Oğuz yurdu iCTİMAİ-Sİyasi QƏzet



Yüklə 350,68 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix21.06.2018
ölçüsü350,68 Kb.
#50288
1   2   3   4   5   6   7

6

OĞUZ YURDU

15 may  2018-ci il

İ

nsan  cəmiyyəti  formalaşdığı  ilk



dövrlərdən  öz içərisində birlik, vəh-

dət axtarışında olmuşdur. Bu birlik

isə ailələr qurulması şəklində öz təşək-

külünü tapırdı. Hələ dövlətlərin mövcud

olmadığı, onları ayıran sərhədlərin cızıl-

madığı bir dövrdə artıq ibtidai şəkildə olsa

da, ailə haqqında fikirlər yaranmağa baş-

lamışdı. Artıq, belə bir həqiqət bəlli olma-

ğa  başlayırdı  ki,  ailə  cəmiyyətin  bir  rü-

şeymidir.  Deməli,  cəmiyyət  kiçik  hissə-

lərdən-ailə birliyindən formalaşır.

Ölkəmizdə  həyata  keçirilən  dinamik

inkişaf bütün sahələrdə olduğu kimi, ailə,

qadın və uşaq siyasətinin həyata keçiril-

məsi istiqamətində də nailiyyətlərin əldə

edilməsinə imkan yaratmışdır. Cəmiyyə-

tin inkişafında onun öz vətəndaşına gös-

tərdiyi  diqqət mühüm rol oynayır. Bu mə-

nada, Azərbaycan Respublikasında son

on ildə vətəndaşların hüquq və azadlıq-

larının təmin edilməsi, xüsusilə, qadın və

uşaq hüquqlarının müdafiəsinin reallaş-

dırılması üçün hər cür şərait yaradılmış-

dır. 


Azərbaycan dövləti cəmiyyətin özəyi-

ni təşkil edən ailə, ailədə və ictimai həyat-

da xüsusi rol oynayan qadın və gələcəyi-

mizin daşıyıcıları olan uşaq siyasətini hə-

yata keçirmək üçün bir sıra mühüm ad-

dımlar  atmışdır.  Ölkədə  ailə,  qadın  və

uşaqlarla bağlı yaranan məsələlər kom-

pleks yanaşma tələb edirdi.  Əsas vəzifə-

lərdən biri də ailələrin, qadın və uşaqların

bu şəraitdən yararlanaraq, dövlətimizin

daha da inkişaf etməsinə, yalnız regionda

deyil, dünyanın bir sıra qabaqcıl ölkələ-

rinin cərgəsində yer almasına öz töhfə-

lərini verməsidir. 

Respublikada ailə problemlərinin həl-

linə xüsusi diqqətin göstəricisi kimi, 2006-

ci ildə Azərbaycan Respublikasının Prezi-

denti İlham Əliyevin Sərəncamı ilə Ailə,

Qadın və Uşaq Problemləri üzrə Dövlət

Komitəsi yaradılmışdır. Komitə qarşısın-

da duran ən mühüm vəzifələrdən biri də

ailə institutunun hərtərəfli inkişafı və möh-

kəmləndirilməsi, ailə dəyərlərinin qorun-

ması, ailə problemlərinin minimuma endi-

rilməsi, ümumən ailənin cəmiyyətdə rolu-

nun  yüksəldilməsi  və  inkişaf  etdirilmə-

sidir. 

Ölkə başçısı tərəfindən ailələrin, xü-



susilə də həssas təbəqədən olan ailələrin

sosial bazasının möhkəmləndirilməsinə

yönəldilmiş uğurlu siyasət vəziyyəti də-

yişdirməyə real kömək göstərir. Hər bir

Azərbaycan ailəsinin problemlərini özü-

nün  diqqət  mərkəzində  saxlayan  ölkə

rəhbərimiz,  Ulu  öndər  Heydər  Əliyevin

şəxsi nümunəsindən qaynaqlanan ideal

ailə modeli insanları daxili zənginliyə və

mənəvi saflığa səsləyir. Bu uğurlu, fəxr

etdiyimiz örnək ailələr Azərbaycanın gə-

ləcəyinin təminatçısıdır. 

Ailə isə onu təşkil edən ayrı-ayrı fərd-

lərdən ibarətdir. Fərdlər nə qədər bir-bir-

lərinə yaxın olsalar da, onların arasında

fərqlər mövcuddur. Bu fərqin yaranması

isə  həmin  fərdlərin  dünyagörüşü,  Tanrı

tərəfindən onlara verilmiş ağıl, zəka və

düşüncədən  necə  istifadə  etmələri  ilə

bağlıdır. Ailənin möhkəmliyi ailə üzvlərinin

bir-birinə olan münasibətindən aydınlaşır.

Ailədə nə qədər səmimiyyət, mehribançı-

lıq olarsa ailə üzvləri də bir-birinə daha

qayğıkeş olar.Türk dünyasının adət-ən-

ənəsinə görə, ailə alınmaz bir qala olma-

lıdır. Türk insanı da bu prinsipləri özünün

müqəddəs həyat amalı kimi qəbul etmiş,

qorumuş,  yaşatmışdır  və  yaşatmaqda

davam edir. Sivilizasiyalar arasında ge-

dən mübarizədə bəzi adətlərimiz errozi-

yaya məruz qalsa da, ailə ilə bağlı məsə-

lələrdə mühafizəkarlıq dəyişməz olaraq

qalır.

15  may-Beynəlxalq  Ailə  Günüdür.



Beynəlxalq Ailə  Günü BMT Baş Assam-

bleyasının 20 sentyabr 1993-cü il tarixli

qətnaməsinə  uyğun  olaraq  təsis  edilib.

Həmin günün təsis olunması dünya icti-

maiyyətinin  müasir  ailənin  vəziyyəti  və

onun cəmiyyətin həyatında, böyüməkdə

olan nəslin tərbiyəsində rolu ilə bağlı na-

rahatlığından irəli gəlib. Beynəlxalq Ailə

Günü dünyanın əksər ölkələri ilə bərabər

respublikamızda da hər il may ayının 15-

də qeyd olunur.

Azərbaycanın öz ailə mədəniyyəti, əsr-

lər boyu formalaşmış unikal ailə modeli

mövcuddur.  Dünya  dəyişir,  qloballaşır,

mədəniyyətlər qovuşur. Bu mənada bizim

ailə modelində də müəyyən dəyişikliklər

özünü büruzə versə də, ailə modelimizdə

fundamental dəyərlər özünü saxlayır.

Sağlam  ailə  cəmiyyətin  təməlidir.

Dövlət  öz  siyasətində  ailənin  möhkəm-

ləndirilməsi, cəmiyyətdə onun rolunun ar-

tırılması, ailənin sosial müdafiəsi məsələ-

lərinə daim diqqəti artırmaqdadır.

Ailənin  əsas  sütunlarından  biri  olan

Azərbaycan qadını bu gün özü də ölkə-

mizdə  əmin-amanlığın  qorunması,  ailə

dəyərlərinin yaşadılması naminə əzmkar-

lıq göstərir. Ölkənin birinci vitse-Preziden-

ti,  Azərbaycanın birinci xanımı Mehriban

Əliyevanın ailə, qadın və uşaq məsələlə-

rinə, bu sahədə aktual problemlərə həs-

sas münasibəti bunu bir daha təsdiq edir.

Mehriban Əliyevanın təşəbbüsü ilə həya-

ta keçirilən nəhəng proqram və layihələr

ailələr üçün, sözün əsl mənasında böyük

dayaqdır. 

Hər il “Beynəlxalq Ailə Günü” (BMT-

nin  Baş  Assambleyasının  20  sentyabr

1993-cü il qətnaməsinə müvafiq olaraq)

təntənə ilə qeyd edilir.

Ölkəmizdə də 2008-ci ildən etibarən

“Ailə Bayramı” respublikamızın müxtəlif

şəhər və rayonlarında təşkil edilmişdir. 

Bəşəriyyət artımına, zamanlardan za-

manlara çatmağına, daha dəqiqi bu gün

var olduğuna görə doğal seçilən ailə hə-

yatına borcludur. Hazırda Azərbaycan ai-

ləsi  dünyada  ən  yaxşı  ailə  modelindən

hesab olunur. 

Azərbaycanda, o cümlədən rayonu-

muzda da nümunəvi ailələr, şərəfli nəsil

şəcərələri olub və bu gün  də  var. Belə

ailələr xalqımızın həyat tərzini, milli men-

talitetini, qabiliyyət və bacarığını, əsrlər-

dən bəri formalaşan ailə ənənələrini qo-

ruyub  saxlayır.  Onlar    ailə  modellərinin

gözəl nümunələridir. 

Milli-mənəvi dəyərlərin qorunması və

yeni nəsillərə ötürülməsi, sağlam ailə qu-

rulması,  layiqli  gənclərin  yetişdirilməsi

bütövlükdə Azərbaycanın davamlı, dina-

mik inkişafına xidmət göstərir. 



İ. Abdullayeva,

RİH İS və HM şöbəsinin baş məsləhətçisi

Sağlam  ailə güclü  dövlətin

təməlidir

A

zərbaycan    Respubli-



kası  Təhsil  Nazirliyinin

tapşırığna əsasən Oğuz

və Qəbələ rayonlarının birgə Təd-

birlər Planına uyğun olaraq hər iki

rayonun təhsil müəssisələri ara-

sında pedaqoji təcrübə mübadi-

ləsi  ilə  əlaqədar  aprelin  25-də

Oğuz şəhər Həbib Babayev adı-

na 1 №-li tam orta məktəbdə təd-

bir keçirilib.

Qəbələ  rayon  Təhsil  Şöbə-

sinin müdiri Arifə   Bayramovanın

başçılığı altında Qəbələ şəhər 1

№-li tam orta məktəbin nümayən-

də heyəti Oğuz Rayon Təhsil Şö-

bəsinin müdiri Elçin Kərimov tə-

rəfindən qarşılanıb. H. Babayev

adına Oğuz şəhər  1 nömrəli tam

orta məktəbin VII sinifində xarici

dil (alman) müəllimi Elnurə Kəri-

movanın və V sinfində ingilis dili

müəllimi Dilşad Məmmədəliyeva-

nın açıq dərslərində qonaqlar, va-

lideynlər iştirak edib, sonra dərs

müzakirə edilib, dərsin gedişi bə-

yənilmiş, təlim-tərbiyə prosesinin

daha  da  yaxşılaşdırılması  məq-

sədilə  tövsiyə və məsləhətlər ve-

rilmişdir. Sonra məktəbin akt za-

lında  şagirdlərin  ifasında  Azər-

baycan  Xalq  Cümhuriyyətinin

100  illiyinə  həsr  edilmiş    “Azər-

baycan Şərqdə doğan günəşdir”

mövzusunda ədəbi-əyləncəli təd-

bir keçirilib. Tədbirdə Azərbaycan

Xalq  Cümhuriyyətinin    fəaliyyət

dövrünə  həsr  edilmiş  marşlar,

mahnılar,  şeirlər,  səhnəciklər,

rəqslər  ifa  edilib.  Şagirdlərin  çı-

xışları tədbir iştirakçıları tərəfin-

dən maraqla qarşılanıb.

Qəbələ Rayon Təhsil Şöbəsi-

nin  müdiri A.  Bayramova,  Oğuz

Rayon Təhsil    Şöbəsinin  müdiri

E.Kərimov tədbirdə etdikləri çıxış-

larında bu kimi tədbirlərin keçiril-

məsinin hər iki rayonda təlim- tər-

biyə prosesinin keyfiyyətcə yeni

mərhələyə  qaldırılmasına  təkan

verəcəyi, qabaqcıl pedaqoji təc-

rübənin  öyrənilib  yayılmasında

mühüm əhəmiyyət kəsb edəcəyi

vurğulanıb.

Oğuz və Qəbələ rayon Təhsil

Şöbələrinin birgə tədbirlər planı-

na uyğun olaraq Həbib Babayev

adına Oğuz şəhər 1 №-li tam orta

məktəbin  nümayəndə  heyətinin

Qəbələ  şəhər  1  №-li  tam  orta

məktəbinə səfər etməsi  nəzərdə

tutulub. 

Qəbələ  məktəbləri  ilə

əməkdaşlıq  davam  edir

15  MAY  BEYNƏLXALQ  AİLƏ  GÜNÜDÜR



Yüklə 350,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə