağlar düzənlə bir ola bilməz. Demək, həmin şəxs də uşaq deyil.4

Bildirişlər


1. Bütpərəstlər də günahın yerinə yetirilməsində insanların şahidliyini əsas sayırlar.

2. İbrahim o qədər böyük iş görmüşdü ki, bütpərəstlər də təzim etməyə məcbur olmuşdu. Əvvəlki ayələrdə “İbrahim adlı biri” deyilirdisə, bu ayədə “Ya İbrahim” deyə müraciət olunur.

3. Bəzən xurafata istehza və tənə ilə yanaşmaq lazım gəlir.

4. Düşüncələri oyatmaq üçün film çəkmək, əsər səhnələşdirmək bəyənilmiş və caiz işdir.



● Ayə 64:


﴿فَرَجَعُوا إِلَى أَنفُسِهِمْ فَقَالُوا إِنَّكُمْ أَنتُمُ الظَّالِمُونَ﴾

Beləcə, dönüb özlərinə dedilər: “Həqiqətən, siz zalımlarsınız.”



● Ayə 65:


﴿ثُمَّ نُكِسُوا عَلَى رُؤُوسِهِمْ لَقَدْ عَلِمْتَ مَا هَؤُلَاء يَنطِقُونَ﴾

Sonra başlarını aşağı saldılar. (Peşmanlıqla dedilər: «Ey İbrahim!) Doğrudan da, sən özün bilirsən ki, bunlar danışan deyillər.»”



Bildirişlər


1. Vicdanın oyanışı, insanın özünə gəlməsi, fitrətə diqqət peyğəmbərlərin ümdə hədəflərindəndir.

2. Şirk insanın özünə biganəliyi, tövhid isə insanın özünü tapmasıdır.

3. Düşüncə oyandıqda hər bir günahkar günahı o birinin boynuna atır. Necə ki, Qiyamətdə onlar bir-birinə deyərlər: “Siz olmasaydınız, biz mütləq mömin olardıq.”1

4. Tarix, fitrət və vicdan həqiqəti işıqlandıran amillərdəndir. Dünənədək İbrahimi zalım sayanlar bu gün vicdanlarına müraciət etməklə özlərini zalım bilirlər.



● Ayə 66:


﴿قَالَ أَفَتَعْبُدُونَ مِن دُونِ اللَّهِ مَا لَا يَنفَعُكُمْ شَيْئًا وَلَا يَضُرُّكُمْ﴾

«(İbrahim) dedi: “Yoxsa Allahın əvəzinə sizə heç bir faydası zərəri olmayan şeyə pərəstiş edirsiniz?!”»

● Ayə 67:


﴿أُفٍّ لَّكُمْ وَلِمَا تَعْبُدُونَ مِن دُونِ اللَّهِ أَفَلَا تَعْقِلُونَ﴾

Vay olsun sizə Allahdan savay pərəstiş etdiyiniz hər şeyə! Yoxsa düşünmürsünüz?!”



● Ayə 68:


﴿قَالُوا حَرِّقُوهُ وَانصُرُوا آلِهَتَكُمْ إِن كُنتُمْ فَاعِلِينَ﴾

(Amma inadkar təəssübkeş müşriklər) dedilər: «Əgər istəyirsinizsə, bir görün! Onu yandırın tanrılarınıza yardım göstərin.»”



● Ayə 69:


﴿قُلْنَا يَا نَارُ كُونِي بَرْدًا وَسَلَامًا عَلَى إِبْرَاهِيمَ﴾

«Nəhayət tonqal qalayıb, İbrahimi oda atdılar. Amma Biz) dedik: “Ey od! İbrahim üçün soyuq ziyansız ol.”»

● Ayə 70:


﴿وَأَرَادُوا بِهِ كَيْدًا فَجَعَلْنَاهُمُ الْأَخْسَرِينَ﴾

Bütpərəstlər ona qurğu qurmaq istədilər. Amma Biz onları daha çox ziyana düşənlərdən qərar verdik.”



Nöqtələr


İlahi insanlar öz müqəddəs amallarını istənilən bir şəraitdə həyata keçirmək istəyirlər. Bir an olsun aram dayanmırlar. Onların səyləri müxtəlif şəkillərdə həyata keçir. Həzrət İbrahim ilahi risalət yolunda öncə əmisi və qövmünün sorağına getdi. Onları tövhid və təkallahçılığa çağırdı. Nəticə çıxmadığını görüb ikinci mərhələdə bütlərin sorağına getdi və onları qırdı. Sonra bütpərəstlərin fitrətinə üz tutub onları oyatmağa çağırdı. Nəhayət, öyüd-nəsihətdən sonra onları düşünməyə məcbur etdi.

Təfsirlərdə həzrət İbrahimin oda atılması ilə bağlı müxtəlif məsələlər açıqlanır. Məsələn, bildirilir ki, müşriklər şeytanın yardımı ilə mancanaq düzəltdilər. Amma həzrət İbrahim Allaha misilsiz təvəkkülü ilə hətta Cəbrailin köməyindən imtina edib, Allaha üz tutdu, Məhəmməd (s) və onun Əhli-beytini (ə) vasitə seçdi.

“Əxsərin” sözü pis iş görüb, yaxşı iş gördüyünü güman edən kəslər mənasını bildirir. Belə ki, onlar zərərə düşdüklərini anlamadıqlarından özlərinə çarə qılmaq haqqında düşünmürlər.

İmam Sadiq (ə) buyurur: “Allah oda soyumaq əmri verdiyi vaxt “ziyansız ol” əmri gələnədək soyuqdan İbrahimin dişi dişinə dəydi.1



Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə