Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə37/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   33   34   35   36   37   38   39   40   ...   110

113

xanı və onun köməkçilərini vəzifədən kənar etməyə məcbur

olmuşdu. Xəzinədən “yoxsullara” və “zəiflərə” pul paylandı.

Ağzıvar xan Şamlı eyni zamanda vilayətin nominal hakimi çahzadə

Sam Mirzənin atabəyi (lələsi) yerini tutmaqla Xorasan hakimi təyin

olundu


133

.

1534-cü ildə vəkil Hüseyn xan Şamlının öldürülməsi ilə



əlaqədar olaraq qızılbaş tayfaları arasında başlanan ara

müharibələri, Xorasanda da feodal hərc-mərcliyinə səbəb oldu.

Hüseyn xanın həmtayfası, Xorasan bəylərbəyi Ağzıvar xan mərkəzi

hakimiyyətə qarşı qiyam qaldırdı. Onun qiyamında istər-istəməz

hamisi olduğu şahın qardaşı Sam Mirzə də iştirak etdi. Qiyamçılar

Herat şəhəri sakinlərinin əmlakını qarət etdilər. Sonra isə o zaman

Böyük Moğollardan olan Şah Humayunun tabeliyindəki Qəndəhar

şəhərini ələ keçirmək məqsədilə yürüşə başladılar. Qalanın iki aylıq

uğursuz mühasirəsindən sonra Hümayunun qardaşı Mirzə Kamran

iyirmi minlik qoşunla mühasirədə olanların köməyinə gəldi.

Düşmənin üstün qüvvələri ilə döyüşdə qiyamçılar darmadağın

edildilər. Ağzıvar xan özü də həlak oldu. Bundan sonra Sam Mirzə

özünü I Təhmasibin qarşısında təmizə çıxarmaq üçün bir neçə

“qiyam təhrikçisini” edam etdirib başlarını şaha göndərdi

134

.

Qərbdən Osmanlı imperiyasının hücumu  və Xorasandakı



qarışıqlıqlarla əlaqədar olaraq Səfəvilər dövlətinin düşmüş olduğu

ağır vəziyyət  Orta Asiya hökmdarlarını, xüsusilə də Übeydulla

xanı yeni, fəal əməliyyat kaçməyə həvəsləndirdi. Onların

göndərdikləri iki dəstə Xorasana soxuldu.Lakin Məşhədin qızılbaş

hakimi Sufiyan Xəlifə Rumlu tərəfindən darmadağın edildi. Bunun

ardınca Gərcistan

135

 hakimi  Bayramoğlan Herat ərazisinə soxuldu.



Müqavimət göstərmək üçün kifayət qədər qüvvələri olmayan Herat

hakimləri şəhərin və ətraf ərazilərin sakinlərindənn icbari qaydada

qoşun topladılar.Heratın 80 yaşlı hakimi Xəlifə Sultan Şamlının

başçılıq etdiyi bu qoşun İsfizar ərazisində, hicri 941-ci il zülqədərin




114

19-u (1535-ci ilin mayın 22-də) özbəklər tərəfindən darmadağın

edildi

136


.

Hakimsiz və qoşunsuz qalan heratlıların kömək üçün

müraciət etdikləri Məşhəd hakimi Sufiyan Xəlifə Rumlu qoşunla

Herata gəldi. O, özünün zülm və qarətləri ilə  əhalini “ağır günə”

qoydu.

Heratdakı vəziyyətdən xəbəri olan Übeydulla xan Xorasana



yeni basqın üçün həmin anı  əlverişli hesab etdi. Sufiyan Xəlifə

özbəklərin Məşhədi mühasirəyə alması xəbərini eşidəndə öz

müavinləri Xızır Çələbini və Nurəddin Məhəmməd İsfəhanini

Heratda qoydu, özü isə özbəklərə qarşı hərəkət etdi. Döyüş hicri

942-ci il rəcəbin 20 (1536-cı il yanvarın 13)-də, Nişapur ərazisinin

Abdulabad kəndi yaxınlığında baş verdi  və qızılbaş qoşununun

darmadağın edilməsi, Sufiyan Xəlifənin isə öldürülməsi ilə başa

çatdı


137

.

Eyni zamanda Heratda da mürəkkəb vəziyyət yaranmışdı.



Ümidsiz vəziyyətə salınmış şəhər sakinləri Xızır Çələbiyə və onun

adamlarına qarşı üsyan qaldırdılar. Səfəvilər əleyhinə olan bu

çıxışda şəhər əyanlarından başqa, qızılbaş  əmirlərinin zülm və

özbaşınalığından narazı olan, Herat ətrafında yaşayan kəndlilər də

fəal iştirak etdilər. Xəyanət sayəsində Xızır Çələbi şəhər

əyanlarının qəsdinin üstünü aça bildi və qəsdin təşəbbüsçüsü,

Heratın kələntəri Mühibb Mikal ələ keçirilib edam edildi. Lakin

Herat kəndlilərinin üsyanını yatırmaq o qədər də asan olmadı. Xızır

Çələbi Heratın Firuzabad qapılarına həmlə edən kəndliləri dilə

tutmağa və sakitləşdirməyə cəhd göstərdi. Kəndlilərin şəhərə

girmək üçün dəfələrlə göstərdikləri cəhdlər nəticə vermədikdə

onlar (şəhər əyanlarının hiyləsi də yox deyildi) kömək üçün öz

nümatəndələrini Übeydulla xanən yanına göndərdilər. Sonuncu, bu

çağırışa yubanmadan cavab verdi.

Hicri 942-ci il ramazanın 18 (1536-cı il martın 11)-də

Übeydulla xan böyük qoşunla Herata yaxınlaşıb onu mühasirəyə




115

aldı. Özbəklər yalnız beş aydan sonra hicri 943-cü il səəfrin27

(1536-cı il avqustun 15)-də  şəhərə girə bildilər və qısa

toqquşmadan sonra onu ələ keçirdilər. Xızır Çələbinin öz ailəsi və

yaxın adamları ilə sığındığı məşhur Herat qalası olan  İxtiyarəddin

də bir qədər sonra hiylə ilə alındı

138

. Bu dəfə Übeydulla Heratda bir



ildən artıq qaldı. Hicri 943-cü il şabanın 17 (1537-ci il yanvarın

29)-də I Şah Təhmasibin başçılığı ilə Xorasana gəlmiş böyük

qızılbaş ordusu ilə toqquşmaqdan çəkinən özbəklər Heratı tərk

edərək Buxaraya qayıtdılar və  şəhər yenidənn qızılbaş  əmirlərinin

hakimiyyəti altına keçdi

139


.

Beləliklə, Übeydulla xanın Xorasana yürüşləri bir nəticə

vermədi. Səfəvilər bu mühüm vilayəti öz əllərində saxlayaraq

özbəklərin bütün basqınlarını dəf etdilər. Deməli, Səfəvilər

dövlətinin qərb cəbhəsində Osmanlı türklərinə qarşı olduğu kimi,

özbəklər əleyhinə də hərbi əməliyyatları müdafiə xarakteri

daşıyırdı. Özbək xanları özlərinin basqınları zamanı bir neçə dəfə

Astrabad ərazisinə qədər gəlib çıxmış,  dəfələrlə Xorasanın paytaxtı,

Səfəvilər dövlətinin ən böyük şəhərlərindən biri olan Heratı

almışdılar. Burada özbəklərin müvəffəqiyyətləri xeyli dərəcədə

onunla bağlı idi ki, yerli tacik əhalinin istər feodal əyanları, istərsə

də kəndliləri amansız zülm və zorakılığa yol vermiş qızılbaş hakim

dairələrinədüşməncəsinə münasibət bəsləyirdilə. 1535-1536-cı

illərin Herat üsyanının nümunəsində gördüyümüz kimi, bu

düşmənçilik bəzən öz zülmkarlarına qarşı açıq xalq çıxışı  şəkli

alırdı.


Özbək xanlarının Xorasana yürüşləri sonrakı illərdə  950

(1543), 952 (1545), 955 (1548), 957 (1550), 962 (1555), 965

(1558), 967 (1559-1560), 971 (1563-1564), 974 (1566-1567), 977

(1569-1570)-ci illərdə də davam etmişdi

140

. 1550-ci ildə Astrabad



ərazisində türkmən mənşəli yaka tayfasının mərkəzi hakimiyyətə

qarşı üsyanı Səfəvilərin bu basqınlarla mübarizəsini

mürəkkəbləşdirmişdi. Üsyana əyan ailəsindən olan Aba adlı gənc



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə