Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə47/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   43   44   45   46   47   48   49   50   ...   110

143

Xəlifə Rumlu, Heydərin tərəfdarlarının onun evinə hücum

edəcəklərindən çox ehtiyat edirdi. O, öncə Budaq Rumlu və

Şahqulu Sultan Təbət oğlu Zülqədər adlı iki ağsaqqalı barışıq

haqqında danışıqlar aparmaq, düşmənçilik fəaliyyətininn qarşısnı

almaq üçün  Hüseyn bəyin yanına göndərdi. Qarşı tərəfə ittifaq

bağlamaq təklis edilirdi. Təklifdə, əvvəlcə mərhum şahı dəfn etmək,

sonra isə hər iki tərəfin ağsaqqallar şurasında hansı namizədin öz

şəxsi keyfiyyətlərinə görə mərhum şahın yerini tutmağa daha çox

layiq olması məsələsini sakit şəraitdə müzakirə etmək arzusu ifadə

olunurdu. Hüseynqulu Xəlifə yaxşı bilirdi ki, danışıqlar faydasızdır,

lakin onları oraya vaxt qazanmaq üçün göndərmişdi.

O, həmçinin öz adamını  şəhərdən bir fərsəx uzağa

göndərmişdi ki, çaparaq şəhərə daxil olub İsmayılın “gəlməsi”

xəbərini xalqa çatdırsın. Günorta çağı qan-tər içində bir atlı şəhərə

daxil olub xəbər verdi ki, İsmayıl Mirzə tezliklə şəhərə gələcək. O,

belə bir şayiə yaydı ki, mərhum şah on iki gün əvvəl gizlicə

şahzadə  İsmayılın ardınca adam göndərmişdir və onu tezliklə

şəhərə çatdıracaqlar. Paytaxt əhalisi təşvişə düşdü və  şəhərlilərin

böyük dəstəsi Hüseynqulu Xəlifə Rumlunun evinə yollandı. Bu

xəbər Heydərin tərəfdarlarını ruhdan saldı və onları çaşdırdı. Lakin

axşama yaxın aydın oldu ki, bu xəbər yalandır və fərasətli

Hüseynqulunun kələyidir.

Öncə mübarizədən kənarda qalmış bir sıra əmirlər (məsələn,

Məhəmmədqulu Xəlifə möhrdar, Heydər Sultan Çabuk Türkman)

Hüseynqulunun evinə gələrək İsmayılın tərəfdarlarına qoşuldular.

Heydərin ardıcıllarının sırasında çaşqınlıq müşahidə olunurdu.

Məsələn, mayın 14-də, axşam Hüseyn bəy yüzbaşı və Heydərin

digər ardıcılları nəhayət, saraya doğru hərəkət etməyi qərara aldılar.

Lakin yola çıxdıqdan az sonra şahzadə İbrahim (Bəhram Mirzənin

oğlu) onlarla getməkdən imtina etdi və evinə qayıtdı. Allahqulu

Sultan  Aycək  oğlu  Ustaclı  da  onun  kimi  hərəkət  etdi.  Təbiidir  ki,

bu, Heydərin dəstəsində ruh düşgünlüyünə səbəb oldu. Hüseyn bəy



144

əvvəlcə saraya baş küçə ilə hərəkət edirdi. Lakin onlar Xəlifə

Möhrdarın, Qulu bəy Əfşarın evinə çatanda damlardan güllə,

kamanlardan ox yağdıraraq onların yolunu kəsdilər. Hüseyn bəy

atışmaya fikir verməyib xəzinə binasının arxa tərəfindən keçən

küçəyə tərəf döndü.  Qarətçilərin  basqın  etdiyini  güman  edən

mühafizə dəstəsi onlara atəş açdı. Belə olduqda Hüseyn bəy

qışqırdı: “Biz heç kimdən ötrü vuruşmaq istəmirik. Sarayda

növbəni dəyişməyə gedirik. Bizdən nə istəyirsiniz?”. Bunu eşidən

mühafizə dəstəsi atışmanı dayandırdı  və Hüseyn bəyin dəstəsinə

yol verdi. Saraya çatan dəstə qapıların bağlı olduğunu və

maneələrin qurulduğunu gördü. Bu vaxt onlar məlumat aldılar ki,

Hüseynqulu Xəlifə öz adamları ilə baş küçə ilə hərəkət edir və

hərəmxana bağına bitişik olan “Meydan-i əsp”ə gəlib çatmışdır.

Gördüyümüz kimi Heydərin tərəfdarları ehtiyat edirdilər.  Ehtimal

edilir ki, qarşı tərəf hərəmxananın bağına soxulub şahzadəni

öldürmək istəyirdi. Hüseyn bəy qapıları sındırıb saraya daxil ola

bildi.  Bu  vaxt  şahzadə  Heydər  hərəmxanada  idi.  O,  binada

vurnuxur, çıxış yolu axtarırdı. Lakin bütün qapılar möhkəm

bağlanmışdı. Heydərin ardıcılları  şah yeməkxanasına soxulub,

sarayda otaqdan – otağa keçərək “Şah Heydər” deyə çağırırdılar. O

biri tərəfdən də Hüseynqulu Xəlifə Rumlu öz adamları və Şamxalla

birlikdə hərəmxananın bağının qapısını açdı. Bütün künc-bucaq

ələk-vələk edildi. Heydəri axtarmağa başladılar. Düşmənlərin

yaxınlaşdığını görən Heydər qızılbaşların şahın hərəmxanasına

girməyə cəsarət etməyəcəkləri ümidi ilə yenidən qadınların

otaqlarına soxulub anasının yanında əyləşdi. Lakin onun bütün

ümidləri puça çıxdı. Qızılbaşlar hərəmxanaya soxulub şahzadənin

onlara verilməsini tələb etdilər. Şahzadə hərəmxananın qulluqçuları

və qadınlarına qarışdı. O, qadın paltarı geyinərək hərəmxananı tərk

etdi.

Hərəmxana eşikağalarından biri Əli bəy Şamlı başqa bir



binaya yollanarkən şahzadəni tanıdı və ucadan qışqırdı: “Sizin


145

axtardığınız bax budur!”. Cəmşid bəy Çərkəz(şahzadə Süleymanın

qulamı) və Vəlixan bəy yüzbaşı Rumlu şahzadənin üzərinə

atıldılarvə onu kənara çəkdilər. Gəncin başı Hüseynqulu Xəlifə və

Şamxalın işarəsi ilə elə oradaca kəsildi. Nəhayət, gürcü dəstəsi ilə

Heydərin dayısı  Əlixan bəy və Zal bəy hərəmxananın qadınlarına

gəlib yetişəndə, şahzadənin qana bulaşmış başı hərəmxana

eyvanının üstündən istehzalı çığırtılarla onların ayaqları altına

atıldı: “Alın, bu da sizin şahın başı”. Heydərin ardıcılları baş

vermiş hadisədən sarsıldılar. Onlar tələm-tələsik sarayı tərk etdilər

və pərakəndə surətdə dağılışdılar. Hamı tərəfindən tərk edilmi.

Hüseyn bəy yüzbaşı və şahzadə Mustafa Luristana qaçdılar

37

.

Həmin axşam qızılbaş dəstəsi şahzadə  İsmayılın arxasınca



Qəhqəhə qalasına göndərildi. Şahzadə Heydərin faciəli ölümündən

sonra bir çox ustaclı əmirləri İsmayılın ardıcılları tərəfinə keçdilər.

Onlar da Qəhqəhə qalasına doğru hərəkət etdilər.

Ertəsi gün, mayın 15-də, səhər əmirlər və  şahzadələr saraya

toplaşdılar.14 may hadisələrində iştirak etməmiş İbrahim Mirzə və

Allahqulu Sultan Aycək oğlu da ora gəlmişdilər. Zal bəy (gürcü),

Həmzə bəy Talış və həlak olmuş  şahzadənin digər tərəfdarları

evlərindən çıxarıldılar, edam edildilər. I Təhmasibin həkimi

Əbunəsr Gilani şahı zəhərləməkdə və  şahzadə Heydərə rəğbət

göstərməkdə ittiham edildi. O, 14 may hadisələri zamanı saraydakı

buxarıların birində gizlənmişdi. Lakin qorçilər onu oradan çıxarmış

və tikə-tikə doğramışdılar. Heydərin darmadağın edilmiş

tərəfdarlarının əmlakı qızılbaşlar tərəfindən müsadirə olundu

38

.



Bu qələbədən sonra hakimiyyət Pərixan xanımın və qızılbaş

əyanları arasında nüfuzu əhəmiyyətli dərəcədə artmış Hüseynqulu

Xəlifə Rumlunun əlinə keçdi. Cümə günü Qəzvinin baş məscidində

əmirlərin, şahzadələrin və camaatın iştirakı ilə təntənəli şəraitdə

şahzadə İsmayılın taxta çıxması şərəfinə xütbə oxundu.

Bu günlərdə hakimiyyət tamamilə Pərixan xanımın əlində

cəmlənmişdi.  “Heç  kim  Pərixan  xanımın  əmri  və  hökmündən



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə