Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə55/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   51   52   53   54   55   56   57   58   ...   110

168

əməllərindən, mərkəzi hakimiyyətə tabe olmamasından qəzəblənir.

Şah Məhəmməd və onun ən yaxın məsləhətçiləri gen-bol

pul, torpaq və sair bağışlamaqlaqızılbaş  əyanlarının sədaqətini

qazanmaq cəhdində həddən artıq canfəşanlıq edirdilər. Bu, dövlət

hakimiyyətinə  əvəzedilməz zərər vurdu və onun rolunu heçə

endirdi. İskəndər bəy Münşi göstərir ki, Məhəmməd Xudabəndə

dövründə şah hakimiyyəti o qədər zəifləmişdi ki, tayfaların əyanları

qarşısında tamam aciz görünürdü. Məsələn, “hər tayfa (oymaq)

üçün yeni əmir təyin olunurdu, bütün vilayətlər və məmləkət isə

artıq (əmirlər arasında) bölüşdürüldüyü üçün onlara dövlət

xəzinəsindən məvacib verməli oldular və hər tayfanın tərəfdarları

qiyam və iğtişaş üçün baş qaldırır, öz rəqiblərinin üzərində

üstünlük qazanmağa çalışır, müstəqil olmaq istəyirdilər”

97.

Dövlət daxilində feodal ara müharibələri və çəkişmələr



Səfəvilər dövlətinin xarici siyasi düşmənləri (xüsusilə sə

müharibəni yenidən başlamaq üçün əlverişli fürsət gözləyən

Osmanlı Türkiyəsi) üçün arzuolunan bir hal idi. “Qızılbaşların

məmləkətində ara müharibələri, pozğunluq və qarışıqlıq baş

verməsi barədə xəbərlər yayılırdı... Bu günü gözləyən qonşu

padşahlar və düşmənlər həmin məqamı  əlverişli saydılar, Əcəmi

(Səfəvilər dövlətini – O.Ə.) tutmaq üçün şərqdən və qərbdən

cəhdlər göstərdilər. Sultan Murad Azərbaycan və Şirvan ölkələrini

tutmaq arzusunda olduğunu bildirdi. Uzun illər başlarını itaət

çənbərində saxlamış ucqarların asılı hakimləri isə müstəqillik və

hakimiyyət iddiası ilə çıxış etdilər...”

98

.



                 Kürd tayfalarının 1577-ci il qiyamı

Cənubiqafqaz uğrunda müharibəni yenidən başlamağa

əlverişli fürsət axtaran Osmanlı Türkiyəsi Səfəvilər dövlətinin ağır

daxili vəziyyətindən dərhal istifadə etdi. Vanın Osmanlı hakimi




169

Xosrov paşa sərhəd boyunda yaşayan kürd tayfalarının Səfəvilərə

qarşı qiyamını qaldırmaq barədə göstəriş aldı. Öncə hüquqları

vaxtilə  II İsmayılın fərmanı ilə təsdiq olunmuş Səlmas və Tasuq

hakimi Şahqulu Bülbülan oğlu Qazi bəy qiyam etdi. Xosrov

paşanın qoşunları kürdlərlə birlikdə qəflətən Xoya hücum etdilər və

bununla da Sultan süleymanın imzaladığı 1555-ci il müqaviləsini

pozdular. Xain düşmənlər tərəfindən qəfildən yaxalanmış Xoy

hakimi Mahmud Sultan Rumlu şiddətli müqavimət göstərdi və

həlak oldu.

Sonra kürdlər Urmiya hakimi Hüseyncan Sultan Xunusluya

qarşı hücuma keçdilər. O da bir aylıq müqavimətdən sonra hiylə ilə

ələ keçirildi və öldürüldü. Düşmənlər qızılbaş düşərgəsindən çoxlu

oğlan və qızı  əsir aldılar. “Həmçinin məzlumların və rəiyyətin

mirasını və  əmlakını” çapıb taladılar. Bunun ardınca kürdlər

Göyərçinlik qalasını və Urmiyanı tutdular

99

.

Həmin vaxtda Azərbaycan hakimi təyin olunmuş  Əmir xan



Türkman Təbrizə gəldi, kürdlərin qiyamını yatırmaq üçün qoşun

toplamağa başladı. O, 10-15 min nəfərlik qoşun toplayıb sərhədə

doğru hərəkət etdi. Qiyamçılar hücuma dözmədilər və qalalarda

gizləndilər. Lakin Əmir xan və əmirlər bu ərazidə törədilmiş böyük

dağıntılar üzündən orada möhkəmlənə bilməyib geri çəkildilər.

İskəndər bəy Münşi yazır: “Qoşunların geri çəkilməsi o ölkənin

viran edilməsi səbəbindən irəli gəlmişdi. Xoy, Səlmas və

Urmiyanın  xeyli  sakini  (o  yerləri)  tərk  etməyə  başladı.  Sonra

qayıdanlar qeyri-iradi olaraq düşmənlərə tabe oldu və həmin yerlər

onların (kürdlərin) hakimiyyəti altına düşdü”. Tezliklə Osmanlı

basqınının başlanacağına dair şayiələrdən ruhlanan digər kürd

tayfaları da üsyan qaldırdılar. Məsələn, Sulduz və Miyanduab

ərazisində (Marağanın yaxımlığında) yaşayan, Əmir bəyin başçı

olduğu mükri tayfası Marağaya yaxınlaşdı,I Şah Təhmasibin

mülkiyyəti olan at ilxısını sürüb apardı. Bu ilxıda 10 min seçmə



170

ərəb atı bəslənirdi. Əmir xan Türkman onlara çatıb ilxını geri

qaytarmağa cəhd göstərdi, lakin bunun nəticəsi olmadı

100


.

Şirvanda Əbubəkrin üsyanı

Bu zaman Şirvanda Osmanlı sultanının təhriki ilə Səfəvilər

əleyhinə üsyan başlandı. İskəndər bəy Münşi məlumat verir ki,

“Şirvanın əvvəlki sultanlarının nəslindən olan” Bürhan oğlu

Əbubəkr Mirzə o vaxtadək Dağıstanda və Çərkəzistanda

gizlənmişdi

101

. O, öz ətrafında “ləzgi və qarabörk (keçmiş  Şirvan



ordusunun qalıqları) tayfalarından” 2-3 min nəfərlik qoşun topladı,

kömək üçün türk sultanına müraciət etdi. O, bu kömək müqabilində

qızılbaşlar qovulduqdan sonra sultanın vassalı olacağına söz verdi.

Şirvanlıların bir dəstəsi  İstanbula yola düşdü və vahid etiqadın

(sünniliyin) müdafiəsi bəhanəsi altında “qızılbaşların zülm və

istibdadından” qurtulmaq üçün sultandan kömək istədi

102

.

Şirvanda üsyanın başlanmasının obyektiv səbəbləri var idi.



Qazi Əhməd bildirir ki,  burada 200 min tümən məbləğində vergi

(malcəhət) toplanmamışdı. Bu, həmin ölkədən vergi məbləğləri

alınması  üçün  hər  hansı    sənəd  verilməsini  qadağan  etmiş  I  Şah

Təhmasibin sərəncamı ilə edilmişdi

103

.  Bu  xəbəri  Şərəfxan  Bidlisi



də təsdiq edərək göstərir ki, adı çəkilən şahın hakimiyyətinin son

dövründə “Azərbaycanın, Şirvanın və Aranın bəzi yerlərində mal-

u-xərac yeddi, bəzən isə doqquz il ərzində yığılmırdı”

104.


  Əgər  I

Şah Təhmasib kimi pul xəsisi olan hökmdar buna getmişdisə,

həmin tədbirin var-yoxdan çıxmış xalqın olduqca ağır

vəziyyətindən irəli gəldiyi aydın olur. Dövlət xəzinəsinin

talanından sonra Qəzvində həmin vergi borcunu xatırlatmağa

başladılar. Maliyyə məmurları məvacibləri hesabına qorçilərə

paylanan və vergi yığmaq hüququ verən təxsisnamələr (həvalə)

buraxdılar. Bu, Şirvanşahlar nəslindən olan Əbubəkr Mirzənin işini




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə