Oğuz yurdu iCTİMAİ-Sİyasi QƏzet



Yüklə 350,68 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix21.06.2018
ölçüsü350,68 Kb.
#50288
1   2   3   4   5   6   7

15 may   2018-ci il

7

OĞUZ YURDU

R

espublikanın bütün



rayonlarında “Azər-

işıq” ASC istehlak-

çıların  dayanıqlı,  fasiləsiz  və

keyfiyyətli elektrik enerjisi ilə

təchiz  edilməsi,  həmçinin  is-

tismar müddətini başa vurmuş

elektrik şəbəkələrində texniki

itkilərin  aradan  qaldırılması

məqsədilə  genişmiqyaslı  tə-

mir-tikinti və yenidənqurma iş-

ləri həyata keçirir. Aparılan bu

işlər Oğuz rayonundan da yan

keçməmişdir.  Belə  ki,  Oğuz

şəhərində 35/10 kv-luq Oğuz

yarımstansiyasında  2  ədəd

yeni 10 mva transformator qu-

raşdırılmaqla  yarımstansiya-

nın  qoyuluş  gücü  7,2  MVT-

dan 20 MVT-a çatdırılmışdır.

110/35/10 kv-luq Oğuz yarım-

stansiyasından 3,7 km məsa-

fədə 2 dövrəli yeni 35 kv-luq

hava xətti çəkilmişdir.

Oğuz yarımstansiyası mü-

asir  tipli  avadanlıqlarla  yeni-

dən qurulmuş, bütün 10 kv-luq

çıxış fiderləri tam yenidən qu-

rulmuşdur. 122 km məsafədə

10  kv-luq  hava  xətti  çəkil-

mişdir. 


Cari ildə yeni quraşdırılmış

115 ədəd 10/0,4 kv-luq trans-

formator  yarımstansiyası  şə-

bəkəyə qoşulmuşdur.

Rayonun  Malıx,  Calut,

Hallavar,  Qumlaq,  Şirvanlı,

Tayıflı, Xalxalqışlaq, Ərmənət,

Xalxal,  Xaçmaz,  Filfilli  kənd-

lərində 0,4 kv-luq şəbəkələrin

SİP kabellə yenidən qurulması

işləri  tamamlanmış,  bütün

abonentlər  yeni  sayğacla  tə-

min  olunmuşdur.  Hazırda

Oğuz  şəhərində  bu  işlər  da-

vam edir və tamamlanmaq üz-

rədir.


Şəbəkədə  görülən  bütün

işlər dövlət proqramı çərçivə-

sində və “Azərişıq” ASC tərə-

findən  təsdiqlənmiş  “Texniki

istismarın  səviyyəsinin  yük-

səldilməsi, texniki itkilərin azal-

dılması, texniki-iqtisadi göstə-

ricilərin  yaxşılaşdırılması”  və

2018-2019-cu illərin payız-qış

mövsümü üçün tədbirlər pla-

nına uyğun aparılır.

Cari ilin 3 ayında qəzaların

qarşısını  almaq  məqsədi  ilə

10 kv-luq hava xətlərində 16

ədəd,  0,4  kv-luq  hava  xətlə-

rində 44 ədəd qəzalı dayaq is-

tismara yararlı dayaqlarla əvəz

olunmuşdur.

10  kv-luq  hava  xəttində

18,2 km, 0,4 k-luq hava xətlə-

rində  isə  14,8  km  məsafədə

xəttə yaxın ağaclar budanmış-

dır.  14  ədəd  10/0,4  kv-luq

transformator  yarımstansiya-

sının şiti cari təmir olunmuş-

dur.


Görülən  bütün  bu  texniki

tədbirlərin  nəticəsində  şəbə-

kədə baş verən qəzaların sayı

minumuma  endirilmiş,  enerji

itkiləri keçən ilin müvafiq döv-

ründən  10-11  %  aşağı  düş-

müşdür.

Cari  ilin  3  ayında  rayon



elektrik şəbəkəsində 17943337

kvt/saat  elektrik  enerjisi  is-

tehlak  olunmuşdur  ki,  bunun

da dəyəri 1386862 manatdır.

Toplanan vəsait 1265753 ma-

nat,  yığım  91,3  %  olmuşdur.

Bu göstəricilər əhali qrupu üz-

rə 90,7 %, ticarət, xidmət is-

tehlakçıları  üzrə  98,2  %,  is-

tehsal,  nəqliyyat  üzrə  90  %,

büdcə təşkilatları üzrə 93,8 %

təşkil etmişdir.

Bütün imkanlardan maksi-

mum istifadə edərək mövcud

olan nöqsanları aradan qaldı-

rır, rayon sakinlərini fasiləsiz,

dayanıqlı və keyfiyyətli elektrik

enerjisi ilə təmin etməyə çalı-

şırıq.

Ə. Bədəlov,

Oğuz Elektrik Şəbəkə-

sinin rəisi 

Əhalinin fasiləsiz, dayanıqlı və keyfiyyətli

elektrik enerjisi ilə təmin edilməsi üçün

geniş tədbirlər həyata keçirilir

Əmlak və torpaq vergisinin ödəyiciləri olan müəssisələr

• 2018-ci il üzrə Torpaq vergisinin bəyannaməsini cari ilin may ayının 15-



dən gec olmayaraq vergi orqanına təqdim etməlidirlər.

• 2018-ci ilin 2-ci rübü üzrə əmlak vergisinin cari ödəmələrini cari ilin



may ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

2018-ci ilin aprel ayına görə vergi ödəyiciləri  tədiyəçisi olduqları

• Əlavə dəyər vergisinin bəyannaməsini,

• Aksiz bəyannaməsini, 

• Yol vergisinin bəyannaməsini,

• Mədən vergisinin bəyannaməsini, 

•  Pul  vəsaitlərinin  nağd  çıxarılmasına  görə  Sadələşdirilmiş  verginin

bəyannaməsini və 

• Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində

tutulan vergi bəyannaməsini cari ilin may ayının 21-dən gec olmayaraq ver-

gi  orqanına  təqdim  etməli  və  hesablanmış  vergiləri  həmin  müddətədək  tam

həcmdə dövlət büdcəsinə ödəməlidirlər.

• Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan



Sadələşdirilmiş verginin bəyannaməsi cari ilin may ayının 21-dən gec olma-

yaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün-1 bank

günü ərzində ödənilir). 

• Muzdlu işlə əlaqədar 2018-ci ilin aprel ayı üzrə ödəmə mənbəyində



hesablanaraq tutulan vergi cari ilin may ayının 21-dən gec olmayaraq dövlət

büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən

bəyannaməni illik-növbəti ildə yanvar ayının 31-dən gec olmayaraq, digər vergi

ödəyiciləri tərəfindən cari ilin 2-ci rübü üzrə iyul ayının 20-dən gec olmayaraq

təqdim edilməlidir).

• Xüsusi notariusların 2018-ci ilin aprel ayı üzrə hesabladığı gəlir vergisi

cari ilin may ayının 21-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (2-ci

rüb üzrə bəyannamə iyul ayının 20-dən gec olmayaraq təqdim edilməlidir).



***

Bəyannamələr müəyyən edilən müddətdə təqdim edilmədikdə 40 manat

məbləğində  maliyyə  sanksiyası tətbiq  edilir  (VM,  57),  vergilər  vaxtında

ödənilmədikdə isə bir ildən çox olmamaqla ötmüş hər bir gün üçün 0,1 faizi

məbləğində faiz tutulur (VM, 59).

Hörmətli  vergi  ödəyiciləri, Siz  öz  bəyannamələrinizi  və  hesablanmış

vergiləri Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı vasitəsi ilə elektron qay-

dada təqdim edə və ödəyə bilərsiniz. Vergi öhdəliklərinizi vaxtında yerinə yetir-

məyi Sizə tövsiyə edirik.



2018-ci ilin may ayı ərzində vergi orqanına

təqdim edilməli olan bəyannamələr və

ödənilməli vergilər barədə 

Y A D D A Ş

A

prelin  27-də  Oğuz  Rayon  Olimpiya



İdman Kompleksində “Sığorta ödəni-

şini alan şəxsin işsiz kimi qeydiyyata

alınma və ya yenidən qeydiyyata alınma şərt-

lərinin  və  müddətlərinin  müəyyən  edilməsi

Qaydası barədə işəgötürənlərin məlumatlan-

dırılması” mövzusunda də-

yirmi  masa  keçirilmişdir.

Tədbirdə Əlaqələndirmə ko-

mitəsinin üzvləri, həmkarlar

təşkilatlarının nümayəndəsi,

sahibkarlar, idarə və müəs-

sisə  rəhbərləri,  KİV  nüma-

yəndələri  iştirak  etmişlər.

Tədbiri giriş sözü ilə  rayon

məşğulluq  mərkəzinin  Baş

məsləhətçisi  Validə Kərimo-

va  açaraq  tədbir  iştirakçı-

larına  rayonun  əmək  ehti-

yatlarından səmərəli istifadə

məqsədi ilə keçirilən   məş-

ğulluq tədbirləri  barədə ət-

raflı  məlumat vermişdr. Mərkəzin aparıcı məs-

ləhətçisi İbrahimxəlil İskəndərov mövzu ilə əla-

qədar  çıxış edərək tədbir iştirakçılarını sığorta

ödənişini alan şəxsin işsiz kimi qeydiyyata alın-

ma və ya yenidən qeydiyyata alınma şərtlərinin

və müddətlərinin müəyyən edilməsi Qaydası

barədə ətraflı məlumatlandırmışdır. Daha son-

ra  DSMF-nun  direktor  əvəzi  Cümşüd  Süley-

manov və Mərkəzin məsləhətçisi Tural Nəzə-

rov  müzakirə olunan məsələ ilə əlaqədar  öz

fikirlərini bildirmişlər.

Azərbaycan Respublikasının Prezidenti İl-

ham Əliyev tərəfindən  imzalanmış  “İşsizlikdən

sığorta haqqında” Qanun ölkəmizdə əhalinin

sosial müdafiə sisteminin gücləndirilməsi isti-

qamətində aparılan dövlət siyasətinin uğurlu

davamıdır. Bu Qanun sığortaolunanların, yəni

işəgötürənlə əmək müqaviləsi bağlamış və iş-

sizlikdən sögorta olunan işçilərin itirilmiş əmək-

haqlarının kompensasiya olunmasına, işsizliyin

yaranmasının qarşısının alınması üçün qabaq-

layıcı tədbirlərin görülməsi yolu ilə əhalinin so-

sial müdafiəsinin gücləndirilməsinə yönəldilib.

Qanun növbəti illərdə aktiv məşğulluq tədbirlə-

rinin  və  özünüməşğulluq  proqramının  geniş-

ləndirilməsində əhəmiyyətli rol oynayacaqdır.

Maarifləndirici tədbirlərimiz bundan sonra

da davam etdiriləcəkdir.

Abid Məmmədov,                            

Oğuz   Rayon   Məşğulluq  Mərkəzinin 

direktoru

Oğuz  Rayon  Məşğulluq  Mərkəzi  dəyirmi

masa keçirmişdir

D

ilimizə ərəblərdən keçən,



həkim sözü ali tibb təhsilli

adam, təbib mənasını ve-

rir. Hər hansı bir cəmiyyətin davamlı

və  ahəngdar  inkişaf  etməsi  həmin

cəmiyyətdə yaşayan insanların sağ-

lamlığı  və  uzun  ömürlü  olması  ilə

bağlıdır.  Həzrət  Əli  demişkən  sağ-

lamlıq  ən  gözəl  geyimdir.  Sağlam

insan məhsuldar əmək, ən başlıcası

isə şən və xoşbəxt həyat deməkdi.

Həkim ilk növbədə öz sənətini yaxşı

bilməli, daim öz üzərində işləməli, bi-

liyini zənginləşdirməlidir. Həkim hər

addımını ölçüb-biçməli, səbirli, tutarlı

söz  sahibi  olmalıdır.  Tanınmış  rus

həkimi   Vladimir Bexterov demişdir:

”Həkimlə söhbətdən sonra xəstənin

halı  yaxşılaşmırsa,  o,  həkim  deyil-

dir”.  Həkim  eyni  zamanda  həssas

qəlbə, geniş ürəyə sahib olmalı, özü-

nü  unudub  xəstə  üçün  yaşamağı

bacarmalıdır. Çünki yaxşı insan ol-

mayan bir kəs yaxşı həkim ola bil-

məz.  Barəsində  söhbət  açmaq  is-

tədiyim  Sunay  həkim  məhz  bu  xü-

susiyyətlərə malik olan gözəl insan,

şərəfli ömür sürən təcrübəli və qay-

ğıkeş  həkimdir.  O,  antik  “təbabətin

atası”, reformatoru, həm də cərrah

kimi məşhur olan qədim yunan həki-

mi Hippokratın andına sadiq qalan

cərrahdır.  Belə  ki,  mən  ağır  cərra-

hiyyə əməliyyatına ehtiyacı olan xəs-

təmin əməliyyat edilməsi üçün təc-

rübəli cərrah soraqlaşarkən onu bu

məqsədlə  xarici  ölkəyə  aparmağı

tövsiyə etdilər. Lakin bununla yanaşı

bəzi yaxın adamlar Şəki Rayon Mər-

kəzi Xəstəxanasında cərrah kimi ol-

duqca  uğurlu  fəaliyyəti  ilə  bölgədə

məhşur olan Sunay həkimə müraciət

etməyi məsləhət bildilər. Mən keçmiş

illərdə uzun müddət Şəki rayon pro-

kurorunun köməkçisi vəzifəsində iş-

ləməyimlə  əlaqədar  olaraq  Şəkidə

faəliyyət göstərən bir-birindən dəyərli

həkimləri yaxşı tanıyıram. Lakin Su-

nay həkimi əvəllər şəxsən tanı-mır-

dım. Onunla yaxın günlərdə olan ilk

tanışlığım  zamanı  “Elin  gözü  tərə-

zidir” atalar sözünün nə qədər müd-

rik, dəyərli   və düzgün olmasını bir

daha yəqin etdim. O, xəstə ilə söh-

bət edib, xəstəliyin əlamətlərini öyrə-

nib dəqiqləşdirdikdən sonra gecikdir-

mədən əməliyyata başlamağın zəru-

ri olduğunu bildirdi. 

Son  nəticə  olduqca  uğurlu  oldu

və  xəstənin  həyatı  Sunay  həkimin

şəfalı  əlləri  sayəsində  xilas  edildi.

Əminliklə deyə bilərəm ki , Sunay ki-

mi həkimlərimizin sayı artdıqca müa-

licə üçün xaricə gedənlərin sayı sıfı-

ra bərabər olacaqdır.

Ona görə də “Oğuz yurdu” qəzeti

vasitəsilə mənim və ailə üzvlərimin

dərin  minnətdarlığını  həmyerlimiz

cərrah Sunay həkimə, habelə onun

fəaliyyət  göstərdiyi  səhiyyə  müəs-

sisəsinin rəhbərliyinə  çatdırmağınızı

artıq dərəcədə xahiş edirəm. 

Əsgər Bəkirov,

Prokurorluq veteranı,

ədliyyə müşaviri

Qayğıkeş həkim , gözəl insan

Qayğıkeş həkim , gözəl insan



15 may 2018-ci il

8

Təsisçi:

Oğuz Rayon İcra Hakimiyyəti



redaksiyanın yaradıcı kollektivi

Redaktor: 

Nazim Hüseynli

Ünvan: Oğuz şəhəri,

Heydər Əliyev prospekti-62

E-mail: oguzyurdu34@mail.ru

Tel: 21-5-23-35

Bakı şəhəri,

“Ekspress-servis”

mətbəəsində çap

olunmuşdur.

Tiraj 550

Lisenziya № 022631 

Qeydiyyat nömrəsi 431

Hesab nömrəmiz: “Kapital bank”

AZ07AİİB33050019446800222168

VÖEN 6600067771

OĞUZ  YURDU

ƏZİZ  OXUCULAR! 

“OĞUZ YURDU”

qəzetinə 2018-ci ilin ikinci yarısı üçün abunə yazılışı

başlanmışdır.

Abunə qiyməti:

İllik: 30 manat

Altı aylıq: 15 manat

Abunə rayon poçtamtında, mətbuat yayımında və

redaksiyada aparılır. “Oğuz yurdu” qəzetinə abunə

olmağa tələsin.

Əlaqə telefonu: 21-5-23-35

“Oğuz yurdu”

Rayonumu-

zun idman həya-

tına yeni səhifə-

lər yazan idman-

çılarımızdan  biri

də Təbriz Səyya-

dovdur.  Təbriz

2003-cü il  mar-

tın  21-də  rayo-

nun  Calud  kən-

dində anadan ol-

muşdur. Hələ ki-

çik    yaşlarından

idmana  böyük

həvəs 


göstər-

mişdir. Bu həvəs

və ailəsinin dəs-

təyi  onu    Oğuz

Olimpiya İdman Kompleksində fəaliyyət göstərən

sambo  bölməsinə  gətirib  çıxarmışdır.  Beləliklə,

sambo bölməsində o, təcrübəli məşqçi Araz Uma-

rovun  məşqlərində iştirak edir, sambonun sirlərini

bu peşəkar idmançıdan öyrənir. Təbriz tezliklə rayon

və respublika əhəmiyyətli tədbirlərdə iştirak edir. İşti-

rak etdiyi yarışlar ona bir-birinin ardınca qələbələr

qazandırır. Bu yaxınlarda 2002-2003-cü il təvəllüdlü

oğlanlar arasında keçirilən sambo üzrə respublika

çempionatında Təbriz daha böyük bir uğura imza at-

mışdır. Çempionatın  qızıl medalına layiq görülərək

dünya çempionatına vəsiqə qazanmışdır. O, dünya

çempionatında öz yaş qurupunda Azərbaycanı təm-

sil edəcəkdir. 

15  yaşlı  idmançımıza  dünya  çempionatında

uğurlar arzulayırıq. İnanırıq ki, yarışlarda o, ölkəmizi

layiqincə təmsil edəcək və Oğuza  qələbə ilə qayı-

dacaqdır.



Dünya çempionatına

vəsiqə qazanan  

samboçumuz

Fənn olimpiadalarının  final mərhələsinin qalibləri

Azərbaycan  Respublikası  Təhsil Nazirliyi tərəfindən keçirilən  fənn olimpiadalarının final

mərhələsi oğuzlu məktəblilər üçün uğurlu olmuşdur. Şagirdlərimiz tarix, azərbaycan dili və ədə-

biyyat, coğrafiya fənlərindən daha yüksək nəticələrə nail olmuşlar. 6 nəfər məktəblimiz olimpi-

adanın qalibləri sırasındadırlar. Onları sizə təqdim edirik. 

Ənsərli Cahan

Akif qızı

Oğuz şəhər 3 №-li mək-

təb-liseyin VIII sinif şagirdi,

IX sinif proqramı dairəsində

Azərbaycan tarixi fənnindən

I  yer,  müəllimi Azərbaycan

Respublikasının  Əməkdar

müəllimi-Rəşid Nurməmmə-

dov

Vəliyev Rəşid

Azər oğlu

E.  Haşımov  adına

Dəymədərə  kənd  tam

orta  məktəbin  VIII  sinif

şagirdi, IX sinif proqramı

dairəsində  Azərbaycan

tarixi  fənnindən  II  yer,

müəllimi - Şəfəq Hacıye-

va 

Rəhimli Kəmalə

Mehman qızı 

İ.Rəhimov adına Qumlaq

kənd  tam  orta  məktəbin  XI

sinif şagirdi, Azərbaycan dili

və  ədəbiyyat  fənnindən  III

yer,  fənn  müəlllimi-Qumru

Lətifova 

Rəsulzadə

Ziya Kazım oğlu

M. F. Axundov adına

Xaçmaz kənd 1 №-li tam

orta məktəbin IX sinif şa-

girdi,  coğrafiya  fənnin-

dən  III yer, fənn müəllimi

Dürdanə Süleymanova 

Mikayıllı Rüfanə

İlqar qızı 

M.  F.  Axundov  adına

Xaçmaz  kənd  1  №-li  tam

orta məktəbin IX sinif şagirdi,

coğrafiya  fənnindən  III  yer,

fənn müəllimi-Samir Cəbra-

yılov

Göyüşlü

Elvin Seyfulla

oğlu  

M.F. Axundov  adına

Xaçmaz kənd 1 №-li tam

orta məktəbin IX sinif şa-

girdi,  coğrafiya  fənnin-

dən III yer, fənn müəllimi

Samir Cəbrayılov

Oğuz  şəhər  sakini  Ağayev Vaqif  Nəsrulla oğluna

və  ailə üzvlərinə Oğuz Rayon Aqrar İslahat Komis-

siyasının  23 noyabr  2000-ci il tarixli  02 nömrəli

qərarı ilə verilmiş JN:1479  KOD 40501004 olan

Dövlət Aktı itdiyi üçün etibarsız sayılır.

Oğuz  rayon  Kərimli      kənd  sakini    Nəbiyev  Nuru

Nuru oğluna  və  ailə üzvlərinə Oğuz Rayon Aqrar

İslahat Komissiyasının  5 avqust  1998-ci il tarixli

68  nömrəli  qərarı  ilə  verilmiş  JN:634    KOD

40504018  olan  Dövlət  Aktı  itdiyi  üçün  etibarsız

sayılır.


Oğuz rayon   Dəymədərə  kənd sakini Məmməd-

əliyev Məmmədəli Nəsib oğluna və onun ailə üzv-

lərinə  Oğuz Rayon Aqrar İslahat Komissiyasının

24 iyun 1998-ci il tarixli  67 nömrəli qərarı ilə veril-

miş JN:114  KOD 40506028 olan Dövlət Aktı itdiyi

üçün etibarsız sayılır.

Oğuz  şəhər sakini  Qafarova Leyla Süleyman qızı-

na Oğuz bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli

11 nömrəli qərarına əsasən bələdiyyənin ərazisində

torpaq sahəsinin satılması üçün 3iyul 2008-ci il ta-

rixdə tərtib edilərək, Dövlət Torpaq və Xəritəçəkmə

Komitəsi Oğuz Rayon Şöbəsində 18 dekabr 2009-

cu il tarixdə 994 nömrə ilə qeydiyyata alınmış tor-

pağın alqı-satqısına dair akt, Oğuz bələdiyyəsinin

30 noyabr 2007-ci il tarixli 11 saylı iclas protokolu

qərarından çıxarış, Oğuz Rayon İcra Hakimiyyətinin

ona 0,06 ha həyətyanı torpaq sahəsinin ayrılması

haqqında 21.11.2007-ci il tarixli VII-5/1148-2 nöm-

rəli  rəy,  Dövlət  Torpaq  və  Xəritəçəkmə  Komitəsi

Oğuz  rayon  Şöbəsinin  rəyi  itdiyi  üçün  etibarsız

sayılır.

Oğuz rayon Dəymədərə kənd sakini Vəliyev Rasim

Əsabəli oğluna və ailə üzvlərinə Azərbaycan Res-

publikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərə-

findən 28.02.2017-ci il tarixdə verilmiş, qeydiyyat

nömrəsi 

1917001043, 

reyestr 

nömrəsi


405013022098 olan RX seriyalı 0994768 nömrəli

Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz

Əmlakın  Dövlət  reyestrindən  çıxarış  itdiyi  üçün

etibarsız sayılır. 

Oğuz    şəhər    sakini    Allahyarov  Qasım  Məmiş

oğluna və  ailə üzvlərinə Oğuz Rayon Aqrar İslahat

Komissiyasının  05 noyabr  1998 -ci il tarixli 75 nöm-

rəli qərarı ilə verilmiş JN:168  KOD 40501004 olan

Dövlət Aktı itdiyi üçün etibarsız sayılır.

E T İ B A R S I Z   S A Y I L I R

ALLAH  RƏHMƏT  ELƏSİN

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz  Qur-

banov  və  icra hakimiyyətinin kollektivi  rayon kənd

təsərrüfatı   idarəsinin rəisi  Azad Əliyevə  anası



Gülmayə  xanımın

vəfatından  kədərləndiklərini  bildirir  və  dərin  hüznlə

başsağlığı verirlər.

Rayon kənd təsərrüfatı idarəsinin kol-

lektivi idarənin rəisi  Azad Əliyevə ana-

sı 


Gülmayə  xanımın

vəfatından  kədərləndiyini  bildirir  və

dərin hüznlə başsağlığı verir.

Səhiyyə Nazirliyinin əmrinə əsasən

aprelin 23-29-da  respublikamızın hər

yerində  olduğu  kimi  Oğuzda  da  pey-

vənddən kənarda qalan uşaqları pey-

vəndəşməyə cəlb etmək məqsədilə im-

munlaşdırma həftəsi keçirilmişdir. Qeyd

edək ki, rayonumuzda  uşaqların pey-

vəndlə əhatə olunması 2017-ci ildə və

bu ilin 4 ayında respublika göstəricisi ilə

eynidir.  Bununla  belə  immunlaşdırma

həftəsi  ilə  əlaqədar  başqa  yerlərdən

köçüb gələnlər, uzun müddət qeydiyyat-

da olmasına baxmayaraq başqa yerdə

yaşayıb  təkrar  rayona  qayıdanlar  və

keçirdiyi xəstəliyə görə müvəqqəti pey-

vənddən  qalan  uşaqlar- cəmi 18 nəfər

aşkar olunaraq həftə ərzində peyvəndə

cəlb edilmişlər.

Əmrə uyğun olaraq Oğuz rayonun-

da da həftə ilə əlaqədar monitorinq keçi-

rilmişdir. Uyğunsuzluqlar aşkar  edilmə-

mişdir. Həftənin keçirilməsinə tərəfdaş-

lar-yerli icra nümayəndələri bələ- diyyə-

lər,  məktəbəqədər  uşaq  müəssisələri

və sair də cəlb edilmişlər. Peyvənddən

qalan uşaqları aşkar etmək üçün əldə

olan məlumatlardan əlavə həyətlər üzrə

yoxlamalar  aparılaraq  belə  uşaqların

aşkara  çıxarılmasına  səy  göstərilmiş-



dir. 

Rəsul Kərimov,

rayon GEM-in direktoru

İmmunlaşdırma həftəsi

Yüklə 350,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə