Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə34/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   30   31   32   33   34   35   36   37   ...   110

104

keçməyə başladılar. Bu vaxy Şirvan hakiminin qoşunlarının xeyli

hissəsi Naxçıvana – türlərlə müharibəyə göndərilmişdi. Abdulla

xan öhdəsində olan qüvvələrin zəifliyinə baxmayıb, Şirvan əmirləri

olan İbrahim bəy Şamlı və  Əliqulu bəy Qacarla birlikdə dərhal

qiyamçılara qarşı çıxdı və Tabasaranda – Təngə adlı yerdə Qasıma

hücum etdi. Lakin qızılbaşlar üsyançıların möhkəmləndirilmiş

mövqeləri qarşısında uğue qazana bilmədilər və  Şamaxıya

qayıtdılar. Abdulla xanı təqib edən Qasım Buğurd qalasına gəlməli

olan tərəfdarlarını toplamaqvə mübarizəyə hazırlaşmaq üçün orada

40 gün qaldı. Burada onun bayrağı altında toplanmış bir neçə min

türk və şirvanlı Abdulla xanın üzərinə yeridi

99

.Qızılbaş ağsaqqalları



öz qoşunlarının azlığından narahat olduqları üçün nəticəsi şübhəli

olan döyüşdən imtina etməyi qərara aldılar. Lakin salnaməçilər

xəbər verirlər ki, Abdulla xan  “Allahın köməyinə və  şahın

xoşbəxtliyinə təvəkkül edərək” iki min nəfər

100

 qızılbaşla Gülüstan



qalasının altında qiyqmçılarla döyüçə girdi. Vuruşma şiddətli oldu

və bütün gün davam etdi. Qızılbaşların üstünlüyü yalnız axşama

yaxın hiss olunmağa başladı. Döyüş meydanında təxminən min beş

yüz qiyamçının cəsədi qaldı. Canını qurtaranlar Tabasarana

qaçdılar.

Bu qələbə sayəsində  Şirvanda Abdulla xanın

hakimiyyəti möhkəmləndi. O, “şirvanlıların, Tabasaran və Dağıstan

əhalisinin gözünü elə qorxutdu” ki, artıq heç kəs ona itaət etməmək

haqqında “hətta düşünməyə” də cəsarət etmədi.

1555-ci il Amasya sülhü

Azərbaycanı işğal etmək cəhdlərinin nəticə vermədiyinə əmin

olduqdan sonra Sultan Süleyman Səfəvilərlə sülh danışıqlarına

başlamağa razı oldu.  O,  hələ  Naxçıvandan geri qayıdarkən  bu

barədə baş vəzir Məhəmməd paşaya müvafiq göstərişlər verdi.

Məhəmməd paşa isə sərhədyanı qızılbaş  əmirlərinə məktub




105

göndərərək şahdan Sinan bəyi azad etməyi  və danışıqlar aparmaq

üçün onunla öz nümayəndəsini göndərməyi xahiş etdi. Sinan bəy

həbsxanadan azad edildi və onunla birlikdə  Qacar tayfasının

aösaqqallarından biri – Şahqulu bəy

102


 də yola düşdü. Şahqulu bəy

qayıtdıqdan sonra, sultan Amasyada olarkən özünü ona çatdırmış

103

“Qaradağ sufilərinin” ağsaqqallarından biri – eşikağası Fərruxzad



bəy, Səfəvi elçisi kimi sultanın yanına göndərildi. Burada aparılmış

danışıqlar nəticəsində “Amasya sülhü” adı altında məşhur olan sülh

müqaviləsi bağlandı.

Farsdilli mənbələrdə bu sülhün dəqiq tarixi verilmir. Məsələn,

Həsən bəy Rumluda Fərruxzad bəyin elçiliyi barədə məlumat hicri

961 (1554)-ci ilə aid edilir. Qəffarinin və  Əli Zeynalabdinin

salnamələri haqqında da eyni sözləri demək olar

104


. Bu hadisənin

dəqiq tarixini göstərən türk mənbələrinə görə, Amasyada sülh hicri

962-ci ilrəcəbin 8-də (1555-ci il mayın 29-da ) bağlanmışdır

105


.

Hammer bunu Osmanlı Türkiyəsi ilə Səfəvilər dövləti arasında

bağlanmış ilk rəsmi sülh müqaviləsi adlandırır

106


.

1555-ci ilin sülh müqaviləsinə görə, Qərbi Gürcüstan

vilayətləri (İmeretiya, Menqreliya, Quriya) Osmanlı Türkiyəsinin

təsir dairəsinə keçirdi. Şərqi Gürcüstan vilayətləri  (Mesxiya,

Kartliya, Kaxetiya) isə Səfəvilər dövlətinin hakimiyyəti altına

düşürdü


107

.

Türkiyə tarixçisi İsmayıl Haqqı Uzunçarşılının belə bir



iddiası heç nə ilə əsaslandırılmır ki, guya bu sülhə görə Azərbaycan

(Təbriz də daxil olmaqla) Osmanlı Türkiyəsinin hökmranlığı altına

düşmüşdür

108


.

XVI əsrin birinci yarısında Osmanlı-Qızılbaş müharibələri

Cənubi Qafqaz ölkələrinin xarici siyasət tarixinin ən əhəmiyyətli

amillərindəndir. Osmanlı sultanları Səlim və Süleymanın

Azərbaycanı zəbt etmək cəhdləri hər şeydən əvvəl iqtisadi

mülahizələrdən, xüsusən də ölkənin ipək xammalının iri

tədarükçüsü olmasından, təbii ehtiyatlarının zənginliyindən və



106

nəhayət, Avropa və Asiyanın gəlirli tranzit ticarət yollarının

Aəzrbaycandan keçməsindən irəli gəlirdi. Osmanlı Türkiyəsi Xəzər

dənizinə çıxmaq və Orta Asiya ölkələri ilə bilavasitə  əlaqələrə

girmək üçün mümkün olan bütün tədbirləri görürdü.

Yadda saxlamaq lazımdır ki, XVI əsrdə Osmanlı dövləti öz

qüdrətinin ən yüksək dövrünü yaşatırdı. Onun sərhədləri Avropa,

Asiya və Afrika qitələrini əhatə edirdi. Imperiyanın sərəncamında

saysız-hesabsız canlı qüvvə və maddi ehtiyatlar, böyük hərbi

potensial cəmləşmişdi. Osmanlı imperiyası yalnız Səfəvilər üçün

deyil, hətta iri Avropa dövlətləri üçün də qorxulu düşmən idi. Buna

görə də Avropa dövlətləri Səfəvilər dövlətinin simasında Osmanlı

Türkiyəsinin hərbi qüvvələrinin xeyli hissəsini Avropadan

yayındıran təbii və güclü müttəfiqlərini görürdülər.

Osmanlı təhlükəsinin Avropa dövlətləri üçün nə dərəcədə

qorxulu olduğunu alman imperatorunun Sultan Süleymanın

sarayında olmuş səfiri Busbekin söylədiklərindən görmək olar. O

yazırdı: “Yalnız İran (Səfəvilər dövləti - O.Ə.) bizimlə fəlakətin

arasında durur. Əgər İran onu saxlamasaydı, Türkiyə bizi məhv

etməyinə şad olardı. Onların arasındakı bu müharibə bizə qurtuluş

deyil, yalnız tənəffüs verir”

109


 Osmanlı ordusu yalnız sayca və

texniki təchizat (Səfəvilərdə olmayan böyük artilleriya

cəbbəxanasının mövcudluğu) cəhətdən deyil, həm də qoşunun

təşkilində, intizamda Səfəvi ordusundan xeyli üstün

idi.Qızılbaşların ləyaqətini qeyd etmək lazımdır. Onlar türk

qoşunlarına mətanətlə müqavimət göstərərək hər dəfə basqından

sonra onları Azərbaycandan geri çəkilməyə məcbur edirdilər. Bu da

nəzərə alınmalıdır ki, Səfəvilər dövləti tez-tez iki cəbhədə, həm

türklərə qarşı, həm də ardı-arası kəsilməyən Xorasana soxulan

özbəklərə qarşı müharibə aparırdı. Bu dövrdə Osmanlı

diplomatiyasının səyləri ona yönəldilməşdi ki, “qızılbaş

bidətçilərə” qarşı mübarizədə sünni dövlətlərini, o cümlədən

Şeybanilər dövlətini Osmanlı Türkiyəsi ilə birləşməyə təhrik



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə