Oğuz yurdu iCTİMAİ-Sİyasi QƏzet



Yüklə 350,68 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix21.06.2018
ölçüsü350,68 Kb.
#50288
1   2   3   4   5   6   7

15 may  2018-ci il

3

OĞUZ YURDU

Mayın 2-də Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz

Qurbanov  Xalxal  kəndində  səyyar  qəbul  keçirmişdir.  Qəbulda

kənd sakinləri ilə bərabər  rayonun bir sıra idarə və müəssisələ-

rinin  rəhbərləri  də iştirak etmişlər. 

Rayon icra hakimiyyətinin başçısı E. Qurbanov çıxış edərək

bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əli-

yevin verdiyi göstərişə əsasən respublikanın digər rayonlarında

olduğu kimi Oğuz rayonunda da qrafik əsasında kəndlərdə vətən-

daşların səyyar qəbulu keçirilir. Bu gün səyyar qəbulun keçirildiyi

Xalxal rayonumuzun ən səfalı guşəsində yerləşən turizm  kəndi-

dir. Yaz-yay aylarında əraziyə hər gün yüzlərlə maşın, minlərlə in-

san gəlir. Ərazidə dincəlmək, istirahət etmək istəyən turistlərin

sayı getdikcə daha da artır. Son vaxtlar bu kəndin də daxil olduğu

Xalxal İnzibati Ərazi Dairəsində bir sıra layihələr həyata keçiril-

mişdir. Kəndə müasir tələblərə cavab verən yol çəkilmiş, nüma-

yəndəliyin  ərazisində  yaşayan  insanların  içməli  su  təminatı,

elektrik xətlərinin  yenilənməsi, məktəb tikintisi  sahəsində mühüm

layihələr həyata keçirilmişdir. Kəndin yuxarısında bir sıra turizm

obyektləri istifadəyə verilmişdir. Kənddə müasir tələblərə cavab

verən evlər tikilir. Bu  layihələr, istifadəyə verilən turizm obyektləri,

sosial məsələlərin həlli sahəsində görülən işlər turistlərin sayının

artmasında mühüm rol oynayır. Digər turizm bölgələrində olduğu

kimi burada da kənd sakinləri yetişdirdikləri məhsulları satmaqla,

kənd turizminə uyğun xidmətlər təklif etməklə turizmin inkişafından

böyük məbləğdə gəlir götürə bilərlər.

RİH-nin başçısı E.Qurbanov qeyd etmişdir ki, səyyar qəbulun

keçirilməsində məqsəd kənd sakinlərini narahat edən problemləri

öyrənmək və onların aradan qaldırılmasına kömək etməkdir. 

Çıxış edən kənd sakinləri rayonda, eləcə də Xalxal İnzibati Da-

irəsinin ərazisindəki kəndlərdə  aparılan abadlıq və quruculuq işlə-

rinə, sosial məsələlərin həlli  sahəsində  həyata keçirilən  layihə-

lərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə

və rayon rəhbərliyinə  minnətdarlıqlarını bildirdilərlər.

Kənd sakinləri Mahir Nəbiyev kəndə təbii qaz xəttinin çəkil-

məsinə, Kamran Allahverdiyev kənddaxili yolların, Zərniyar Nəsi-

bova müdiri olduğu körpələr evi-uşaq bağçası binasının, məktəb

direktoru Rövşən Ağababayev kənd tam orta məktəbinə gedən

yolda, çayın üzərində olan körpünün təmirinə   köməklik göstəril-

məsini xahiş etdilər.

Bildirildi ki, Xalxal kəndinə təbii qaz xəttinin çəkilməsi  Dövlət

Proqramına uyğun olaraq həyata keçiriləcəkdir. Tezliklə çəkiliş iş-

lərinə başlanılacaqdır.  Kənddaxili yolların təmir olunması Azər-

baycan Kənd İnvestisiya Layihəsi çərçivəsində nəzərdə tutulub.

Yaxın vaxtlarda layihə işlərinə başlanılacaqdır. Körpələr evi-uşaq

bağçasının binasının təmir olunması ilə əlaqədar  aidiyyəti yuxarı

təşkilatlara rəsmi müraciət ediləcəyi barədə  vətəndaşlara məlu-

mat verildi. Məktəbə gedən yolda, çayın üzərində olan körpünün

təmiri “Azəravtoyol” ASC-nin Oğuz rayon 11 №-li Yol İstismarı

MMC-nin rəhbərliyinə tapşırıldı. İcrası nəzarətə götürüldü. 

Kənd sakini Zeynəddin Kərimov həyətyanı torpaq sahəsi al-

masına köməklik göstərilməsini xahiş etdi. Vətəndaşa izah olundu

ki, həyətyanı torpaq sahəsinin alınması üçün ilkin olaraq lazımi

sənədləri toplayıb Xalxal bələdiyyəsinə müraciət etməlidir. Sənəd-

ləşmənin sonrakı mərhələsində aidiyyəti şöbələr tərəfindən lazımi

köməkliyin göstəriləcəyi də vətəndaşın nəzərinə çatdırıldı.



OĞUZ RAYON İCRA

HAKİMİYYƏTİNİN BAŞÇISI

EYVAZ QURBANOV XALXAL

KƏNDİNDƏ SƏYYAR QƏBUL

KEÇİRMİŞDİR

H . Ə L İ Y E V - 9 5

Rayonumuzda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci

ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir. Aşağıda  həmin  təd-

birlərdən xəbərləri dərc edirik.

Mayın  10-da  Oğuz  rayon  prokurorluğunda

ümummilli lider Heydər Əliyevin anadan olmasının

95-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Rayon prokuroru Mövlud Osmanov Ulu öndər Hey-

dər  Əliyevin Azərbaycanın  tərəqqisi  və  yüksəlişi,

müstəqilliyimizin bərqərar olunması və qorunması,

ölkədə  aparılan  hüquqi  islahatlar  barədə  danış-

mışdır. 

YAP  Oğuz rayon təşkilatının sədri Saleh Məhər-

rəmovun  Ulu öndərin həyat və fəaliyyəti barədə çı-

xışı dinlənilmişdir.   

Prokurorluq işçiləri Ulu öndər Heydər Əliyevin

yolunu uğurla davam etdirən Azərbaycan Respub-

likasının Prezidenti İlham Əliyevin ölkəmizin iqtisadi

inkişafı, Azərbaycanın dünyada tanıdılması hüquqi

islahatların davam etdirilməsi, və digər sahələrdəki

fəaliyyətini yüksək qiymətləndirmişlər.  

Rayon  prokurorluğunda  tədbir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildö-

nümü ilə əlaqədar mayın 10-da  rayon təhsil şöbəsinin qarşısında

rəqs bayramı keçirilmişdir. Bayramda şəhərimizdəki 2 və 3 nömrəli

uşaq bağçası-körpələr evlərinin uşaqları, şəhər 1 nömrəli tam orta

məktəbin, 3 nömrəli məktəb-liseyin və Kərimli kənd tam orta mək-

təbin rəqs həvəskarları iştirak etmişlər. 

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov təd-

biri izləmişdir. 

Rəqs bayramına toplaşan müəllimlər, şagirdlər,  rayon ictimaiy-

yətinin nümayəndələri uşaqların ifasında bir-birindən maraqlı rəqs-

lərə baxmışlar. “Tərəkəmə”, “Çobanlar”, “Qağayılar”, “Xəzəri”, “La-

lələr” və  digər rəqslər böyük maraq doğurmuşdur. Balaca rəqqas-

ların böyük məharətlə ifa etdikləri rəqslər  tədbirə toplaşanlarda xoş ovqat yaratmışdır.

Rayon təhsil şöbəsinin məsləhətçisi Mahir Naxçıvanlı  rəqsləri  ifa edən məktəblilərə və  balaca fidan-

lara  təhsil şöbəsi adından təşəkkür etmiş və uğurlar arzulamışdır. 

Tədbirdə iştirak edən rəqs qruplarının rəhbərləri rayon təhsil şöbəsinin diplomlarına layiq görülmüşlər.

RƏQS  BAYRAMI

Mayın 4-də Bakı şəhərindəki

Heydər  Əliyev Mərkəzində ümum-

milli lider Heydər Əliyevin anadan

olmasının 95-ci ildönümü münasi-

bətilə keçirilmiş "Ən yaxşı təqdi-

mat"  müsabiqəsinin  qaliblərinin

mükafatlandırılması mərasimi ol-

muşdur.  “Ən yaxşı təqdimat” mü-

sabiqəsinin nəticələrinə əsasən 8

nəfər I, 14 nəfər II, 18 nəfər III də-

rəcəli diplomla, 25 nəfər isə tərif-

namə ilə təltif olunub. Müsabiqə

qaliblərinə, həmçinin qiymətli hə-

diyyələr təqdim edilib.

Emin Abdullayev adına Oğuz

şəhər 2 nömrəli tam orta məktə-

bin  XI  sinif  şagirdi  Əsmər  Sər-

kərova  sözügedən  müsabiqədə

ikinci yerə layiq görülərək diplom

və  qiymətli  hədiyyə  ilə  mükafat-

landırılmışdır. Respublika müsa-

biqəsinin qalibini təbrik edir, ona

gələcək  müsabiqələrdə  və  təh-

sildə  yeni-yeni  nailiyyətlər  arzu-

layırıq.

Əsmər Sərkərova  “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibidir

Oğuz rayon Heydər Əliyev Mərkəzində “Azər-

baycanın özü qədər əbədi şəxsiyyəti” adlı  tədbir

keçirilmişldir. Tədbiri Heydər Əliyev Mərkəzinin di-

rektoru Mehriban Abbasova açmışdır. Azərbaycan

xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi 1

dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Ulu

öndər  Heydər  Əliyevin  həyatından  bəhs  edən

videoçarx təqdim edilmişdir. Mərkəzin elmi işçisi

Tünzalə Əsədova,  rayon gənclər və idman idarə-

sinin əməkdaşı Şaiq Rüstəmov,  rayon icra ha-

kimiyyətinin  nümayəndəsi  Nail  Rüstəmov,  YAP

rayon  təşkilatı  Gənclər  Birliyinin  sədri  Mehman

Ramazanov tədbirdə çıxış edərək  Ulu öndər Hey-

dər Əliyevin  Azərbaycan xalqının tərəqqisi və in-

kişafı,  Azərbaycan dövlətçiliyinin əbədiliyinin tə-

min olunması üçün göstərdiyi misilsiz xidmətlər-

dən danışmışlar.

Oğuz şəhər 3 nömrəli məktəb liseyin şagird-

lərinin hazırladıqları ədəbi-bədii kompozisiya, “Sən

elə bir zirvəsən, “Heydər ata”, “Dahi şəxsiyyət” adlı

videoçarxlar təqdim edilmişdir. 

“Azərbaycanın özü qədər əbədi

şəxsiyyəti” mövzusunda

Bu günlərdə   rayon Heydər Əliyev Mərkəzinin

əməkdaşları  “Heydər Əliyev irsini öyrənirik” devizi

altında Oğuz şəhər 3 nömrəli məktəb-liseyin VIII

və IX sinif şagirdləri ilə görüş keçirmişlər.  Tədbir

iştirakçıları əvvəlcə Ulu öndərin   Oğuz  şəhərində-

ki abidəsini ziyarət etmişlər.  Tədbir rayon Heydər

Əliyev Mərkəzində davam etdirilmişdir.  Şagirdlər

ekspozisiya ilə tanış olmuşlar. Mərkəzin bələdçisi

S.Musazadə  şagirdlərə ümummilli liderin həyat və

fəaliyyəti  haqqında    məlumat  vermişdir.      Daha

sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin

gördüyü nəhəng işlərdən bəhs edən “Dahi şəx-

siyyət” adlı videoçarx göstərilmişdir. Mərkəzin di-

rektoru M. Abbasova Azərbaycan xalqının ümum-

milli lideri Heydər Əliyevin xalqımız üçün zəngin

irs  qoyub  getdiyini,  Heydər  Əliyev  irsinin   Azər-

baycan  xalqının  zəngin  mənəvi  sərvətlər  xəzi-

nəsində  xüsusi  yer  tutduğunu  və  bu  irsin Azər-

baycan Respublikasının  Prezidenti İlham Əliyev

tərəfindən uğurla davam etdirildiyini qeyd etmişdir.

“Heydər Əliyev irsini öyrənirik”

devizi altında görüş

Oğuz Rayon Uşaq-Gənclər İdman Şahmat mək-

təbində şahmat fənni tədris olunan pilot məktəblə-

rində oxuyan II-IV sinif şagirdləri arasında şahmat

birinciliyi keçirilmişdir. Turnirdə 8 pilot məktəbindən

43 məktəbli iştirak etmişdir. Oğuz Rayon UGİŞM-nin

direktoru N. Hüseyni turniri açaraq yarışın əhəmiy-

yətindən, məktəbin idmançılarının respublika və zo-

na yarışlarında əldə etdiyi uğurlardan danışmışdır.

Rayon  icra  hakimiyyəti  başçısının  müavini  Yusif

Naxçıvanski,   gənclər və idman idarəsinin rəisi Ra-

miz  Mahmudov,  Yeni Azərbaycan  Partiyası  Oğuz

rayon təşkilatının sədri Saleh Məhərrəmov, təhsil şö-

bəsinin müdiri  Elçin Kərimov turnirin açılış mərasi-

mində çıxış edərək gənc şahmatçılara uğurlar di-

ləmişlər.

Gərgin keçən mübarizə şəraitində İ.Rəhimov adı-

na Qumlaq kənd tam orta məktəbin gənc şahmat-

çıları  komanda  hesabı  ilə  I  yerə  çıxaraq  turnirin

qalibi hesab edilmişlər. Oğuz şəhər 3 nömrəli mək-

təb-liseyin komandası II yerə, Xaçmaz  kənd 1 nöm-

rəli tam orta məktəbin komandası isə III yerə çıx-

mışdır. Qalib komandalara  rayon icra hakimiyyə-

tinin,  təhsil şöbəsinin, YAP Oğuz Rayon təşkilatının

fəxri fərmanları, diplomları və qiymətli hədiyyələri

verilmişdir.

Şahmat turniri keçirilmişdir



Yüklə 350,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə