Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə56/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   52   53   54   55   56   57   58   59   ...   110

171

asanlaşdırdı. O, şirvanlıların narazılığından istifadə etdi və

qızılbaşların Dəbənddə və  Şabranda qırılması ilə başlanan “qara

camaatın və pozğun ünsürlərin” Səfəvilər əleyhinə üsyanının

başçısı oldu

105


.

Bu üsyan və Əbubəkrin şəxsiyyəti haqqında Münəccimbaşı

bəzi təfsilatları açıqlayır. Onun hekayəsinə görə, Əbubəkr Mirzə

hələ uşaq ikən atası Bürhan Əlinin ölümündən sonra, atasının

tərəfdarları tərəfindən Dağıstana aparılmış və  20 ilə yaxın orada

qalmışdı. Əbubəkr Mirzə oradan hicri 978 (1570)-ci ildə Krıma

yola düşdü. Krım xanı Dövlət Girey (1551-1577) ona “yüksək

hörmət və ehtiram” göstərmiş, “onu öz qızı ilə evləndirmiş, onun

barəsində Osmanlı imperiyasının Ali astanasın məlumat vermişdi”.

Əbubəkr Mirzəyə maaş təyin olunmuş və o, Osmanlı ordusunun

Şirvana hücumuna qədər Şirvanda qalmışdı

106


.

1578-ci ildə Osmanlı türk qoşunlarının

Cənubi Qafqaza müdaxiləsi.

Çıldır vuruşması

Osmanlı sultanı III Murad (1574-1585) Səfəvilərlə

müharibəyə ciddi hazırlıq görmüşdü. O, ortodoksal islamın

(sünniliyin)  “dönük şiələrə” qarşı sınaqdan çıxmış “cihad”

şüarından yenidən istifadə etdi. Biz artıq gördük ki, sultan

tərəfindən qızışdırılan kürdlərin qızılbaşlar əleyhinə üsyanı və

Şirvandakı üsyanlar bir məqsədin müxtəlif vasitələri idi. Türk

qoşunlarının sərkərdəsi Mustafa Lələ paşa Ərzurumda yüz minlik

qoşun topladı. Öz qüvvələrinə arxayın olmayan Osmanlı Türkiyəsi

vassalı olan Krım xanı Məhəmməd Gireydən (1577-1584) tatar

qoşunlarının bu yürüşdə iştirak etməsini tələb etdi

107


. Bundan əlavə,

Dağıstanın feodal hakimlərinə, o cümlədən Kumık və Qaytaq

hakimi Çitlav Şamxala, Tabasaran hakimi Qazi Salehə və avar



172

hakimi Toca Laz Bürhanəddinə  əmr edilmişdi ki, Osmanlı

Türkiyəsinin Gürcüstanı və  Şirvanı istila etməsinə yardım

göstərmək üçün öz qoşunlarını hazır vəziyyətə gətirsinlər

108

.

Mustafa Lələ paça Qars vilayətini hərbi qüdrətdən salınmış mövqe



kimi təsbit edən 1555-ci il müqaviləsini pozaraq, öncə Qars

qalasını bərpa etdi və və oraya qoşun yeritdi

109

. Qarsla qonşu olan



Çuxursəəd vilayətinin hakimi Məhəmmədi xan Toxmaq Ustaclı

Qəzvinə türlərin hərəkəti barədə məlumat verdi və onlarə sərhəddə

dayandırmağa cəhd göstərdi.

Qızılbaş rəhbərləri vətənin başının üstünü almış bu təhlükəli

anda öz qüvvələrini birləşdirmək və müqaviməti təşkil etmək üçün

kifayət qədər tədbir görmədilər. Türklər Ərzurumdan Qarsa tərəf

hərəkət edəndə Məhəmmədi xan Toxmaq Osmanlı basqınını

dayandırmaq üçün Çuxursəəddə qüvvələri birləşdirmək çağırışı ilə

Azərbaycanın cənub hissəsinin hakimi Əmir xan Türkmanın və

Qarabağ hakimi İmamqulu xan Qacarın yanına adam göndərdi.

Lakin Əmir xan ifrat tərsliyi və türkman və ustaclı tayfaları

arasında mövcud oaln düşmənçilik üzündən istəyirdi ki, həmin

tayfadan bir nəfər də adlı-sanlı adam sağ qalmasın”.  Buna görə də

o, çıxış etməyi təxirə salaraq öz qoşunlarının silahlandırılmasına və

təchizatına cinayətkarcasına laqeydlik göstərdi

110


.

İmamqulu xan Qacar Çuxursəəd bəylərbəyinin çağırışına

cavab verərək öz qoşunu ilə buraya gəldi. Onların birləşmiş

qoşunlarının sayı 15 min nəfərdən artıq deyildi. Onlar Əmir xanın

dəstələrinin yaxınlaşmasını gözləyərək Qarsın şimal-şərqində,

Çıldır gölünün sahilində yerləışdilər. Qızılbaş sərkərdələri

düşmənin Gürcüstana yolunu kəsmək istəyirdilər.

Əvvəlcə türk ordusunun öndə gələn hissələri ilə toqquşan

qızılbaşlar qələbə qazandılar. Onlar 2-3 minə yaxın adamı məhv

etdilər. Bu qələbədən ruhlanan Azərbaycan döyüşçüləri qaçan

düşməni təqib etməyə başladıla. Ön dəstənin məğlub olmasından

xəbər tutan Mustafa paşa qızılbaşlara qarşı təcili olaraq20-30 min




173

nəfərlik əlavə qoşun göndərdi. Türkləri təqib edən azərbaycanlı

hissələr öz əsas qüvvələrindən 2-3 fərsəx (12-20km) aralı düşdülər.

Bu hissələr darmadağın edildi və pərən-pərən salındı

111

.

Oruc bəy belə hesab edir ki, qızılbaş qoşunlarına başçılıq



edən Məhəmmədi xan Toxmaq yanlış məlumatın qurbanı olmuşdu.

O, öz kəşfiyyatçılarının məlumatına əsaslanaraq Dərviş paşanın və

Bəhram paşanın qırx minlik qoşununu türklərin başlıca zərbə

qüvvəsi hesab etmiş, onlara hücum etmişdi. Lakin Mustafa paşanın

yetmiş min nəfərlik qoşunu gizli sığınacaqdan gəlib qızılbaşların

sağ cinahına zərbə endirəndə Məhəmmədi xan öz səhvini başa

düşdü. Ancaq artıq gec idi. Oruc bəyin məlumatına görə, qızılbaş

qoşunu iki xoşbəxt təsadüf üzündən tam darmadağın edilməkdən

xilas oldu. Birincisi, Toxmaq tərəfindən göstərilmiş sərkərdəlik

məharəti, ikincisi isə qaranlığın düşməsi idi. Qızılbaşlar öz

qoşunlarının əsas hissəsini itirdilər: 7 min nəfər həlak oldu, 3 min

nəfər isə türklərə əsir düşdü. Məhəmmədi xan qaranlıqdan istifadə

edərək, öz qoşunlarının bir hissəsini dağ cığırlarından və

keçidlərdən keçirib xilas edə bildi

112

.

Osmanlı mənbələri birtərəfli qaydada türklərin qüvvələrinin



sayını azaldır, qızılbaş qoşunlarının sayını isə artırırlar. Məsələn,

onların məlumatlarına görə, Çıldır vuruşması  ərəfəsində türk

qüvvələrinin sayı 30 min nəfərə çatırdısa, qızılbaşların sayı 25-50

min arasında idi. Buna baxmayaraq, hətta osmanlı tarixçiləri də

qızılbaşların mətinliyini, mərdliklə vuruçmalarını qeyd edirlər.

Onlar göstərirlər ki, Diyarbəkir bəylərbəyi Dərviş paşa əvvəlcə

məğlubiyyətə uğradı, döyüşdə özünün 30 ağasını və 7 sancaqbəyini

itirdi. Yalnız Dərviş paşaya böyük qoşunla köməyə gəlmiş

Özdəmir oğlu Osman paşanın yeni hissələri döyüşə girdikdən sonra

qızılbaşlar darmadağın edilmişdilər

113

.

İskəndər bəy Münşinin fikrincə, Çıldır vuruşmasında



Səfəvilərin məğlubiyyətinin başlıca səbəbi bunda idi ki, qızılbaş

əmirləri “təkəbbürün və özlərinə güvənməyin bolluğundan




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə