Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə60/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   56   57   58   59   60   61   62   63   ...   110

183

etdi. Osman paşa şəhərdən çıxdı və müdafiəyə hazırlaşmağa

başladı.

Araz xan və qızılbaşlar Şamaxını  ələ keçirmək üçün

qəhrəmancasına cəhd göstərdikləri və buna yaxın olduqları bir

vaxtda Krım xanının qardaşı Məhəmməd Girey  və taxt-tacın varisi

(kalqay) Adil Girey

147


 başda olmaqla Krım tatarlarının iyirmi

minlik qoşunu Dərbənddən keçərək Şirvana hücum etdi. Bəzi

əmirlər düşmənin mühasirəsini yararaq Kürün cənub sahilinə

qayıtmağı təklif etdilər. Lakin Araz xan meydandan qaçmaq fikri

ilə heç cür barışa bilmirdi. Həm də artıq gec idi. Osmanlı qoşunları

və Krım tatarları, habelə ləzgilər, qarabörklülər,  Əbubəkrin Şirvan

üsyançıları tərəfindən mühasirəyə alınmış araz xan və qızılbaşlar

sarsılmaz mətanət göstərdilər. Lakin onların müqaviməti qırıldı.

Araz xan bir dəstə qızılbaşla əsir alındı və edam edildi. Qoşunların

yalnız bir hissəsi qaçmaqla qırğından yaxasını qurtara bildi

148

.

Bundan sonra Osman paşa Şamaxı qalasına gəldi. Adil



Girey isə  Əbubəkrlə birlikdə  Araz xanın düşərgəsini qarət etmək

üçün cənuba, Muğan düzünə tərəf hərəkət etdilər. İskəndər bəy

Münşi yazırdı: “Bu müharibədə rumlu tayfasına bədbəxtlik üz

verdi”. Bu tayfanın adlı-sanlı adamlarının əksəriyyəti öldürüldü və

Şirvanın uzun illər boyu “sakit və firavan” idarə olunması

dövründə toplanmıış saya-hesaba gəlməyən əmlak, var-dövlət isə

düşmənlərin əlinə keçdi

149


. Döyüşdən sağ-salamat çıxmış Ərdoğdu

Xəlifə Təkəli və bir neçə başqa əmir, o cümlədən Araz xanın iki

oğlu artıq bu vaxt  Qarabağa gəlib çıxmış, qızılbaş qərargahına

Araz xanın darmadağın edilməsi barədə dəhşətli xəbəri çatdırdılar.

Talış əmirlərinə əmr edildi ki, Araz xanın qoşunlarının qalıqları ilə

Kür çayından keçiddə bir yerə cəmləşsinlər və Krım tatarlarının

cənub sahilinə keçməsinə yol verməsinlər.

Qərargahın əmrini yerinə yetirən bu qoşunlar Cavad

yaxınlığında  keçidi tutaraq yaralı qızılbaşları o biri sahilə keçirmək

üçün körpü saldılar. Bu vaxt tatarların və ləzgilərin yaxınlaşması




184

xəbəri alındı. Qızılbaşlar körpünü çətinliklə uçura bildilər. Lakin bu,

düşmənlərin qarşısını saxlaya bilmədi. Onlar cəsarətlə suya atıldılar

və o biri sahilə çıxdılar. Qızılbaşlarla onların arasında ağır döyüş

başlandı. Qızılbaşlar, həmin yerlərə yaxşı bələd olan şirvanlı

üsyançıların köməyilə düşmənin yeni dəstələrinin çayı keçərək

onların arxasınca çıxdıqları xəbərini alana qədər qəhrəmanlıqla

müqavimət göstərdilər. Düşmən qoşunlarının məngənəsinə düşən

qızılbaşlarkütləvi surətdə qaçmağa üz qoydular. Qaçanlardan hər

kəsi yalnız şəxsi həyatı düşündürürdü. Onlardan bir dəstəsi öz

qoşunlarının dayandığı yerə gəlib baş vermiş hadisə barədə danışdı.

Burada isə daha çox öz əmlaklarını xilas etmək qayğısına qaldılar.

Düşmənin öndə gələn hissələri göründükdə, ağlasığmaz bir vahimə

yarandı və hamı dağınıq halda ətrafa səpələndi. Hər cür sərvətlərlə

yüklənmiş dəvə karvanları tatarların əlinə keçdi. Onlar həmçinin

çoxlu qadın və qız əsir aldılar. Adil Girey tatarlarla və ləzgilərlə

birlikdə çox böyük miqdarda qənimət ələ keçirdi, elə həmin gün də

şimala – Şirvana tərəf hərəkət etdi

150

.

                  Krım tatarlarının Mollahəsən yaxınlığında



darmadağın edilməsi

Bu  vaxt  Mirzə  Salman  və  əmirlər

151

 Qarabağdan təcili



hərəkətə başladıla və Qoyun ölümü keçidindən Kürü keçərək

Şirvana daxil oldular. Onlar Osman paşanı  Şamaxı qalasında

mühasirəyə aldılar.  Mühasirə zamanı qızılbaşlar qalaya girmək

istəyən bir neçə tatarı ələ keçirdilər. Onlarda Adil Gireyin Osman

paşaya məktubu var idi. Qızılbaş  əmirləri məktubu oxuyub

öyrəndilər ki, tatar xanı  Əbubəkr Mirzə ilə birlikdə rumlu

tayfasının düşərgəsini talan etmiş, indi isə təcili qaydada şimala,

Osman paşanın köməyinə tələsir

152

. Şamaxı  ətrafında qalmaq



əmirlərə çox təhlükəli göründü.  Çünki aydın idi ki, tatarlar gələnə


185

qədər onlar Osman paşanın uğurlu müdafiə olunduğu qalanı ala

bilməyəcəklər. Eyni zamanda əmirlər şübhə edirdilər ki, tatarlar

cənubdan gələcəyə təqdirdə, onlar bir neçə cəbhədə vuruşmaqla

döyüşü uda biləcəklər

153


. Araz xanın faciəli taleyi də buna şəhadət

verirdi.


Buna görə də  əmirlər yeganə düzgün qərar qəbul

etdilər. Şamaxı yaxınlığında Vəli Xəlifə  Şamlının başçılığı altında

3 min nəfərlik dəstə qoyaraq Mirzə Salman qorçibaşı Qulu bəy

Əfşar, Şahrux xan möhrdar, Məhəmməd xan Türkman, Pirə

Məhəmməd xan Ustaclı, Sultan Hüseyn xan, Müseyib xan

Şərəfəddin oğlu Təkəli, İmamqulu xan Qacar, Əmir Həmzə xan və

digər “adlı-sanlı” əmirlərlə cənuba, tatarlara qarşı yeridi

154


.

Adil Girey və onun qardaşları – Səadət Girey və  Əsgər

Girey Həmzə Mirzənin qoşunlarının gəlməsi, Şamaxını mühasirəyə

alması xəbərini eşidib mühasirəyə alınmış Osman paşanın

köməyinə çatmaq üçün şimala hərəkət etdilər. Tərəflər hicri 986-cı

il ramazanın 28-də (1578-ci il noyabrın 28-də), Ağsu çayı sahilində,

Mollahəsən dalı yerdəqarşı-qarşıya gəldilər

155


. Adil Girey

ləzgilərin, qarabörklülərin və  şirvanlıların dörd-beş minlik dəstəsi

ilə möhkəmləndirilmiş on iki min nəfərlik tatar qoşununu

Səfəvilərin qarşısına çıxardı. Bu tərəfdən Əmir Həmzə xan Ustaclı

(çərxçi) və başqa əmirlər çıxış edirdilər. İskəndər bəy Münşi

obrazlı  şəkildə qeyd edirdi: “Ölülərin qanına bulaşmış döyüş

meydanı lalələr örtülmüş çəmənliyi xatırladırdı”. Səhər başlanan

döyüş axşama qədər davam etdi. Şamaxı yaxınlığında qalmaq əmri

almış bir sıra qızılbaş  əmirləridüşmənin başlıca qüvvələri ilə

döyüşdə iştirak etməyi özləri üçün şərəf işi sayaraq mühasirəni

özbaşına tərk etmiş, qızılbaş qoşunlarına qoşularaq onların

sıralarını xeyli gücləndirmişdilər. Tatarlar bütün günü hər vasitə ilə

onları darmadağın etməyi qərara almış qızılbaşların ardı-arası

kəsilməyən hücumlarını mətanətlə dəf etmişdilər.

Qızılbaşların getdikcə artan üstünlüyünü müşahidə edən

Adil Girey tatarları ruhlandırmaq məqsədilə döyüş meydanına




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə