Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə52/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   48   49   50   51   52   53   54   55   ...   110

159

olunmuş məbləği almaq arzusu ilə iddia edirdi ki, onlar həyatları

boyu şiəliyə mənsub olmamışlar. Bir çox qəzvinli keçmişdə sünni

olmuş, şafii təriqətinə etiqad etmişdi. Buna görə də belə hesab

edirdilər ki, onların çoxu hələ paytaxtda qalmaqdadır. Mirzə

Məxdum bu yolla müəyyən edilmiş “sünnilərə” 200 min tümənə

qədər pul verdi

71

.



Lakin II İsmayıl və sünnipərəst ruhanilər öz əməllərini

davam etdirmək fikrində idilər. Qəzvin möhtəsibinə (keşikçi

dəstəsinin rəisi)  göstəriş verilmişdi ki, o, məscidlərin bütün divar

və qapılarından İmam Əliyə olan məhəbbəti ifadə edən yazıları yox

etsin. Möhtəsib Mir Zeynalabidin Kaşi özü şiə idi. Lakin II

İsmayılın xoşuna gəlmək üçün imamların şücaətlərini təsvir edən

bütün yazıları və hətta onların adlarını da pozmağı əmr etdi.

Dərvişin öldürülməsi və məscidlərin təhqir edilməsi xəbəri

təəssübkeş qızılbaşların səbir kasasını doldurdu. Onların

əyanlarından ibarət adamlar son dərəcə hiddətlənmiş halda

Səədabad bağında, sarayın qarşısında toplaşdılar. Onlar şiə

icmasının başçısı olan mürşidi-kamilinaçıq-aşkar öz əcdadlarının

etiqadından imtin etmək niyyətində olduğu təqdirdə, müridlərin

(sufilərin) özlərini necə aparacaqlarını da bilmirdilər. Bəziləri bu

barədə  İsmayılın şəxsi fikrini öyrənməyi təklif edirdilər. Çünki

yalnız o, icmanın irsi başçısı kimi şübhələrə son qoya bilərdi.

Ağsaqqallar bu təklifə qarşı çıxış etdilər. Onların fikrincə, belə

rəftar qəbul olunmuş qaydalara müvafiq deyildi və  şah sülaləsinə

qarşı qiyam kimi başa düşülə bilərdi. “Bəli, bəs İsmayıla belə sualı

verməyə kim cəsarət edəcək?”.

Təkəli taufasının başçısı  Ərdoğdu Xəlifə, türkman

tayfasının rəhbəri Əmir xanla bərabər şahın yanına getmək, etiqad

məsələləri üzrə onları narahat edən suallara cavab verməyi şahdan

xahiş haqqında razılıq əldə olundu.  Burada iştirak edən əmirlərin

bir qismi tez aradan çıxıb şaha xəbər verdilər ki, təkəli və türkman

tayfalarının başçıları öz aralarında ittifaq bağlayıblar, müttəfiqlər




160

şahı dinsizlikdə günahlandırmaq, onu devirmək və yerinə Tehranda

yaşayan şahzadə Həsəni

72

 taxta oturtmaq  niyyətindədirlər.



Qəzəblənmiş II İsmayıl dərhal Əmir xanı öz yanına

çağırtdırdı və çox sərt şəkildə ona dedi: “Siz mənim sünni etiqadını

seçdiyimi iddia etməklə məni qızılbaşların arasında rüsvay edir,

xalqın mənə olan inamını qırırsınız!” Əmir xan ona cəsarətlə cavab

verdi: “Biz belə düşünmürük və bizim əlahəzrət şaha inamımız

sarsılmazdır. Biz belə hesab edirik ki, əgər əlahəzrət tərəfindən

etiqad məsələlərinə etinasızlıq təzahür etmişsə, bu, sizin dövlət

işləri ilə məşğulluğunuzdan irəli gəlir və düşmən əməlidir. Lakin

Mirzə Məxdum Şərəfi bu məsələni aşkarlamış, şaha böhtan

atmışdır. O, xalqa açıqca deyir ki, əlahəzrət şah sünniliyi qəbul

etməyə meyil edir. Mirzə Məxdum şiə üləmalar ilə həmin etiqadın

üstünlükləri barədə mübahisə açır. Əgər şah bu şayiələri yalan

hesab edirsə, qoy onu cəzalandırsın. Məgər bizim günahımız

varmı?” Daha sonra Əmir xan sözünə davam etdi: “Niyə əlahəzrət

şah (onun) xeyirxahları haqqında (bizim) düşmənlərimizin

sözlərinə qulaq asır, onların düzgünlüyünü və yanlışlığını

yoxlamadan (bizi) – ürəkdən sadiq olanları öz düşməni hesab

edir?” II İsmayıl dedi: “Əgər mən qızılbaşların padşahı olmağa

layiq deyiləmsə, sizin sövdələşmənizə və qərarınıza əsasən,

Tehrandan Sultan Həsəni bura gətirin və özünüzə padşah edin!”

73

.

II İsmayılın əmri ilə Ərdoğdu Xəlifə həbs edildi. Əmir xana



isə  İsmayıl dedi ki, əgər onlar həqiqətən şahzadə Həsəni taxta

əyləşdirmək niyyətində deyillərsə, o və Müseyib xan Təkəli bunu

əməlləri ilə sübuta yetirsinlər. Bu, şahzadə Həsənin qətlə

yetirilməsinə açıq işarə idi. Əmirlər bunu başa düşdülər və tezliklə

şahzadə xüsusi olaraq bu məqsədlə göndərilmiş adamlar vasitəsilə

Tehranda öldürüldü

74.

. Bu hadisələrdən sonra II İsmayıl ustaclı



əyanları ilə yaxınlaşmağa, türkman və təkəli tayfalarına isə  şübhə

ilə yanaşmağa başladı.

Lakin tezliklə  şah başa düşdü ki, özünün dini islahat



161

səylərində həddindən çox irəli getmişdir. Qızılbaş  əyanlarının

qiyamından və həyəcanlanmış xalqın tərəfindən baş verə biləcək

iğtişaşlardan ehtiyat edərək o, Mirzə Məxdumu yanına çağırdı.

Hamının gözü qarşısında onu ittiham edib danladı. “Bu, əhalinin

ürəyindən idi və beləliklə, xalqın şübhəsi aradan götürüldü”

75

.

Bundan sonra şah saray daxilində bir daha dinlə  əlaqədar olan



məsələlərə qayıtmadı.

II İsmayılın sünniliyə olan rəğbəti onun hakimiyyəti

dövründə zərb edilmiş sikkələrdə daha aşkar surətdə təzahür

etmişdi. İsmayıl tac qoyduqdan sonra, bir müddət yeni şahın adı ilə

sikkə zərb olunmadı. Buna görə sikkə zərb edən ustalar

(zərrəbiyan) zərbxana gəlirlərinə ziyan vurulmaması məqsədilə

şahın qarşısında sikkənin dəyişdirilməsi məsələsini qaldırdılar.

İskəndər bəy Münşi qeyd edir ki, bu zaman İsmayıl, adətən

sikkənin bir üzündə həkk edilən ərəb kəlamlarının, yəni: “Allahdan

başqa Tanrı yoxdur, Məhəmməd Allahın rəsuludur, Əli Allahın

dostudur” sözlərinin doğruluğuna şübhə etdiyini bildirmişdi. O,

qeyd etdi ki, Allahın adı ilə zərb olunan dinarlar və dirhəmlər

ticarət əməliyyatında yəhudilərin, ermənilərin, atəşpərəst

hindlilərin və digər “kafirlərin” də  əlinə keçir və bu etiqad

qaydalarına ziddir. Lakin İsmayılın etirazının əsl səbəbi bu deyildi.

İskəndər bəy Münşi göstərir ki, bu kəlamda II İsmayılı təmin

etməyən hissə şiə formulu olan “Əli Allahın dostudur” ifadəsi idi

76

.



Mahmud Nətənzi məlumat verir ki, İsmayılın fərmanı ilə on

dang dəyəri olan xalis qızıl və gümüş sikkələr buraxılmışdı. Qızıl

sikkələrin bir tərəfində Şeyx Əttardan bir beyt, o biri tərəfində isə

padşahın adı, ünvanı və sikkənin zərb olunduğu yer göstərilirdi.

Sikkələrin üstündəki ənənəvi şiə ifadəsindən imtina edilməsi

ruhanilərin güclü müxalifətinə səbəb oldu. Lakin bu etirazlar II

İsmayılın qərarını dəyişə bilməmişdi

77

.



II İsmayılın sünni təmayüllü dini siyasətinin anlamı və


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə