60
PAHTEI
PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS
VOLUME 27 ISSUE 04 2023
E-ISSN: 2674-5224
istehsal etdiyi malların istehsal və paylama zamanı məhsulun təhlükəsizlik
tələblərinə cavab
vermədiyini iddia edirlər. Bu, ciddi xəstəliyə, təhlükəli qidaya və hətta istehlakçının
ölümünə
səbəb ola bilər. Yerli istehsalçılar iddia edirlər ki, əgər onlar hökumətin
verdiyi təhlükəsizlik və
istehsal tələblərinə əməl edəcəklərsə, xarici istehsalçılar da bunu etməlidirlər.
Bu gün Azərbaycan höküməti yaxşı bilir ki, daxili bazarı qorumaq üçün yerli xammalı istehsalata
yönəltmək lazımdır. Daxili istehsal bazarının qorunması üçün ilk
növbədə məhsullarda süni
qiymət artımının qarşısı alınmalıdır. Aydındır ki, buna daxili potensialdan və xammaldan
maksimal şəkildə istifadə etməklə nail olmaq mümkündür. Bu məqsədlə yerli xammalı satışa
deyil, istehsalata yönəltməliyik. Yerli xammalla əmtəələrin istehsalı təmin olunmalıdır. Prezident
İlham Əliyevin iqtisadi strategiyasının ən başlıça məqsədi ölkə iqtisadiyyatının şaxələndirilməsi
və iqtisadiyyatın neft amilindən asılılığının tamamilə aradan qaldırılmasıdır.
Bunun üçün isə
sənaye, kənd təsərrüfatı, turizm sahəsi inkişaf etdirilməlidir. Qeyd olunalarla yanaşı, ölkənin
idxaldan asılılığının azaldılması, ixrac potensialının
daha da gücləndirilməsi, rəqabətqabiliyyətli
malların istehsal olunması da vacib amil olmalıdır.
Qeyd edək ki, Azərbaycan iqtisadiyyatında hələ də neft sektorunun
böyük xüsusi çəkisi ixrac
məhsullarında neft və neft məhsullarının üstünlük təşkil etməsinə səbəb olur. Ölkəmizi xammal
ixracatçısından hazır məhsul ixracatçısına çevirmək və ölkəyə xarici
valyuta gətirmək üçün
rəqabətqabiliyyətli ixrac məhsullarının istehsalının artırılması ən mühüm addımlardan biri
olmalıdır.
Respublikamız neft və neftdən hazırlanmış məhsulların ixracı hesabına tədiyyə balansında müsbət
saldonu qoruyub saxlaya bilmişdir (cədvəl 1).
Dostları ilə paylaş: