Of azerbaijan high technical educational institutions


Keywords: environment, "Decision tree" method, SWOT analysis, SNW analysis, fuzzy result  QEYRİ-MÜƏYYƏNLİK ŞƏRAİTİNDƏ İDARƏETMƏ QƏRARLARINA



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə172/540
tarix22.06.2023
ölçüsü7,78 Mb.
#118428
1   ...   168   169   170   171   172   173   174   175   ...   540
PAHTEI-27.04.2023

Keywords:
environment, "Decision tree" method, SWOT analysis, SNW analysis, fuzzy result 
QEYRİ-MÜƏYYƏNLİK ŞƏRAİTİNDƏ İDARƏETMƏ QƏRARLARINA 
BİRBAŞA VƏ DOLAYI TƏSİR GÖSTƏRƏN ƏTRAF MÜHİT AMİLLƏRİ 
 
Adil Əhmədov
1
, Günay Cəfərova
2
1,2 
İqtisadi və texnoloji elmlər kafedrası, 
1,2
Azərbaycan Dövlət İqtisad Universiteti 
1
İqtisad üzrə fəlsəfə doktoru 
2
Magistr tələbəsi, ceferovagunay0002@gmail.com 
XÜLASƏ 
Risk şəraitində qəbul edilən qərarlara nəticələri müəyyən olmayan, yalnız hər bir nəticənin 
ehtimalı məlum olan qərarlar daxildir. Ümumiyyətlə, risk şəraitində qərar qəbulu, hadisələrin 
inkişafının hər bir mümkün vəziyyətinə onun həyata keçirilməsinin müəyyən bir ehtimalının 
verilə biləcəyinə əsaslanır. Potensial nəticələrin ehtimalını qiymətləndirmək mümkün olmadıqda, 
qərar qeyri-müəyyənlik şəraitində qəbul edilir. Qeyri-müəyyənlik həm də məlumatın tamlığı ilə 
bağlıdır. Müasir istehsalatda maddi və informasiya əlaqələrinin məcmusu o qədər mürəkkəbdir ki, 
idarəetmə prosesləri mütləq natamam informasiya şəraitində həyata keçirilir. Maddi və 


156 
PAHTEI 
PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS 
VOLUME 27 ISSUE 04 2023 
E-ISSN: 2674-5224 
informasiya 
qeyri-müəyyənliyi, 
informasiyanın natamamlığı istehsal prosesinin əsas 
xüsusiyyətlərinin, o cümlədən istehsalın fəaliyyət göstəricilərinin qeyri-determinizm mənbəyidir. 
Qeyri-müəyyənlik amillərindən biri iqtisadi inkişafın məqsədinin müəyyən edilməsidir. İqtisadi 
sistemin davranışı məqsədyönlüdürsə, hədəfin müəyyənləşdirilməsi hansısa şərti formada ola 
bilər. Bu, bir qayda olaraq, menecer və ya liderin bir məqsəd deyil, bir neçə iyerarxik əlaqəli 
məqsəd qoyması ilə əlaqədardır. Dəyişən vəziyyətdə bir məqsədə nail olmaq mümkün deyilsə
əvvəlkini əvəz edən növbəti (digər) məqsədi bilmək lazımdır. Sabit bir məqsədə çatmağın bir neçə 
yolunun olması, məqsəd və ona çatmağın yolları kifayət qədər aydın təsvir olunsa belə, qeyri-
müəyyənliyə səbəb olur. Bu qeyri-müəyyənliyi aradan qaldırmağın yolu alternativ müqayisə 
meyarının tətbiqi həm ilkin məlumatlardan, həm də hədəfdən asılı ola bilər. 
Məqalə qeyri-müəyyənlik şəraitində qərarların qəbulu prosesinə təsir edən amillərin təhlilinə həsr 
olunmuşdur. Bu tədqiqatda qeyri-müəyyənlik şəraitində şirkətin sağlam fəaliyyətinin təmin 
olunmasında idarəetmə qərarlarının rolunun və əhəmiyyətinin təhlili aparılmış, habelə birbaşa və 
dolayı təsir göstərən ətraf mühit amillərinin təhlili və onların idarəetmə qərarlarına təsiri 
məsələlərinə baxılmışdır.

Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə