Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə58/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   54   55   56   57   58   59   60   61   ...   110

177

keçməyə başladılar. Çayın keçilməsi toran düşənə qədər

uzandığından çayın daşması nəticəsində  əsgərlərin bir hissəsi

batmışdı. Bu çayın sağ sahilində qalanlar arasında böyük vahimə

yaranmasına səbəb oldu. Ertəsi gün səhər, ordu nümayəndələri

dəstəsi Mustafa paşanın yanına gələrək  qışın yaxınlaşdığını,

əsgərlərin yorulduğunu və doyunca yeməməkdən taqətdən

düşdüklərini bildirərək dərhal yürüşü dayandırmağı  və vətənə

qayıtmağı təkidlə tələb etdi.  Sərkəördə öz əqidəsinin bütün

qüvvəsini işə saldı və onlara böyük qənimət əldə edəcəklərini,

Şirvanda ərzaq bollluğu ilə qarşılaşacaqlarını vəd etdi. O,

döyüşçüləri şiələrin – qızılbaşların hakimiyyətini devirtməkdə

“kömək” etməli olduqlarını öz həmməzhəblərinə,  yəni Şirvan

sünnilərinə “xəyanət edəcəkləri təqdirdə” qiyamət günündə cəza

alacaqları ilə qorxudurdu. Hər halda 2 min nəfərədək yeniçəri

yollarına davam etməkdən imtina etdi və atəş açmaqla çayı

keçənlərə mane olmağa cəhd göstərdilər. Oruc bəyə görə, çayın

keçilməsi və  Ərəşə qədər yol qət edilməsi türklərə 8 min insan

həyatı bahasına başa gəlmişdi. Sentyabrın 16-da Mustafa paşa

Ərəşə daxil oldu

126

.

Türklər burada təxminən üç həftə qalaraq dincəldilər və



yürüşü davam etdirmək üçün özlərinə bir aylıq azuqə topladılar.

Onlar qala tikərək orada Qaytas paşanın başçılığı ilə beş min

nəfərlik hərbi dəstə yerləşdirdilər

127


.

Ağıllı və təşəbbüskar hakim olan Şirvan bəylərbəyisi

düşmənin qat-qat üstün olan qüvvələri qarşısında tab

gətirməyəcəyini hiss edərək Şirvanı tərk edib, Kürün cənub

sahilində yerləşdi. Üstəlik də bu vaxt dağıstandan Əbubəkr Mirzə

ləzgi və  şirvanlılardan ibarət üç minlik dəstə ilə  Şirvana daxil

oldu

126


.

Türk ordusu çox da çətinlik çəkmədən Ərəşdən başqa

Şamaxı, Qəbələ, Bakı, Şabran, Mahmudabad və Səlyanı ələ keçirdi.

İ.Petruşevski düzgün olaraq qeyd edir ki, “Osmanlı Türkiyəsinin




178

Şirvanı işğal etməsini Azərbaycanın cənub hissəsində və

Ermənistanda bir çox köçəri kürd tayfalarının, Şimalı Azərbaycan

əyanlarının bir (sünni) hissəsinin onun tərəfinə keçməsi, habelə

qızılbaş  əmirlərinin arasındakı didişmələr və onların ümumi

rəhbərliyə tabe olmaq istəməməsi” asanlaşdırmışdı

129

. İskəndər bəy



Münşinin göstərdiyi kimi, Şirvanın bəzi yaşayış yerlərinin sakinləri

(rəiyyətləri), nəinki müqavimət göstərmirdilər, əksinə, hətta

“qızılbaşlara qarşı qiyama və mübarizəyə” qalxırdılar

130


. Bu həm

qızılbaş feodallarının Şirvanın oturaq əkinçi əhalisinə etdiyi ağır

zülmlə, həm də yerli sünni əyanlarının Şirvan dəstəsinin keçmiş

müstəqilliyinə hələ ümidlərini itirmədikləri və öz arzularını sultan

ordusunun gəlməsinə bağlamaları ilə izah olunurdu. Məsələn,

Dərbəndin Səfəvi hakimi Çıraq Xəlifə 300 qızılbaşla birlikdə

Osmanlı qoşunlarının şəhərə daxil olmasınaqarşı çıxmış, lakin

dərbəndlilərin qiyamı nəticəsində məhv edilmişdi

131

.

Mustafa paşa Şirvanı tutduqdan sonra Şamaxıda Osmanlı



sərkərdələrinin şurasını (divanını) çağırdı. Burada, ölkədə sultan

hakimiyyətini möhkəmləndirmək üçün tədbirlər müzakirə olundu.

Şirvanda türk hərbi-inzibati idarə sistemi tətbiq edildi. Osmanlı

salnaməçisi Əli özünün  “Künh əl-əxbar”

132

 əsərində məlumat verir



ki, Şirvan mahallardan (sancaqlardan) ibarət olan iki vilayətə -

Şamaxı və Dərbənd bəylərbəyiliklərinə bölündü.

Şamaxı vilayəti aşağıdakı sancaqlardan ibarət idi: 1) Lahıc,

2) Ağdaş, 3) Qəbələ, 4) Salyan, 5) Zərdab, 6) Şəki, 7) Bakı, 8)

Sədəru, 9) qara Ulus, 10) Axtı və İxır, 11) Diku, 12) Siryan (yaxud

Sirhan), 13) Osmani, 14) Xudavərd (yaxud Xudadərd), 15)

Mahmudabad, 16) Ərəş.

Dərbənd vilayətinə daxil olan sancaqlar bunlar idi:

1) Dəmirqapı (Dərbənd), 2) Şabran, 3) Axtı (habelə

Şamaxının 10-cu sancağı kimi göstərilir), 4) Quba, 5) Müskir

(yaxud Məskir)

133


, 6) Kürə, 7) Çıraq, 8) Restov

134


.

Bir aydan sonra Mustafa paşa geriyə hərəkət etdi. O, buna




179

bir sıra səbəblər üzündən məcbur olunmuşdu. Qızılbaşlarla qanlı

döyüşlər, Gürcüstanda dəfələrlə pusqulardan edilmiş hücumlar,

təbii fəlakətlər zamanı məruz qaldıqları təsirli itkilər – bütün bunlar

Osmanlı ordusunun ruhdan düşməsinə böyük təsir göstərirdi.

Biz artıq

açıq qiyamlara keçən yürüşlə  əlaqədar narazılıqların şahidi olduq.

Nabələd ölkədə yaxınlaşmaqda olan qış osmanlı  əsgərlərinə

təskinverici heç nə vəd etmirdi. Buna görə də Mustafa paşa bu

ölkədə qalmağı ağılsızlıq hesab edirdi. İstilaçılar zəbt etdikləri

ölkədə özlərini həddən artıq inamsız hiss edirdilər. Bu baxımdan

belə bir fakt səciyyəvi  idi ki, türk baş komandanı  Şirvandakı

istilaları  əldə saxlamağa öz əsgərləri arasında həvəs göstərən şəxs

tapa bilməmişdi. Şirvanda Osmanlı qoşunlarına komandanlıq

etmək  təklifi  almış  Diyarbəkir  bəylərbəyi  Dərviş  paşa  və  Hələb

(Aleppo) bəylərbəyi Məhəmməd paşa tələsik bundan imtina

etmişdilər. Mustafa paşa bu vəzifəni Özdəmir oğlu Osman paşaya

həvalə etməyə müvəffəq oldu

135

.  Sonuncu, sultanı müdafiə edən



Dağıstan hakimlərinə yaxın olması sayəsində  əlverişli olan

Dərbəndi özünə iqamətgah seçdi. Mustafa paşa Ərzurumda

qışlamağa getməzdən əvvəl Şamaxıda, Ərəşdə, Bakıda və başqa

şəhərlərdə qalaları möhkəmləndirdivə bu yerlərdə Osmanlı hərbi

hissələri yerləşdirdi

136


. Mustafa paşa Dağıstan hakimlərini sultana

sədaqətlə xidmət etdiklərinə görəmükafatlandırmağı da unutmadı.

Kumık və Qaytaq hakimi Çitlav Şamxal Şabran sancağını aldı, avar

hakimi Toğa Laz Bürhanəddinə isə Axtı və  İxır sancağı

bağışlandı

137


.

Tiflisdən keçərək Ərzuruma hərəkət edən Osmanlı ordusunun

geriyə qayıtdığı yol da türk əsgərlərinin meyitləri ilə dolu idi. Hətta

Osmanlı salnaməçilərinin etiraflarına görə, sentyabrın 25-də Tiflis

və Qori arasında qopan qar çovğunu nəticəsində 5-6 min türk əsgəri

həlak oldu

138

. Mustafa paşa Tiflis yaxınlığında türklərin keçəcəyi



yolda, meşə və cəngəlliklərdə pusqu qurmuş Qarabağ bəylərbəyisi


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə