Oğru və qazı



Yüklə 487,1 Kb.
səhifə4/6
tarix10.05.2018
ölçüsü487,1 Kb.
#43369
1   2   3   4   5   6

Katib qeydi:

“Oğru və qazi” hekayəti sona çatdı hicri 1180-ci ildə

Vəli Ərəşi onu əziz qardaşı molla Əbdülqəni Xaşmazi üçün köçürdü.


IV

DÜZD VƏ QAZİ

(B-5955/7580 şifrli əlyazmanınmətninin transfoneliterasiyasının)


BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
1أَلحَمدُاللهُ رَبِّ العَالَمینَ وَ صَلِّ اللهُ عَلی خَیرِ خَلقِهِ مُحَمَّد وَ آلِهِ الطّاهِرینَ وَ صَحبِهِ الأَجمَعینَ

Amma bəd: Çün kitabi-“düzd və qazi” farsi ləfzilə tövzih olmağa binaən bu ərazidə çəndan kitabətinə talib və hikayətinə rağib dögüllər idi. Ona görə əhbabi-cani və əlbabi-ruhanidən bir nəfər şəxsi xassi təvəqqe və iltimas ettilər ki, əgər zəhmət olmasa türki vəzilə, lüğət ləfzilə tərcümə edəsüz, ta qarilərə zövq və müstəmelərə şövq üz versün. Fəlihaza bəndə Şəqi İbn Məhəmməd Qasim Məhəmməd Təqi Qudyali onların istidasın istima və qəbul edib, yeddi saətdə türki ləfzilə tərcümə qıldım.

Nəql edirlər Harunərrəşidin əyyami-hökümətində Bağdad vilayətində bir nəfər şəxs var idi. Qayət pərhizkar, daiməl-iman, qayiməl-leyl və sayimül-nəhar idi. Bağdad vilayətində ümurati-qəzavətə məşğul və məmul idi. Bir gecə həman qazi öz xəlvətsarayında hədis kitabını mütaliə qılırdı. Həmin hədis

تَحُبُّ الصَّلاةَ فیِ البُستانِ

- yəni “Dost dutaram hər sələvatikə bağ və bustanda əda oluna” nəzəri xeyri mənzərinə düçar oldu. Qazi bu işarətin bəşarətindən fərəhnak olub, özünə lazım bilib müttəhim qıldı ki, minbəd həmin hədisin məzmununa iqdam edib, əksəri-vəqti övqati-salavatın riyazi-büsatında keçürsün. Çün vərəqi-digərə mülahizə qıldı, dübarə həmin hədisi ki,



اَلنَّومُ اَخُّ المَوتِ

- yəni “Xab bəradəri-mərgdir” müşahidə qıldı. Çün qazi həmin əhadisün mütaliəsindən fariğ oldı, rəngi-xabı didələrindən silib buyurdular ki, hər şey ki, mərgə bəradərlik edə, ondan ictinab səvabdır. Dübarə mütalieyi-kitaba məşğul oldu. Hərəmi-qazi biruni-şəhərdə bir baği-əzim tərtib vermişdi ki, guya beheşti- ənbərsereştdən bir nümunə idi. Ruyi-zəmində ehdas olunmuşdı. Səfhəyi-ərzin bənəfşə, reyhan və əzhar firavan ilə pirastə qılıb, içində gunə-gunə nihali-fəvaki və növbənöv şəcəri-nur səmər tərtib vermişdi. Ənadili-xoşəlhani hüsni-pərivəş və suti-dilkəşlərilə səda-sədaya qoşub xanəndəliyə məşğul idilər. Necə ki şair həmin bağın səfa övsafında şəmməvü riştə təhrirə çəkibdir.

Beyt:
آن پر از لاله های رنگارنگ،

وین پر از میوه های گوناگون،

باد در سایه درختانش،

گسترانیده فرش بوقلمون.
Ora rəngbərəng lalələrlə,

Cürbəcür meyvələrlə dolu idi,

Külək ağacların kölgəsində

Müxtəlif rənglərə çalan xalça salmışdı.

Guya xürdeyi-Mina xakinə məxlut və ya əqdi-Sürəyya tərkinə mərbut olmuşdu.

Beyt:

گل سرخش چو چهره خوبان،

سنبلش همچو زلف محبوبان.

Qırmızı gülləri gözəllərin çöhrəsi kimi,

Sünbülləri sevgililərin zülfü kimi.
Çün gecədən bir payə keçdi, qazi aləmi-xəyalbazlığında xatirindən keçirdi ki, sabah cümə günüdür və eyni-məsləhətdür ki, bağa azimü rəvanə olub, həm sələvati-sübhi orada əda və həm əşcari-əzhar və gülgəşti-mərğzarə tamaşa edib, həm cənab Rəsuli-Əkrəmin (s) hədisinə müvafiq əməl edərəm. Amma qazinin bir qulami-nikfərcami var idi Kəşmirli Bəxtiyar nam güləndam. Piş əz-vəqt həman qulamı ehzari- hüzur qılıb buyurdı ki, ey Bəxtiyar, iki saat tülui-sübhə qalmış ulaği-misrini zin ilən müzəyyən edib, həyəti-hərəmsəradə hazirü nazir edərsən ki, nəmazi-sübhi bağda əda edəcəyəm. Qulami-güləndam bilrəsul eyni-ləfzin dilində cari qılıb, hər ikisi bir mənzildə xabi-istirahətə məşğul oldular. Qulam qazinin hübli fərmanı ilə aləmi-xabında nisfi-şəbə bir saat qalmış hövlnak rəxtixabından qalxıb, gecəni əsəri-qəmərdən rövşən görüb, sübh xəyal eylədi. Dəfətən qərimət edib dirazquşə zin puş verib, hərəmsəranın qapusunda hazirü mühəyya qıldı və özü dəxi hərəmsərayə daxil olub bətəcil təmamilən qazini xabi istirahətindən bidar qıldı.Çün qazi dəxi canibi asimana nəzər qıldı o da əsəri-məhtabdan sübhi xəyal edib biduni-ehtiyat ki, gecədən nə keçib, balapuşi öz dərbərinə arastə qılıb, əmmameyi-şəst zəri` başına tərtib verib, nəleynini payi-mübarəkə geyib və ridasın kətfinə salub, ulağa səvar oldi. Vəxt fövt olmamağından ötəri əhli-beytin səvarə qurfədən vida qılıb, qulamı Bəxtiyarə tapşırdı ki, evdən dürüst mütəvəccihü sərhisab olsun. Fərzəndi-ərcüməndinə dəxi buyurdu ki, mən müraciət edənəcən mütəvəccihi əyal olub, dərsi-bəhsüvə məşğul olursan. Bəd əz-vidayi-tövsiyə ki, hənuz nisfi-şəbə baqi qalmışdı, bağ canibinə əzimət qıldı. Çün şəhərdən birun oldı. Cəddeyi-baği pişnəhad xatir qılıb, əzimət edərkən güzəri bir quristani-köhnə düşdi ki, əsnayi-rahində ihdas olunmuşdu. Əz-qəza bir sariqi-cəvani-fəsihül bəyan, bisahibi kəmalü xeyli sahibcəmal ki, həman guristanda kəmin kin edib durmuşdı. Guristandakı cənab qazi tənha biduni rəfiq dirazquşə səvar olub və balapuşi fərqindən salub, təsbih quyan vəl-viradxan farüğülbal əhsənülhal təşrif götürürlər. Dəfətən cavan düzd tiği-bidəriğin qılafından çəküb qazinin səri-rahin kəsib, bir bangi-mühibb əndəruni-cigərdən çəkib dedi: - Əyyuhəl-qazi قِفَّ المَکانَک , yəni ey qazi, öz məqamında tövğif qıl. Qazi çün həman cəvani sərü qaməti-məhrüxsari tiği-birəhnə ilən öz qəsdinə durmuş müşahidə qıldı, əndamına lərzə və əzasına rişə düşüb dedi ki, من انتا , yəni “kimsən”? Bu şəbi-tardə guşeyi məğabirdə bu əmrə məşğulsan. Cəvan dedi: سّارِق انا , yəni mənəm düzdü sariqi-bimüzd. Qazi əczü inkisar dedi: - Ey cəvan, Allahdan xövf etmirsən ki, gedib sariqlıği özüvə peşə edirsən?

Cəvan dedi: - Əgər xövfi-Xudavəndi xatirimdə müraat etməsəydim, əvvəli-bangdə tiği-bidəriğni gərdənüvə həvalə qılmışdım. İndi, ey qazi, ya caməyi-bədəndən əl çək və ya öz qətlüvə razı ol. İkisindən biri sənin üçün ümidi-nicati məhaldır. Çün qazi bu kələmatı düzddən istima qıldı və dudi- siyah nəhadından asimana bülənd oldı.

Qazi dedi: - Ey bihəya, hiç şərmü hicab etmirsən ki, bu gunə hərfləri müvacihətən mənim üzümə deyirsən. Bəhali  an ki, mən müsəlmanların qazisiyəm.

Düzd dedi: - Çox danışma, mən də müsəlmanların oğrusuyam. Müddəti-mədid idi bir belə seydin tələbində və bir belə şikarın arzusunda səhragərdü badiyənəvərd idim. Əlhəm­dülillah Həqq-təala mənə tövfiq kəramət edib, niyrəng kimi büzürgvari cümlə rixvətü dirazquşi ilən mənə nəsibü ruzi qılıbdır. Tez ol ulaqdan piyadə ol və libaslarını bədəndən ixrac qıl. Hər nə vücudunda mövcuddur, gərəkdir ki, mənə intiqal tapsun.

Qazi dedi: - 1اَستَغفِرُاللهَ رَبّی وَ اَتوبُ إلَیهِ. Başın qazi əlhacət dərgahinə dutub münacat eylədi: Xudavənda, sənsən aləmi sirrü əlxəfiyyat, nə günahi və nə məsiyəti məndən sadirü vaqe` olubdur ki, bir belə düzdü nahəmvarə düçar giriftar oldum. Bu tərəfdən sariq dəxi dedi: - Sübhənallah, sənsən aləmül-qeybi- həqiqət. Görəsən, bu bəndən nə günahgirə hadis olubdur ki, bu şəbi, tardə mənim əlimdə giriftar olubdur.

Qazi dedi: - Ey cəvanmərd, sən bu qəddü qamətü bu elm ilən sariqliğə mürtəkib olmusan. Aya ruziyi-həlalü məaşi bi qeylü qal edə bilməzsən?

Sariq dedi: - Məgər fürqani-həmid və kəlami-məciddə bu ayeyi-vafiyi-hüdayə nəzərinə yetüşməyüb ki:

2نَحنُ قَسَّمنا بَینَهُم مَعیشَتَهُم

,yəni hər bir bəndəmə bir peşəni məaşi-ruzi müqəddər qılmışam. Mənim qismətim həm bu idi ki, bu gecə cənabınızı zəhməti-ulaqdan həras və kərani-libasdan xilas edib, hər ikisin öz zəmməmə qəbul edərəm. Bəd əz-an səlamət öz peyi-karimə gedərəm.

Qazi dedi: - Ey cəvan, bəhəqqi-Quran, mənə maneihal və müzahimi əhval olma. Qoy öz məqsədimə azimü rəvan olub, ibadətimdən qalmayım.

Sariq dedi: - Nə deyirsən? Gərək muradım səndən hasil olsun və bineyl məramından əl çəkmək xəyali-batil və mühali- xamdır. Necə ola bilər ki, sənin nicatın ilən öz-özümə mane olum.

Qazi dedi: - Bu xilafi-rəsmdir mənim ilən zəhi bimürvətlik edirsən.

Düzd dedi: - Təəccüb edirəm hörməti-üləma hər məzahibdə vacibdir və lakin bilməyirəm bəndeyi-Xudadan hansının haqqında səndən bir hökmi-xilaf və nainsaflıq əmələ gəlübdür ki, bu gecə xərabəsində mənim əlimdə giriftar oldun.

Qazi dedi: - Ey cəvan, məgər cənab Rəsuli-Əkrəmin (s) hədisi guşi-huşinə əsfa olmuyubdur ki, buyurub:

اَلحَیا شُبَةُ مِنَ الایِمانِ

- yəni “Hər kəsin həyası yoxdursa, imanı yoxdur”.

Sariq dedi: - Həq buyurdun, məgər həzrətin bu hədisindən də bixəbərsən ki, buyurubdur:

اَلحَیا شُبَةُ مِنَ الایِمانِ

- yəni “Həya ruziyə manedir”.

Qazi dedi: - Ey cəvan, Həzrət təbarəkü-taala öz kəlamında buyurubdur ki:

1اَلسّارِقُ وَالسّارِقَةُ فاقطَعو اَیدِیَهُما

- yəni “Hər kəs sariqlikdə dəstgir olunsa, hər iki əllərin saiddən qət` edərlər”. Fe`li-sariqlik haramdır.

Pəs düzd dedi: - Ey qazi, həq buyurursan. Lakin əhadis kitabında görmüşəm ki, bir kəs qəlbən cövdən həlakətə qərin ola, hər qism murdar, bəlkə məyyitə dəxi əkl edərsə, şər`ə görə pakü teyyibi-tahirdir. Dər hali anki, neyrəng malınız ləhmi mürdədən kəmtərü bədtər olmayacaqdur. Hərgah bu malın xümsü zəkatın rahi-Xudada sərf qılsaydun, hərgiz nəsibi-sariq və ruziyi-düzd olmaz idi. Necə nəql edirlər: Yeddi nəfər tüccar bir-birinin ittifaqilə səfərə əzimət edirlər idi. Hər birinin kəmərində min danə əşrəfi-nəqd xəridi fürüxtədən ötəri hazirü mühəyya idi. Əsnayi-rahində sərçeşmədəki xeyli basəfa idi, nüzuli iqamət edib düşmüşdülər. İttifaq həmin qafilədə bir nəfər tacir həman yeddi nəfərin cümləsindən təsərrüfündə olan min tümən pulun xümsü zəkatin təmam kəmal verib, bir cübbə mali Allahdan zimməsində baqi qoymamışdı. İttifaq təcdidü vüzudan ötəri həmyanın kəmərdən ixrac edib, bir dirəxtün təhtində pünhan qıldı. Rəfiqlərindən biri məqami- şuxluqda xəfiyyətən kiseyi-məzburi götürüb, balayi-dirəxtdə məstur oldı. Bu əsnadə neçə nəfər qüttaüttəriq həman qafiləyə hücumavər olub, hazirdə olan nəqdü cinslərin küllən və tərrən qarət edib apardılar. Məgər həman kisə ki, balayi dirəxtdə məqami-şuxluqda rəfiqi mühafizət qılmışdı. Bir saatdan sonra sahibi tənxaha müraciət edüb nə mülahizə edir ki, əhli-qafilə küllən məcruh və qarət olublar. Bir kəsdə dinari baqi qalmayıb. Bu əsnadə rəfiq balayi dirəxtdən nüzul edib kiseyi- həmyanı həman tacirin bərabərində yerə qoydı. Dedi: -Həzərat mənim malım bişəbih idi ki, sariqə nəsibü ruzi olmadı. Ey qazi, zahirən sənin malın da şəbih var ki, mənə düçar oldun. Dəxi məqami-təvəqqüf deyildirmi, niyə ulaqdan düşməyirsən? Məgər donmusan?

Qazi dedi: - Ey cəvan, məgər eşitməmisən bir nəfər düzd yolu ilən istəyirdi bir bağa daxil olsun. Sahibi-bağ hərəkətindən xəbərdar olub dedi: - Kimsən söyləgilən bağa daxil olursan?

Dedi: - Suyam.

Dedi: - Bəs niyə içəri axmayırsan?

Düzd dedi: - Ta səni gördüm, dondum. Mən dəxi ta səni görmüşəm, donmuşəm. Ey cəvanmərd, bu gecə səhv edib bivəqt evdən ixrac olmuşam. Elə xəyal etmişəm ki, ənqərib sübhdir və hali anki, ta hali nisfi-şəb olmayıb. Allah xatirinə, məndən əl götür. Fəziləti-ibadətə fövt olmasun.

Sariq dedi: - Ey qazi, məgər elmi-nücumda bibəhrəsən?

Dedi: - Kövkəb və on iki bürc və igirmi doqquz dərəcə və altmış dəqiqə və mənazili-qəmərü məqami-sitarələri tanımırdın ki, bivəqt evdən xaric olub, mənim çəngimə düşdün?

Qazi dedi: - Ey cavan, nikusurətü pəsəndidəsurət həzrət Rəsuli-Əkrəm (s) buyurubdur ki:



1مَن أَمَن باِلنُّجومِ فَقَد کَفَرَ

- yəni “Hər kəs sitarələrə iman götürə, kafəri-mütləqdir”. Sariq dedi:

Beyt:
نجوم را منکر، تو به تحقیق کافری مطلق. گر تو باشی جبرئل آورید بهر نبی، از نجوم این نه ایه بر حق.

Əgər sən nücumu inkar etsən,

Sübut olunmuş mütləq kafərsən.

Cəbrayıl (ə) bildirdi nəbiyə,

Nücum haqda olan bu doqquz ayəni.
Qazi dedi: - O, doqquz ayə hansılardır? Düzd durdu bir-bir həyyiz şümarə götürməklə dedi:

إِنَّا زَیَّنَّا السَّمَاءَ الدُّنیا بِزینَةِ الکَواَکِب 2

3 وَ لَقَد جَعَلنَا فِی السَّمَاءِ بُروجاً


وَالقَمَرُ قَدَّرنَهُ مَنَازِلَ 1

وَالقَمَرُ وَالنُّجومُ مُسَخَّراتٌ2

فَلاَ أُقسِمُ بِمَواقِعِ النُّجومُ3

لِتَعَلَّمُوا عَدَدَ السِّنینَ وَالحِساب 4

5وَ بِالنُّجمِ هُم یَهتَدونَ

6وَالشَّمسُ تَجرِی لِمُستَقَرِّ لَهَا وَ ذَلِکَ تَقدِیرُالعَزِیزِالعَلیمٌ
وَالسَّمَاءِ ذَاتِ البُروجِ7
Dedi: - Ey həzrət qazi, hər kəs Qurandan bir hərfə münkir olsa, kafəri-məhzdir. Xuda nəkərdə, məgər kafərsiz ki, ayati-Xudavəndə münkər olursuz. Qazi dedi: - Sübhənallah, əcəb fazil oğrudur. Bu ərzi-müddətdə neçə münəccimləri təkzib etmişəm və hali anki, heç biri bu fəsahətdə degildi. Lakin onlardan hərgiz belə cavab eşitməmişəm. Ey cəvan, sən ki, belə münəccimi-fazilsən, heç bilirsən ki, bu gecə mənim taleim sə`ddür, ya nəhs?

Sariq dedi: - Ey qazi, bu elmü fəzlilən zəhi divanəlikdir ki, bir belə halətdə öz talein sual edə. Pəs mütəvəccih ol, bu gecə qəmər Əqrəbindədir. İki dərəcə otuz dəqiqə yeddi saniyə ilən Mərrix çaharündədir. Düzdü rahzənlik xeyli xub, bəqayət mərğubdur. Lakin üləmalar üçün bu gecə evdən xaric olmaq nəhayət nəhsü məzmumdur. İndi dəxi durma libaslarını soyun, yoxsa dutaram toyun.

Qazi dedi: - Məni yoldan mane eyləmə. İstəyirəm bağa gedim və müvafiq hədisə əməl edim.

Sariq dedi: - Sən belə müvafiq hədisə əməl edənsən, məgər bu hədisi məsmu etməmişdin ki, Həzrət (ə) buyurub :



اَلرَّفِیقُ ثُمَّ الطَّریق

- yəni “Əvvəl rəfiqi təyin etmək gərək, summə təriqi getmək”. Əgər bu həvadarı özün ilən həmrah götürsəydin, hərgiz mən cənabınıza zəfər tapa bilməzdim. Və sən dəxi bu qədər labəgərlüq etməzdin.

Qazi dedi: - Həqdür.

Beyt:


جان من خود کرده ام خود کرده را تدبیر چیسث؟

Mən nə etdimsə, özümə etdim, buna nə çarə?

Ah, yenə qulam Bəxtiyarı özüm ilən həvadar götürmədim. Bu necə qələtü, necə qəflət idi məndən vaqe oldu.

Sariq dedi: - Ey qazi, zahirən siz heç gecə səfərinə ixrac olmamısınız. Yəqin, əlan xabi-istirahətdən qalxub, mənim əlimdə giriftar olmayasunuz degil. Bu məgər qismət ki, sizi kəşan-kəşan bu canibə rəvanə qılıb. Necə ki nəql edirlər iki nəfər şəxs Bəhlulun xidməti-səadətinə müşərrəf olub, sual eylədilər ki, qəza rizayi Allah iləndir, ya nə? Bəhlul cavabında təhəmmül edib dedi: - Bir qədər təvəqqüf ediniz, əlan gəlləm. Bəhlul qədəmi balayi-məhtaba qoyub gördü ki, bir mürği-əcibi-zərrinbal pürxətti-xal səri-divarda əgləşib. Nəzdik olub hər iki əllərin aparub, həmin quşun ayaqlarından möhkəm dutdı. Mürğ pərvaz edib, asiman səmtinə üruc qıldı. Bəhlul xövfindən gözlərini yumub ayaqlarını möhkəm dutdı ki, məbada sərazir olub mərəz tələfinə getməsün. Həman quş həvada bir neçə çərxi vurub, bir qələçənin başında nüzul qıldı. Bəhlul fürsəti qənimət bilib, imarəti-qələyə daxil oldu. Bir zimmi nəfəsi həman büqədə görmədi. Hər canibə mütəhəyyir nəzarə edərkən gözi bir cəvani-bədiül-cəmal, ədimül-misal pərixisalə düşdi ki, müddəti-ömründə hərgiz elə cəvani- məhliqa görməmişdi. Necə ki onun vəsfindədir:

Beyt


چه یاقوت است جان پرور که این شیرین پسر دارد.

شکر در جان شیرین جان شیرین درشکر دارد.
Bu şirin oğlanın necə canpərvər yaqutu vardır,

Şəkərin canında şirinlik var, şirinin canı şəkərdədir.
Bəhlul cəvana nəzdik olub salam verdi. Cəvan iltifati- təmamü əltafi-malakəlam ilə rəddi-salam edib Bəhlulu öz kənarında əgləşdirdi.

Bəhlul dedi: - Ey cavan, əvvəl buyurgilən sən kimsən və niyə tənha birəfiqi həvadar bu qələçədə nişiməni ixtiyar etmisən? Və xəlayiqdən nə xəyanət görmüsən ki, bilmərrə qət`i-əlaqə edib, zaviyənişini köşəvü kənar olmusan? Cəvan bəyani-fəsih ilə buyurdular ki, mən filan şəhzadəyəm. Amma münəccimlər mənim taleimə baxıblar ki, on dörd sinnədə bir Bəhlul adlu şəxsin əlində mərəzə tələfə gedib öləcəksən. Ona görə atam bir ildür ki, həmin sərzəmində bir qələyi mətin mənim üçün tərtib verib və hər mayəhtaci tədarükün hazirü amadə edib qoyubdur. Bu ərzi-müddətində hərgiz bəni növi- bəşər nəzərimə yetişməmişdi. Çünki cənabınızı gördüm nəhayət xoşhalət mənə üz verdi. Bəhlul öz xatirində dedi: - Sübhənallah, bu, nə əmri-əcib və nə hikayəti-qəribdir? İstima` edərəm, əl qə`t olsun ki, belə cavana qəsd edə. Bir ləmhə sonra cavan gedib bir xərbizə hazir qıldı.

Dedi: - Ey mihmani-əziz, əcəb xərbizəyi-ləzizdir. Təvəqqe edərəm ki, o ki, həsbi-xahişündür, tənavül edəsən və mənim ilən burada həmsöhbət olub qalasan. Amma Bəhlul guşəyi-çeşmi ilən gah-gah arizi-gülfamına mülahizə edib, təməttö aparırdı. Bu tərəfdən şahzadə kəzləki-neyi-qələmtəraş ilə xərbizədən qə`t edib Bəhlulun ağzına və Bəhlul dəxi kəzlək ilən xərbizədən kəsüb, şəhrizadənin ağzına verirdi. Əz- qəza şəhzadə ətsə vurdı. Kəzlək hulqumi-şəhzadəni kəsib, dərhal canın sübhani afərinə təslim qıldı. Bəhlul mukünan, muyəkünan caməsin parə qılıb, dəsti-müsibət başına çalurdu. Əşki-həsrət didələrindən səfheyi-rüxsarinə cari qılıb, şivən edirdi. Axərən, labüd və laəlac qalıb, qələçədən birun oldı. Gördi həman quşun ayaqlarından möhkəm dutub, gözlərin yumdı. Quş dübarə pərvazi-həvayə üruc qıldı. O, iki nəfər şəxs ki, Bəhluldan sual etmişdilər, gördülər Bəhluldan əsəri-zahirü xəbər mahir olmadı. Məhtabə daxil olub və tamaşa qıldılar ki, bir mürği həvadan aşağıda yenir. Lakin Bəhlul hər iki əlinən həman quşun ayaqlarından möhkəm və mütəhəkkim dutubdur. Ahəstə həman quş Bəhlulu götürüb onların hüzurunda yerə qoydı. Həzərati-aləm təəccübdə bir-birinə dedilər: - Bu, nə haləti-qəribdir ki, səndən dərəceyi- zühurə yetişdi?

Bəhlul dedi: - Kaş sizin diliniz lal olaydı. Məndən sual etməsəydiniz və mənim də ayaqlarım sınaydı, məhtabə daxil olmayaydum. Bəd macəranı əla macəri bunlar üçün şərh qıldı. Ey qazi, bunlar məsiyəti-Allahdır ki, bu gecə sən mənim əlimdə giriftar oldun. Bigoftügu bürəhnə ol ki, ənqərib sübhdir. Necə ki bu gecə öz pərişanlığımdan ötəri ol, kəlami- Məcidə pənah götürüb təfaül eylədim. Həmin ayə gəldi ki,



لَیسَ لِلاِنسَانِ إِلّا مَا سَعی 1

- yəni “Hər iş insan üçün müyəssər olmaz”. Məgər səy ilən və kitabi Şariğül Ənvarə təfaül eylədim. Bu hədis nəzərə yetişdi ki, Həzrət Rəsuli-Əkrəm (s) buyurubdur ki,



تَسَارِقُونَ تَغَانِمُون2

sonra təxtə rəml çəkdim. Saəti-səfər möhsün gəldi. Təqvimə mülahizə qıldım. Mərrix çaharümdə və Müştəti mənazildə və qəmər Əqrəbdə idi. Ümurati-sariqliq bəqayət niku və pəsəndidə idi. Ona görə aləti-hərbi öz dərbərimə arastəvü pirastə qılıb, sariqliq əzmilə evdən birun olub, ta hal on beş ağac yol sürüb, burada sənə düçar olmuşam. Tez ol, öz hörmətün ilən soyun.

Qazi dedi: - Nə bəlayi-əzim oldun mənim üçün. Məgər divsən bu qədər məni rəncidə edirsən?

Düzd dedi: - Əgər mən div olsam, sən dəxi kafirsən. Bu dəlil ilən ki, Allah-taala öz kəlami-Məcidində buyurub:


1إنَّا أرسَلنَا الشَّیاطِینَ عَلیَ الکَافِرینَ

- yəni “Divləri kafirlərə göndərmişik”. Ey qazi, təfsirdə görmüşəm bir gün zəmini-şurəzar ruyi-niyaz ilə dərgahi- biniyazdən şıkayət təriqilə istiğasə eylədilər ki, ey sane, biçün bu nə təlxi-şorluqdur ki, bizüm nəhadında qərar vermisən ki, heç bir güli-giyah bizlərdən hasil olmayur. Dər-saət xitabi- Rəbbül-ərbab yetişdi ki, ey zəmini şurəzar, sizə şükri- Pərvərdigar vacibdir. Ondan ötri ki, sizi havayı hökümətgahi- qaziyan yaratmamışam ki, üstüvüzdə xilafi-hökmə məşgul və mürtəkib olsunlar ta onların şəamətindən üqubəti dareyndə baqi qalasınız. Yer səcdeyi-şükrə gedib samitü sakit oldular.

Sariq dedi: - Ey qazi, sən dəxi həman qazilərdən degilsənmi? Səni qarət etmək səvab bəl, ibadətdir. Durma soyun. Qazi laəlac qalub dedi: - Ey cəvan, bu həvalidə bir qit`ə bağım var ki, içində hədsiz rüxvətü övzayi-dövlətim var. Bilittifaq həman bağa azimü rəvanə olaq. Orada on dəst libasü min tümən öz rizayi rəğbətim ilən cənabüvə mərhəmət edərəm. Vər nə məni burada lüxt və təfzih edmək layiq degil.

Sariq dedi: - Ey qazi, yoxsa məni həman düzdi-Bəxtiyari xəyal edirsən ki, cəvani-İsfəhani məkri-təzvirilə dəstgir qıldı.

Qazi dedi: - Necə olubdur ol hekayət?

Sariq dedi: - İsfahan şəhərində bir cəvani-fəsihül-bəyan, bədiül-cəmal, sahibi-kəmal var idi. On səkkiz sinndə toy eyləmişdi. Bir gecə ərusi-tavus xürami-siməndam ilə bəstəri- nazdə xabi-istirahətə məşğul idilər. Bir nəfər düzdi-Bəxtiyari istəyürdi bamdan divarı söküb, daxili-əndəruni-hərəm olsun. Damad xəbərdar olub gördi ki, oğrudur. Ahəstəlik ilən ərusin bidar edib dedi: - Ey arami-can, vey məşuqi-mehrəban heç məndən soruşmayursan ki, bu qədər malü dövləti hardan cəmü fərahəm etmişəm? Ey arami-dili-natəvan, bir nəfər dərvişi-hindi bir duayi mənə təlim edibdir ki, hər vəqt o duanı oxuyurdum manəndi-mürğ pərvaz edərdüm. Hər canibə istəsəydüm gedərdüm və hansı sahibidövlətün bamına istəyəydüm, düşərdüm. Hər nə xatirim istəsəydi, cəmü fərahəm edüb dübarə duanı oxuyub pərvaz ilə müraciət edərdüm, ta müruri-dühur ilən bu qədər dövləti cəmü fərahəm qıldum. Ərus çün övrət idi, şovhərinin qövlin sidq təsəvvür edüb iltimas eylədi ki, nə olur bu gecə həman duanı bana təlim edəsən, ondan ötri ki, Şirazdə bir nəfər həmşirəm var. İstəyürəm ki, onun ziyarəti-didarına müşərrəf olub, baz ələssəbah müraciət edüm. Sariqi-əvam səri-bamdə qulaq asurdı. Bu tərəfdən damad dedi ki, ey dilaram, duanı sənə elam edərəm, bu şərt ilən ki, bir kimsəyə təlim etməyəsən. Sariq ki, ol vəqt ilə mütəvəccih idi, dedi: - Dua budur və türki oxudu ki, ya Allah, oğrınun-boynun sındır. Ey Xuda, gərdəni-düzdra beşkən. Düzdi-Bəxtiyar həmin ləfzi istima qılub, mükərrər xatirində dolandururdu ki, fəramuş olmasun və müttəsil oxurdı. Son damad ərusinə dedi: - İndi xabi-istirahətə məşğul ol. Sübhə yavuq bir nəfər div həmin imarətə nazil qılacaqdur. Hər mayəhtaci ki, sənə zərurü ehtiyac olsa, özü ilə gətirəcəkdir. O, vaxtda səni tədarüki-təmam ilən Şirazə göndərrəm. Övrət yatdı. Cəvan dəxi sədayi-xabi-bülənd qıldı. Düzdi-Bəxtiyari öz xatirindən keçürdi ki, əcəb oldi əvvəl duanı oxuyub, özümü bu şəxsün həyatına sallam. Bəqədri-məğdur bir fəmən yəməli təhsil qılam. Müxtəsər, bu şövqü zövq ilən üç mərtəbə imarəti tərk ilən duayi məzburi oxuyub, özün bamdan aşağa saldı. Fövrən bir daşın üstündə nəqşin bağlayub boynı sındı. Ərus hövlnak xabi-istirahətdən bidar olub şovhərinə dedi ki, divi ki, deyürdün sübhə yavuq gələcək nüzul qıldı. Dur mənim tədarükimi gör. Vəqt ikən azimi-Şiraz olum. Cəvan təbəssüm edib dedi: - Ey dilaram, bu tədarüki- təmhid həmin gərdənşikəstənün nüzulindən ötəri idi ki, oldı.

Ey qazi, məni həman oğrulardan xəyalü hesab etmə. Mən kəmali-ədəb ilə sizə ərz edürəm ki, tez ol soyun ki, əsəri- sübh nümudardır.

Qazi dedi: - Ey cəvani-xubruy, mənim hörmətim bu hədisün məzmuni-sidqi-məşhununa görə sənə bilümum bəni növə lazimü bilvacibdir ki, cənab Rəsuli-Əkrəm (s) buyurubdur ki:



1العُلَمَاءُ وَرَثَةُالاَنبِیاءِ

- yəni “Alimlər peyğəmbərlərin vərəsələrüdür”.

Düzd dedi: - Ey qazi, bər fərz, sən mirasxori peyğəmbəran olsan, mən də xasseyi-Xudayəm. Bu dəlil ilən ki, cənab Peyğəmbər (s) buyurubdur ki:

2أَهلُ القُرأنِ أهلُ اللهِ

- yəni “Quran oxuyanlar Allahın xassələridirlər”. Xüsusən bəndeyi-həqir ki, peyvəstə yeddi qiraət ilə kəlami-Allah oxuram.

Qazi dedi: - O yeddi qiraət hansılardır?

Düzd durdu bir-bir tə`dad edməgə.

Dedi: - Əvvəl, qiraəti-Nafe, iknci, qiraəti-İbn Kəsir, üçüncü qiraəti Əbu Ömər, dördüncü, qiraəti-İbn Amir, beşınci, qiraəti-Həmzə, altıncı, qiraəti-Kəsai. Hər birindən bir ayə avaz-dilkeş və sövti-xoş ilən oxudı. Huş qazinün başından getdi.

Qazi dedi:

Beyt:


Yüklə 487,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə