Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə36/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   32   33   34   35   36   37   38   39   ...   110

110

ərazilərinin boşaldılması ilə kifayətlənmir,  Osmanlı Türkiyəsinin

qonşu ərazilərinə də böyük ziyan vururdular. Məsələn, İskəndər

Münşinin söylədiyinə görə, I Süleymanın üçüncü yürüşü zamanı

osmanlı qoşunları Azərbaycandan çəkiolməyə başlayanda, qızılbaş

qoşunları geri çəkilən düşməni təqiib edərək Şərqi Anadoluda

böyük dağıntılar törətmişdilər. Tarixçi yürüşün şərhini a.ağıdakı

şəkildə başa çatdırır: “Sultan-Süleymanın Əcəm ölkəsinə (Səfəvilər

dövlətinə  -  O.Ə.)  gəlişi  ilə  vurulmuş  zərər  və  itkinin  əvəzi  on  qat

artıq ödənildi. Bu yürüşdə qalibiyyətli qazilərin qisasçı qılınclarının

sayəsində təqribən 20 min türk viran edilmiş yollardan keçərkən

öldürüldü. I Şah Təhamasib Ərzincandan geriyə dönüb İrəvana

gəldi. Oradan isə Qarabağ istiqamətində hərəkət etdi”

118


.

           Səfəvilər dövlətinin Şeybanilərin basqınlarına

                               qarşı mübarizəsi

 XVI əsrin əvvəlindən Şeybanilər bütün Xorasanı  ələ

keçirməyə can atdılar, lakin onun yalnız  şimal-şərq hissəsində

(yəni Bəlx vilayətində ) kifayət qədər möhkəmlənə bildilər. O

zamankı Xorasanın qalan üç vilayəti- Herat, Məşhəd və Mərv yenə

də Səfəvilərin hakimiyyəti altında qaldı

119

.

Orta Asiyanın sünni ruhaniləri şiələrə münasibətdə bütün



vasitələrlə dini fanatizmi qızışdırır və Səfəvilər dövləti ilə

mübarizədə Şeybaniləri hər cəhətdən müdafiə edirdilər. Şeybanilər

Xorasanda hökmdarlıq uğrunda qızılbaşlarla mübarizəni

“dönüklərə (rəfizilərə) – şiələrə” qarşı “müqəddəs müharibə” şüarı

altında aparırdılar

120


.

Dini süşmənçilik bəhanəsi Səfəvilər dövlətinin yalnız

Osmanlı Türkiyəsi ilə deyil, həmçinin Şeybanilər dövləti ilə də

qarşılıqlı münasibəti üçün səciyyəvidir

121

. Şeybanilər də Səfəvilər



kimi bir-birilə müharibəni cihad, qəzavat adlandırırdılar. Bu,


111

müharibəni nəinki xalqların gözündə müqəddəsləşdirirdi, eyni

zamanda hər iki dövlətin feodal əyanlarına imkan verirdi ki, dinc

əhalini “qanuni” əsaslarla kölə halına salsınlar əsir götürsünlər.

Məlu olduğu kimi şəriət müsəlmanları qula çevirməyi qadağan edir,

lakin kafirlərə münasibətdə bunu mümkün sayır. Sünnilər və şiələr

isə indi bir-birin “kafir” adlandırırdılar. Cihad hər iki tərəfin

feodal əyanlarına dinc əhalini soymaq üçün ən geniş imkanlar

verirdi.

I Şah İsmayılın vəfatından və qızılbaş tayfalarının ara

müharibələri ilə  əlaqədar olaraq ölkədəki qarışıqlıqlardan istifadə

edənn Şeybani xanın oğlu və varisi Übeydulla xan Xorasan üzərinə

dəfələrlə basqınlar etdi. Özbəklərin hücumları demək olar ki, hər il

təkrar olunurdu. “Qiyamçı qızılbaşlar kütləsinə” qarşıittifaq

yaratmış Osmanlı türkləri və özbəklərlə eyni vaxtda mübarizə

aparmaq Səfəvilər dövləti üçün çətin idi.

Hicri 930 (1524)-cu ildə Übeydulla Herata hərəkət etdi,

lakin Xorasan bəylərbəyi Durmuş xan Şamlının qoşunları ilə

toqquşaraq geri döndü

122


.

Hicri 932 (1526)-ci ildə Durmuş xanın vəfatından sonra

Xorasandakı qarışıqlıqdan istifadə edən özbəklər Amudəryanı

keçərək Tus şəhərini mühasirəyə aldılar və onu tutdular

123

. Hicri


933 (1527)-cü ildə qızılbaşlar Bistam yaxınlığında yenidən

məğlubiyyətə uğradılar. Özbəklər Astrabadı tutdular

124

.

Hicri 934 (1527-1528)-cü ildə Übeydulla Xorasanın



paytaxtı Heratı mühasirəyə aldı O, ancaq yeddi ay keçdikdən sonra

şah ordusunun yaxınlaşması xəbərini alaraq mühasirəni aradan

qaldırdı

125


.

Güman edilir ki, ən böyük toqquşma hicri 935 (1528)-ci ildə

Cam vilayətində, Sarıqamış adlı yeri yaxınlığında baş verdi.

Vuruşmanın miqyası haqqında buna əsasən mühakimə yürütmək

olar ki, Übeydulla öz qüvvələrini  “Mavərənnəhr, Kaşqar,

Türküstan, Əndican, Otrar, Seyran, Kabil, Turfan, Qılman, qazax,




112

Qıpçaq və Qırğız çöllərindən” elə bir sayda toplamışdı ki, “Çingiz

xan dövründən indiyə kimi Amudəryanı belə çoxsaylı qoşun

keçməmişdi”

126

. Döyüşün əvvəlində qızılbaş ordusunun cinahları



özbəklərin hücumuna tab gətirməyərək geri çəkilmişdilər. Lakin I

Şah Təhmasibin yerləşdiyi mərkəzi cəbhə möhkəm dayanmışdı.

Qızılbaşlar döyüşə yeni qüvvələr cəlb etməklə özbək qoşununu

məğlubiyyətə uğratdılar. Übeydulla qaçaraq güclə canını qurtardı.

Lakin şah Bağdada Zülfüqar xanın qiyamını yatırmağa getdikdən

sonra Übeydulla əvvəlcə Məşhədi, sonra isə Heratı tutdu

128

.

Hicri 936 (1529-cu ilin sonu) cı ildə 70 minlik şah qoşunu



yenidən Xorasanı tutdu. Şah Heratda qardaşı Bəhram Mirzəni lələsi

Qazi xan Təkəli ilə Xorasan hakimi kimi təsdiq etdi. Bütün yerlərə

qızılbaş hakimləri təyin edildilər

129


.

Hicri 938 (1531)-ci ildə Übeydulla Xorasan üzərinə yeni

yürüş təşkil etdi. Özbəklər Məşhədi tutub Heratı mühasirəyə aldılar.

Şəhərin mühasirəsi il yarım davam etdi. Qalada ərzaq ehtiyatları

tükəndi. Qazi xan şəhər sakinlərini qaladan çıxardı ki, onların

hesabına qoşun davam gətirsin. “Təkəli tayfası bu qarışıqlıqlar

zamanı yoxsul rəiyyəti sıxışdırdı və onlara zülm etdi”

130


. Şəhərdən

çıxarılan hər ailədən üç yüz Təbriz dinarı alırdılar. Şəhəri tərk edən

sakinlərin evləri qızılbaşlar tərəfindən qarət edilirdi. Heratda elə

dəhşətli aclıq baş verdi ki, mühasirəyə alınanlar “pişiklərin və

itlərin ətini” yeməyə başladılar. 1532-ci ilin sonunda özbəklər şahın

yürüşü xəbərini alıb Heratın mühasirəsindən əl çəkdilər

131

.

Xorasan ərazisində ardı-arası kəsilməyən müharibələr



nəticəsində yerli əhali tamamilə dilənçi vəziyyətinə düşdü. Xalq

həm özbək qoşunlarının əsarətindən, həm də qızılbaş  əyalət

hakimlərinin zülm və özbaşınalığından eyni dərəcədə  əziyyət

çəkirdi


132

. Məsələn, salnaməçinin yazdığına görə, Übeydulla xan

şəhərdən geri çəkildikdən sonra Herata daxil olan şah,  Heratın

özbəklər tərəfindən mühasirəsi zamanı “məzlumların əmlakını

qarət etdiklərinə”, xalqı incitdiklərinə görə Xorasan hakimi Qazi



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə