Oğuz yurdu iCTİMAİ-Sİyasi QƏzet



Yüklə 350,68 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix21.06.2018
ölçüsü350,68 Kb.
#50288
1   2   3   4   5   6   7

15 may 2018-ci il

2

OĞUZ YURDU

Ş

uşa şəhərinin erməni-



lər      tərəfindən    işğal

olunmasından  26  il

ötür.  Bu  işğal  nəticəsində  480

günahsız vətəndaş qətlə yetiri-

lib, 600 nəfər yaralanıb, 22 min

nəfər öz yurdundan didərgin dü-

şüb. Əsir götürülmüş 68 soyda-

şımızın  taleyi  barədə  bu  günə

qədər məlumat yoxdur. İşğal nə-

ticəsində Şuşadakı bir sıra tarixi-

mədəniyyət abidələri düşmən tə-

rəfindən talan edilib. Bu siyahıya

Xan mağarası, Qaxal mağarası,

Şuşa qalası da daxil olmaqla bü-

tövlükdə 279 dini, tarixi və mə-

dəni abidə daxildir.

Ermənilər Azərbaycana məx-

sus olan bir çox abidənin məhv

edilməsinə və ya ermə- niləşdi-

rilməsinə nail olublar. Onlar Şu-

şada 7 məktəbəqədər uşaq mü-

əssisəsini, 22 ümumtəhsil mək-

təbini, mədəni-maarif, kənd tə-

sərrüfatı texnikumlarını, 8 mədə-

niyyət evini, 14 klubu, 20 kitab-

xananı,  2  kinoteatrı,  3  muzeyi,

Şərq musiqi alətləri fabrikini da-

ğıdıblar.

1992-ci il mayın 8-də Ermə-

nistan  Silahlı  Qüvvələrinin  Şu-

şanı  işğal  etməsi  nəticəsində

Azərbaycanın daha  289 kvad-

ratkilometr  ərazisi  ermənilərin

nəzarətinə keçib.



2 6   i l   Ş u ş a s ı z

A

prelin  26-da  Oğuz  Ra-



yon İcra  Hakimiyyətin-

də  Çernobıl  faciəsinin

32-ci  ildönümünə  həsr  edilmiş

tədbir keçirilmişdir. Tədbiri giriş

sözü ilə icra hakimiyyəti başçısı-

nın  müavini  Yusif Naxçıvanski

açmışdır. 

Rayon icra hakimiyyətinin iş-

çisi, Çernobıl faciəsi iştirakçısı F.

Şirinov  məruzə  etmişdir.  Qeyd

edilmişdir ki, 1986-cı ilin 26 ap-

relində  Ukraynanın paytaxtı  Ki-

yevdən 120 kilometr aralıda, Be-

larusla həmsərhəd ərazidə yer-

ləşən  Çernobıl  Atom  Elektrik

Stansiyasının  4-cü  enerji  blo-

kunda güclü nüvə partlayışı ol-

muşdur.  Bu  partlayış    əslində

dünya üçün böyük bir faciə idi.

Çernobıl  AES-də  baş  verən

partlayış miqyasına görə 1945-

ci  ildə  Xirosimaya  atılan  atom

bombasından  dəfələrlə  üstün

idi.  Həmin vaxt Çernobıl atom

stansiyası dünyada ən iri atom

stansiyalarından biri idi. Stansi-

ya partlayandan sonra yaranmış

radioaktiv buludun böyük hissə-

si Şərqi Avropaya doğru hərəkət

etmişdir, bir hissəsini isə külək-

lər cənuba yaymışdır. Atmosferə

yayılan zəhərli tüstülərin qarşısı-

nın alınması yalnız 10 gündən

sonra mümkün olmuşdu. “Sar-

kofaq” adlanan bu əməliyyat nə-

ticəsində yanan reaktorun üzəri

5 min tona yaxın qum və çınqıl-

larla örtülmüşdür. Onu da qeyd

edək ki, bu əməliyyatda iştirak

edənlərin  130  nəfəri  azərbay-

canlı olub. O dövrdə bütün keç-

miş  sovet  respublikalarından

qəzanın aradan qaldırılmasında

iştirak etmək üçün insanlar cəlb

edilmişdi.  Ümumiyyətlə,  qəza

zamanı digər sovet respublika-

ları kimi Azərbaycandan da əsa-

sən gənclərdən ibarət 7 min nə-

fərdən çox vətəndaşımız böyük

təhlükəyə baxmayaraq, Çerno-

bıla yollanmışdı. Onların bir ço-

xu  orada həlak olmuş, qalanları

isə  ömürlük  əlillik  qazanmışlar

və ya ağır xəstəliklərə tutulmuş-

lar.  Qəzanın baş verməsindən

sonrakı ilk 3 il ərzində 250 min-

dən çox işçi fəlakətin nəticələrini

minimuma endirmək üçün AES-

in qəza ərazisində olub. Sonrakı

illərdə isə qəzanın nəticələrinin

aradan qaldırılması işlərinə təx-

minən  600  min  nəfər  cəlb  olu-

nub.`Azərbaycanda  da  Çerno-

bıl faciəsi nəticəsində radioaktiv

şüalanmaya məruz qalanlar var. 

Hadisə zamanı 7000-ə yaxın

insan  həlak  oldu,  25000  insan

güclü  radiasiya  nəticəsində

ömürlük  şikəst  oldu.  Faciədən

sonra Çernobılda doğulan uşaq-

ların 90 faizində əlillik yarandı.

Hadisədən neçə illər keçsə də,

radiasiyanın  fəsadları  hələ  də

Avropada dolanmaqdadır.

Tədbirdə  faciənin  fəsadları-

nın  aradan    qaldırılmasında

oğuzluların iştirakı haqqında ge-

niş məlumat verilmişdir. Bil- diril-

mişdir ki,  21 nəfər oğuzlu qəza-

nın nəticəsinin aradan qaldırıl-

masında öz sağlamlığını itirmiş-

dir. Onların 7 əlil uşağı var. Bu

şəxslər    də  respublikamızdakı

bütün Çernobıl əlilləri kimi sosial

müdafiə  ilə  əhatə  olunmuşlar.

Oğuzlu  Çernobıl  əlillərinin    də

tibbi-sosial reabilitasiyası, sosi-

al-məişət  problemlərinin  həlli,

sanatoriya-kurort müəssisələri-

nə yollayışla təminatı istiqamə-

tində  müvafiq tədbirlər görülür.

Onların hər biri həyətyanı torpaq

sahəsi ilə təmin olunmuşlar.

ÇERNOBIL FACİƏSİNİN  

32-Cİ İLDÖNÜMÜ QEYD EDİLDİ 

Azərbaycan Respublikası-

nın  Prezidenti  İlham  Əliyev

İkinci Dünya müharibəsi işti-

rakçılarının  qayğı  və  prob-

lemlərinə həmişə böyük diq-

qət  və  həssaslıqla  yanaşır.

Hər  il  9  May-Qələbə  günü

ərəfəsində bu insanlara bir-

dəfəlik maddi yardım göstə-

rilməsi haqqında Sərəncam

imzalayır. Bu il də aprelin 20-

də  növbəti  dəfə  İkinci  Dün-

ya müharibəsi iştirakçılarına

və  digər  müvafiq  şəxslərə

birdəfəlik maddi yardım veril-

məsi barədə Sərəncam veril-

mişdir. Azərbaycan Respub-

likasının  Prezidenti  İlham

Əliyevin  “1941-1945-ci  illər

İkinci Dünya müharibəsi işti-

rakçılarına,  həlak  olmuş  və

ya  sonralar  vəfat  etmiş  dö-

yüşçülərin  dul  arvadlarına,

arxa cəbhədə fədakar əmə-

yinə görə orden və medallar-

la təltif edilmiş şəxslərə bir-

dəfəlik  maddi  yardım  veril-

məsi  haqqında”  20  aprel

2018-ci  il  tarixli  Sərəncamı

bu  təbəqədən  olan  vətən-

daşların sosial müdafiəsinin

gücləndirilməsinə 

dövlət


başçısının xüsusi diqqət və

qayğısının növbəti təzahürü

kimi qiymətləndirilir. 

Sərəncamla həyata keçiri-

lən  tədbirlər  İkinci  Dünya

müharibəsi  iştirakçılarının

sosial  təminatlarını  və  rifah

halını daha da  yaxşılaşdıra-

caq.

Prezident  Sərəncamında



1941-1945-ci illər İkinci Dün-

ya müharibəsi iştirakçılarına

1000,0 (min) manat məblə-

ğində, İkinci Dünya mühari-

bəsində  həlak  olmuş  və  ya

sonralar vəfat etmiş döyüş-

çülərin  dul  arvadlarına,  hə-

min dövrdə arxa cəbhədə fə-

dakar  əməyinə  görə  orden

və  medallarla  təltif  edilmiş

şəxslərə,  İkinci  Dünya  mü-

haribəsi illərində döyüş cəb-

hələrinin arxa hüdudları, ya-

xud  döyüşən  donanmaların

əməliyyat  zonaları daxilində

ordunun və donanmanın mə-

nafeyi üçün tapşırıqları yeri-

nə yetirmiş xüsusi  birləşmə-

lərin  işçilərinə, İkinci Dünya

müharibəsi dövründə Lenin-

qrad  şəhərinin  müdafiəsinə

görə müvafiq medal və döş

nişanı ilə təltif edilmiş şəxslə-

rə, habelə Leninqrad şə- hə-

rinin mühasirəsi iştirakçıları-

na  500,0  (beş  yüz)  manat

məbləğində birdəfəlik maddi

yardım verilməsi nəzərdə tu-

tulur. Bu məqsədlə  Azərbay-

can Respublikasının 2018-ci

il dövlət büdcəsində nəzərdə

tutulmuş  Azərbaycan  Res-

publikası Prezidentinin ehti-

yat  fondundan  5,9  milyon

manat ayrılmışdır.  

Sərəncam  Azərbaycanda

ümumilikdə  11  193  nəfərə

şamil  olunacaq.  Onlardan

563 nəfəri İkinci Dünya mü-

haribəsi əlilləri və iştirakçıla-

rıdır.

Qalan 10 630 nəfəri  isə



İkinci Dünya müharibəsində

həlak olmuş və ya sonralar

vəfat etmiş döyüşçülərin dul

arvadları, həmin dövrdə arxa

cəbhədə  fədakar  əməyinə

görə orden və medallarla təl-

tif edilmiş şəxslər, İkinci Dün-

ya  müharibəsi  illərində  dö-

yüş cəbhələrinin arxa hüdud-

ları, yaxud döyüşən donan-

maların  əməliyyat  zonaları

daxilində ordunun və donan-

manın mənafeyi üçün tapşı-

rıqları yerinə yetirmiş xüsusi

birləşmələrin  işçiləri,  İkinci

Dünya müharibəsi dövründə

Leninqrad  şəhərinin  müda-

fiəsinə  görə  müvafiq  medal

və  döş  nişanı  ilə  təltif  edil-

miş  insanlar,  habelə  Lenin-

qrad  şəhərinin  mühasirəsi

iştirakçıları təşkil edir. 

Qeyd edək ki, İkinci Dünya

müharibəsi  iştirakçılarına,

həlak olmuş və ya sonralar

vəfat etmiş döyüşçülərin dul

arvadlarına,  arxa  cəbhədə

fədakar əməyinə görə orden

və  medallarla  təltif  edilmiş

şəxslərə  verilən  birdəfəlik

maddi  yardımların  məbləği

də  getdikcə  artırılır.  Son  il-

lərdə  bu  maddi  yardımların

məbləği  25  faiz  artırılıb  və

müvafiq olaraq  800 manat-

dan  1000  manata  və  400

manatdan  500  manata  çat-

dırılıb. 

Əmək  və  Əhalinin  Sosial

Müdafiəsi  Nazirliyi  yanında

Dövlət Sosial Müdafiə Fon-

dunun Oğuz rayon şöbəsin-

dən aldığımız məlumata gö-

rə Oğuzda bu Sərəncam-64

nəfərə (döyüşçülərin dul ar-

vadlarına)  şamil  ediləcək.

Bununla bağlı lazımi tədbir-

lər görülmüşdür.



FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏ-73

Prezidentin 20 aprel 2018-ci il tarixli Sərəncamı

İkinci Dünya müharibəsi iştirakçılarına dövlət

qayğısının növbəti təzahürüdür

1941-1945-ci illər mühari-

bəsində Qələbənin 73-cü il-

dönümü  ilə əlaqədar Oğuz

şəhərindəki  Qəhrəmanlar

Parkında  tədbir keçirilmişdir. 

Oğuz Rayon İcra Hakimiy-

yətinin  başçısı Eyvaz Qur-

banov   çıxış edərək faşizm

üzərində  Qələbənin əhəmiy-

yəti, onun əldə olunmasında

Azərbaycanın, Bakı neftinin,

xalqımızın, eləcə də oğuzlu-

ların rolu,    ildönümü ilə bağ-

lı respublikamızda və rayo-

numuzda  keçirilən tədbirlər

haqqında  məlumat  vermiş-

dir.


Səfərbərlik  və  Hərbi  Xid-

mətə  Çağırış  üzrə  rayon

qeydiyyart şöbəsinin müdiri

polkovnik-leytenant Rövşən

Abdullayev faşizm üzərində

qələbə 


qazanılmasında

Azərbaycanın 

rolundan,

oğuzluların müharibədə işti-

rakından,  ordu  quruculuğu

sahəsində bu gün ölkəmizdə

həyata keçirilən tədbirlərdən,

ordumuzun  və  xalqımızın

torpaqlarımızın 

işğaldan


azad edilməsi üçün savaşa

daim  hazır  olmasından  da-

nışmışdır.

Qeyd edilmişdir ki, 1941-

1945-ci illərdə respublikanın

600 mindən çox oğlu və qızı

cəbhəyə  getmişdir.  Onların

300  mindən  çoxu  cəbhədə

həlak  olmuşdur.  Faşizmə

qarşı  mübarizədə  Azərbay-

can nefti  böyük rol oynamış-

dır . O vaxt Bakı ölkə neftinin

70 faizini verirdi. Müharibə il-

lərində Bakıda 130-dan çox

növdə silah və döyüş sursatı

istehsal edilirdi. Faşizm qarşı

mübarizədə   Azərbaycanın

oğul və qızları misilsiz  şüca-

ətlər göstərmişlər.  Qazanı-

lan  qələbədə  doğma  Oğuz

torpağının  da  minlərlə  igid

övladı iştirak etmişdir.    3186

nəfər oğuzlu əlinə silah götü-

rüb  cəbhəyə  yollanmışdır.

Onlardan 945 nəfəri geri qa-

yıtmışdır.  Ötən  illər  onlar

dünyalarını dəyişmişlər.  Ra-

yon veteranlar şurasının nü-

mayəndəsi  Seyidməmməd

Quliyev çıxış edərək faşizm

üzərində qələbənin əldə edil-

məsində  həmvətənlərimizin

rolundan,  o illərdə arxa cəb-

hədə olan ağır vəziyyətdən,

insanların göstərdikləri fəda-

karlıqdan   danışmışdır.

Tədbir iştirakçıları  1941-

1945-ci illər abidəsinin önü-

nə  qərənfillər  düzmüş,  Bö-

yük  Vətən  müharibəsi  qur-

banlarının xatirəsini yad et-

mişlər. 


QƏLƏBƏNİN 73-CÜ İLDÖNÜMÜNƏ HƏSR 

OLUNMUŞ TƏDBİR  


Yüklə 350,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə