Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə53/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   49   50   51   52   53   54   55   56   ...   110

162

məqsədi nədən ibarətdi? Bu suala əlimizdə olan materiallar

əsasında aydın cavab vermək çox çətindir. Təsvir olunan

hadisələrin müasiri – Şərəfxan Bidlisi yazır ki, II İsmayıl

hakimiyyətdə möhkəmləndikcə öz əcdadlarının adətləri əksinə

olaraq ölkədə elə qaydalar yaratmaq üçün tədbirlər görürdü ki, bu

qaydalar sünnilərin və şiələrin hər birinin öz etiqadını saxlamasına,

bir-birinin işinə qarışmamasına imkan yaratsın.

Sultan Süleymanla I Şah Təhmasib arasında 1555-ci ildə

sülh müqaviləsinin bağlandığı zaman Osmanlılar xüsusi olaraq

qeyd etmişdilər ki,  Səfəvilər əgər sultanla sülh şəraitində yaşamaq

istəyirləsə, birinci üç xəlifəni” də tanımalıdırlar

79

.

Buna görə də yalnız ehtimal etmək olar ki, III Sultan Muradla



təxminən eyni vaxtda taxta çıxan II İsmayıl sultanla sülh

münasibətləri yaratmağa və bu məqsədlə də  şiə-sünni

qarşıdurmasını yumşaltmağa səy göstərmişdi. Zənn etmək olar ki,

məhz buna görə də II İsmayılın qısamüddətli hakimiyyəti dövründə

Səfəvi-Osmanlı sərhədində sakitlik hökm sürmüş, tərəflərin heç biri

barışıq müqaviləsini pozmamışdı.

Qəzvində  şahın yeni din təmayülü ilə  əlaqədar olaraq baş

vermiş həyəcanlardan, şahzadə Həsən öldürüldükdən sonra öz

hakimiyyətini möhkəmləndirmək üçün getdikcə daha çox qan

axıdan, özünə inamı daha artıq dərəcədə itirən müstəbid kimi II

İsmayılın öz ətrafındakılara inamsızlığı və  şübhəsi də artmağa

başladı.


Təbiidir ki, çoxsaylı edamlar, vergi yükünün ağırlığıxalq

kütlələrini müflisləşmək və dilənçiləşmək həddinə gətirib

çıxarmaya bilməzdi. Narazılıq qızılbaş qoşunlarını və II İsmayılın

ən yaxın adamlarını da əhatə etmişdi. Lakin qəddar, qana həris

müstəbidin təlqin etdiyi qorxu hissi bu narazılığın aşkar təzahürünə

mane olurdu. Biz II İsmayılın taxt-taca iddia edə bilən qardaşlarını

məhv etməsi barədə danışmışıq. Qardaşının böyük oğlunu, şahzadə

Həsəni öldürən II İsmayıl öz hakimiyyəti üçün daimi qorxu hissinin




163

təsiri altında uzaq Xorasanda yaşayan digər qardaşı oğlu – yeddi

yaşlı  şahzadə Abbası da qətlə yetirməyi qərara almışdı. Bu

“vəzifəni” Herat hakimi, Abbasın qəyyumu Əliqulu xan Şamlı

yerinə yetirməli idi

80

. Lakin onun Abbasa rəhmi gəlmiş,



mövhumatçı olduğuna görə qətl tədbiri “müqəddəs” ramazan

ayının sonuna qədər təxirə salınmışdı. Ancaq ramazan ayı hələ başa

çatmamışdı ki,şapar II İsmayılın ölümü barədə  şad xəbəri Herata

yetirdi.


Hicri 985-ci il ramazanın 13-ü (1577-ci il noyabrın 24-də)

İsmayıl sərxoş vəziyyətdə paltarını dəyişdi, saraydan çıxdı, saray

halvaçısı Həsən bəyin və məiyyətin müşayiəti ilə şəhərin küçələrini

dolaşmağa başladı. Gecəyarısı o, dincəlmək üçün Həsən bəyin

evinə gəldi. Ertəsi gün isə elə oradaca onun meyiti tapıldı.

II Şah İsmayılın ölümü haqqında çoxlu rəvayətlər vardır.

Bəziləri onun kəskin mədə ağrısından, başqaları həddən artıq tiryək

istemal etməsindən, üçüncülər isə boğulub öldürüldüyündən və s.

vəfat etdiyini söyləyirlər

81

. Bu rəvayətlərdən daha çox həqiqətə



bənzəyəni İskəndər bəy Münşinin söylədiyidir

82

. Həmin rəvayətə



görə, II İsmayılın etinasız münasibətindən narazı qalmış Pərixan

xanım hərəmxana kənizləri vasitəsilə şahın qəbul etdiyi uyuşdurucu

maddələrə zəhər qatmışdı. Doğrudan da şöhrətpərəst və kinli olan

Pərixan xanımİsmayılın hakimiyyətə gəlməsi üçün çox iş görmüş,

lakin dövlət işlərindən kənar edilməsinə görə özünü olduqca təhqir

olunmuş hesab edirdi. Lakin Pərixan xanımın belə təhlükəli addımı

atmağa cəsarəti çatardımı? Güman etmək olar ki, burada II

İsmayılın dini xarakterli islahat cəhdini çox təhlükəli sayan qızılbaş

əmirlərinin təşkil etdikləri sui-qəsd mühüm rol oynamışdır.

                Məhəmməd Xudabəndənin dövründə

      Səfəvilər dövlətinin daxili vəziyyətinin pisləşməsi

II Şah İsmayılın ölümü ilə əlaqədar olaraq Qəzvin sarayında

gərgin vəziyyət yarandı. Elə görünürdü ki, qızılbaş tayfaları (bir



164

tərəfdən ustaclı və  şamlı, digər tərəfdən, türkman və təkəli)

arasında qanlı düşmənçilik tezliklə yeni qüvvə ilə alovlanacaqdır.

Lakin vəzir Mirzə Salman və çox nüfuzlu, müdrik şəxs olan Xəlil

xan Əfşar toqquşmaların qarşısını dərhal almaq qərarına gəldilər.

Qəzvinin saray meydanına ən böyük əyanlar və tayfa əmirləri

çağırıldı. Burada türkman tayfasının qoca başçısı  Əmir xanla

ustaclı tayfasının gənc rəhbəri Pirə Məhəmməd xanın

“barışdırılması” hadisəsi baş verdi. İskəndər bəy Münşinin

təbirincə desək,onlar “ata və oğul” müqaviləsi bağladılar. Digər

əmirlər də onlardan nümunə götürdülər. Sonra taxt-tacvarisi

məsələsini həll etməyə başladılar. Bir çox namizədlər irəli sürülsə

də (o cümlədən Məhəmməd Mirzənin oğulları olan 11 yaşlı Həmzə

və 9 yaşlı Abbas, hətta I İsmayılın südəmər oğlu Şahşüca)

83

, iri


tayfaların  əmirləri  I  Şah  Təhmasibin  böyük  oğlu  Məhəmməd

Mirzənin namizədliyi üzərində dayandılar. Əmirlər qərar barədə

Pərixan xanıma məlumat verdikdə, o, “özünü padşah təsəvvür

edərək” dedi ki, qardaşının şah olması qərarına etirazı toxdur, lakin

bütün dövlət işlərini özü aparacaqdır. II Şah İsmayılın zindanlara

atdığı əmirlər və əyanlar Pərixan xanımın əmri ilə azad edildilər

84

.

Məhəmməd Mirzə qardaşı ölən zaman Şirazda yaşayırdı. O,



demək olar ki, kor, mülayim və dövlət işləri üçün bacarıqsız bir

adam idi. Onun bu nöqsanları dövlət hakimiyyətini öz əllərinə

almağa səy göstərən qızılbaş tayfa başçılarını tamamilə qane edirdi.

II İsmayılın ölümündən sonrakı ilk günlərdə ölkədə

ikihakimiyyətlilik şəraiti yarandı. Paytaxt şəhəri olan Qəzvində

dayısı Şamxal Sultanın müdafiə etdiyi  Pərixan xanım hakimiyyəti

ələ aldı. Bütün əmirlər və “dövlətin ali şəxsləri” ona tabe oldular.

Onun yanında hətta qızılbaş tayfalarının ağsaqqallar şurası yarandı.

Bu şuraya türkman tayfasından Əmir xan, ustaclı tayfasından Pirə

Məhəmməd xan, şamlı tayfasından Sultan Hüseyn xan, təkəli

tayfasından Müseyib xan Şərəfəddin oğlu, əfşar tayfasından Qulu



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə