Oğuz yurdu iCTİMAİ-Sİyasi QƏzet



Yüklə 350,68 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix21.06.2018
ölçüsü350,68 Kb.
#50288
1   2   3   4   5   6   7

15 may  2018-ci il

4

OĞUZ YURDU

M

ay ayı Azərbaycan xalqının XX əsr



tarixində  ən  əlamətdar,  ən  fəxa-

rətli, uğurlu hadisələrlə, gözəl bay-

ramlarla zəngin bir aydır. Bu gözəl may gün-

lərinin biri-respublikamızın hər yerində təntə-

nəli şəkildə qeyd olunan, öyrənilən, yenidən

yaşanan və ölməzlik qazanan 28 May Res-

publika Günü-Azərbaycan Xalq Cümhuriyyə-

tinin əsasının qoyulduğu gündür. Azərbaycan

xalqı 2018-ci il may ayının 28-də müsəlman

Şərqində ilk parlamentli respublikanın-Azər-

baycan Xalq Cümhuriyyətinin yaranmasının

100 illiyini təntənə ilə qeyd edir. 

Qədim  və  zəngin  dövlətçilik  ənənələrinə

malik  xalqımız keçmişinin müəyyən dövrlə-

rində tarixin hökmü ilə böyük imperiyalar tər-

kibinə  qatılmaq  məcburiyyətində  qalmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti məhz dünya-

nın  siyasi  nizamının  yenidən  qurulduğu  bir

vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəl-

lərində Azərbaycanın yaşadığı parlaq mədəni

yüksəliş  mərhələsinin  məntiqi  yekunu  kimi

meydana çıxmışdır.

Xalqımızın azadlıq və müstəqillik mübari-

zəsi  tarixinə  qızıl  hərflərlə  həkk  olunmuş

1918-ci il mayın 28-i hər bir Azərbaycan və-

təndaşının milli qürur hissi duyduğu, arzula-

rının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq

və müstəqillik arzusu ilə yaşayan Azərbaycan

xalqı ötən əsrin əvvəllərində bu işıqlı may gü-

nündə  arzusuna  qovuşdu.  Şərqdə  ilk  dəfə

azad, demokratik, dünyəvi dəyərlərə söykə-

nən müstəqil bir respublikanın yarandığı dün-

yaya bəyan edildi. Xalqımız 1918-ci il mayın

28-də çar Rusiyasının bir əsrdən artıq davam

edən  müstəmləkə  əsarətindən  azad  oldu,

Şərqin ilk demokratik respublikasının təməlini

qoydu. Həmin gün  Azərbaycan Milli Şurasının

iclasında  İstiqlal  Bəyannaməsi  qəbul  edildi.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulması

XX  əsrdə  xalqımızın  həyatında  yeni  bir

mərhələ, tarixi hadisə oldu.

Müsəlman  Şərqində  ilk  demokratik  res-

publika olan Azərbaycan Xalq Cümhuriyyəti

ölkəmizin  çoxəsrlik  sosial-iqtisadi,  ictimai-

siyasi və mədəni inkişafının, xalqımızın milli

oyanışı və dirçəlişi proseslərinin məntiqi nə-

ticəsi kimi meydana çıxıb. Azərbaycan Xalq

Cümhuriyyəti  xalqımızın  siyasi  şüur  səviy-

yəsinin, intellektual və mədəni potensialının,

yüksək istedad və qabiliyyətinin göstəricisi idi.

1918-ci  il  mayın  28-də  Azərbaycanın  istiq-

laliyyətinin elan edilməsində, Xalq Cümhuriy-

yətinin təşəkkül tapmasında və fəaliyyət gös-

tərməsində  Cümhuriyyətə  rəhbərlik  etmiş

şəxslərin-Məmmədəmin  Rəsulzadənin,  Əli-

mərdan bəy Topçubaşovun, Fətəli xan Xoys-

kinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusif-

bəylinin, Səməd bəy Mehmandarovun, Əliağa

Şıxlınski  və  başqalarının  böyük  xidmətləri

olub. Bu görkəmli dövlət xadimlərinin, vətən-

pərvər ziyalıların, peşəkar hərbçilərin adları

xalqımızın yaddaşına əbədi həkk olunub.

Azərbaycan Xalq Cümhuriyyəti Avropanın

demokratik dəyərləri ilə Şərq mədəniyyətinin

xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni

dövlət və cəmiyyət nümunəsi idi. İlk respub-

lika dövründə həyata keçirilən tədbirlər müstə-

qil dövlətçiliyimizin əsaslarının yaradılması və

gələcək inkişaf yolunun müəyyənləşdirilməsi

baxımından  mühüm  əhəmiyyət  kəsb  etdi.

Demokratik hüquq və azadlıqların bərqərar ol-

ması, etnik və dini mənsubiyyətdən asılı ol-

mayaraq bütün vətəndaşların bərabər hüquq-

larının tanınması, hətta bir çox Avropa ölkə-

lərindən daha əvvəl qadınlara seçki hüququ-

nun verilməsi, Azərbaycan dilinin dövlət dili

elan edilməsi, təhsil və mədəniyyətin inkişafı-

na xüsusi diqqət göstərilməsi, nizami milli or-

dunun, təhlükəsizlik strukturlarının qurulması

və sair işlər Xalq Cümhuriyyəti hökumətinin

yürütdüyü  siyasətin  miqyasını,  mahiyyət  və

mənasını əyani şəkildə səciyyələndirir.

Yüz il əvvəlki müstəqil Azərbaycanın tale-

yinə uzunömürlülük yazılmayıbmış. İlk cüm-

huriyyətimizin doğuluşu tarixin dolaşıq vaxtına

düşmüşdü. Müxtəlif maraqlarla ölkəyə yürüş

edən xarici hərbi qüvvələrin çoxsaylı təzyiqləri

nəticəsində gənc dövlətin parlamenti 1920-ci

il aprelin 27-də hökuməti təhvil verdi. Beləliklə,

Azərbaycan Xalq Cümhuriyyətinin 701 günlük

şərəfli ömrünə son qoyuldu. Türk dünyasının

ilk müstəqil dövləti süquta uğradı.

Lakin  ruhu  azad  olan  bir  milləti  heç  kəs

köləlikdə saxlaya bilməz. 1918-ci ilin mayın-

dan 70 il keçəndən sonra Azərbaycan xalqı

yenidən ayağa qalxdı, öz haqqını-azadlığını,

müstəqilliyini və bütövlüyünü tələb etdi. 

Bu  yolda  məhrumiyyətlərə  düçar  edildi,

şəhidlər verdi, lakin yolundan dönmədi. 1991-

ci ilin oktyabrında Azərbaycan xalqı XX əsrdə

ikinci dəfə öz müstəqilliyini elan etdi. Müstəqil-

liyi və qanı bahasına alınmış azadlığı qoru-

maq  yolunda  xalqımız  nə  qədər  təzyiqlərə

məruz qaldı, torpaqlarımız qəsb olundu, tale-

yimizdən didərginliyin, əlilliyin, şəhidliyin qara

naxışları keçib getdi. Lakin azadlıq aşiqlərinin

gərgin əməyi və mübarizəsi sayəsində əsrin

sonunda Azərbaycanın müstəqilliyini qoruyub

saxlamaq mümkün oldu.

1993-cü  ilin  may-iyun  aylarında  hökumət

böhranının  son  dərəcə  kəskinəşməsi  ilə

ölkədə vətəndaş müharibəsinin baş verməsi

və müstəqilliyin itirilməsi təhlükəsi yarananda

xalqın  çağırışı  ilə  ümummilli  lider  Heydər

Əliyev ikinci dəfə hakimiyyətə gətirildi və Azər-

baycan müstəqilliyinin yeni mərhələsinə qə-

dəm qoydu. Çiçəklənmə, iqtisadi inkişaf dövrü

başlandı. 

Ümummilli lider Heydər Əliyev Azərbaycan

Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək qiy-

mətləndirmişdir. Ümummilli lider demişdir:” Biz

Azərbaycan Xalq Cümhuriyyətinin varisləriyik.

1991-ci  ildə  Azərbaycanda  müstəqillik  elan

edilərkən  yazılıbdır  ki,  1920-ci  ildə  itirilmiş

müstəqillik  bərpa olunur. Mən bu gün qürurla

deyirəm ki, biz  Azərbaycan Xalq Cümhuriyyə-

tinin sədaqətli və layiqli varisləriyik.” 

Azərbaycanın  dövlət  müstəqilliyinin  bər-

pasından sonra Heydər Əliyevin yenidən ölkə

rəhbərliyinə qayıdışı ilə Azərbaycanın ictimai-

siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında,

beynəlxalq  əlaqələrində  əsl  dönüş  yarandı,

elmi əsaslara, beynəlxalq norma və prinsip-

lərə  uyğun  dövlət  quruculuğu  prosesi  baş-

landı. Uzaqgörən liderin həyata keçirdiyi təxi-

rəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəf-

dən  Milli  Ordunun  formalaşdırılması,  Azər-

baycanın  milli  mənafelərini  qorumağa  qadir

nizami silahlı qüvvələrin yaradılması, torpaq-

larımızın müdafiə olunması ilə bağlı mühüm

addımlar atıldı, digər tərəfdən bütün siyasi və

diplomatik vasitələrin işə salınması ilə 1994-

cü ilin mayında həyati əhəmiyyət kəsb edən

atəşkəsə nail olundu.

Ölkə daxilində yaranmış nisbi sakitlikdən və

beynəlxalq aləmdə Azərbaycana qarşı artan

inam və maraqdan istifadə edərək, 1994-cü

ilin sentyabrında “Əsrin müqaviləsi” adlanan

ilk neft müqaviləsinin imzalanması və gerçək-

ləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib

hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi

inkişaf konsepsiyasını təşkil edən neft strate-

giyasının həyata keçirilməsinin parlaq təza-

hürüdür. 

Heydər Əliyevin yeni yüzilliyə, həm də yeni

minilliyə  hesablanmış,  dərindən  düşü-  nül-

müş, və qətiyyətlə həyata keçirilən daxili və

xarici siyasət kursu bu gün bütün istiqamət-

lərdə Prezident İlham Əliyev tərəfindən  uğur-

la davam etdirilir.

Azərbaycan bu gün Cənubi Qafqazda sa-

bitlik və tərəqqi adasıdır. O, gündən-günə in-

kişaf edir, daha da inamlı olur. Bütün bunlar

ölkəni  və  Azərbaycan  cəmiyyətini  inkişafın

daha yüksək pillələrinə aparır.

Ölkəmizdə çevik və işlək mexanizmlər əsa-

sında həyata keçirilən iqtisadi islahatlar qlobal

böhranın güclü təsirlərindən az itki ilə çıxmağa

imkan verib. Prezident İlham Əliyevin Azər-

baycanı enerji resurslarından asılı olmayan

dövlətə çevirmək məqsədilə həyata keçirilən

proqramlar-Regionların sosial-iqtisadi İnkişafı

Dövlət Proqramları, Milli iqtisadiyyat və iqti-

sadiyyatın  əsas  sektorları  üzrə  strateji  yol

xəritələri  və digər layihələr, ölkədə biznes və

sahibkarlıq  mühitinin yaxşılaşdırılması, qitə-

lərarası enerji layihəsi olan “Cənub qaz dəh-

lizi”, “TANAP” və TAP” layihələri bu məqsədlə

yerinə yetirilir.

Bu inkişafın başlıca yekunlarından biri də

dövlət  başçısı  İlham  Əliyevin  bu  sözlərində

bariz ifadəsini tapmışdır: "Azərbaycan bu illər

ərzində  həm  öz  vətəndaşlarına,  həm  də

dünyaya sübut etdi ki, biz müstəqil ölkə, azad

xalq kimi yaşayırıq və yaşaya bilərik!" 

11  aprel  2018-ci  il  prezident  seçkilərində

Azəbaycan  xalqının  yekdilliklə  dəstəyi  nəti-

cəsində qalib gəlmiş və yenidən Azərbaycan

Respublikası Prezidenti seçilmiş İlham Əliyev

bir daha Azərbaycan xalqı qarşısında əmin-

liklə    qeyd  etdi  ki,  “Bizim  taleyimiz  öz  əli-

mizdədir, biz öz taleyimizin sahibiyik. Biz an-

caq müstəqillik dövründə belə böyük uğurlara

nail ola bilərdik. Bu gün müstəqillik bizim üçün

ən  böyük  sərvətdir,  ən  böyük  nemətdir,  ən

böyük  xoşbəxtlikdir.  Biz  bundan  sonra  da

müstəqillik  və  qələbələr  yolu  ilə  gedəcə-

yik...Yolumuz uğurlu olsun!”



Mehriban Abbasova, 

Oğuz Rayon Heydər Əliyev Mərkəzinin

direktoru

Müstəqil Azərbaycan XX əsrin əvvəllərində bərqərar olmuş Azərbaycan Xalq

Cümhuriyyətinin sədaqətli və layiqli varisidir

A

prel ayının 27-də Oğuz  Rayon Təhsil Şöbəsi-



nin, Oğuz Rayon Gənclər və İdman İdarəsinin

və  “Rasional”  MMC-nin  birgə  təşkilatçılığı  ilə

“Tarixini bilməyənin coğrafiyasını  başqaları cızar” şüarı

altında “Tariximizi öyrənək, öyrədək, qoruyaq” mövzu-

sunda  elmi-praktiki konfrans keçirilib.

Konfransı “Rasional” MMC-nin direktoru Elşən Alca-

nov  açaraq elmi-praktiki konfransın gündəliyində duran

məsələlərin aktuallığından və əhəmiyyətindən danışıb.

Konfransda tarix elmləri üzrə fəlsəfə  doktoru Akif  Məm-

mədli “Azərbaycanda ilk insan məskənləri”, ”Azərbay-

can xalqının formalaşması prosesi”, ”Oğuz rayonunun

Kərimli kənd kurqanları”, ”Azərbaycan Xalq Cümhuriyyə-

ti-100 il” mövzularında məruzələrlə çıxış edib. Məruzəçi

tədqiqat apardığı  sahələrdən, beynəlxalq elmi konfrans-

larda Azərbaycanın haqq  işinin müdafiə edilməsi sahə-

sində görüləm işlərdən, torpaqlarımızın bölünməzliyi və

bütövlüyü uğrunda mübarizədən, ərazi, iqtisadi və mə-

dəni  birliyimizdən ətraflı bəhs edib, türk etnoslarının  öl-

kəmizin Şimal-Qərb bölgəsində ən qədim zamanlardan

yaşamış olmalarından, tariximizin  türk etnosları tərəfin-

dən yaradılması prosesinin  antropoloji, arxeoloji, etno-

qrafik, epiqrafik qaynaqlar əsasında mənzərəsini verib.

Qədim Roma, yunan, ərəb, sasani qaynaqlarına, rus,

Azərbaycan,  gürcü  və  erməni  tədqiqatlarına  əsasla-

naraq    bölgəmizin  inkişafinda,  onun    iqtisadiyyatının,

mədəniyyətinin  formalaşmasında    türk  etnoslarının

aparıcı fəaliyyətindən danışıb. Hidronimlərin, oykonim-

lərin, toponimlərin, maddi mədəniyyət abidələrinin bu xü-

susda mühüm  əhəmiyyət kəsb etməsindən, tarixi saxta-

laşdırmaların aradan qaldırılması istiqamətində AMEA-

nın Tarix  İnstitutu tərəfindən aparılan  səmərəli işlərdən

danışıb. Rayonun Kərimli kəndində yerləşən  hökmdar

məzarlığındakı kurqanlarda aparılan arxeoloji qazıntı-

lardan,  arxeoloq Nəsib Muxtarovun  vətənpərvər və və-

təndaş mövqeyindən bəhs edib, AXC-nın Şərqdə  ilk

demokratik respublika olması,  dövlətçiliyimizin bərpa

edilməsi, daxili və xarici siyasət sahəsində, iqtisadiyya-

tın dirçəldilməsi istiqamətində ADR tərəfindən görülən

işlər barədə məlumat verib.

Akif Məmmədli   tariximizin qaranlıq qalan sahələrinə

dair şagirdlər və müəllimlər tərəfindən verilmiş suallara

tutarlı  cavab  verib.  Tədbirin  sonunda Akif  Məmmədli

özünün tədqiqat əsərlərini tədbir iştirakçılarına bağış-

layıb. Müzakirə edilən məsələlər ətrafında konfrans işti-

raklarından  V.Əlfiyev,  A.Mustafazadə,  H.Rəsulova,

S.Cəbiyev, Ç.Sadıqzadə və başqaları  fikir və mülahizə-

lərini bildiriblər. Elmi-praktiki konfrans  iştirakçların fəal-

lığı şəraitində keçib.



Elmi-praktik konfrans keçirilib

A

zərbaycan  Xalq  Cümhu-



riyyətinin 100 illiyi münasi-

bətilə 


Oğuz

Rayon  Heydər  Əliyev

Mərkəzinin əməkdaşları

şəhər 3 nömrəli məktəb-

liseyin  6-cı  sinfində  te-

matik  dərs  keçirmişlər.

Dərs Azərbaycanın döv-

lət  himninin  səsləndiril-

məsi  ilə  başlanmışdır.

Mərkəzin 

direktoru

M.Abbasova 2018-ci ilin

Azərbaycan  Xalq  Cüm-

huriyyətinin 100 illiyi mü-

nasibətilə Respublika Prezidenti İl-

ham Əliyev tərəfindən “Azərbaycan

Xalq Cümhuriyyəti ili” elan edildiyini

diqqətə  çatdırmış,  bu  sahədə  ra-

yonda həyata keçirilən tədbirlərdən

danışmışdır.  Mərkəzin  elmi  işçisi

T.Babayeva məruzəsində Azərbay-

can Xalq Cümhuriyyətinin yaradıl-

ması,  Cümhuriyyətin

qurucuları,    Azərbay-

canda  demokratik də-

yərlərin        bərqərar

olunmasına 

xidmət


edən  parlamentli  res-

publikanın  qurulması,

ordu quruculuğu, təh-

sil, qadınlara seçki hü-

ququnun 

verilməsi,

milli  atributların  yara-

dılması və başqa isti-

qamətdə AXC-nin gör-

düyü  işlər  haqqında

məlumat vermişdir. Şagirdlərə möv-

zu ilə əlaqəli bukletlər paylanmış,

videoçarxlar göstərilmişdir. Məktə-

bin  tarix  müəllimi  M.Kərimova

Azərbaycan  Xalq  Cümhuriyyəti

dövrü  haqqında  mənbələrdə    əks

olunan bir sıra faktları və  maraqlı

fikirləri  şagirdlərin diqqətinə çatdır-

mışdır.

T E M AT İ K   D Ə R S



Yüklə 350,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə