Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə50/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   46   47   48   49   50   51   52   53   ...   110

153

bütün hədiyyələr və bəxşişlər onun ayaqları altına yığılmışdı

47

.

Biz artıq paytaxtda ustaclı tayfasının məruz qaldığı cəza



tədbirləri haqqında danışmışıq. Bu xəbər əyalətlərdə ustaclı

nümayəndələrinin devrilməsi üçün sanki bir işarə idi. Belə ki,

mühüm vəzifələrin bu tayfa əyanlarının əlində olduğu Xorasanda

(Heratda) əfşar tayfasının digər tayfalarla birlikdə qiyamı baş verdi.

Bunun nəticəsində Xorasan hakimi Şahqulu Sultan Yegan

48

öldürüldü. Tayfa darmadağın edildi və pərakəndə salındı. Şah, xan



rütbəsi verməklə Əliqulu xan Şamlını Heratın hakimi və Xorasanın

əmir əl-ümərası təyin etdi

49

.

Ustaclı tayfasının sağ qalmış nümayəndələri hər vasitə ilə II



Şah İsmayılın onları bağışlamasına nail olmaq, digər qızılbaş

tayfaları ilə birlikdə ona xidmət etmək niyyətilə Qəzvinə doğru

getdilər. Lakin onları burada da yaxşı qarşılamadılar. Onlat şahzadə

Heydərin tərəfində çıxış etməklə qızılbaş tayfalarının nifrətini

qazanmışdılar. İskəndər bəy Münşi yazır: “Ustaclı tayfası

qızılbaşlar arasında gecə-gündüz öz rüsvayçılığından utanır və

xəcalət çəkirdi”

50

.



 İsmayıl taxta çıxdıqdan sonra ilk əvvəl öz hakimiyyətini

möhkəmləndirməyi qərara aldı. Bu məqsədlə o, sülalədən taxt-taca

namizəd ola biləcək şəxslərin zərərsizləşdirilməsini zəruri hesab

etdi. Biz artıq göstərmişik ki, uzun illər dustaqda tənha saxlanması

İsmayılı ifrat dərəcədə hər şeydən şübhələnən və qəddar adam

etmişdi. O, şahzadə Mustafanın 14 may hadisələrində Heydərlə

birgə olmasını, Heydərin ölümündən sonra isə şahzadə Süleymanın

öz bacısı Pərixan xanım və çərkəzlərin başçısı  Şamxal tərəfindən

taxta namizəd irəli sürüldüyünü unuda bilmirdi.

İsmayıl ilk növbədə göstərilən şahzadələri məhv etməyi

qərara aldı. O, bu məqsədlə  şahzadə Mustafanı “himayə etməyi”

adlı


51

. Ustaclı həmtayfaları başa düşürdülər ki, şah onların “taxt-

taca sədaqətini” sınaqdan keçirmək üçün dəhşətli üsul

düşünmüşdür. İskəndər bəy Münşinin dediyi kimi,  Pirə




154

Məhəmməd öz əlini şah sülaləsi nümayəndəsinin qanına bulamaq

istəməsə də, qəzəbli şahın əmrindən boyun da qaçıra bilmədi.

Çünki o, öz tayfasının şah qarşısındakı günahını yumaq istəyirdi.

Beləliklə, Mustafa Pirə Məhəmməd xanın evinə çatdırıldı və bir

neçə gündən sonra boğulub öldürüldü.

Digər şahzadənin  - Süleymanın da aqibəti dəhşətli oldu. O,

şahın əmrinə  əsasən, öz həyatı üçün əsən dayısı  Şamxalın əli ilə

öldürüldü. Bu qətllər 1576-cı il noyabrın 1-nə keçən gecə (şabanın

7-də)


52

 baş verdi.

Lakin İsmayıl öz məqsədinə tam nail olmağa çalışırdı.

İskəndər bəy Münşinin obrazlı dili ilə desək, o, qardaşlarını “öz

dövlətinin gülşənindəki tikanlar” hesab edirdi.

Çox qorxduğu Qəndəhar hakimi Sultan Hüseyn Mirzə

53

sağ


ikən, İsmayıl riyakarcasına qardaşlarına canıyananlıq edir, onların

sayıqlığını zəiflətmək istəyirdi. Lakin bir qədər sonra Xorasandan

Sultan Hüseyn Mirzənin ölüm xəbəri alındı və onun qardaşlarına

olan əsl münasibəti aşkara çıxdı

54

. Şah heç bir günahı olmayan,



ədalətsiz tənələrdən əzab çəkən qardaşlarını da məhv etmək üçün

bəhanə axtarmağa başladı.

Günlərin birində paytaxt meydanında rumlu sufiləri ilə

Qəzvin darğasının mülazimləri arasında mübahisə toqquşma ilə

nəticləndi. Tezliklə darğa Əbdülqəni bəy Ustaclı tərəfdarlarından

ibarət dəstəsi ilə özünü bura çatdırdı. Lakin o, sayca üstün olan

sufilər tərəfindən əzişdirildi. İsmayıl, Müseyib xan Təkəliyə və

Murtizaqulu xan Pornaka əmr etdi ki, qiyamçıları susdurmaq üçün

hərəkət etsinlər. Əmirlər “həmin xalqın məskənlərinə” gedib

meydandakı toqquşma ilə heç bir əlaqəsi olmayan, günahsız

adamları qırdılar

55

.



İğtişaşlardan istifadə edən İsmayıl paytaxtda olan

şahzadələrə divan tutmağı öz adamlarına tapşırdı. Məhəmməd

Hüseyn Mirzə

56

, şahzadə Mahmud və onun bir yaşlı oğlu



Məhəmməd Bəkir, şahzadələr İmamqulu və  Əhməd

57

, həmçinin




155

İbrahim Mirzə

58

 öldürüldülər.



Sonra II İsmayıl əmisi, bibisi, dayısı, xalası oğlanları və

onların əyalətlərdəki kişi nəslini qırmağa başladı. Belə ki, Sisitanda

onun əmri ilə Bəhram Mirzənin oğlu Badi əz-zaman Mirzə, öz oğlu

Bəhramla birlikdə qətlə yetirildi

59

. Gəncədə yaşayan Sultan Mirzə



isə kor edildi. Beləliklə, qətllər müvəqqəti olaraq dayandırıldı.

Yalnız onun qardaşı Məhəmməd Mirzənin (bir anadan olmuşdular)

oğlanları toxunulmaz qaldılar: Sultan Həsən Mirzə, Həmzə Mirzə,

Abbas Mirzə, Abutalıb Mirzə və Təhmasib Mirzə

60

.

                   II Şah İsmayılın dövlət fəaliyyəti



Xalqın vəziyyəti I Şah Təhmasibin hakimiyyətinin son

illərində xüsusilə ağırlaşmışdı. Alessandrinin şəhadətinə  əsasən,

son 8 il ərzində quldurların əli ilə 10 min nəfərdən artıq adam

öldürülmüşdü. Yollar təhlükəli idi, tacir anbarlarına hücumlar adi

hal almışdı

61

.



Həsən bəy Rumlunun qeydlərinə görə, I Şah Təhmasibin

ölümü əyanlar arasında böyük təlaşa və çaxnaşmaya səbəb oldu.

Seyidlər, qazılar və üləmalar öz həyatları üçün narahat olur,

“pozğun ünsürlərin və qara camaatın” (ronud və ovbaş)

62

üsyanından qorxurdular. Belə bir təhlükənin heç də xəyali deyil,



gerçək olduğunu şahın ölümündən sonra, on gün ərzində Qəzvində

qarışıqlıq hökmsürdüyünü xəbər verən İskəndər bəy Münşinin

məlumatlarından da görmək olar. İskəndər bəy Münşi yazırdı:

“Məhəllələrin qara camaatı (acəmirə) və pozğun ünsürləri (ovbaş)

qiyam və iğtişaş üçün başlarını qaldırdılar”. Əlbəttə ki, hücumlara

ilk növbədə varlı  şəhərlilərin özləri məruz qaldı. Həmin günlərdə

heç kəs “öz evindən başını çıxarmağa” cəsarət etmirdi. Bu vəziyyət

hakimiyyət orqanlarının hadisələrin təhlükəli gedişinin qarşısını

almaq qərarına gəldikləri günədək – 1526-cı il mayın 24-dək



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə