Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə49/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   45   46   47   48   49   50   51   52   ...   110

150

bağrına basıb onu “oğlum” adlandırdı. Bu qardaşlıq və atalıq

“məhəbbətinin” bəhrələrini biz aşağıda görəcəyik.

İyunun 13 (rəbi əs-saninin 16-sı)-də  İsmayıl Qəzvinin

ətrafına çatdı və burada dayandı. Onu qarşılamağa şahzadələr,

Hüseynqulu Xəlifə Rumlu və “böyük əmirlər” gəlmişdilər. Qaçmaq

istərkən tutulmuş Heydər tərəfdarlarının başçısı Hüseyn bəy də

bura gətirilmişdi. Lakin İsmayıl gözləndiyinin əksinə olaraq onu

edam etdirmədi, yalnız zindana salınmasını əmr etdi.

Ertəsi gün şah özünün mərasim dəstəsi ilə Səədabad

bağında dayandı. Sonra o, bir neçə gün  Hüseynqulu Rumlunun

evində qaldı. Şahzadə Mustafanı onun yanına gətirdilər. İsmayıl

onu dəfələrlə, “hərarətlə” öpdü və onu soyuq qarşılamış

qardaşlarının arasında əyləşdirdi. O, aşağıdakı sözlərlə onlara

müraciət etdi: “Allah görür, əgər siz mənə məhəbbət və doğruluqla

yanaşsanız, mən sizə dünyada heç bir padşahın öz qardaşların

yanaşdığı kimi münasibət bəsləməyəcəyəm”. Lakin İskəndər bəy

Münşinin obrazlı ifadəsi ilə desək, “onun ürəyinin, dilinin

dediklərindən xəbəri yox idi”.

Qızılbaş tayfalarının əyanları zahiri itaət də etməmişdilər.

Onların nümayəndələri əvvəlki kimi, təmtəraqla mərhum şahın

sarayından nəinki geri qalmayan, hətta  üstün olan şahzadə xanımın

sarayına toplaşırdılar. Öz təbiəti etibarilə hakimiyyətpərəst olan

Pərixan xanımümid edirdi ki, taxt-tac uğrunda döyüşdə misilsiz

köməyinə görə  İsmayıl dövlət işlərində onun rolunu

məhdudlaşdırmayacaq və ona öz köməyini əsirgəməyəcəkdir.

Lakin onun ümidləri doğrulmadı.

İskəndər bəy Münşi göstərir ki, qızılbaş əmirləri və əyanları

şahzadə xanımın sarayına gəlməklə, öz bacısının dövlət işlərinə

müdaxiləsinin qarşısını almaq qərarına gəlmiş  İsmayılın nüfuzunu

aşağı saldıqlarını dərk etməyə başladılar.  Hətta  bəzi  nüfuzlu

əmirlər qadının dövlət işlərinə qarışmasını qeyri-təbii sayaraq bunu

pisləyirdilər. Hüseynqulu bəy Xəlifəyə də  İsmayılın münasibəti



151

dəyişmişdi. Zahirən buna onun təkəbbürlü davranışı səbəb

olmuşdur. Həqiqətdə isə  İsmayıla xəbər vermişdilər ki, şahın

ölümündən sonra Qəhqəhə qalasından heç bir xəbəri olmadığı ilk

günlərdə Hüseynqulu taxta çıxmaq üçün şahzadə Mahmudun

namizədliyini irəli sürmüşdü. Pərixan xanım da vaxtilə bu

namizədliyi müdafiə etmişdi. Bütün bunlrdan xəbər tutan İsmayıl

belə qərara gəlmişdi ki, Hüseynqulu xanı öz yolundan mütləq kənar

etməlidir. Lakin bunu etmək asan deyildi. Çünki Hüseynqulu o

zaman yalnız paytaxtda sayı 10 min nəfərə çatan rumlu tayfasının

başçısı idi. Xəlifət əl-xulafa tutan Hüseyn bəy, rumlu sufiləri üçün

Mürşidi Kamilin, yəni Səfəvilər təriqətinin başçısı kimi şahın

müavini idi. Buna görə də İsmayıl öz başçılarına sözsüz sadiq olan

sufilərin qiyamından ehtiyat edir,  ciddi səbəb olmadan onu

vəzifəsindən kənar edə bilmirdi. İsmayıl xeyli düşündükdən sonra

çıxış yolu tapdı. O, Hüseynqulunu çağırdı və xəlifət əl-xulafa

vəzifəsindən istefa verməklə dövlət vəkili (vəkalət-i ala) vəzifəsini

qəbul etməyi ona təklif etdi. Lakin Hüseynqulu yaxşı başa düşürdü

ki, əgər o, şahın təklifini qəbul edərsə, xəlifə kimi öz gücünü və

müstəqilliyini itirəcəkdir. Həm də  şah, özü üçün əlverişli olan

zaman onu divan vəkili vəzifəsindən də kənar edə bilər.

Hüseynqulu fikirləşərək imtina etməyi qərara aldı. Belə olduqda,

İsmayıl rumlu əmirlərini yanına çağırdı və  onlara belə bir sualla

müraciət etdi: “Öz mürşidinin məsləhətini qulaqardına vurmuş sufi

ilə nə etmək olar?” Onlar gözlənildiyi kimi cavab verib dedilər:

“Həmin sufi cəzaya layiqdir”. Hüseynquluya bu söhbəti çatdırdılar.

Ertəsi gün şahın yanına gələndə onu içəri buraxmadılar. O,

günahkarcasına şahın qaldığı özünəməxsus evin qapısı ağzında

oturmağa məcbur oldu. Üçüncü gün Hüseynqulu şahın fərmanı ilə

Məşhəddə qorçilərin rəisi təyin edildi. O, həmtayfalarını tərk etdiyi

bir halda, tək-tənha Xorasana yola düşdü. Hüseynqulu Damğanda

şahın əmrilə öz həmtayfalarından biri tərəfindən dayandırıldı və

gözləri çıxarıldı.



152

Bundan sonra İsmayıl Hüseynqulunun evindən Pərixan

xanımın sarayının yanında yerləşən əmir Şahqulu Sultan Yegan

Ustaclının evinə gəldi. Şah öz bacısını çox sərt qəbul etdi. Nəhayət,

İsmayıl onun, özünün təyin etdiyi vaxtda

43

 şah sarayının kandarını



adlayıb keçdi. Əvvəlcə o sarayı yenidən qurmağa başladı. O,

taxtaçıxma saatını horoskopla özü təyin etmiş və bu, bütün ölkədə

elan edilmişdi. İsmayılın taxt çıxmasına hazırlıq paytaxtda sürətlə

gedirdi. Qızılbaş tayfaları hər tərəfdən paytaxta axışıb gəlirdilər.

Qəzvinin küçələrində dəhşətli izdihamlar yaranmışdı. Qonşu

dövlətlərin səfirləri, əmirlər, sərhəd bölgələrinin hakimləri və

dəstə-dəstə  əhali hədiyyələrlə  şahın iqamətgahına gəlirdilər

44

.



İskəndər  bəy  Münşi  yazırdı:  “Özünün  (taxta)  çıxması  saatı

onun tərəfindən təyin edildiyi üçün, bütün dövlət işləri taxta çıxan

günə qədər təxirə salınmışdı”. Əhali bu hadisəni gözləyir, günləri

sayırdı.


II İsmayıl adı ilə tanınan şahzadə  İsmayılın taxta çıxması

mərasimi hicri 984-cü il cumada əl-əvvəlin 27-də (1576-cı il

avqustun 22-də) keçirildi

45

. Sarayın Çehelsütun salonunda bu



münasibətlə təntənəli qəbul düzəldilmişdi. Burada bütün əmirlər,

şahzadələr və dövlət əyanları iştirak edirdilər. İsmayıl zinətlərlə

bəzənmiş  şah libasında, təntənəli şəraitdə salona daxil oldu  və

atasının taxtında əyləşdi. Sonra ənənəvi “taxt-taca sədaqət” and

mərasimi başlandı.Yeni şahın əyləşdiyi taxta əvvəlcə  şahzadələr,

onların ardınca seyidlər, üləmalar, müctəhidlər, gürcü knyazları –

İsa xan Ləvənd oğlu və Simon Luarsab oğlu yaxınlaşdılar

46

. Sonra



Şah Rüstəm Lur, yüksək mövqeli əmirlər və qızılbaş  əyanları,

vəzirlər və ali məmurlar, əyalət əyanları, Hindistan padşahı

Nizamşahın, Luristan hakimi İbrahim xanın, Mazandaran hakimi

Mirzə xanın və  Ərəbistan hakimi Seyid Səcadın elçiləri

yaxınlaşdılar. Nəhayət, Portuqaliya kralı Don Sebastyanın firəng

(avropalı) səfirləri yeni şahın “ayaqlarından öpmək üçün” taxta

yaxınlaşdılar.İsmayılın qaladan azad edildikdən sonra almış olduğu



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə