Of azerbaijan high technical educational institutions



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə508/540
tarix22.06.2023
ölçüsü7,78 Mb.
#118428
1   ...   504   505   506   507   508   509   510   511   ...   540
PAHTEI-27.04.2023

Açar sözlər: 
marketinqin idarə edilməsi, marketinq strategiyaları, turizm sənayesi, turizm 
marketinqi, turizm müəssisələri. 
Giriş 
Turizm sənayesi ilə əlaqəli marketinq təşəbbüsləri bu sektorda mal və xidmətlərin istehsalı və 
satışı ilə nəticələnir. Turizm sənayesində yeni bir xidmət inkişaf etdirilərkən əvvəlcə bazar şərtləri 
qiymətləndirilir və ona müvafiq olaraq qərarlar verilir. Azərbaycanda yeni turizm sahəsi üzrə 
xidmətlərin inkişafı üçün turizm firmalarında düzgün marketinq xidmətlərinin təşkili və idarə 
edilməsi və marketinq strategiyasının effektiv şəkildə həyata keçirilməsi mühüm əhəmiyyət kəsb 
edir. Bu cür fəaliyyətlərə marketinq əməliyyatlarının nəticələrinin təhlili də daxildir. 
Müasir dövrdə daim dəyişən və inkişaf edən qlobal bazarda müəssisələr özlərinə yer qazanmaqla 
rəqabət üstünlüklərini artırmaq istəyirlər. Bu kontekstdə rəqabət yarışında öndə olmaq və rəqabət 
üstünlüyü təmin etmək üçün fərqli strategiyalar inkişaf etdirməli olan müəssisələr istehsal və 
marketinq strategiyaları ilə istehlakçı tələblərindəki dəyişikliklərə və onu müşayiət edən rəqabət 
şərtlərinə uyğunlaşmağa çalışırlar. İstehsal və marketinq fəaliyyətləri üçün hazırlanacaq 
strategiyalar müəssisələrin öz aktivlərini qoruya bilmələrini təmin etməklə yanaşı, onların rəqabət 
qabiliyyətini artırmaqdadır. Odur ki, daim inkişaf edən rəqabət mühitində müəssisələr ən uyğun 
rəqabət strategiyalarını müəyyən etməli və istehsal və marketinq strategiyalarının 
üstünlüklərindən yararlanmalıdırlar. Müştərilərin mərkəzdə olduğu bu qlobal rəqabət mühitində 
biznesə rəqabət üstünlüyü təmin edəcək bacarıqları inkişaf etdirmək lazımdır. 
Turizm sənayesində tətbiq olunan istehsal və marketinq strategiyalarında davamlı təkmilləşdirmə 
fəlsəfəsinə uyğun olaraq Ümumi Keyfiyyəti İdarəetmə sistemi ilə aşağı qiymətə istehsalı 
hədəfləyən və rəqabət mühitində istehlakçı məmnuniyyətini və marka sədaqətini ön plana çıxaran 
qiymətləndirmələr hədəflənir. Turizm sektorunda xidmətin keyfiyyəti biznesin uğuru baxımından 
ən mühüm amildir. Məhsulun (xidmətin) həyat dövrünü və istehlakçı məmnunluğunu nəzərə 
alaraq, Keyfiyyəti İdarəetmə Sistemi bazara daxil olmaq və yüksək keyfiyyətli xidmətlərlə 
rəqabət aparmağın yeganə yoludur. Müəssisələrdə tətbiq edilən idarəetmə təşkilatı biliyə, istehsala 
və 
marketinqə 
diqqət 
yetirməklə 
müəssisənin 
bütün 
bölmələrinin 
problemlərini 


486 

Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   504   505   506   507   508   509   510   511   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə