Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə63/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   59   60   61   62   63   64   65   66   ...   110

192

qalan və şahla yaxın qohum olan təkəli tayfasının başçısı Müseyib

xan Şərəfəddin oğlu əmirlərin arasında yox idi. Ona, əmirlərin

hücum edəcəyi təqdirdə  şah ailəsi üzvlərini qorumaq tapşırığı

verilmişdi. Lakin o, bu vəzifəni yerinə yetirmək iqtidarında olmadı.

O, dəfələrlə yığıncağa gəlmək tələbi ilə öz həmtayfası  mehmandar

Çələıbi bəyi onun yanına göndərmiş silahdaşlarının – qızılbaş

əmirlərinin çağırışı qarşısında dura bilmədi. Müseyib xan

“əmirlərin əleyhinə gedə bilmədi” və onlarla birləşdi

170


. İndi daha

şah ailəsinin taleyi əmirlərin əlində idi. Onlar saraya gələrək, öz

elçilərui vasitəsilə  şaha bildirdilər ki, o, öz arvadının və onun

anasının dövlət işlərindən uzaqlaşdırılmasına mane olmamalıdır.

Əmirlər şaha çatdırdılar ki, onun arvadı dövlət işlərini qızılbaş

tayfa başçılarının iradəsi ilə hesablaşmadan, onun ziddinə idarə edir.

O, daim tayfa başçılarını təhqir etmiş, alçaltmış, rüsvay etmş, onları

düşmən saymış, hədələmişdir. Belə vəziyyətə daha dözmək olmaz.

Əmirlər yol vermək istəmidilər ki, qonşu dövlətlər qızılbaşların

hökmdar sülaləsində bir kişinin qalmadığı üçün hakimiyyət başında

qadının durduğunu düşünsünlər. Əmirlər iddia edirdilər ki, əgər şah

arvadı hakimiyyətdən kənar edilməzsə, dövlətin mənafeyinə böyük

ziyan dəyəcəkdir. Şah əmirlərin qəti tələbinə çox yumşaq və

güzəştli cavab verdi: əgər əmirlər şahın arvadının siyasi fəaliyyətini

məqsədə müvafiq saymırlarsa, o əmr edəcəkdir ki, arvadı bir daha

dövlət işlərinə qarışmasın. Əgər əmirlər ondan çəkinirlərsə, o, əmr

edər, arvadı Quma yola düşər və orada oğlu ilə qala bilər. Şah,

həmçinin arvadını öz vətənində yaşaması üçün Mazandarana da

göndərə  bilər.  Əgər  bu  təklif  də  əmirləri  qane  etməzsə,  o  taxt-

tacdan imtina edər və öz oğulları ilə birlikdə geriyə - Şiraza yola

düşər. Qoy qızılbaşlar kimi istəyirlərsə, onu da özlərinə  şah

seçsinlər.  Həm  də  seyid  qızı  olan  “günahsız”  arvadının

öldürülməsinə isə o razılıq vermir

171


. Şah arvadı isə heç də əri kimi

güzəştə getmək fikrində deyildi. İskəndər bəy Münşinin sözlərinə

görə,  həyatı  üçün  təhlükəli  olan  anda  Məhdi  Ülya  nadir



193

soyuqqanlılıq və dəyanət göstərdi. O, vəziri Mir Qəvaməddin

Hüseyn Şirazinin qorçilərə qızıl paylamaqlaəmirlərin arasına

təfriqə salmaq təklifini özü üçün həqarətli sayaraq qəzəblə rədd etdi.

Şah arvadının barışmaz və qətiyyətli olduğunu bilən əmirlər başa

düşdülər ki, o heç bir vəchlə hakimiyyətdən imtina etməyəcəkdir və

bu məsələ ilə bağlı  şahın verdiyi vədlər əslində həyata keçirilə

bilməz. Onlar yubanmadan fəaliyyətə başlamağı qərara aldılar. Bu

“rəzil iş” Şeyxavənd nəslindən Sədrəddin xan Səfəviyə, Həsən Əli

bəy Əlkəsən oğlu Zülqədərə və  şahın qohumu İmamqulu Mirzə

Mosulluya həvalə edildi. Onlar “nəzakətsizliklə” şah

hərəmxanasına oxuldular və Məhdi Ülyanı boğub öldürdülər.

İskəndər bəy Münşinin sözlərinə görə, sonra onlar şah arvadının

anasının – bir neçə qohumu ilə Mazandarana gəlmiş və ömrünün

qalan günlərini hərəmxanada keçirən “qoca xeyirxah və mömin”

qadının mənzilinə yollandılar. Şah arvadının anasının, eləcə də

onun qohumlarının və Mazandaran əyanlarının başqa

nümayəndələrinin taleyi də eyni cür oldu. Onların bütün əmlakı

qarət edildi

172


. Şah arvadı öldürüldükdən sonra paytaxtda iğtişaşlar

baş verdi: bütün gün ərzində qara camaat (əmmə) küçələrdə,

meydanlarda mazandaranlıları saxlayır və onları soyurdular. Şah

arvadının Mir Qəvaməddin Hüseyn, Mövlana Əfzəl Münəccim

Qəzvini kimi ən yaxın tərəfdarları və müşavirləri saraydan

çıxarıldılar. Mir Qəvaməddin Hüseyn Şirazi böyük ödənc hesabına

həyatını qoruyub doğma Şiraza qayıtdı. Qanlı 1579-cu il 26 iyul

günündə öz həyatları üçün narahat olan digər taciklər kimi Mirzə

Salman da özünün əvvəlki vəzir vəzifəsində saxlandı. İki-üç

gündən sonra qızılbaş  əmirləri saraya gəldilər və üləmaların,

müctəhidlərin qarşısında  onlardan hər biri “əlli bir and” içərək söz

verdi ki,  Məhəmməd nə qədər sağdır, şah taxtında başqa bir adamı

görmək istəmirlər. O öldükdən sonra isə onun böyük oğlu və varisi

Həmzə Mirzə  şah olacaqdır. Andın mətni müctəhidlərin və

üləmaların möhürü ilə təsdiqləndi. Andın mətni öz arvadının ölümü



194

faktı ilə barışmaqdan başqa çarəsi qalmayan şaha təqdim edildi

173

.

Məhəmməd xan Türkman yenidən Kaşan hakimi təyin olundu.



Qızılbaş  əmirləri öz istəklərinə çatdılar. Onlar əslində yenidən

dövlətin tam hakimiyyət sahibləri oldular.



Krım tatarlarının Şirvana və Qarabağa basqını

Şirvanın yeni hakimi Osman paşanı Dərbənddən çıxarmaq

üçün təsirli tədbirlər gördü. Onun təzyiqi altında Şabranı və

Məskuru (Müşkürü) yenidən ələ keçirmiş türklər, Dərbəndə geri

çəkilməyə məcbur oldular. Osman paşa qızılbaşlara qarşı iki dəfə

qoşun göndərdi, lakin onlar Məhəmməd Xəlifə Zülqədər tərəfindən

darmadağın edildilər. Türklərin bu uğursuzluqları qaytaqlıları

onların əleyhinə qaldırdı. Osman paşa qaytaq usmisini (hakimini)

tabe etmək üçün hətta onun Başlıdakı iqamətgahına yürüş təşkil

etdi. Qaytaqlılar əvvəlcə top-tüfəng atəşlərinə davam gətirməyərək

dağlara geri çəkildilər. Lakin qüvvə toplayıb türkləri geri

çəkilməyə məcbur etdilər. Xəzər sahili boyunca Dərbəndə doğru

geri çəkilən türklər yenidən qaytaqlıların pusqusuna düşərək böyük

itki  verdilər. B.Kütükoğlunun göstərdiyi kimi, Osman paşanın bu

yürüşü qızılbaş hakimi Məhəmməd Xəlifə Zülqədərlə Qaytaq

usmisi  və Təbəsaran hakimi Məsud bəyin yaxınlaşmasını,

Dərbənddə olan Osman paşa üzərinə birgə hücum haqqında razılığa

gəlməsini mümkün etdi

174

. Lakin Şimali Qafqazdan Krım



tatarlarının iri qüvvələrinin Dərbəndə yürüşü buna mane oldu.

Krım xanlığı Azərbaycana münasibətdə işğalçılıq

planlarından imtina etməmişdi. İlk vaxtlar Səfəvilər sarayında əsir

olan Adil Gireyə hər cür diqqət və iltifat göstərilirdi. Əsirlikdən

azad edilmiş bir dəstə tatar onun məiyyətinə verilmiş, onu mühafizə



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə