Oğuz yurdu I c t I m a I s I YA s I q ə z e t


Tərtib  etdi:Yusif  Rzayev



Yüklə 16,78 Mb.
Pdf görüntüsü
səhifə28/29
tarix31.12.2021
ölçüsü16,78 Mb.
#81533
1   ...   21   22   23   24   25   26   27   28   29
Tərtib  etdi:Yusif  Rzayev

Oğuz  rayonu  üzrə  ümumişlək  olmayan, dialekt,

kulinariya,  milli  mətbəx,  mətbəxlə  bağlı  məişət

əşyalarını  bildirən  sözlər  

(İ z a h l ı   l ü ğ ə t )   

R

espublikamızda  qeyri-neft



sektorunun inkişafı prioritet

vəzifələrdən biri kimi müəy-

yən edilib. Bu sektorun aparıcı sahələ-

rindən olan aqrar sahənin inkişaf etdi-

rilməsi qarşıya mühüm vəzifə kimi qo-

yulub.  Son  illərdə  Azərbaycan  Res-

publikasının Prezidenti İlham Əliyev tə-

rəfindən aqrar sahəyə göstərilən döv-

lət qayğısı nəticəsində kənd təsərrüfatı

məhsulları istehsalının həcmində nə-

zərə çarpan artım müşahidə edilmək-

dədir. Bu da keyfiyyətli kənd təsərrüfatı

məhsullarının istehsalına və ölkənin ix-

rac potensialının artırılmasına öz töh-

fəsini verir. Son illər Dövlət Fitosanitar

Xidmətinin çevik idarəetmə strukturu-

nun formalaşdırılması, respublika əra-

zisində  fitosanitar  sabitliyin  qorunub

saxlanılması,  qeyri-dövlət  fitosanitar

xidməti subyektlərinin inkişafının dəs-

təklənməsi nəticəsində bitkiçilik məh-

sullarının istehsalının artırılması, key-

fiyyət göstəricilərinin yaxşılaşdırılması

və digər istiqamətlərdə ciddi addımlar

atılıb.

Ölkə  rəhbərinin  kənd  təsərrüfatı

məhsulları  istehsalının  artırılmasının

təmin edilməsi məqsədilə  verdiyi tap-

şırıqların, qarşıya qoyulmuş vəzifələrin

yüksək  səviyyədə  yerinə  yetirilməsi

üçün Oğuz rayonunda da geniş iş apa-

rılır. Rayonda kənd təsərrüfatı işlərinin

vaxtında  görülməsi  təmin  edilir.  De-

kabrın 1-dək rayon üzrə 15801 hektar

sahədə taxıl səpini keçirilmişdir ki, bu

da  keçən  ilin  eyni  dövrü  ilə  müqayi-

sədə 3011 hektar çoxdur. Qeyd edim

ki, böyük əhəmiyyətə malik səpin kam-

paniyasının  aqrotexniki  tələblərə  uy-

ğun aparılmasına, toxumun dərmanla-

naraq səpilməsinə ciddi nəzarət edilir. 

Fermerlər,  kənd  təsərrüfatı  məh-

sulları istehsalı ilə məşğul olan sahib-

karlar bilməlidirlər ki, əkin sahələrində,

meyvə bağlarında, biçənək və örüşlər-

də müşahidə edilən  siçanabənzər gə-

miricilərə qarşı vaxtında ciddi mübari-

zə təşkil edilməlidir. Mübarizə tədbir-

lərini  ləngitmək  məhsul  itkisinə,  fer-

merlərin böyük məbləğdə ziyana düş-

məsinə səbəb olur. 

Gəmiricilər  fəsillərdən  asılı  olaraq

həm  yaşıl  bitkilərlə,  həm  də  onların

dənləri  ilə  qidalanır.  Onlar  il  ərzində

orta  hesabla  3-4  nəsil  verə  bilir.  Hər

nəsildə 4-8 bala olur. Taxıl sahələrində

gəmiricilərin vurduğu ziyan toxumların

cücərmə vaxtından başlayıb dənin ye-

tişmə vaxtına qədər davam edir.  Qeyd

etmək lazımdır ki, gəmiricilər tarlalarda

yuva qurarkən bitkilərin kök sistemini

zədələyir,  bununla  da  onun  vurduğu

ziyan daha da artır və bitkilərin məhv

olmasına səbəb olur. Əgər hər hektar

sahədə məskunlaşan gəmiricilərin sayı

100 ədəd olarsa, bu 50 faiz məhsul it-

kisi deməkdir. Odur ki, torpaq payı al-

mış hər bir kəndli, fermer və bağ sahi-

binin gəmiricilərə qarşı mübarizə təd-

biri aparması vacibdir.

Gəmiricilərə qarşı mübarizə tədbir-

lərinə  xam  yerlərin,  dincə  qoyulmuş

torpaqların şumlanması, suvarılması,

tarlalardan alaqların təmizlənməsi, pa-

yızda dərin şumun aparılması, dondur-

ma  suyunun  verilməsi  və  sair  aqro-

texniki  tədbirlər  daxildir.  Ən  effektlisi

isə kimyəvi mübarizə tədbiridir. Gəmiri-

cilərə  qarşı  kimyəvi  mübarizə  tədbiri

aparmaq  üçün  sinkfosfid    dərmanın-

dan hazırlanmış aldadıcı yemdən isti-

fadə etmək lazımdır. Aldadıcı yemi ha-

zırlamaq üçün 1 kiloqram buğda və ya

arpa  dəni  20  qram  bitki  yağı  və  30

qram  dərman  götürülür  və  bir-birinə

qarışdırılaraq  zəhərli  aldadıcı  yem

hazırlanır. Hazırlanmış yemi hər siçan

yuvasına 3-5 qram dən qoymaqla yu-

vanın  üstünü  tapdalamaq,  dərmana

qənaət  etmək  üçün  mübarizə  tədbiri

aparılacaq sahədə bir gün qabaq bü-

tün  siçan  yuvalarını  aşkarlamaq və

ikinci gün ancaq işlək yuvalara dərman

qoymaq məqsədəuyğundur. Mübarizə

tədbiri aparılarkən texniki təhlükəsizlik

qaydalarına ciddi əməl olunması diq-

qətdə saxlanılmalıdır.

Fermerlərə  ziyanvericilərə  qarşı

mübarizə ilə bağlı lazımi məsləhətlər

verməyə və onların keyfiyyətli dərman-

larla təmin edilməsinə komək etməyə

daim hazırıq.




Yüklə 16,78 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə