Of azerbaijan high technical educational institutions


Keywords:  marketing management, marketing strategies, tourism industry, tourism marketing,  tourism enterprises



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə507/540
tarix22.06.2023
ölçüsü7,78 Mb.
#118428
1   ...   503   504   505   506   507   508   509   510   ...   540
PAHTEI-27.04.2023

Keywords: 
marketing management, marketing strategies, tourism industry, tourism marketing, 
tourism enterprises. 
 
 
 
TURIZM MÜƏSSISƏLƏRININ MARKETINQ IDARƏEDILMƏSININ 
TƏKMILLƏŞDIRILMƏSI 
 
İsmayıl Xeyirxəbərov
1
, Aydan İsrafilova
2
 
 
1,2 
Azərbaycan Dövlət İqtisad Universiteti, 
1,2
İqtisadi və Texnoloji Elmler Kafedrası

iqtisad elmləri namizədi, xeyirxeberov@list.ru

magistr tələbəsi, israfilovaaydan@mail.ru 
XÜLASƏ 
Müasir dünyada sahibkarlıq fəaliyyətinin inkişaf dinamikası və genişləndirilməsi baxımından əsas 
həlledici faktorlardan biri marketinqdir. Son təcrübələrə əsaslanaraq deyə bilərik ki, uğurlu biznes 
əsaslandırılmış marketinq strategiyasının qəbulunu şərtləndirərək onun tətbiqini zəruri edir. Bu 
nöqteyi-nəzərdən çıxış edərək vurğulamaq lazımdır ki, marketinq fəaliyyəti həm də müəssisənin 
yerli və qlobal bazardakı mövqeyini gücləndirmək, onun rentabelliyini qorumaq və istehlakçı 
davranışlarını təxmin etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Marketinq strategiyasını 


485 
PAHTEI 
PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS 
VOLUME 27 ISSUE 04 2023 
E-ISSN: 2674-5224 
düzgün bir şəkildə qurmaq və hədəf auditoriya ilə əlaqə yaratmağa fokuslanmaq şirkətlərin 
irəliləyiş və arzuladığı məqsədlərə çatmaq üçün qarşısına məqsəd kimi qoymalı olduğu ən vacib 
addımlar arasındadır. 
Həm qlobal aləmdə, həm də Azərbaycanda ən mühüm iqtisadi sektorlardan biri olan turizm 
sənayesi son zamanlar qlobal iqtisadiyyatın əsas mühərriki olmaq istiqamətində formalaşmışdır. 
Bir məqama da xüsusi diqqət yetirmək lazımdır ki, özünəməxsus xüsusiyyətlərinə görə turizm 
sənayesi digər sənayelərdən mahiyyətcə fərqlənir. Müvafiq sahədə marketinq komponentlərinin 
işə salınması turizmin inkişafının dövlət səviyyəsində dəstəklənməsi ilə bağlı layihələrin və 
strateji yol planının mərhələli olaraq həyata keçirilməsi üçün vacibliyi danılmaz bir məsələdir. 
Turizm sənayesindəki müəssisələrin əsas məqsədi müştərilərin tələblərini ödəyərək onların 
məmnuniyyətinə nail olmaq və mənfəət əldə edərkən müştərilərin sədaqətini formalaşdırmaqdır. 
Turizm müəssisələri bu məqsədlərə çatmaq üçün müvafiq marketinq strategiyalarını seçməli və 
tətbiq etməlidirlər. Qeyd etmək lazımdır ki, rəqabət olan bir mühitdə bütün marketinq 
komponentlərinin istifadəsi tələb olunur. Bu məqalədə turizm müəssisələrində marketinqin idarə 
edilməsinin səviyyələri araşdırılaraq turizm müəssisələri tərəfindən istifadə edilən marketinq 
strategiyaları kontekstində biznes sahibkarları və işçilərinin yaratdıqları davranışlar təsvir 
edilmişdir. 

Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   503   504   505   506   507   508   509   510   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə