Oğuz yurdu I c t I m a I s I YA s I q ə z e t



Yüklə 16,78 Mb.
Pdf görüntüsü
səhifə27/29
tarix31.12.2021
ölçüsü16,78 Mb.
#81533
1   ...   21   22   23   24   25   26   27   28   29
TOOSAR

-Oğuzda  tavaya  toosar  da de-

yilir.


TULUX

-Tuluq ( tulux) Oğuz  heyvandarları-

nın, çobanlarının  geniş  istifadə  etdikləri  məi-

şət  qabıdır. Qoyunun, yaxud  keçinin  aşılan-

mış  bütov  dərisindən  hazırlanır. Yaylaqdan

içərisində  pendir, cöh,  süzmə, ayran,  şor  gə-

tirilir  və  saxlanılır.

TURŞİ

-Oğuz  rayonunda  yaşayan  dağ  yə-

hudilərinin  milli  yeməyi, tərəvəz  supu. Ərzaq;

1 stəkan  quru  lobya, yarım  stəkan  düyü, 1

baş  qırmızı  kök, 1  dəstə  keşniş, 1  dəstə

şüyüd, 1 kq  kələm, 1 kq  boranı, nanə, reyhan,

kərəviz,  sarımsaq,  1  xörək    qaşığı    alça

turşusu,  duz. Əvvəl  lobya  bişirilir, qırmızı  kök

xırda-xırda  doğranıb  tökülür, duz  vurulur, bir

qədər  sonra  düyü  əlavə  edilir, 15  dəqiqə

sonra  kələm  və  balqabaq  xırda-xırda  doğra-

nıb  tökülür. Bunlar  tam  bişdikdən  sonra  gö-

yərti , turşu,  sarımsaq  əlavə  edilib,  2-3  dəqi-

qə  sonra    tərəvəz  supu  süfrəyə  verilir.



ÜÇBUCAQ  ƏRDƏK

-Əzilmiş  qoz  və fındıq

ləpəsi  şəkər  tozu  ilə  qarışdırılıb  içlik  hazır-

lanılır. Xəmirdən  yuxa  açılır, yuxa  sacın  üs-

tündə  təpitmə  halına  gətirilir. Bu  yuxa  eni  5

sm,  uzunluğu  30 sm  formasında  kəsilir. Kə-

siyin  1 ucu  üçbucaq  şəklində  eşilir, içinə  iç-

lik  qoyulur. İçlik  qoyulmuş  hissə  üçbucaq

formasında  qatlana-qatlana  kəsiyin  sonuna

gətirilir  və  xəmir  yapışkanla  bərkidilərək  yağ-

da  qızardılır.

YAXNİ

-“Kitabi-Dədə Qoqud”  dastanlarında

“yəxni”  kimi  qeyd  olunan  bu  yemək  növü

Oğuz  udilərinin  mətbəxində  bu  gün  də  ya-

şadılır.  Mal    ətindən    hazırlanır.  İri    tikələrlə

doğranıb  qazanda  bişirilən  soyutma  ətdir.

Soğan  tökülmür. Soğan  və  istiot  ət  bişdik-

dən  sonra  üstünə  tökülüb  süfrəyə  verilir.

Udilər  xeyir  və  şər  məclislərində  ən  çox  is-

tifadə  etdikləri  bu  yemək  növünə  yaxni  de-

yirlər. Bu  qədim  Azərbaycan  yeməyi  Naxçı-

vanda  da  saxlanılmışdır. Orada  “yəxnikeş”

adlı  qabdan  indi  də  istifadə  edirlər. “YAX-

Nİ//yəxni”  (soyutma  ət)  Qəbələ  rayonunun

Nic  qəsəbəsində  və  Oğuz  şəhərində  yaşa-

yan  yerli  udilərin  ən  sevimli  milli  xörəklərin-

dəndir.


Yüklə 16,78 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə