Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə61/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   57   58   59   60   61   62   63   64   ...   110

186

atıldı. Lakin tezliklə qızılbaş dəstəsi Baba Xəlifə Danqralunun

(yaxud Qaramanlının) başçılığı ilə Adil Gireylə üz-üzə gəldi. Adil

Girey nizə zərbəsi ilə atdan salındı. Qızılbaşlar Adil Gireyi

öldürmək istədilər, lakin tanıyaraq onu salamat saxladılar.

Həlak olmuş Qaytas paşanın yerinə  Ərəş hakimi təyin

olunmuş Osmanlı sərkərdəsi Piyalə bəy də qızılbaşlara əsir

düşdü


156

. Adil Girey əsir alındıqdan sonra düşmən qoşunu vahimə

içərisində qaçmağa başladı. Tatarların əksəriyyəti döyüş zamanı

qılıncdan keçirildi. Sağ qalanlar (əsasən həmin yerə bələd olan

ləzgilər və şirvanlılar) dağlarda və meşələrdə gizləndilər. Araz xan

Rumlu darmadağın edildikdən sonra

157

 tatarların ələ keçirdiyi



bütün qənimət Səfəvilərə qaytarıldı. Əldə olunmuş qələbədən

istifadə etməyə səy göstərən Mirzə Salman yubanmadan Şamaxı

üzərinə hərəkət etdi. Osman paşa tatrların darmadağın olunması və

Adil Gireyin əsir düşməsi xəbərini eşidərək kənardan ediləcək

köməkdən məhrum olduğunu görüb Şamaxını tərk etdi. O,

Dərbəndə getmək və orada pərən-pərən salınmış qoşunlarının

qalıqlarının yolunu gözləmək qərarına gəldi.

Qızılbaş qoşunlarının qələbəsi xəbərini alan Dərbənd

sakinləri türklərə qarşı üsyan qaldıraraq qalanı ələ keçirdilər. Buna

görə də Osman paşa həmin xəbəri qoşunlardan gizlədərək şimala

getməyə tələsirdi. Qış sərt keçirdi, arxadan isə türkləri addım-

addım izləyən qızılbaşlar gəlirdi. Şabrana çatarkən bərk şaxta

düşdü və bu, türklərin kütləvi surətdə məhv olmasına gətirib çıxardı.

Süvarilər şimala doğru hərəkət edir, piyadalar isə yorğunluqdan

yıxılır və bir daha qalxa bilmirdilər. Eyni zamanda, şirvanlılar və

dağıstanlılar da qoşunların arxasınca gələn xəzinə əmlakına basqın

və qarətlər təşkil edir, qiymətli mallar yüklənmiş qatır və dəvələri

sürüb aparırdılar. Geridə qalanları yerli sakinlər qarət edirdilər.

Osman paşa xeyli seyrəlmiş qoşunla nəhayət, Dərbəndə gəlib çatdı.

Sakinlər türkləri Dərbəndə buraxmaq istəmədikləri üçün şəhəri

qüvvə tətbiq etməklə yenidən almaq lazım gəldi

158


. Müxtəlif


187

qızılbaş dəstələri Osman paşanı Şabrana qədər təqib edərək topları

və digər hərbi ləvazimatı  ələ keçirdilər

159


.  Şirvan  türklərdən  azad

edilsə də, onların dayaq məntəqəsi olan Dərbənd alınmadı.

Qızılbaş qoşunlarının uğurları barədə xəbərlər Həmzə

Mirzənin və anasının yerləşdiyi Qaraağacdakı baş düşərgədə böyük

sevinclə qarşılandı. Buradan paytaxta – Qəzvinə və bütün ölkəyə

“fəthnamələr” (“Qələbə məktubları”) göndərilirdi. Qərargahın

Osman paşa ilə mübarizəni davam etdirmək, onu məhv etmək və

Dərbənd qalasını ələ keçirmək barədə əmri alındı.

Lakin

qızılbaş qoşunları şah qərargahı göstərişinin ziddinə olaraq Osman



paşanın təqib olunmasını dayandırıb Qarabağa qayıtdılar. Bu

tezliklə çox acınacaqlı nəticəyə gətirib çıxarmış, fəlakətli bir səhv

idi. İskəndər bəy Münşi iddia edir ki, bunun təqsirkarları, guya

Dərbəndin alınmasında və

Şirvanda qələbələrin

möhkəmləndirilməsində təkid etmiş “Məhdi Ülyanın iradəsi

əleyhinə” hərəkət edən Mirzə Salman və qızılbaş əmirləri olmuşlar.

Şərəfxan Bidlisi təqsiri bütövlükdə  şahın arvadının üstünə yıxır:

“Bu qədər qələbədən həddindən artıq qəhərlənən Sultan Həmzə

Mirzənin anası Şirvandakı işlərə qadın düşüncəsizliyi ilə, qayğı və

diqqət göstərmədən yanaşdı. Osman paşanı Dəmir qapıda (Dərbənd

– O.Ə.) qoyub qışın ortalarında Adil Girey xanla Qəzvinə

qayıtdı”

160


. Qazi Əhmədin də şərhindən aydın olur ki, şahın arvadı

“bu planla razılaşmadı” (yəni Dərbəndin tutulması və türklərin

Şirvandan tamamilə çıxarılması haqqında şah qərargahından

alınmış  əmrlə). O, öz eşikağası Məhəmməd xan Türkmanı Mirzə

Salmanın və  əmirlərin ardınca göndərdi. Bundan sonra onlar

Qarabağa qayıtdılar və bununla da Şirvan məsələsi başa

çatdırılmamış və həll olunmamış qaldı”

161


.

Sonrakı


hadisələr qızılbaş sərkərdələrinin fikri ilə az hesablaşan və özbaşına

iş görən şah arvadının günahlarını təsdiq edir.

Mənbələr  təsdiq  edirlər  ki,  tezliklə  Qarabağda  Şirvan

hakimi vəzifəsinə namizədlik (həlak olmuş Araz xan Rumlunun




188

əvəzinə) üstündə  şahın arvadı və həmin vəzifəyə Mollahəsən

döyüşünün qəhrəmanı – Abdulla xanın oğlu Həmzə xan Ustaclını

namizəd göstərmiş qızılbaş  əmirləri arasında fikir ayrılığı yarandı.

Şahın arvadı bu təklifi qəbul etmədi və qışın bərk soyuğuna

baxmayaraq, 1578-ci ilin sonunda Qarabağı tərk  etdi.  Əmirlərdən

heç biri şah arvadının “yersiz hərəkətinə” qarşı çıxmağa cəsarət

etmədi və bir neçə gündən sonra bütün əmirlər qoşunları ilə onların

ardınca Qəzvinə yola düşdülər

162


.

Mollahəsən qələbəsinə baxmayaraq, Səfəvilər Şirvanda

möhkəmlənə bilmədilər. Türklər burada əməli olaraq Dəırbənddən

başqa heç bir dayaq məntəqəsinə malik deyildilər. Lakin onlar

ləzgilərin və Dağıstan hakimlərinin köməyi ilə  Şirvanda qızılbaş

əmirlərini daim narahat edirdilər

163

.

Səfəvilər dövlətində daxili siyasi mübarizə



Səfəvilər dövlətinin daxilində Azərbaycan tayfalarının

əmirləri ilə  İran ünsürləri arasındakı çəkişmələr qızılbaş

qoşunlarının türklərə qarşı mübarizədə sonrakı uğurlarına mane

oldu.


Biz artıq göstərmişik ki, qızılbaş  əmirləri Qarabağda

olduqları zaman şah arvadı Məhdi Ülya və qızılbaş  əmirləri

arasında tezliklə açıq düşmənçilik münasibətlərinə çevrilən

ixtilaflar yaranmışdır.

İş bunda idi ki, zəif iradəli Məhəmməd Xudabəndəni şah

seçməklə qızılbaş  əmirləri, tayfa başçıları dövlət işlərində öz

nüfuzlarının güclənəcəyini, onların icazəsi və razılığı olmadan heç

bir mühüm dövlət tədbirinin həyata keçirilməyəcəyini nəzərdə

tutmuşdular. Buna baxmayaraq hadisələr heç də onların istədiyi

istiqamətdə cərəyan etmirdi. Müstəbid və tündxasiyyət olan şah

arvadı Məhdi Ülya ərinin əvəzinə dövləti təkbaşına, tam



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə