Of azerbaijan high technical educational institutions


Problemin aktuallığı və əlaqəli tədqiqatlar



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə174/540
tarix22.06.2023
ölçüsü7,78 Mb.
#118428
1   ...   170   171   172   173   174   175   176   177   ...   540
PAHTEI-27.04.2023

Problemin aktuallığı və əlaqəli tədqiqatlar 
Müasir dünyada sosial-iqtisadi vəziyyət qeyri-müəyyənliyin artması ilə xarakterizə olunur. Bu hal 
bütün səviyyələrdə rəhbərliyin problemlərinin və tapşırıqlarının sayının artmasına səbəb olur. Bu 


157 
PAHTEI 
PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS 
VOLUME 27 ISSUE 04 2023 
E-ISSN: 2674-5224 
kontekstdə müasir menecmentin əsas problemlərindən biri təsirin idarə edilməsinin əsas vasitəsi 
olan idarəetmə qərarlarının hazırlanması, qəbulu və həyata keçirilməsidir. Bu cəhətdən məsələyə 
yanaşdıqda problemin aktuallığı üzə çıxır. 
 
Metodlar 
Təqiqat zamanı bir neçə metodlardan istifadə olunmuşdur. İlk növbədə məntiqi, analiz və sintez 
metodlarından istifadə etməklə məlumatlar toplanmış, daha sonra isə tədqiqatın məqsədləri üçün 
tələb olunan qaydada birləşdirilmişdir. Bundan əlavə, tədqiqat prosesində faktların toplanması, 
qərar ağacı üsulu, analogiya, təhlil, induksiya və deduksiya, eksperiment, modelləşdirmə və 
qiymətləndirmə, elmi abstraksiya, SWOT, SNW, PEST təhlili, müqayisəli təhlil, sistemli 
yanaşma, praktiki modelləşdirmə kimi bir sıra metodlarından da geniş istifadə olunmuşdur. 
Potensial nəticələrin ehtimalını qiymətləndirmək mümkün olmadıqda, qərar qeyri-müəyyənlik 
şəraitində qəbul edilir. Bu, nəzərə alınacaq amillər yeni və mürəkkəb olduqda, onlar haqqında 
kifayət qədər müvafiq məlumat əldə etmək mümkün olmadıqda baş verir. Nəticədə, müəyyən bir 
nəticənin olma ehtimalını kifayət qədər əminliklə proqnozlaşdırmaq mümkün olmur. Qeyri-
müəyyənlik sürətlə dəyişən şəraitdə qəbul edilməli olan bəzi qərarlar üçün xarakterikdir. Sosial-
mədəni, siyasi və bilik tutumlu mühit qeyri-müəyyənlik üçün ən yüksək potensiala malikdir. 
Gələcəyin qeyri-müəyyənliyin iki növü mövcuddur: qeyri-müəyyənlik və fundamental qeyri-
müəyyənlik. Qeyri-müəyyənliklə gələcək aydın deyil, amma bilinə bilər. Bu tip qeyri-müəyyənlik 
yalnız insanların məhdud idrak qabiliyyətləri ilə əlaqələndirilir. Fundamental qeyri-müəyyənlik 
təkcə gələcək haqqında biliyin olmaması deyil, həm də onu bilməyin mümkünsüzlüyü deməkdir. 
Bu işdə qeyri-mümkünlük zəruri məlumatların əhəmiyyətli bir hissəsinin hələ yaradılmaması ilə 
əlaqədardır. Beləliklə, indiki ilə gələcək və keçmiş arasında əsaslı ontoloji fərqlər yaranır. 
Qeyri-müəyyənliyi nəzərə almaq zərurəti onunla bağlıdır ki, bu gün qəbul edilən qərarların 
effektivliyi gələcək bilinməyən şəraitdən asılıdır. Bu, ilk növbədə investisiya qərarlarına aiddir. 
İqtisadiyyatda real tendensiyalar, hadisələr tələbin strukturu, texnologiyaları ilə bağlı 
proqnozlardan əhəmiyyətli dərəcədə fərqləndikdə müəssisələr, cəmiyyət əhəmiyyətli əlavə xərclər 
və ya itkilərlə üzləşir (https://elibrary.ru/download/elibrary_46616486_14416177.pdf).
 
İdarəetmə nöqteyi-nəzərindən qeyri-müəyyənlik idarəetmə obyekti kimi sistemin və onun ətraf 
mühitin həqiqi vəziyyəti haqqında məlumatsızlıqdır. İstənilən anda qeyri-müəyyənlik aşağıdakı 
kimi xarakterizə edilə bilər: 
- qeyri-müəyyənlik obyektin müasir şəraitdə və bilik nəzəriyyəsinin metodlarında birmənalı 
şəkildə tanınmasının obyektiv mümkünsüzlüyü səbəbindən yaranır. Qeyri-müəyyənlik insanın
məhdud imkanları ilə bağlıdır; 
- qeyri-müəyyənlik qeyri-qənaətbəxş (yanlış, natamam) biliklərlə əlaqələndirilir, bunun səbəbi 
müvafiq mövcud nəzəriyyələrin qeyri-kamilliyi, məlumatların olmamasıdır; 
- qeyri-qənaətbəxş ölçmə və hesablama, habelə ilkin məlumatların qəsdən təhrif edilməsi 
nəticəsində yaranan məlumat qeyri-müəyyənliyi (Pırx Е.V., 2017: 1136-1139 s.); 
İdarəetmə və sahibkarlıq təcrübəsi idarəetmə qərarlarının qəbulu zamanı edilən hətta kiçik səhvlər 
nəticəsində itkilərin miqyasının getdikcə artmasına dəlalət edir. İdarəetmə üzrə ədəbiyyatın təhlili 
göstərir ki, “idarəetmə fəaliyyəti” və “idarəetmə qərarlarının qəbulu” anlayışları bir-biri ilə sıx 
bağlıdır və bir çox müəlliflər tərəfindən sinonim kimi istifadə olunur. Aydındır ki, müəlliflərin 
belə mövqeyi haqlıdır, çünki idarəetmə qərarının işlənib hazırlanması və qəbulu prosesi idarəetmə 
fəaliyyətinin strukturunda birinci dərəcəli, iyerarxik əhəmiyyətli yer tutur. Məhz idarəetmə 
qərarları həm bu fəaliyyətin birbaşa məzmununu, həm də nəticələrinin effektivliyini müəyyən 


158 

Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə