Oğuz yurdu iCTİMAİ-Sİyasi QƏzet



Yüklə 350,68 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix21.06.2018
ölçüsü350,68 Kb.
#50288
1   2   3   4   5   6   7

15 may   2018-ci il

5

OĞUZ YURDU

Azərbaycan Respublikasının Pre-

zidenti  İlham  Əliyevin  “Azərbaycan

Xalq Cümhuriyyətinin 100 illlik yubi-

leyi haqqında” Sərəncamına və 2018-

ci ilin “Azərbaycan Xalq Cüm- huriy-

yəti ili” elan olunmasına uyğun olaraq

ölkəmizin hər yerində müxtəlif tədbir-

lər həyata keçirilir, maarifləndirmə iş-

ləri aparılır.  

Zaqafqaziya Seyminin buraxılma-

sından sonra, 1918-ci il mayın 27-də

Müsəlman  Fraksiyasının  üzvləri  də

ayrıca iclas keçirdilər və Azərbayca-

nın müstəqilliyini elan etmək qərarına

gəldilər.  Bu  məqsədlə  Zaqafqaziya

Müsəlman Şurası özünü Azərbaycan

Milli Şurası elan etdi. Bununla Azər-

baycan tarixində ilk parlament yaran-

dı və Şərqdə ilk parlamentli respub-

likanın bünövrəsi qoyuldu. Həmin ic-

lasda  M.Ə.Rəsulzadə  Milli  Şuranın

sədri,  Fətəli xan Xoyski icraiyyə or-

qanının  sədri  seçildi.  Mayın  28-də

Həsən bəy Ağayevin sədrliyi ilə Azər-

baycan  Milli  Şurasının  tarixi  iclası

keçirildi.  Qəbul  edilmiş  6  bənddən

ibarət  İstiqlal  Bəyannaməsi  bütün

türk-müsəlman dünyasında, ümumiy-

yətlə, bütün Şərqdə, ilk dəfə olaraq

Azərbaycanda ən demokratik respub-

lika  idarə  üsulunun-parlamentli  res-

publikanın  yaradılacağından  xəbər

verirdi. 

Beləliklə, Azərbaycan  Xalq  Cüm-

huriyyətinin  ilk  Parlamenti-Azərbay-

can Milli Şurası özünün ilk addımla-

rını  atmağa  başladı.  1813-cü  ildən

sonra  ilk  dəfə  olaraq Azərbaycanın

müstəqil  idarə  olunmaq  yoluna  qə-

dəm  qoydu.  Təcili  olaraq  müstəqil

Azərbaycanın  dövlət  quruculuğuna

başlandı.  Hökumət  yaranmış  vəziy-

yətdən çıxmaq üçün ilk günlərdən qə-

ti tədbirlərə əl atdı və onları ardıcıl şə-

kildə davam etdirdi. 

Ümummilli  lider  Heydər  Əliyev

Azərbaycan  Respublikasının  yeni

Konstitusiya layihəsini hazırlayan ko-

missiyanın 5 iyun 1995-ci il tarixli ic-

lasındakı  nitqində  demişdir:  «Azər-

baycan Respublikasının ilk demokra-

tik dövlətinin, 1918-ci il mayın 28-də

yaranmış demokratik respublikasının

Konstitusiyası olmayıb. Ancaq bu hö-

kumət, bu dövlət fəaliyyət göstərdiyi

dövrdə Konstitusiya xarakteri daşıyan

bir neçə aktlar, qərarlar qəbul etmiş

və onların əsasında işləmişdir. Ona

görə də onları, demək olar ki, müəy-

yən qədər Konstitusiya quruculuğu-

nun başlanğıcı kimi qiymətləndirmək

olar». 

Azərbaycan Milli Şurasının 1918-ci



il noyabrın 19-da  keçirilən iclasında

Azərbaycan Parlamentçiliyi tarixinin

çox mühüm qərarları qəbul olundu. O

zaman Azərbaycan Xalq Cümhuriy-

yətinin fövqəladə dərəcədə çətin və

mürəkkəb  şəraitdə  fəaliyyət  göstər-

məsinə  baxmayaraq  Azərbaycan

Xalq  Cümhuriyyəti  son  dərəcə  de-

mokratik inkişaf yolu tutdu. 19 noyabr

tarixli həmin iclasda qeyd olundu ki,

Azərbaycanın əhalisi yalnız azərbay-

canlılardan  ibarət  olmadığı  üçün

Azərbaycan  Milli  Şurasında    qeyri

millətlər  də  təmsil olunmalıdır, daha

doğrusu Azərbaycan ərazisində yaşa-

yan bütün millətlər parlamentdə təm-

sil olunmalıdır. Azərbaycan Milli Şura-

sı ölkə əhalisinin (2 milyon 750 min

nəfər) hər 24 min nəfərinə 1 nəfər nü-

mayəndə  hesabı  ilə  120  nəfərdən

ibarət  olmalı  idi.  Onlardan  80  nəfər

müsəlmanları, 21 nəfər erməniləri, 10

nəfər rusları, 1 nəfər almanları və 1

nəfər yəhudiləri təmsil etməli idi. Say-

ları  çox  az  olduğu  üçün,  parlament

seçkilərində iştirak etmək hüquqları

olmadığı halda, gürcülər və polyaklar

da hərəsi bir deputatla parlamentdə

təmsil  olunmalı  idilər.  Azərbaycan

Milli  Şurasının  19  noyabr  1918-ci  il

tarixli iclasının qərarına əsasən hələ

1917-ci ilin sonlarında Ümumrusiya

Müəssislər Məclisinə seçilmiş 44 nə-

fər türk-müsəlman nümayəndə birba-

şa yeni yaradılacaq parlamentin tərki-

binə  daxil  edilirdi.  Müsəlmanlardan

qalan 36 deputat və başqa millətlərin

nümayəndələri yenidən seçilməli idi.

Yeni  Parlamentin  formalaşdırılması

1918-ci il dekabrın 3-də başa çatdı-

rılmalı  idi.  Göründüyü  kimi,  1918-ci

ilin Mart soyqırımından hələ cəmi ya-

rım il keçməsinə baxmayaraq Azər-

baycan parlamentində 21 nəfər ermə-

ni nümayəndəsinin iştirakına yol açı-

lırdı. O zamankı tarixi şəraitdə atılan

bu  addım  Azərbaycan  xalqının  de-

mokratik təbiətinə, insan haqlarına nə

qədər  dərin  hörmətlə  yanaşmasına

parlaq sübutdur.

Azərbaycan  Xalq  Cümhuriyyəti

dövründə parlamentçilik tariximiz iki

dövrə  ayrılır:  Birinci  dövr-1918-ci  il

mayın  27-dən  noyabrın  19-dək  da-

vam etmişdir. Bu altı ay ərzində Azər-

baycan  Milli  Şurası  adı  ilə  fəaliyyət

göstərən və 44 nəfər müsəlman-türk

nümayəndədən ibarət olan ilk Azər-

baycan parlamenti çox mühüm tarixi

qərarlar qəbul etmişdir. İlk parlamen-

timiz 1918-ci il mayın 28-də Azərbay-

canın müstəqilliyini elan etmiş, ölkə-

nin idarə olunmasını öz üzərinə gö-

türmüş və tarixi İstiqlal Bəyannamə-

sini qəbul etmişdir. Azərbaycan Milli

Şurasının o zaman çox mürəkkəb və

həlledici bir tarixi məqamda Tiflisdə-

Qafqaz  canişininin  iqamətgahında

elan etdiyi İstiqlal Bəyannaməsi Azər-

baycan demokratiyası və parlamenta-

rizm  ənənələri  tarixinin  ən  parlaq

hüquqi sənədi olaraq bu gün də öz

tarixi və praktiki əhəmiyyətini saxla-

maqdadır. Milli Şura dövründə Azər-

baycan parlamentinin təsis toplantı-

sı  ilə  birlikdə  cəmi  10  iclası  keçiril-

mişdir. İlk iclas-1918-ci il mayın 27-də

Tiflisdə, son iclas-1918-ci il noyabrın

19-da Bakıda keçirilmişdir. Mayın 27-

də Azərbaycan Milli Şurası təsis olun-

muş, iyunun 17-də isə fəaliyyətini mü-

vəqqəti dayandırıb, 6 aydan gec ol-

mayaraq  Müəssislər  Məclisi  çağrıl-

maq şərti ilə, bütün qanunverici və ic-

raedici hakimiyyəti Müvəqqəti höku-

mətə  vermişdir.  Xalq  Cümhuriyyəti

hökuməti 1918-ci il sentyabrın 17-də

Bakıya köçdükdən sonra Azərbaycan

Milli Şurası noyabrın 16-da öz fəaliy-

yətini  yenidən  bərpa  etmişdir.  No-

yabrın 19-da Azərbaycan Milli Şurası

həmin  il  dekabrın  3-də    Müəssislər

Məclisinin-geniştərkibli  Azərbaycan

parlamentinin  çağırılması  haqqında

qanun  qəbul  etdi  və  öz  fəaliyyətini

dayandırdı.  Beləliklə,  Azərbaycan

parlamenti  öz  fəaliyyətinin  bu  döv-

ründə, daha doğrusu, Milli Şura döv-

ründə  Tiflisdə,  Gəncədə  və  Bakıda

fəaliyyət  göstərmişdir.  Azərbaycan

Xalq Cümhuriyyətinin parlamentçilik

tarixində ikinci dövr və ya Bakı dövrü

1918-ci  il  dekabrın  7-dən  1920-ci  il

aprelin 27-dək-cəmi 17 ay davam et-

mişdir. İlk iclas-1918-ci il dekabrın 7-

də, son iclas-1920-ci il aprelin 27-də

keçirilmişdir. Bu dövrdə Parlamentin

cəmi 145 iclası olmuşdur. Bütün bu

iclaslarda Azərbaycan Xalq Cümhu-

riyyətinin  parlamenti  İstiqlal  Bəyan-

naməsinin müəyyən etdiyi prinsiplərə

sadiq qalaraq və konkret tarixi şəraiti

nəzərə alaraq, ölkənin ərazi bütövlü-

yünü  təmin  etmək  və  müstəqilliyini

qoruyub saxlamaq, insan haqları və

azadlıqlarının dolğun təmin olundu-

ğu ən müasir hüquqi-demokratik döv-

lət  yaratmaq  məqsədi  daşıyan  çox

mühüm qanunlar və qərarlar qəbul et-

mişdi. Bütün bu qanunlar və qərarlar,

nəticə etibarilə, hakimiyyətin üç qolu-

nun-qanunvericilik, icra və məhkəmə

orqanlarının formalaşdırılmasına yö-

nəlmişdi. Çox mürəkkəb şəraitdə fəa-

liyyət göstərməsinə baxmayaraq, xal-

qımızın milli oyanışını əbədi etməyə

çalışan cümhuriyyət hökuməti və par-

lamenti elmin, təhsilin və xalq maari-

finin, səhiyyənin inkişafını diqqət mər-

kəzində saxlayırdı. Ölkənin hər yerin-

də müxtəlif pillədən olan məktəblər,

gimnaziyalar,  qız  məktəbləri,  uşaq

bağçaları, qısamüddətli müəllim kurs-

ları, kitabxanalar açılır, kənd yerində

xəstəxana və feldşer məntəqələri şə-

bəkəsi yaradılır, yoluxucu xəstəliklərə

qarşı mübarizə aparılırdı. Bu baxım-

dan  parlamentin  1919-cu  il  sentya-

brın 1-də Bakı Dövlət Universitetinin

təsis olunması haqqında qəbul etdiyi

qanunu xüsusi qeyd etmək lazımdır.

Milli universitetin açılması cümhuriy-

yət xadimlərinin doğma xalq qarşısın-

da çox mühüm tarixi xidməti idi. Son-

ralar Azərbaycan Xalq Cümhuriyyəti

süqut etsə də cümhuriyyət ideyaları-

nın  yaşamasında  və  xalqımızın  ye-

nidən müstəqilliyə qovuşmasında Ba-

kı Dövlət Universiteti misilsiz rol oy-

nadı. Ölkədə elm və təhsilin inki- şafı-

na xüsusi diqqət yetirən AXC höku-

məti və parlamenti vaxt itirmədən bu

sahədə milli kadrlar hazırlanmasının

sürətləndirilməsinə xüsusi səy göstə-

rirdi.  Bu  zaman  Azərbaycan  parla-

menti hökumətin təklifinə əsasən 100

nəfər azərbaycanlı gəncin dövlət he-

sabına təhsil almaq üçün xarici ölkə-

lərə göndərilməsi barədə qanun qə-

bul etmişdi. 

Qeyd edək ki, müstəqil dövlətimizin

ədliyyə tarixinin ən şərəfli anları 1918-

ci ildə Azərbaycan Demokratik Res-

publikasının yaranması ilə başlanır.

Belə ki, Ədliyyə Nazirliyinin təsis edil-

məsinə  xüsusi  əhəmiyyət  verilərək

1918-ci il may ayının 28-də- Azərbay-

can Demokratik Respublikasının elan

edildiyi gün Ədliyyə Nazirliyi də yara-

dılmışdır. Nazirlik öz işinə ilk növbədə

ədliyyə strukturlarının, məhkəmələrin

və  istintaq  sahələrinin  bərpası  ilə

başlamış, gərgin fəaliyyət nəticəsində

məhkəmə  aparatları  tədricən  bərpa

edilmiş, binalar qaydaya salınmış, çə-

tinliklə də olsa hüquq ədəbiyyatı ki-

tabxanası yaradılmış və digər tədbir-

lər həyata keçirilmişdir.

M.Ə.Rəsulzadə  Azərbaycan  Xalq

Cümhuriyyəti parlamentinin fəaliyyəti-

nə belə qiymət verirdi: “Millət məclisi

məmləkətin bütün sinif və millətlərini

təmsil edib, dövlətin tamamən taleyi-

nə hakim idi. Onsuz heç bir əmr keç-

məz, heç bir məsrəf yapılmaz, heç bir

müharibə başlamaz, heç bir barışıq

imzalanmazdı. Hökumət məclisin eti-

madını qazananda qalır, itirəndə dü-

şürdü.  Ortada  hakim  olacaq  vasitə-

vəzifə yox idi. Parlament hakimi-müt-

ləq idi. Sovet Rusiyasının beynəlxalq

hüquq normalarını tapdalayan hərbi

müdaxiləsi  və  XI  ordu  hissələrinin

qanlı döyüş əməliyyatları nəticəsində

Şimali  Azərbaycan  yenidən  Rusiya

tərkibinə qatılsa da,  Azərbaycan Xalq

Cümhuriyyəti xalqımızın azadlıq hə-

rəkatı tarixində dərin iz qoydu. Cəmi

23  ay  yaşamasına  baxmayaraq,

Azərbaycan Xalq Cümhuriyyəti sübut

etdi ki, ən qəddar müstəmləkə və rep-

ressiya rejimləri belə Azərbaycan xal-

qının azadlıq ideallarını və müstəqil

dövlətçilik ənənələrini məhv etməyə

qadir deyildir.”

Məftun Şirəliyev,

Oğuz Rayon İcra və Probasiya

Şöbəsinin  rəisi,  I  dərəcəli

ədliyyə qulluqçusu 

Şərqdə ilk demokratik, hüquqi və

Şərqdə ilk demokratik, hüquqi və

dünyəvi dövlət

dünyəvi dövlət

G

örkəmli 



oftalmoloq

alim, gözəl insan Zə-

rifə  Əliyevanın  ana-

dan olmasının 95 illiyi ilə əlaqə-

dar  aprelin 26-da  Oğuz Rayon

Mərkəzi  Kitabxanasının  oxucu-

lara  xidmət  şöbəsinin  işçiləri

“Nurlu  ağac”  layihəsini  həyata

keçirmək məqsədi ilə H.Babayev

adına şəhər 1 nömrəli tam orta

məktəbdə  olmuşlar.  Oxuculara

xidmət şöbəsinin müdiri N.Qası-

mova  əvvəlcə  şagirdlərə  layihə

haqqında ətraflı məlumat verərək

Zərifə  xanımın  ömür  yolundan,

elmi  tədqiqatlarından,  cərrahi

əməliyyatlar aparmasından, pe-

şəkar elmi kadrların yetişdirilmə-

sindəki  böyük xidmətlərindən, ic-

timai  fəaliyyətindən  danışmış,

“Nurlu ağac” layihəsindən bəhs

etmişdir. Simvolik məna daşıyan

bu ağacın budaqlarında şagirdlər

tərəfindən Zərifə  Əliyevanın hə-

yat  və fəaliyyəti haqqında esse-

lər yerləşdiriləcəklər. İl boyu da-

vam edəcək layihə çərçivəsində

yaxşı esse yazan şagirdlər kitab-

xanamız tərəfindən mükafatlan-

dırılacaq. 



Mehparə Bəkirova,

rayon mərkəzi kitabxanasının

informasiya-resurs şöbəsinin

müdiri

“ N u r l u   a ğ a c ”   l a y i h ə s i

“ N u r l u   a ğ a c ”   l a y i h ə s i

S

on illər ölkəmizdə ənə-



nəvi təsərrüfat sahələri-

nin  inkişafına  xüsusi

diqqət göstərilir. Artıq belə sahə-

lərdən biri olan  baramaçılıq da

özünün yeni inkişaf mərhələsinə

qədəm qoymuşdur. Azərbaycan-

da baramaçılığın, ipəkçiliyin bö-

yük  tarixi  və  bu  sahəyə  dövlət

dəstəyi var. Tarixi V əsrə gedib

çıxan, daha sonralar Böyük İpək

Yolu ilə dünyanın bir çox ölkələri-

nə gedib çıxmış Azərbaycan ipə-

yinin  şöhrətini  qaytarmaq  üçün

tədbirlər görülür. Sovetlər dönə-

mində  Azərbaycan dünyada ba-

rama istehsalına görə səkkizinci,

SSRİ-də isə Özbəkistandan son-

ra ikinci yeri tuturdu.

2016-cı ildən başlayaraq res-

publikamızda  ipəkçiliyin  müasir

infrastrukturunun yaradılması is-

tiqamətində tədbirlər həyata keçi-

rilməyə başlanılmışdır. Azərbay-

can  Respublikası  Prezidenti  bu

məsələ ilə bağlı bir neçə Sərən-

cam  vermişdir.    "Azərbaycan

Respublikasında ipəkçiliyin inki-

şafına dövlət dəstəyi haqqında"

2016-cı  il  15  sentyabr  tarixli,

"İpəkçiliyin və fındıqçılığın inkişa-

fına dövlət dəstəyinin gücləndi-

rilməsi  ilə  bağlı  əlavə  tədbirlər

haqqında"  2016-cı  il  16  noyabr

tarixli,  "Azərbaycan Respublika-

sında  ipəkçiliyin  maddi-texniki

bazasının  yaxşılaşdırılması  ilə

bağlı  əlavə  tədbirlər  haqqında"

2017-ci il 19 may tarixli və "İpək-

çiliyin inkişafına dövlət dəstəyi -

nin  davam  etdirilməsi  ilə  bağlı

tədbirlər  haqqında"  2017-ci  il  6

oktyabr tarixli sərəncamları küm-

darların  qarşısında  yeni  səhifə

açmışdır.  Ötən  ilin  noyabrında

“Azərbaycan  Respublikasında

baramaçılığın və ipəkçiliyin inki-

şafına  dair  2018-2025-ci  illər

üçün  Dövlət  Proqramı”  qəbul

edilmişdir.  Görülən tədbirlər nəti-

cəsində  Azərbaycanda  2025-ci

ilədək yaş barama istehsalının 6

min tona çatdırılması nəzərdə tu-

tulur.

Sahənin  inkişafı  üçün  onun



yem  bazasının  möhkəmləndiril-

məsi də diqqətdə saxlanılır. Belə

ki, baramaçılığın yem bazasının

möhkəmləndirilməsi  məqsədilə

2016-cı  ilin  dekabr  ayında  Çin-

dən  1,5  milyon,  2017-ci  ilin  so-

nunda isə 1 milyon ting gətirilib.

Görülən  tədbirlər  nəticəsində

ötən il ölkədə 245 ton barama is-

tehsal olunub.

Rayonumuzda da baramaçılı-

ğa diqqət artıb. 2016-cı ildə ipək-

çiliyin yem bazasını möhkəmlət-

mək üçün 28 min ədəd, 2017-ci

ildə 58   min ədəd çəkil tingi əki-

lib. Ötən il  2524 kiloqram bara-

ma istehsal edilib. Bu il barama

istehsalını daha da artırmaq nə-

zərdə tutulub. Bu məqsədlə 156

qutu, başqa sözlə 2 kiloqram 964

qram  ipəkqurdu toxumu gətirilib

və kümçülərə paylanıb. Rayonun

ayrı-ayrı kəndlərinin kümçüləri bu

işdə fərqlənirlər. Kümçülər  Xaç-

maz kəndində 250 qram, Kərimli

kəndində  229  qram,  Qumlaq

kəndində  223  qram,  Yaqublu

kəndində  100  qram  ipəkqurdu

götürmüşlər.  Hazırda  ipəkqurd-

larının yemləndirilməsi aparılır.



Oğuzlu kümdarlar iş başındadırlar

Oğuzlu kümdarlar iş başındadırlar

C

ari mövsümdə  rayonu-



muzda  tütün  əkini  sa-

hələrinin  əvvəlki  illə

müqayisədə 60 hektar artırılaraq

250 hektara çatdırılması nəzərdə

tutulur. Əkin sahələrinin 180 hek-

tarına “Virciniya” növlü ətirli, 70

hektarına isə digər tütün sortları

əkiləcək. Xeyli vaxtdır  ki, təsər-

rüfatlarda tütün şitillərinin sahələ-

rə  köçürülməsinə    başlanılıb.

Fermerlər  indiyədək  45  hektar

sahəyə şitil köçürüblər və bu iş

mütəşəkkil  şəkildə  davam  et-

dirilir. Tütün əkininə 200 nəfərdən

çox mövsümi işçi cəlb edilib.

Rayon  icra  hakimiyyətindən

verilən  məlumata  görə    Bucaq

kəndindən  olan  fermer  Rəftar

Əhmədli tütünçülüklə bir ildir ki,

məşğul  olur.  Fermer  ötən  il  ilk

dəfə  43  hektar  sahədə  tütün

yetişdirib,  44  tona  yaxın  quru

tütün  istehsal  edib.  Təsərrüfat

rəhbəri  tütünçülüyün çox gəlirli

sahə olduğunu və bu il əkin sa-

hələrini daha da artıraraq 50 hek-

tara  çatdırmağı  planlaşdırdığını

bildirib. Fermerin rəhbərlik etdiyi

təsərrüfatda  artıq  tütün  əkininə

başlanılıb.  Qısa  müddətdə  10

hektar  sahədə  “Virciniya”  növlü

ətirli  tütün  əkilib.  Hazırda  onun

təsərrüfatında 40 işçi tütün şitil-

lərinin  sahələrə  köçürülməsi  ilə

məşğuldur.

Tütün əkininə 200 nəfərdən çox işçi

cəlb olunub



Yüklə 350,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə