Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə51/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   47   48   49   50   51   52   53   54   ...   110

156

davam etdi. Həmin gün carçılar şəhərdə belə bir əmri elan etdilər ki,

küçələr maneələrdən təmizlənməli və bundan sonra “başqasına əl

qaldıran edam ediləcəkdir”

63

.

Tacqoyma günlərində öz işlərinin baxılmasını tələb edən xalq



kütlələri şahın sarayına gəlirdilər. Onların arasında “türklər,

taciklər, hərbçilər və rəiyyət” var idi. İsmayıl kəndlilərin və

şəhərlilərin partlayışına yol verməmək üçün xalqın vergilər

haqqında və inzibati işçilərinə dair şikayətlərinə baxmaq işini

dayısı oğlu İbrahim Mirzəyə həvalə etdi

64

. Məhəmmədi xan



Toxmaq  Ustaclı,  Mirzə  Əli  Qacar  və  vəzir  Mirzə  Şükrulla  onunla

birgə ədalət divanında iclas etməli idilər. Onların “ən ali divanının”

möhürü ilə imzalanan sənədlər qüvvədə olan qanun hüquqlarına

malik idi.

İsmayılın hakimiyyətinin bir-iki ayı ərzində bütün mülki və

dövlət işləri ədalət divanında həll edilirdi. Lakin şahın özünün həll

etməli olduğu vilayət hakimlərinin təyin olunması kimi daha

mühüm işlər təxirə salınırdı. II İsmayıl itirilmiş vaxtın əvəzini

çıxmaq üçün hakimiyyətdən istifadə edir, kef-işrətlə məşğul olurdu.

Bir müddətdən sonra şah narazı qaldığı vəzir Mirzə  Şükrulla

İsfahanini öz vəzifəsindən kənar etdi. Onun yerinə Mirzə Salman

təyin edildi. İskəndər bəy Münşi göstərir ki, o, dövlət işlərinin

həllində böyük müstəqilliyə malik olduğu halda İsmayıl idarəçilik

işlərinə qarışmırdı. Mirzə Salman İsmayıldan dövlət işlərinə kənar

adamların müdaxiləsinə yol verməmək və qızılbaş  əmirlərinin

qarşısında təslim olmamaq barədə göstəriş almışdı

65

II İsmayılın dövründə saray vəzifələrinin və vilayət



hakimlərinin heyətində bəzi dəyişikliklər həyata keçirildi. Təbiidir

ki, bu vəzifələrə  əvvəlki kimi azərbaycanlı qızılbaş  əyanlarının

nümayəndələri təyin edilirdi. Farsların  (taciklərin)  rolu  yalnız

mülki işlərlə məhdudlaşırdı. Saray vəzifəsi eşikağasıbaşı (saray

təşrifçisi) Hüseynqulu xan Şamlıya həvalə edildi. Mirşah Qazi

mustoufi əl-məmalik (baş xəzinədar) oldu. Müseyib xan Şərəfəddin




157

oğlu Təkəli, xan rütbəsi alaraq Rey hakimi təyin edildi.

Kürdüstanda Ələşkərt bölgəsinin idarəsi  Sulaq Hüseyn Təkəliyə

bağışlanıldı. Biz artıq qeyd etmişik ki, Əliqulu xan Şamlı Herat

hakimi və Xorasan əmir əl-ümərası təyin olunmuşdu. Murtuzaqulu

xan Pornaka Məşhədin idarə olunması etibar edildi. Qarabağın əmir

əl-ümərası və Gəncə vilayətinin hakimi Yusif Xəlifə Ziyad oğlu,

qacar tayfasından olan Peykər Sultan tərəfindən öldürülmüşdü. Bu

vəzifəyə  İmamqulu xan Qacar təyin edildi. Kirman hakimi

Allahqulu bəy Əfşar, şahın xüsusi hərbi dəstəsinin başçısı

(qorçibaşı) vəzifəsinə irəli çəkildi. Mahmud Sultan Əfşar isə

Kirman hakimi təyin edildi. Şiraz vilayətinə hakim təyin edilən

Vəli xan Qalxançıoğlu Zülqədər az sonra II İsmayılın təzəcə

dünyaya gəlmiş oğlu Şahşücanın

66

 tərbiyəçisi oldu.



“Şərəfnamə”nin müəllifi Şərəf xan Bidlisi Kürdüstanın “əmirlər

əmiri” vəzifəsinə keçdi”

67

.

                           Dini islahat cəhdi



II İsmayılın dövlət xadimi kimi fəaliyyəti haqqında əlimizdə

olan məlumatlar çox azdır. Onların içərisində şahın din sahəsindəki

tədbirlərinə aid məlumatlar diqqəti xüsusilə cəlb edir. Bu məsələ

barəsində daha tam məlumatları biz tenə də İskəndər bəy Münşinin

“Tarix-i aləm aray-i Abbasi” əsərində tapırıq.

Artıq II İsmayılın tacqoyma mərasimindən bir neçə ay sonra,

onun öz İsmayılın adamlarının kiçik dairəsində sünniliyə meyilli

çıxışlar etməsi barədə xalq arasında narahat şayiələr gəzməyə

başladı. Buna görə də ondan sünniliyin tərəfdarı kimi

şübhələndilər

68

. Saraydakı şiə ruhaniləri açıq etirazlarını bildirməyə



cəsarət etmirdilər. Lakin öz aralarında şahın çıxışlarını pisləyirdilər.


158

Hələ I Təhmasib dövründə sünniliyə rəğbət bəsləməkdə ittiham

edilən saray üləmalarından biri (Mirzə Məxdum Şərifi) şahın şiəlik

əleyhinə çıxışlarını müdafiə etdi və tezliklə hər cür qorxunu kənara

ataraq, “birinci üç xəlifənin lənətlənməsini” ləğv etmək tələbilə

sünnilərin xeyrinə açıq şəkildə çıxış edən İsmayılın yanında böyük

təsir sahibi oldu.

Şiə ruhanilərinin müqavimətinə baxmayaraq,  İsmayıl

gələcəkdə küçələrdə və şəhər meydançalarında Əbubəkrin, Ömərin

və Osmanın açıq lənətlənməsi adətini (təbərra) qadağan etdi. O,

Mirzə Məxdum Şərəfi, Mövlana Mirzəcan Şirazi və Mir Məxdum

Lalə kimi sünni ruhanilərinin nümayəndələrinə mərhəmətlər

yağdırdı.

Mirzə Məxdum, şaha şikayət etmişdi ki, məsciddə moizə

oxunuşu zamanı xəlifələr lənətlənir və onun barəsində istehza ilə

danışırlar. II İsmayıl qorçilər dəstəsinə  məscidə getməyi və lənət

deməyə cəsarət edənləri cəzalandırmaq üçün  növbəti moizədə

iştirak  etməyi  əmr  etdi.  Cümə  xütbəsinin  sonunda  Qəmbər  adlı

dərviş öz sözlərini aşağıdakı kəlamla bitirdi: “Əliyə və onun

ailəsinə səmimi qəlbdən xeyir-dua, Əlinin düşmənlərinə isə  əbədi

lənət olsun!”

69

. Mirzə Məxdum dərvişi ədəbsizlikdə günahlandırdı.



Yaxınlıqda duran qorçilər isə onun üzərinə atılıb dəyənəklə başını

yardılar. Bu hadisə  şahın sünnilik əqidələri barəsində Qəzvin

əhalisinin şübhələrini gücləndirdi

70

.



II İsmayıl hətta şiə ilahiyyatçılarını təqib etmək fikrinə

düşdü. Məsələn, Mir Seyid Hüseyn Müctəhid,  Mir Seyid Əli Xətib

və başqaları saraydan qovuldular. Mir Seyid Hüseynin kitabları

möhürləndi və müsadirə edildi. Onun evi isə dağıdıldı.

Sünnilik tərəfdarları xalqı öz tərəflərinə çəkməyə cəhd

göstərdilər. Elan edildi ki, öz həyatı boyu peyğəmbərin

silahdaşlarını lənətləməmiş müsəlmanlara müəyyən məbləğdə pul

veriləcəkdir. Belə adamları aşkara çıxarmaq Mirzə Məxduma

tapşırıldı. Qəzvin əhalisinin ehtiyac içərisində olan hissəsi vəd



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə