Of azerbaijan high technical educational institutions


PAHTEI  PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə509/540
tarix22.06.2023
ölçüsü7,78 Mb.
#118428
1   ...   505   506   507   508   509   510   511   512   ...   540
PAHTEI-27.04.2023

PAHTEI 
PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS 
VOLUME 27 ISSUE 04 2023 
E-ISSN: 2674-5224 
müəyyənləşdirməli və problemlərin həlli üçün vahid strategiyalar tətbiq etməlidir. Bu şəkildə 
yaradılan strategiyalar biznesin bazarda fəal olmasına və uzunmüddətli perspektivdə istehsal 
fəaliyyətlərini davam etdirməsinə şərait yaradır. 
Sosial-iqtisadi sistemin bütün mərhələlərində marketinq fəaliyyətinin idarə edilməsi onun 
institusional və funksional aspektlərini bir araya gətirir. İlk növbədə marketinq menecmenti 
bazarların bütün növlərini, eləcə də marketinq təşəbbüslərinin təhlili, planlaşdırılması və icrasını 
əhatə edir. Marketinq menecmentinin əsas məqsədi ya ticarətin bütün tərəflərinin dəstəyini əldə 
etmək, ya da onların tələblərinə cavab verməkdir. Marketinq menecmentinin (idarəetməsinin) 
fəaliyyət istiqamətləri və səviyyələrini müxtəlif analiz növləri, hədəf bazar seçimin, marketinq 
strategiyasının, məhsul və xidmətlərin formalaşdırılması, kommunikasiya əməliyyatlarının idarə 
edilməsi, strateji biznes vahidlərini, marketinqlə bağlı qərarların həyata keçirilməsi və s. məsələlər 
təşkil edir. Rəqabətli mühitin qurulması, eləcə də turizm xidmətlərinə dəyişkən tələbat turizm 
sənayesində marketinqin formalaşması və inkişafının hərəkətverici qüvvəsidir. Nəticədə
sənayedəki struktur dəyişiklikləri, dəyişən rəqabət formaları və müştəri davranışındakı 
dəyişikliklər turizm bizneslərinə marketinq baxımından yeni addımlar formalaşdırmağa təkan 
verir. 
 
Məqsəd 
Problemin aktuallığı və əlaqəli tədqiqatlar. 
Marketinq strategiyasını təyin edərkən nəzərə alınmalı olan ən vacib məqam, mümkün olan ən az 
riski götürmək, gözlənilən nəticələri əldə etmək və mümkün qədər çox fayda əldə etməyə 
çalışmaqdır. Bu zaman biznesin güclü tərəflərini mümkün qədər ön plana çıxarmağa və zəif 
tərəflərini ən aşağı səviyyədə saxlamağa diqqət yetirilməlidir. Bir sözlə, marketinq strategiyası 
müəyyən edilərkən SWOT analizinə daxil olan faktorlara da əməl edilməlidir. Marketinq 
strategiyasını hazırlayarkən yerinə yetirilməli olan üç fəaliyyət mövcududr. Bunlar arzu olunan 
bazar mövqeyinin müəyyən edilməsi, böyümə strategiyasının müəyyən edilməsi və marketinq 
strategiyasının seçimidir. Turizmdə bazar anlayışı sərhədləri turizm müəssisələri tərəfindən doğru 
bir şəkildə müəyyən edilmiş coğrafi ərazini ifadə edir. Bazar anlayışını otel biznesi baxımından 
nəzərdən keçirsək, otel biznesi tərəfindən istehsal olunan mal və xidmətlərə yönəlmiş turizm 
tələbi kimi müəyyən edilə bilər. Otel biznesinin yaratdığı bazara turoperatorlar və turizm 
agentlikləri ilə yanaşı istehlakçılar da daxildir. Otel idarəçiliyi bazarı daxili və xarici turizm 
tələbindən ibarətdir. Otel biznesində bazar təhlili iki aspektdə aparılır: keyfiyyət və kəmiyyət. 
Burada keyfiyyətli bazar təhlili aparılarkən turizm bazarını təşkil edən obyektlərin iqtisadi, 
sosioloji və psixoloji aspektləri tədqiqat obyekti ola bilər [5]. 
Marketinq fəaliyyətinin əsas məqsədi məhsulun (xidmətin) satışına nail olmaqdır. Yalnız konkret 
məhsulları (xidmətləri) almaqla istehlakçı öz tələbatını ödəyə bilər. Məhsul strategiyaları müxtəlif 
məhsul təklifləri ilə təmin edilə bilən bazar ehtiyaclarını müəyyənləşdirir. Bu strategiyalar bazar 
strategiyaları ilə lazımi şəkildə əlaqəli bir şirkətin məhsul strategiyalarıdır və nəticədə həm ümumi 
strategiyaya, həm də şirkətin ruhuna hakim olur. Məhsul strategiyaları məhsulların sayı və 
müxtəlifliyi, məhsul innovasiyaları, məhsulun əhatə dairəsi və məhsul dizaynı kimi məsələləri 
əhatə edir. Məhsul strategiyalarının müxtəlif ölçüləri mahiyyəti, əhəmiyyəti, onun 
məhdudiyyətləri və məqsədlərə töhfələri baxımından araşdırılmalıdır. Məhsul strategiyalarının 
həyata keçirilməsi müxtəlif qruplar arasında əməkdaşlıq tələb edir: maliyyə, tədqiqat və inkişaf
korporativ heyət və marketinq. Bu inteqrasiya səviyyəsi məhsul strategiyalarının işlənib 
hazırlanmasını və həyata keçirilməsini çətinləşdirir. Bir çox şirkətlərdə müxtəlif biznes bölmələri 


487 

Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   505   506   507   508   509   510   511   512   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə