Of azerbaijan high technical educational institutions


PAHTEI  PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə510/540
tarix22.06.2023
ölçüsü7,78 Mb.
#118428
1   ...   506   507   508   509   510   511   512   513   ...   540
PAHTEI-27.04.2023

PAHTEI 
PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS 
VOLUME 27 ISSUE 04 2023 
E-ISSN: 2674-5224 
arasında lazımi koordinasiyaya nail olmaq üçün məhsul strategiyası ilə bağlı qərarlar ali rəhbərlik 
tərəfindən qəbul edilir. 
Xidmətlər baxımından isə 7P marketinq modelinə istinad edilir. Müəssisələr daha çox qazanc əldə 
etmək üçün marketinq miksindən istifadə etməlidirlər. Marketinq miksi, bir işin öz məhsul və ya 
xidmətinə olan tələbata təsir etmək üçün edə biləcəyi hər şeyi əks etdirir. Xidmətin istehsalı 
zamanı istehlakçılar adətən xidmət təminatçıları ilə eyni mühitdə olur və istehsal prosesinin bir 
hissəsinə çevrilirlər. Xidmət qeyri-maddi olduğundan, müştəri tərəfindən xidmətin və xidmət 
keyfiyyətinin qavranılmasına təsir edəcək psixoloji və ekoloji mühiti hazırlamaq lazımdır. 
Müştərilər tez-tez xidmətin keyfiyyətini proqnozlaşdırmaq üçün xidmət təminatçılarında, 
məsələn, otelin dizaynı kimi konkret ipucu axtarırlar. Bu səbəbdən xidmət marketinqinə ənənəvi 
marketinq üçün hesab edilən məhsul, qiymət, satış kanalı və təqdimat komponentləri ilə yanaşı; 
insan, fiziki imkanlar və proseslər də daxil edilir. 
Metodlar 
Turizm müəssisələrinin marketinq idarəedilməsinin təkmilləşdirilməsi istiqamətləri. 
İqtisadi ədəbiyyatda istehsal imkanlarının konseptuallaşdırılmasına iki əsas yanaşma mövcuddur: 
Skinner yanaşması və kumulyativ yanaşma. Skinnerin istehsal fəaliyyətinin müəssisələrin strateji 
rəqabət üstünlüyü əldə etməsində mühüm element olduğunu ifadə etməsi ilə istehsal fəaliyyəti 
müəssisələrin korporativ strategiyaları çərçivəsində nəzərə alınması lazım olan bir anlayışa 
çevrilmişdir. Skinnerin əsas arqumenti ondan ibarətdir ki, müxtəlif müəssisələrin fərqli güclü və 
zəif tərəfləri var və buna görə də biznes rəqabət mühitində müxtəlif uğur ölçülərinə malikdir. 
Eynilə, fərqli istehsal sistemləri və fərqli iş mühitləri olan müəssisələr standart istehsal 
sistemlərini qəbul etmək əvəzinə, bir-biri ilə əlaqəli və ardıcıl imkanları mənimsəyərək fərqli 
istehsal sistemlərinə malik olmalıdırlar. Bununla belə, Skinner, müəssisələrin rəqabət üstünlüyü 
əldə etmələri üçün ən vacib amilin səmərəlilik olduğunu və müəssisələrin məhsuldarlığı aşağı 
xərc, sürətli çatdırılma və keyfiyyətlə təmin edə biləcəyini, istehsal imkanları anlayışının isə 
biznesin həm məhsuldarlığı təmin etmək, həm də rəqabət üstünlüyü əldə etmək üçün əhəmiyyətli 
olduğunu vurğulamışdır [3].
Şirkətin istiqamətlərinin idarə edilməsinin mürəkkəbliyi və çətinliyi və onların yaratdığı məhsul 
və xidmət çeşidinin artaraq mürəkkəbləşməsi strateji biznes vahidlərinin yaranması ilə xarakterizə 
edilir. Beləliklə, müəssisələr bəzi fəaliyyətlərini daha effektiv idarə etmək məqsədi ilə bu cür 
fəaliyyəti avtonom şəkildə idarə edən və həyata keçirən müstəqil qruplar və ya strateji biznes 
vahidlərini formalaşdırmağa başladılar.
 
Strateji biznes vahidləri eyni tələb xüsusiyyətlərinə malik 
istehlakçılar arasında avtonom marketinq fəaliyyətini həyata keçirən, fərqli rəqibləri olan və 
yalnız marketinq funksiyalarının yerinə yetirilməsinə cavabdeh olan bir şəxs tərəfindən idarə 
olunan bir şirkət daxili quruluş kimi təsvir olunur. 
Turizm sektorunda fəaliyyətin səmərəli bir şəkildə təşkil olunması baxımından ilk növbədə 
yüksək standartlara cavab verən turizm xidmətinin təmin olunması vacibdir. Bu cür xidməti 
təqdim etməzdən əvvəl korporativ struktur ilk növbədə məhsul (xidmət) strategiyasına malik 
olmalıdır. Turizm sektorunun ümumi fəaliyyət strategiyasında ən vacib mövqelərdən birini 
məhsul, yəni xidmət strategiyası əhatə edir. Qeyd etmək lazımdır ki, turizmdə xidmət mövcud 
bazara nüfuz edə bilən ən vacib elementdir və turizm biznesinin gəlir əldə etməsi üçün ən mühüm 
vasitəsidir. Demək olar ki, bütün digər aspektlər, məsələn, bazar qiymətləri, satış həcmi, istehlakçı 
tələbinin ödənilməsi, və s. faktorlar turizm məhsulu (xidməti) ilə bağlıdır [2]. 


488 

Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   506   507   508   509   510   511   512   513   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə