Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə48/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   44   45   46   47   48   49   50   51   ...   110

146

çıxmağa cürət etmirdi”.

İndi isə 1576-cı il 14 may hadisələrinə qiymət verməyə

cəhd  göstərək.

V.Hins bu məqsədlə yuxarıda təsvir

olunanhadisələrdə, hakimiyyət uğrunda mübarizə aparan hər iki

dəstənin  tərkibi  haqqında  aşağıdakı  məlumatları  ayırmışdır:

                            HEYDƏRİN DƏSTƏSİ



Hüseyn bəy  –  ustaclı  tayfasının  ən  nüfuzlu  əmiri,  şahzadə

Mustafanın tərbiyəçisi (lələsi), bu dəstənin başçısı.



Zal bəy – gürcü sərkərdəsi, şahzadə İmamqulunun dayısı.

Əlixan bəy – gürcü zadəganı, şahzadə Heydərin dayısı.

Murad xan, Piri bəy, Məhəmməd bəy – sarayda vəzifələri

olan ustaclı əmirləri.



Allahqulu Sultan Aycək oğlu – nüfuzlu ustaclı rəislərindən

biri.


Xəlifə  Ənsar Qaradağlı – Qəhqəhə qalasının rəisi, şahzadə

İsmayılın zindanbanı.



Həmzə Sultan – talışların rəisi.

Sədrəddin xan  –  I  Təhmasibin  vəziri  Məsum  bəy  Səfəvinin

oğlu, şeyxavənd tayfasının (nəslinin) ağsaqqallarına mənsub idi.

Şahzadə Heydərin lələsi kimi öz atasını əvəz etmişdi.

Seyid bəy Kəmunə - nüfuzlu şiə ruhanisi.

Ustaclı tayfası, gürcülər, şayxavənd tayfası və talışlar.

                       İSMAYILIN DƏSTƏSİ

Hüseynqulu Xəlifə - rumlu tayfasının çox güclü və hiyləgər

rəisi, bu dəstənin başçısı.




147

Şamxal Sultan – sarayda çərkəz hərbi dəstəsinin başçısı,

şahzadə Pərixan xanımın və şahzadə Süleymanın dayısı.



Əmiraslan bəy  -  əfşar  tayfasının  başçısı,  nüfuzlu  əmir,

şahzadə Əhmədin lələsi.



Vəli bəy Əfşar – mayın 14-dən 15-nə keçən gecə sarayda

növbə çəkmiş mühafizə dəstəsinin başçısı.



Heydər Sultan Çabuk – türkman tayfasının başçısı.

Dəli Budaq Rumlu, Mahmud bəy Əfşar, Süleyman bəy

TürkmanXan Vəzir bəy Baharlı – qızılbaş  əyanlarının

nümayəndələri, təsvir olunan hadisələrin fəal iştirakçıları.

Şahzadə Pərixan xanım – I Şah Təhmasibin çərkəz

qadınından doğulmuş qızı, şahzadə Süleymanın bacısı, 30 yaşında,

gözəl, ağıllı, çox nüfuzlu.

Rumlu, əfşar, türkman, şamlı, qacar, zülqədər, bayat, varsaq

tayfaları və çərkəzlər.

        V.Hins göstərilən məlumatlardan belə nəticə çıxarır ki,

“təmiz türk qanlı” İsmayılı yalnız türk qızılbaş (çərkəzlərdən

başqa) əyanları, Heydəri isə ustaclı, şeyxavənd tayfaları, talışlar,

fars ruhani-bürokrat əyanları, həmçinin də gürcülər müdafiə

etmişdilər

39

.

Bir sözlə, V.Hins 1576-cı il 14 may hadisələrində hakim



türk  hərbi-qızılbaş aristokratiyasını aparıcı mövqelərdən salmaq

üçün fars (tacik) əyanlarının onun əleyhinə olan digər qüvvələrlə

ittifaqda çıxışını görür

40

. Lakin aşağıdakı səbəblərə görə, V.Hinsin



dəlilləri ilə razılaşmaq çətindir. Məsələ bundadır ki, Heydər

Mirzənin ardıcılları arasında V.Hinsin farslar kimi qələmə vrdiyi

əsas qüvvələri heç də farslar deyil, elə həmin türklər

(azərbaycanlılar) təşkil edirdilər. Bu dəstənin başlıca qüvvəsi

qüdrətli qızılbaş ustaclı tayfası idi. Şeyxavənd nəsli (tayfası)

V.Hins tərəfindən qeyd-şərtsiz fars tayfalarına aid edilir. Lakin bu,

belə deyildi. Ustaclı kimi onlar da türk nəsli, tayfası idilər

41

.



Farslara qohum olanlar yalnız talışlar idilər. Ancaq onlar Heydərin


148

dəstəsində ikinci rol oynayırdılar.

Digər tədqiqatçı – R.M.Seyvori belə hesab edir ki, mübarizə

qızılbaş hərbi əyanları və Səfəvilər sarayının yeni ünsürləri –

gürcülər və çərkəzlər arasında gedirdi

42

. Lakin adları çəkilən



gürcülər və çərkəzlər (müsəlmanlığın şiəlik təriqətini qəbul etmiş

və Səfəvilərin xidmətinə daxil olmuş Gürcüstan feodal əyanlarının

və Qafqaz dağlarının şimal hissəsi əhalisinin yuxarı təbəqələrinin

nümayəndələri) müstəqil siyasi qüvvə olmamış, göstərilən

hadisələrdə ikinci dərəcəli rol oynamışlar.

Fars əyanları bu dövrdə müstəqil siyasi qüvvə kimi çıxış

etmək üçün hələ olduqca zəif idilər. Buna görə də 14 may qanlı

toqquşmaların hakimiyyət uğrunda və dövlət işlərinə nüfuzlarını

gücləndirmək üçün ayrı-ayrı qızılbaş  əyanları arasındakı daxili

mübarizənin yeni təzahürü kimi baxmaq lazımdır. Ustaclı

tayfasının əyanları Heydərin taxt-taca olan iddialarını müdafiə

etməklə, I Şah Təhmasibin hakimiyyətinin son dövründə dövlət

işlərində tutduqları aparıcı mövqeləri qoruyub saxlamağa ümid

edirdilər. Ustaclı feodallarını tutmuş olduqları yüksək vəzifələrdən

sıxışdırıb çıxarmaq və onların yerini tutmaq ümidi ilə qızılbaş

tayfalarının mütləq əksəriyyəti (rumlu, əfşar, türkman, şamlı, qacar,

zülqədər, bayat, varsaq) onlara qarşı birləşmişdi

                 II Şah İsmayılın taxta çıxarılması

Təsvir  olunan  hadisələr  baş  verdiyi  zaman  şahzadə  İsmayıl

Qəhqəhə qalasında, I Təhmasibin göndərdiyi yeddi qorçinin

mühafizəsi altında idi. Atasının vəfat etməsi və  şahzadə Heydərin

öldürülməsi xəbərləri ona çatanda qala rəisi Xəlifə Ənsar Qaradağlı

ova çıxmışdı. İsmayıl, Xəlifə  Ənsara inanmır, onu Heydərin

tərəfdarı hesab edirdi. Bundan əlavə, o, Qəzvindən gələn xəbərlərə

də şübhə ilə yanaşır, bunları özünə qarşı məharətlə düşünülmüş tələ




149

sayırdı. O, hər ehtimala qarşı öz təhlükəsizliyini təmin etmək üçün

tədbirlər gördü. Qalada keşik çəkən Xəlifə  Ənsarın adamları

qorçilərin köməyilə aldanılaraq ələ keçirildilər və

zərərsizləşdirildilər. Onlar qalanın çıxış və giriş yollarında baş verə

biləcək hücum ehtimalına qarşı maneələr qurdular.

Xəlifə  Ənsar İsmayılın tərəfdarlarının paytaxtda qalib

gəlməsi xəbərini alıb qalaya qayıtdı. Dəfələrlə itaət etdiyini

bildirməsinə baxmayaraq, İsmayıl onu qalaya buraxmadı. Yalnız 3

gündən sonra, Azərbaycanın cənub hissəsindən xalq kütlələri və

paytaxt əyanlarının nümayəndələri qala ətəklərinə axışıb gələndə

qala qapıları taybatay açıldı.

Elə buradaca, qalanın qarşısında ustaclı tayfasından

Heydərin tərəfdarlarından olan bir dəstə adam İsmayılın əmri ilə

edam edildi. Sağ qalanlar Ərdəbilə - Səfəvilərin məqbərəsinə

qaçmaqla canlarını qurtardılar. İsmayıl qaladan çıxdı və onu

paytaxta müşayiət etmək üçün xüsusi olaraq Qəzvindən qızılbaş

əyanlarının göndərdiyi Heydər Sultan Çabuk Türkmanın alaçığında

dayandı. Bura hər gün ardı-arası kəsilmədən öz sədaqətlərini

bildirmək üçün xalq kütlələri gəlir və onun “kandarından öpmək

şərəfinə nail olurdular”. Bir neçə gündən sonra İsmayıl öz

əcdadlarının müqədəs məzarlarını  ənənəvi qaydada ziyarət etmək

üçün Ərdəbilə yola düşdü.

Zəncan çəmənlərində  İsmayılı  şahzadə Pərixan xanımın

göndərdiyi şahzadə İbrahim və vəzir Mirzə Salman, mərhum şahın

dövlətxana (saray), hərəmxana, divanxana və büyutat (saray

emalatxanaları) məımurları qarşıladılar. Mərasimə  İsmayılın

mehribancasına qəbul etdiyi şahzadə  İbrahim başçılıq edirdi.

İsmayıl onu səmimiyyətlə qucaqlayaraq “qardaşım” adlandırdı.

Pirə Məhəmməd xan Ustaclı, şahzadə  İmamqulu ilə birlikdə

Gilandan bura gəlmişdilər. Pirə Məhəmməd xan, ustaclı  əyanları

arasında həmtayfalarının İsmayıla tərəfdar olmaqla ittiham etdikləri

yeganə adm idi. İsmayıl riyakarcasına şahzadə  İmamqulunu da



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə