Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə45/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   41   42   43   44   45   46   47   48   ...   110

137

Hüseynqulu  Xəlifə  Rumlu  və  Qum  hakimi  Vəli  Xəlifə  Şamlı

şahzadənin tərəfini saxladılar. Buna baxmayaraq, ustaclı tayfasının

nümayəndəsi Pirə Məhəmməd xan və Qaradağ hakimi Xəlifə Ənsar,

Həbib bəyin tərəfində durub onun ittihamını müdafiə etdilər. Onlar

Qəzvinə qayıtdıqdan sonra şahın qarşısında bir-birinin üzərinə

hücum etdilər. Şərəfxan yazırdı: “Elə həmin gündən qızılbaş

tayfaları arasında düşmənçilik başlandı”

23

.

1575-ci



ildə I Təhmasib ilk dəfə xəstələnərkən sarayda dərhal yaranmış

gərginlik və taxt uğrunda mübarizə barəsində, biz yenə də İskəndər

bəy Münşidən məlumatlar əldə edirik.O, xəbər verir ki, xəstəlik

günlərində saray əyanları iki dəstəyə bölünmüşdü və onlardan da

hər biri taxta öz namizədini oturtmaq istəyirdi. İskəndər bəy

Münşinin sözlərinə görə,”hərbçilər və rəiyyət sırasında xalqın

əksəriyyəti  İsmayıl  Mirzənin  tərəfdarları  idi”.  O  vaxt  mühüm

dövlət vəzifələri tutan Murad xan süfrəçi, Hüseyn bəy Yüzbaşı, Piri

bəy, Məhəmməd bəy əmiraxurbaşı və Allahqulu Sulatn Aycək oğlu

kimi ustaclı  əmirləri Heydər Mirzənin hüquqlarını qorumaq üçün

birləşdilər. Öz atasından sonra Heydər Mirzənin lələsi olmuş

Məsum bəy Səfəvinin oğlu Sədrəddin xan yubanmadam şeyxavənd

tayfası  və gürcü əyanları ilə  əlaqəyə girərəkqəyyumluğu altında

olanın hüquqları uğrunda mübarizədə onlarla anda əsaslanan ittifaq

bağladı.

İsmayılın mənafeyini müdafiə edən dəstədə Hüseynqulu

Xəlifə  Rumlu,  Əmiraslan  Sultan  Əfşar,  Heydər  Sultan  Çabuk

Türkman birləşmişdilər. Əfşar, rumlu və türkman tayfaları tam

heyətdə onun tərəfdarları sıralarına daxil idilər. Təhmasibin kəskin

ağıl və qabiliyyət sahibi olan süvimli qızı, dövlət şurasına buraxılan

yeganə  şahzadə xanım, Pərixan xanım da İsmayılın fəal tərəfdarı

idi


24

.

Lakin bu dəfə I Təhmasib hər iki dəstənin ümidini qırdı və



öz həkimi Mövlana Qiyasəddin Əli Kaşinin Məharəti sayəsində

sağaldı


25

. Pərixan xanımın anası qızının tapşırığı ilə  şahı Heydər




138

Mirzəyə qarşı qaldırmaq üçün, onun tərəfdarlarının fitnə-fəsadları

barədə dərhal şaha məlumat verdi. Lakinntəzəcə sağalmış I

Təhmasib əyanların hiylələrinə əhəmiyyət vermədi.

Maraqlıdır ki, I Təhmasib öncə Qəhqəhədə olan oğlunun

həyatını mühafizə etmək qayğısına qaldı. Şah qorxurdu ki,

qaradağlı tayfasının başçısı (rişsəfidi), Heydər Mirzənin qatı

tərəfdarı və həmin tayfadan olan Qəhqəhə qalasının rəisi Xəlifə

Ənsarın qohumu – Fərruxzad bəy eşikağasıbaşı öz qohumunun

vasitəsilə köməksiz İsmayılın öldürülməsini təşkil edə bilərdi.

Təhmasib bunun qarşısını almaq üçün əfşar tayfasından oaln

qorçilər dəstəsini  Qəhqəhəyə göndərdi. Şahın bu tədbiri  İsmayılın

tərəfdarlarının gücünü artırdı.

Bundan əlavə, I Təhmasib paytaxtda ustaclı tayfasının

mövqelərini bir qədər zəiflətməyi qərara aldı. Bu məqsədlə o,

arabir onların nüfuzlu nümayəndələrini müxtəlif tapşırıqlarla

əyalətlərə göndərirdi. Məsələn, Murad xan Qocur qalasını  ələ

keçirmək tapşırığı aldı və Rüstəmdara hərəkət etdi. Piri bəy Rey

hakimi təyin edildi və ora yola düşdü. Şah, Hüseyn bəy yüzbaşını

da II Səlimin vəfatı və onun oğlu III Muradın taxta çıxması ilı

əlaqədar qızılbaş nümayəndə heyətinin başçısı kimi İstanbula

göndərnək istəyirdi. Lakin o, Məşhəddə  İmam Rzanın müqəddəs

məqbərəsini ziyarət etmək bəhanəsi ilə bu tapşırıqdan

26

 imtina etdi.



Hüseyn bəy qorxurdu ku, onun burada olmadığı vaxtlarda sarayda

vəziyyət İsmayılın xeyrinə dəyişə bilər. Lakin tezliklə şah tərəflərin

fitnələrinə laqeyd qaldı. Bu vaxt şahzadə Mustafa Mirzənin lələsi

Nəzər Sultan Ustaclı vəfat etdi və onun əvəzinə Hüseyn bəy

yüzbaşı  qəyyum  təyin  edildi.  İskəndər  bəy  Münşi  qeyd  edir  ki,

bundan sonra “qızılbaş tayfaları arasında ədavət və fitnə-fəsad

alovu” bir qədər söndü.

1576-cı  il 14 may qanlı  hadisələri



139

1576-cı il mayın əvvəlində I Şah Təhmasib yenidən yatağa

düşdü. Şahı müayinə edən saray həkimləri əvvəlcə buna əhəmiyyət

vermədilər. Lakin mayın 13-dən 14-nə (səfərin 15-i)

27

 keçən gecə I



Təhmasib özünü çox pis hiss etdi: hərarəti kəskin surtdə artdı və o,

gücdən düşməyə başladı. Paytaxtda olan bütün oğul və qızları,

həmçinin də saray adamları xəstənin başına yığıldılar. Gecəyarısı

şah birdən-birə hamıya getməyi əmr etdi. Şahzadə Heydər istisna

edilməklə hamı evinə dağılışdı.

İskəndər bəy Münşi yazır ki, Heydər Mirzənin şahın

yanında qalması haqqında iki rəvayət vardır. Bəziləri deyirlər ki, o,

şahın əmrilə qalmışdı. Əlbəttə, I Təhmasibin ölümünün ertəsi günü

ortaya çıxarılan, guya şahın vəsiyyətnaməsi olan kağıza görə, o,

şahzadə Heydəri öz xələfi təyin etmişdi. Lakin salnaməçilər

göstərirlər ki, vəsiyyatnamə saxta idi və onu şahzadənin özü tərtib

etmişdi


28

.

Digərləri (bunlar həqiqətə daha yaxındırlar) iddia edirlər ki,



Heydərin anası öz oğlunun saraydan kənarda düşmənlərdən ziyan

görə biləcəyindən ehtiyat edərək onu qalmaq üçün dilə tutmuşdu. O,

oğluna  demişdi  ki,  atanın  halı  getdikcə  pisləşir.  Çox  güman  ki,  o,

bu gecə həyatla vidalaşacaq. Sən atanın varisisən, padşahın taxt-

tacını qoyub hara getmək istəyirsən? Sən dövlətxanada qalmalısan

və həmin dəhşətli hadisə baş verən kimi, atanın tacını başına qoyub

Çehelsütundakı xoşbəxtlik sarayında Əlahəzrət xalçası üzərində

əyləşərsən. Ana Heydəri inandırırdı ki, qiyam baş verəcəyi halda

sarayda xəzinəyə və cəbbəxanaya sərbəst daxil ola bildiyin üçün

qızıl hərisi olan yüzbaşıları, qorçiləri və mühafizə dəstəsini ələ

almaqlataxt-tacı özündən ötrü təmin etmiş olarsan. Şahzadənin

tərəfdarları saraya gəlib çatanda və taxta çıxmaq gerçəkləşəndə

İsmayıl Mirzənin tərəfdarlarının yeni şaha özlərinin itaətini

bildirməkdən başqa çarəsi qalmayacaqdırı Anasının dəlillərini

dinləyən şahzadə sarayda qaldı. 1576-cı il mayın 14-də səhər şah

vəfat etdi

29

.V.Hins  I Şah Təhmasibin ölümqabağı davranıpşını




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə