Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə59/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   55   56   57   58   59   60   61   62   ...   110

180

İmamqulu xanla Kartli çarı Simonun birgə hücumuna məruz qaldı.

20 min nəfərdən artıq düşmən əsgəri öldürüldü, zəngin qənimət ələ

keçirildi

139

.

Türk mənbələrinə görə, Mustafa paşa Şirvandan getdikdən



sonra Osman paşa Gəncəyə basqın təşkil etdi. Qaytas paşa başda

olmaqla Osmanlı dəstəsi Kürü keçərək Gəncə bəylərindən biri olan

Partal oğlu Əhməd bəyə hücum etdi. Sonuncu qaçdı, yaşayış yeri

isə qarət və talanlara məruz qaldı. Osman paşa az sonra Araz xan

Rumlunun qüvvə topladığı Salyana dəstə göndərdi. Lakin

qızılbaşlar türklərin hücumunu dəf etdilər və Xürrəm ağanı geri

çəkilməyə məcbur edə bildilər. Araz xana qarşı

müvəffəqiyyətsizliyə uğrayan Osman paşa  Şamaxıda

möhkəmlənməyi və Krım tatarlarının gəlişini gözləməyi qərara aldı.

Bu vaxt Ərəşdə Qaytas paşa İmamqulu xan Qacarın qoşunlarının

hücumuna məruz qaldı. Qızılbaşlar türkləri darmadağın edərək

Ərəşi tutdular. Qaytas paşa öldürüldü. Osmanlı sərkərdələrindən

Əbdürrəhman bəy isə  əsir düşdü. Türk hərbi qüvvələrinin bir

hissəsi üsyana qalxmış və bununla da qızılbaşlara kömək etmiş

sakinlərin əli ilə qılıncdan keçirildi. Ərəşin süqut etməsi xəbərini

sağ qalmış bir nəfər döyüşçü Şamaxıya çatdırdı. Osman paşa onu

həbs etdi və bu xəbəri əsgərlərdən gizlətdi

140


.

Əbubəkr Mirzə diyarın istila edilməsində sultana xeyli

kömək etdiyi üçün Şirvanda hakimiyyəti hətta ondan belə qəbul

etməyə hazır idi.  Lakin gözlənildiyi kimi,  Əbubəkrin Şirvan

hakimiyyətinə olan iddialarını müdafiə edən Şirvan feodallarının

ümidləri özünü doğrultmadı. Mustafa paşa Əbubəkrə ölkənin qəti

olaraq tabe edilməsi işində  Osman paşaya kömək etməyi tapşırdı

və vətənə qayıdan kimi, sultandan onun Şirvan hakimi təyin

edilməsinə nail olacağı kimi yalançı vədlərlə onu sakitləşdirdi

141


.

Qızılbaşların əks hücumu


181

Səfəvilər sarayında türk ordusunun Qarsa doğru hərəkət

etməsi xəbəri alınan kimi əmirlər nə etmək lazım gəldiyi barədə

müşavirə keçirməli oldular.  Nəhayət, qərara gəldilər ki, sultana

nəzakətli bir məktub göndərərək sərhədin pozulmasına öz

etirazlarını bildirsinlər. Həm də iş elə təqdim edilirdi ki, guya

söhbət yerli əhəmiyyətli münaqişədən – sərhədyanı hakimlərin

sərhədi pozmasından gedir. Rəsmi müraciətdə həmçinin göstərilirdi

ki, Səfəvilərin həmişə  əməl etdiyi Amasya sülhü sarsılmazdır.

Məktubu İstanbula çatdırmaq vəzifəsi  Məhəmmədi xan Toxmağın

mülazimlərindən biri olan  Vəli bəy Ustaclıya həvalə edildi. O, yola

düşdü. Lakin Mustafa paşanın qoşunları  Ərzurumdan Qarsa gedib

çıxanadək  Osmanlı Türkiyəsi sərhədində yerli hakim tərəfindən

tutulub saxlanıldı

142

.

Bununla da qızılbaşların ölkənin ağır daxili vəziyyəti



üzündən hərbi toqquşmadan yaxa qurtarmağa yönəldilmiş son

ümidləri puça çıxdı. Buna görə də hərbi çağırışı qəbul etməkdən

başqa çarə qalmadı. Türk sultanı bu yürüşdə şəxsən iştirak etməyi

lazım bilmədi. Buna görə də Səfəvilər də qərara aldılar ki, qızılbaş

qoşunlarına şahın özü deyil, onun oğlu, türklərlə mübarizədə

sərkərdəlik istedadı nümayiş etdirmiş Həmzə Mirzə başçılıq

edəcəkdir. O, İraq, Fars və Kirmanın yığma qoşunu (ləşkər) ilə

Azərbaycanın cınub hissəsinə gəlməli və yerli qoşunların birləşərək

“mühafizə və müdafiə üzrə zəruri tədbirlər” görməli idi

143


. Dövlət

işləri əməli olaraq şahın arvadı Xeyrənnisə bəyimin əlində

olduğuna görə, o da (öz oğlundan ayrılmağın onun üçün çətin

olduğuna əsaslanaraq)  bu yürüşdə iştirak edirdi. Sentyabrın 27-də

Həmzə Mirzə öz anası ilə Qəzvindən çıxaraq qoşunlarla Miyanəyə

gəldi. Burada, müxtəlif əmirlərin öz qoşunları ilə gəlməsini

gözləmək, Gürcüstanda və  Şirvanda hadisələr haqqındakı son

xəbərləri öyrənmək üçün on günlük fasilə elan edildi.




182

Əmirlər Miyanədə keçirilən şurada hərbi əməliyyatlar planını

işləyib hazırladılar

144


.  Bəziləri təklif edirdilər ki, Urmiya gölü

yaxınlığında kürd tayfalarının üsyanını yatırmaq üçün öncə Təbrizə

hərəkət etmək lazımdır. Onların fikrincə, sonra Ərzurum və

Ərzincan istiqamətində gedərək Qars qalasını dağıtmalı, qışda isə

Türkiyə hüdudlarına hücum edilməlidir. Bu xəbər o vaxt artıq

Şirvanda olan Mustafa paşaya çatarkən, Ərzurumu müdafiə etmək

üçün geri çəkilməyə məcbur olacaqdır. Lakin əmirlərin çoxu bu

təklifə etiraz etdi və böyük Osmanlı ordusuna müqavimət

göstərmək üçün zəif olan Şirvan əmirlərinə köməyə getməyi

məqsədəuyğun saydı

145

.

Buna müvafiq olaraq Həmzə Mirzə otuz minlik qoşunla



Ərdəbildən, türklər tərəfindən tutulmamış Qarabağa doğru hərəkət

etdi.


Qərara alındı ki, qoşunların başlıca qərargahı  şahzadə və

onun anası ilə Qaraağacda qalacaq, əmirlər isə qoşunlarla və vəzir

Mirzə Salmanla Kürü küçərək, Şirvanı türklərdən azad etməyə

gedəcəklər

146

.

Araz xan Rumlunun məğlubiyyəti



Kür çayının keçilməsi və qızılbaş  əmirlərinin qoşunlarla

yaxınlaşması xəbəri Araz xan Rumluya çatdı. O, ölkəni düşmənə

güzəştə getməkdə, fəaliyyətsizlikdə təqsirləndiriləcəyindən

qorxaraq dərhal şimala hərəkət etməyi, Şamaxı qalasını mühasirəyə

almağı, əmirlər oraya gəlib çıxanadək onu ələ keçirməyi və

bununla da özünü qərargahın gözündə təmizə çıxarmağı qərara aldı.

Araz xan bu niyyətlə Kürü keçdi və tələsik Şamaxıya doğru hərəkət



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə