Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə62/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   58   59   60   61   62   63   64   65   ...   110

189

hakimiyyət sahibi kimi idarə edir, qızılbaş tayfalarının əyanları ilə

az hesablaşırdı. Onun şəxsi vəziri  Mir Qəvaməddin Hüseyn Şirazi,

paytaxtın kələntəri Mövlana Əfzəl Münəccim Qəzvini, habelə

etimad əd-dövlə Mirzə Salman İsfahani İran ünsürlərinə mənsub

olan şəxslər idi. Mənbələr onları türklərdən fərqli olaraq ümumi

taciklər (tacikiyyə) istilahı ilə adlandırırlar. Məhdi Ülya türk

(azərbaycanlı) əmirlərini dövlət işlərindən kənar edərək onların

danışıqsız itaət göstərmələrinə nail olmaq istəyirdi. Bu baxımdan

Mazandaranın irsi hakimi, “ləyaqətli və mömin gənc” Mirzə xanın

Məhdi Ülyanın hökmü ilə öldürülməsi hadisəsi səciyyəvi sayıla

bilər.


Bu zaman şah arvadı özünün günahsız qurbanının mərhum

atası Murad xanla Mazandaranda hakimiyyət uğrunda mübarizədə

təqribən 20 il əvvəl həlak olmuş, Mərəşi seyidlərindən olan atası

Mirzə Abdulla xanın intiqamını almaq kimi xırda hissləri rəhbər

tutmuşdu

164


.

Mirzə xan onun arxasınca göndərilmiş, həyatını

qoruyacaqlarına və  şah arvadını qan intiqamından imtina etmək

üçün dilə tutacaqlarına and içmiş adlı-sanlı əmirlərə könüllü təslim

olmuşdu. Lakin Məhdi Ülya əmirlərin andına məhəl qoymadı və

onlardan gizli qorçilər dəstəsinə gecə ikən xanı qətlə yetirməyi əmr

etdi. Şah arvadının əmirlərin razılığı olmadan və onların iradəsi

əleyhinə Mirzə xanı qətlə yetirməsi əmirlərin qəlbində Məhdi

Ülyaya  sönməz nifrət oyatdı

165


. Bu qətlə görə, Şahrux xan möhrdar

Zülqədər, Piri Məhəmməd xan Ustaclı və Qorxmaz xan Şamlı kimi

bir sıra görkəmli əmirlər anda xilaf çıxdılar. Bu, onsuz da qadının

hakimiyyəti ilə həvəssiz hesablaşan qızılbaş  əyanlarının Məhdi

Ülyanın özbaşınalığına son qoymaq qətiyyyətini möhkəmləndirdi.

Onlar öz niyyətlərini həyata keçirmək üçün əlverişli imkanı çox

gözləməli olmadılar.

Bir gün Kaşan şəhərinin sakinləri divana gələrək, tamahkarlıq

dərəcəsi adi hüdudları aşan şəhər hakimi Məhəmməd xan



190

Türkmandan şikayət etdilər. Divan məmurlarına şikayətə baxmaq

göstərişi verildi. Aydın oldu ki, qızılbaş hakimi həqiqətən ağır sui-

istifadə hallarında təqsirlidir. Buna əsasən “onun ölkəsini

dəyişmək”, yəni onu Kaşandan başqa yerə keçirmək barədə

sərəncam verildi. “Böyük əmirlər və dövlətin ali şəxsləri” sırasına

daxil olan Məhəmməd xan işin belə şəkil alması ilə rüsvay olundu.

Məhəmməd xanın Məhdi Ülyanı inandırmaq üçün göstərdiyi bütün

səylər heç bir nəticə vermədi. Belə olduqda, Məhəmməd xan

əmirlərin arasındakı təhlükəli əhval-ruhiyyədən, onların Məhdi

Ülya idarə üsulundan ümumi narazılığın olmasından istifadə

etməyi  qərara  aldı.  O,  qiyamçı  əmirlərlə  sövdələşdi  və  onlar

İskəndər bəy Münşinin təbirincə “fitnə-fəsad və düşmənçilik

qapılarını açdılar”.  Hətta özünün ağlı və təcrübəsi ilə tanınan

qorçibaşı Qulu bəy Əfşar kimi nüfuzlu bir əyan da qəsdə cəlb

edildi


166

.

Əmirlər gizli müşavirədə  şahın arvadını və onun



tərəfdarlarını hakimiyyətdən kənar etmək barədə məsləhətləşməyə

başladılar. Onlar öz həmtayfaları və qohumları qarşısında belə bir

sual qoydular: “Necə olmuşdur ki, şah Məhəmməd Xudabəndə

olduğu halda, hakimiyyət şah arvadının, onun tacik və

mazandaranlılarının əlindədir, adlı-sanlı  əmirlər hakimiyyətdən,

nüfuzdan nə üçün məhrum olmuşlar?” Onlar Məhdi Ülyanı

tacikləri və ona yaxın olan mazandaranlıları hər vasitə ilə himayə

etməkdə, onları rəhbər vəzifələrə irəli çəkməkdə, İran ünsürlərini

qızılbaş əmirlərindən üstün tutmaqda, habelə hərəmxana xəzinəsini

Mazandarana keçirməkdə təqsirləndirirdilər.

Nəhayət, əmirlər və  əyanlar “Çehelsütun” sarayına

yollandılar. Onlar öz nümayəndələri vasitəsilə  şaha bildirdilər ki,

onun arvadı Məhdi Ülyanın “əmirlərə və padşah dövlətinin ali

şəxslərinə” pis münasibəti “və mazandaranlılara (göstərdiyi)

hamilik” onun təbəələri – qızılbaşlar üçün çox təhqiramizdir. Onun

dövlət işlərinə qarışması qızılbaş tayfaları ağsaqqallarını narazı




191

salır. Onlar şaha çatdırdılar ki, əgər vəziyyət dəyişməzsə, məsud

padşahın nökərləri bu tayfaların ümumi üsyanından qorxurlar.

Əmirlərin fitnə-fəsadları barədə məlumatı olan Məhdi Ülya onların

nümayəndələrinə elə təhqirlər və hədələr yağdırdı ki, onların yeni

təhqirdən sonra, acizlikdən yaranmış qəzəblə sarayı tərk etməkdən

başqa çarələri qalmadı

167


.

Sonra hadisələr aşağıdakı şəkildə cərəyan etdi

168

.Biz yuxarıda



göstərmişdik ki, maliyyə idarəsinin verdiyi sənədlərlə qorçilər öz

xeyirlərinə vergi toplamaq üçün Şirvana gəlmişdilər. Müflisləşmiş

əhalidən heç nə ala bilməyən qorçilər əliboş Qəzvinə qayıtmışdılar.

Təbiidir ki, qorçilərin hiddəti ilk növbədə onları təsvir edilən

dövrdə Şirvan kimi ödəmə qabiliyyəti olmayan vilayətə göndərmiş

maliyyə məmurlarına qarşı yönəlmişdi.  Əmirlər qorçilərin əhvali-

ruhiyyəsindən öz qəsdçi məqsədləri üçün yubanmadan istifadə

etdilər. Onlar qəzəblənmiş qorçiləri saraya (dövlətxanaya), maliyyə

başçısı (mustoufi əl-məmalik) “tacik” Mirşah Qazi İsfahaninin

yanına göndərdilər. Qorçilər dərhal öz muzdlarını tələb etdilər.

Başlanmış qalmaqalda Mirşah Qazi qorçilərdən birinin qılınc

zərbəsi ilə yaralandı. Yalnız özünü yetirən şahzadə Həmzə

Mirzənin bu məsələni yoluna qoyacağı barədə vəd verməsi qan

tökülməsinin qarşısını aldı. Bundan sonra qorçilər əmirlərin təhriki

ilə şah sarayına yollandıla rvə orada əsir olan tatar xanı Adil Gireyə

hücum etdilər. Sonuncu özünün tatar məiyyəti ilə fədakarlıqla

müdafiə olundu. Qısa, lakin şiddətli döyüşdə hər iki tərəf itki verdi.

Tatar xanı ölümcül  yaralandı və yerə sərildi. Qorçilər onun başını

kəsib əmirlərə gətirdilər

169


. Onlar habelə  şahın arvadının olduğu

hərəmxanaya da soxulmaq istədilər, lakin xidmətçilər tərəfindən

geri oturduldular.

Ertəsi gün, iyulun 26-da (rəcəbin 2-də) qızılbaş  əmirləri

qorçilərin görə bilmədiyi işi başa çatdırdılar. Onlar Məhdi Ülyanı

hakimiyyət işlərindən kənar etmək planını müzakirə etmək üçün

paytaxtın Səadətabad bağına toplşdılar. Yalnız şah ailəsinə sadiq



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə