Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə35/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   31   32   33   34   35   36   37   38   ...   110

107

etsin


110

.

I Şah Təhmasibin öz silahdaşlarından birinin narahatlıqla



verdiyi suala cavab bu dövrdə Səfəvilərin strategiyası üçün

səciyyəvidir: “Mən atamın qaydası ilə hərəkət etməyəcəyəm.Bu

düşmən (Osmanlı sultan – O.Ə.) çox güclüdür.Mən onunla qarşı-

qarşıya durmayacağam, lakin Həsən padşah (Ağqoyunlu Uzun

Həsən – O.Ə.) Sultan Əbu Səidə qarşı necə hərəkət etmişdisə, o cür

onun ətrafında dövrə vurub, onun adamlarının qoşundan kənara

çıxmasına, sonra isə ora qayıtmasına yol vermədən hərəkət

edəcəyəm”

111

.

Səfəvi ordusu əsasən cəld və manevr edə bilən süvari



hissələrindən ibarət idi. Düşməni geri çəkilməyə məcbur etmək,

onun qüvvəlrini yayındırmaq üçün qızılbaş süvari dəstələri tez-tez

düşmən ərazisinin içərilərinə basqınlar edir,  Osmanlı

ordusununarxa cəbhəsini ağır vəziyyətə salırdılar.

Bu müharibələrdə Osmanlı Türkiyəsi təcavüzkar,hücum

edən tərəf olduğuna görə, qızılbaşlar öz strategiyalarını başlıca

olaraq müdafiə üzərində qururdular. Türk ordusunun Səfəvilər

dövlətinin ərazisində irəliləməsini daha çox çətinləşdirmək üçün

onlar bir sıra tədbirlər görürdülər. Məsələn, Osmanlı ordusunun

güman edilən yolu boyunca ərzaq ehtiyatları məhv edilir, içməli su

mənbələri torpaqla doldurulur, buğda və digər dənli bitki əkinlərinə

od vurulurdu. Osmanlılar Azərbaycan ərazisində olduqları zamanda

da mübarizə dayandırılmırdı. Qızılbaş hissələri qəfil basqınlar edir,

Osmanlı qoşunlarının ayrı-ayrı dəstələrini tələfata uğradır, onların

burada sonralar da qalmasını dözülməz edən şərait yaradırdılar.

Buna görə də türklər hər dəfə ölkədə qısa müddət qalır və geri

qayıtmağa məcbur olurdular.

Düşmənlə mübarizənin sonuncu mərhələsində qızılbaş

qoşunları ağır yürüşdən, aclıq və xəstəlikl\ərdən yorulmuş, geri

çəkilən Osmanlı ordusunun ardınca gedir, ona canlı qüvvə cəhətdən

təsirli itkilər verirdi. Sonra isə düşməni izləməkdə davam edərək



108

sultanın tabeliyində olan əraziyə daxil olur, Kürdüstanda və  Şərqi

Anadoluda böyük dağıntılar törədirdilər. Qızılbaşlar Osmanlı

Türkiyəsi ilə Səfəvilər dövləti arasındakı sərhəd ərazilərini

boşaltmağa  və  əhalidən  məhrum  etməyə  çalışırdılar.  Bu,  mümkün

olan müharibələr zamanı düşmənin yürüşlərini çətinləşdirmək

məqsədi güdürdü

112


Qızılbaşların yuxarıda göstəriləm müharibə strategiyası və

taktikası I Şah Təhmasibin özünün yazdığı “Təzkirə”də yaxşı şərh

olunmuşdur. Təhmasib yazır: “Müharibədə düşmənə  əlverişli

imkan vermək olmaz. Əgər düşmən döyüşə can atırsa, imkan

daxilində onunla üz-üzə döyüşdən çəkinmək lazımdır”

113


.  Sərhəd

zolağında bütöv vilayətlərin viran edilməsi şah aşağıdakı maraqlı

mülahizələrlə haqq qazandırırdı: “Biz hesablamışıq ki, xondkarın

(Türk sultanının – O.Ə.) qulluqçulardan başqa təxminən 300 min

nəfərlik atlı qoşunu var. Və  əgər hər birinin (süvarinin) bir

qulluqçusu varsa, bu 600 min nəfər edir. Yeniçərilərdən başqa

sultanın piyada qoşunu yoxdur. Əgər hər birinin bir atı və dəvəsi

varsa, onda 600 min at və dəvə alınır. Bir eşşəyə isə hər gün 2 mən

(batman) arpa, cəmisi 12 min xalvar yüz mən arpa tələb olunur.

600 min adamın hər biri gün ərzində yarım mən ərzaq işlədirsə,

cəmisi 3 min xalvar 100 mən alınır. Deməli, bir gün ərzində 15 min

xalvar 100 mən taxıl lazımdır. Tutaq ki, xodkarın 150 min xalvar

100 mən taxılı vardır. Qoşunlarda da həmçinin 150 min xalvar taxıl

var


114

. Halbuki, həmin 300 min xalvar taxılı daşımaq üçün 500 min

dəvə tələb olunur. Bunun hələ döyüş sursatı, topları və başqa

ləvazimat daşıyan dəvələrə dəxli yoxdur. 300 min xalvar taxıl

onlara 20 günlüyə bəs edir. Biz torpaqlara od vurduqdan və hər şeyi

yeyəndən sonra, onlarla üz-üzə vuruşmayıb dövrələrində

fırlanmaqda davam etsək onlar nə nə edə bilərlər? Bəs onlar

yeməyi hardan əldə edəcəklər? Bəs qızılın onlara nə faydası

olacaq? Buna görə də qayıtmaqdan savayı onların bir çarəsi

qalmır”


115

.



109

Burada Osmanlı qoşunlarının sayı son dərəcə  şişirdilmişdir.

Ehtimal etmək olar ki, etibarlı müdafiə olunmaq üçün düşmən

qoşunlarının maksimum sayı nəzərdə tutulmuşdur. Osmanlı basqını

əleyhinə Təhmasibin yuxarıda təsvir olunan mübarizə üsulu,

düşmən hücumunun başlıca obyektləri olan Azərbaycan və

Kürdüstanın bir sıra ərazilərini xarabazara çevirirdi. Şübhə yoxdur

ki, bu vəziyyət həmin ölkələrin iqtisadi inkişafına  mənfi təsir

göstərirdi.

I Şah Təhmasibin fikrincə, guya mərkəzi hökumət həmin

vilayətlərin məcburən boşaldılmasını  və kəndlilərin ağır

vəziyyətini nəzərə alaraq vurulan zərərin əvəzini dövlət vergilərini

azltmaqla, yaxud tamamilə ləğv etməklə ödəyirdi. Məsələn, o

yazırdı ki, “Sultan Sivasda olanda mən hər mahalın kəndxudalarını

və rəiyyətini yanıma çağırıb dedim ki, əgər biz sizin taxıldan

istifadə etməsək xondkar onu mənimsəyəcəkdir. Buna görə də

bizim onu yeməyimiz lazımdır. Nədən istifadə edə bilməsək

yandırarıq. Bunun əvəzində biz sizin əmlakınızı üç il müddətində

vergilərdən azad edərik”

116


.

I Təhmasib “viran edilmiş  ərazi” taktikasını həyata

keçirməkdə ilk və yeganə hakim deyildi. Bu taktika onun atası Şah

İsmayıl tərəfindən, 1514-cü ildə edilməsi, I Səlimin Azərbaycana

soxulmuş qoşunlarına qarşı da uğurla tətbiq edilmişdi

117


.

Viran edilmiş  ərazi” taktikasının tətbiqi Osmanlı

qüvvələrinin böyük üstünlüyə malik olmasından irəli gəlirdi.

Azərbaycana yürüşləri zamanı, yalnız Osmanlı sultanları onların

tabeliyində olan Suriya, Misir, Ərəb İraqı və Kürdüstandan deyil,

habelı istila etdikləri Avropa ölkələrindən (Macarıstan, Bosniya,

Serbiya, Moldaviya və s.)  toplamış olduqları böyük ordudan

istifadə edirdilər. Bu taktika Osmanlı Türkiyəsi ilə müharibələrdəki

kimi, düşmən tərəfin daimi üstünlüyünün mövcud olmadığı

özbəklərlə müharibələrdə öz əhəmiyyətini itirirdi. Səfəvi-Osmanlı

müharibələri dövründə qızılbaşlar yalnız özlərinin sərhədyanı



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə