Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə26/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   22   23   24   25   26   27   28   29   ...   110

80

Üləma ilə  əlaqəsi olan bəzi qızılbaş  əyanları Səfəvilərə

xəyanət edərək düşmənin tərəfinə keçdilər. Məsələn, Musa sultan

Mosullunun

33

 vəziri Xacə  Şahqulu öz adamlarını sultanın yanına



göndərərək onu Təbrizə dəvət etmişdi. Qəfildən yaxalanmış Musa

Sultan qoşunların arasında yayılmış taun xəstəliyi üzündən paytaxtı

tərk etməyə məcbur oldu

34

. Üləma bəy, Osmanlı qoşunları ilə



Təbrizə daxil oldu. Bir neçə gündən sonra İbrahim paşa şəhərin

yaxınlığında öz düşərgəsini saldı. Üləma Ərdəbilə, Osmanlı

sərkərdəsi Xosrov paşa isə Əlincə qalasını ələ keçirməyə göndərildi.

Cənubi Azərbaycanın bir çox yerləri türklər tərəfindən tutuldu

35

.

Türk mənbələrinə görə,Sultan Süleymanın ilk yürüşü



zamanı İbrahim paşanın hərbi hissələri hicri 940-cı il zilhiccənin 1-

i (1534-cü il iyunun 13-də) Təbrizə daxil olmuşdular

36

. Süleymanın



da olduğu Osmanlıların əsas qüvvələri iə  şəhərə sentyabrın 27-də

çatdılar


37

.

Osmanlı qoşunları Təbrizdə olduqları zaman işğalçıların



zülm və zorakılığı nəticəsində  şəhərdə çoxlu iğtişaşlar baş verdi.

Türk əsgərl\ri şəhərliləri qarət edir və öldürürdülər. Sünni üləmaları

isə bu cinayətləri şiələrə qarşı yol verilən hərəkətlər kimi

qanuniləşdirirdilər

38

.

Düşmənin basqını barədə məlumat alan şah Xorasandan



hərəkət etdi və Reyə çatdı. Qızılbaşların atları və təvələri məsafəni

sürətlə qət edərək gücdən düşmüşdülər. Bu üzüntülü yol onların bir

çoxunu sıradan çıxarmışdı. Üstəlik dəşah qoşununun sayı 7 min

nəfərdən çox deyildi. Halbuki sultanın ordusu, Həsən bəy

Rumlunun obrazlı ifadəsinə görə, “səhranın qum zərrələrindən və

payız yarpaqlarından daha çox” idi.  Şah Qəzvinə, oradan isə

Əbhərə hərəkət etdi və burada əmirlərin müşavirəsini çağırdı.

Onlardan hər biri öz fikrini söylədi. Hüseyn xan Şamlı dedi:

“Bizim atlarımız əldən düşmüşlər, biz Rum qoşununun qarşısına

çıxa bilmərik”. I Şah Təhmasib ona belə cavab verdi: “Məgər mən

dedim ki, biz rumlularla üz-üzə vuruşmaq istəyirik? Mən atamın



81

qaydası ilə gedə bilmərəm. Bu düşmən çox güclüdür”

39

.

Sultan Süleyman I Şah Təhmasibə göndərdiyi məktubda



onu qorxaqlıqda təqsirləndirdi və döyüşə başlamağı təkid etdi. Şah

cavabında yazdı ki, o, ağlını itirməyib, bir qızılbaşa qarşı on türkün

dayandığı qeyri – bərabər şəraitdə düşmənlə vuruşa bilməz

40

.



Bəhram Mirzənin başçılığı ilə qızılbaşların irəlidə gedən

hissələri Qızılüzən çayının sahilindəki Qaraağac yaxınlığında

İbrahim paşanın qoşunları ilə üz-üzə gəldilər. Qızılbaşlar döyüşə-

döyüşə dağa doğru geri çəkilməyə məcbur oldular. Ardı-arası

kəsilməyən axınla gələn Osmanlı qoşunları qızılbaşların sıralarını

sarsıdırdı və onlar şah düşərgəsinə doğru çəkilirdilər. Bu vaxt

KuhKiluyə (Fars) hakimi Əvənd xan Əfşar yeni qüvvələrlə  şah

qərargahına gəldi. Sultan Süleymanın çox böyük qoşunla Miyanəni

keçərək Sultaniyyəyə çatması barədə xəbər alındı. Bu təhlükəli

anda qızılbaş  əmirlərim arasında ixtilaflar baş verdi. Məhəmməd

xan Zülqədər oğlu, Hüseyn xan Təkəli və başqaları düşmənin

tərəfinə keçdilər. Şah, Hüseyn xan Şamlıya, Qazi xan Təkəliyə və

Məlik bəy Xoyluya da inanmırdı və bu onu düşmən qoşunları ilə

vureşa girməkdən çəkinməyə məcbur edirdi.

Payızın sonunda Sultaniyyə  ərazisində bərk qar yağdı və

güclü şaxtalar düşdü. Osmanlı ordusu şiddəətli soyuqlar və azuqə

çatışmazlığı üzündən böyük itkilər verdi. Osmanlılar qızılbaşların

artilleriyanı  ələ keçirmələrinin qarşısını almaq üçün yüzə qədər

topu tollrda yandırdılar

41

. Sultan qışlamaq üçün Bağdada tərəf



döndü, Üləmanı isə Təbrizə göndərdi. Sultanın Bağdada getmək

cəhdini əsirlərdən öyrənən Şah Təhmasib  Təbrizə hərəkət etdi. Bu

vaxt Qazi xan Təkəli şaha xəyanət etdi və ondan əvvəl Təbrizə

gələrək şah ordusunun yaxınlaşdığını xəbər verdi. Onlar qaçaraq

hündür qüllələri və divarları olan, hər tərəfdən dərin xəndəklərlə

əhatə olunmuş Van qalasında gizləndilər. Qızılbaş qoşunları qalanı

mühasirəyə aldılar.  Mühasirə qış qurtaranadək uzandı

42

.



Qızılbaşların qalanı tutması ərəfəsində şaha, xondkarın “öz


82

oğlu” adlandırdığı və “Əcəm” hakimi kimi tanıdığı qardaşı Sam

Mirzənin xəyanəti haqqında xəbər verdilər. Buna görə də  şah

mühasirədən əl çəkdi, tələsik Azərbaycana yola düşdü.

Bu zaman Süleyman böyük çətinliklərlə  Şəhrizurdan

keçərək Bağdada yaxınlaşdı. Şəhərdəki iğtişaşlar onun hakimi

Məhəmməd xan Şərəfəddin oğlu Təkəlini şəhəri heç bir müqavimət

göstərmədən türklərə verməyə məcbur etdi. Həmin hadisələrin

iştirakçısı olmuş Budaq Qəzvininin dediyinə görə, Süleymanın

yaxınlaşması barədə xəbərlər alındıqda  Məhəmməd xan öz

“ağalarını” bir yerə toplayıb yaranmış vəziyyət haqda məlumat

verdi. Təqribən 3 min nəfər olan təkəli tayfası  şaha imtina etdi,

lakin bildirdi ki, Bağdadı sultandan müdafiə edəcəkdir. Onları yola

gətirməyin mümkün olmadığını görən Məhəmməd xan bildirdi:

türklərin tərəfini saxlayanlar, arvad – uşaqları və  əmlakı ilə

şəhərdən çıxmalıırlar. 700-ə qədər ailə  şəhəri tərk etdi. Yerdə

qalanlara ümid bəsləyən xan yenidən adamlar müraciət etdi və bu

dəfə də o etirazla qarşılandı. Təkəli tayfası şahdan üz döndərmişdi.

Belə olanda xan iğtişaş və ədavət salanlardan yaxa qurtarmaq üçün

hiyləyə  əl atdı. O bildirdi ki, şahın yanına getmək arzusundan əl

çəkmişdir və qalanı türklərə təslim etmək istəyir. Xana tabe

olmayan başçılar məktub və və qala açarları ilə Sultanın yanına

göndərildi.  Bundan  sonra  Məhəmməd  xan  ona  sadiq  olan

adamlardab ibarət dəstə ilə qaladakı ehtiyatlar od vurdurdu, qalan

əmlakı çapıb – talayaraq döyüşə-döyüşə  Dəclə çayının sağ sahilinə

keçdi


43

.

   I Sultan Süleymanın Azərbaycana ikinci yürüşü

Hicri 941 (1534-1535)-ci ilin qışını Bağdadda keçirən Sultan

Süleyman 1535-ci il yazın əvvəlində Təbrizə hərəkət etdi. Bundan

əvvəl şah, sakinləri Təbrizdən köçürmüş, şəhəri boşaltmışdı. Həmin



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə