Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə44/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   40   41   42   43   44   45   46   47   ...   110

134

edildi. Türk sultanın bir sıra adlı-sanlı əyanları əsir alındı

8

.

İsmayılın bu parlaq qələbəsi ona məğlubedilməz sərkərdə



şöhrəti gətirdi. O, özünün cəsarətli, sürətli həmlələri ilə türkləri

dəhşətə saldığı üçün onu “Dəli İsmayıl” adlandırmışdılar

9

. Hətta


iyirmi il keçdikdən sonra da İsmayılın hünərləri haqqında rəvayət,

Azərbaycanda hələ də yaşamaqda və adətən belə hallarda olduğu

kimi, hədsiz dərəcədə bəzək-düzək vurulmaqla qalmaqda davam

etmişdi. Belə ki, ingilis taciri Cefri Deket 1574-cü ildə məlumat

verirdi ki, İsmayılın İskəndər paşa ilə döyüşü zamanı guya 100

minə yaxın osmanlı həlak olmuşdu

10

.

1555-ci ildə Amasyada Osmanlı-Səfəvi müharibələrində



uzun sürən fasilə yarananda,  I Şah Təhmasib Qarabağdan Təbrizə

qayıtdı və sülh bağlanmasını bayram etməyi, türklərlə müharibənin

qəhrəmanını layiqincə alqışlamaq qərarına gəldi. İskəndər bəy

Münşi yazır: Təbrizdə elə bir bayram keçirildi ki, o indiyə kimi

qızılbaşların dilindən düşmür

11

. Oradaca İsmayılın Şah Nemətulla



Yəzdinin qızı ilə təntənəli toyu oldu

12

.



Iskəndər

bəy Münşi yazır: “Lakin o, şahın xeyirxahlığına və mərhəmətinə

nankorluq göstərdi və möhtərəm atasının bəyənmədiyi çoxlu

əməllərə yol verdi”

13

. Tarixçi bildirir ki, bunun nəticəsində  şah,



şahzadənin sarayda qalmasını mümkün saymır və onu, öz böyük

qardaşı Məhəmməd Mirzəni hakim kimi əvəz etmək üçün hicri 963

(1556)-cü ildə Herata göndərir.

İskəndər bəy Münşi qeyd edir ki, şahın əmri ilə  Əli Sultan

Təkəli İsmayılı Herata çatdırmalı və  şahzadə Məhəmmədi isə özü

ilə  şahın yanına, saraya gətirməli idi.Əli Sultan Məhəmmədlə

Heratdan qayıdanda, şahın olduğu Savucbulaqdan bir qədər aralıda

şah qorçilərindən biri onu ölüncəyədək döyür. İskəndər bəy Münşi,

bu qəddarcasına divanın səbəbini açmadan bunu göstərməklə

kifayətlənir ki, İsmayılı Herata müşayiət edərkən o, şah tərəfindən

verilmiş göstərişləri yerinə yetirməmişdi.



135

Əli Sultanın günahının nədən ibarət olduğunu V.Hins

Məhəmməd Tahir Qəzvininin “Xülase-yi məqal) materiallarını

tədqiq etməklə açır.

Əli Sultan İsmayılı Xorasana müşayiət etdiyi zaman şahdan

məktub  almışdı  ki,  onu  Məhəmməd  Mirzənin  lələsi,  Heratən  əmir

əl-ümərası Məhəmməd xan Şərəfəddin oğlu Təkəliyə  şəxsən

təqdim etsin. Məktubda yazılmışdı ki, İsmayıl Mirzə hər işdə yalnız

əmirin razılığı və təqdir etməsi ilə fəaliyyət göstərməli, tamamilə

onun himatəsi altında olmalıdır. Əli Sultan, İsmayılı məktubun

məzmunu ilə tanış etdikdən sonra onu əmirdən gizlətdi.

Məhəmməd xanın şahın məktubunu ona vermək tələblərinə  Əli

sultan soyuqqanlıqla cavab verdi ki, o, I Təhmasibin şifahi əmrini

ona çatdırmalıdır. Həmin əmrə görə isə əmir və onun oğlanları hər

işdə şahzadəyə tabe olmalıdırlar. Məhəmməd xanın bilavasitə şaha

məktubla müraciət edərək onu hər şeyi olduğu kimi xəbərdar

etməkdən başqa çarəsi qalmadı. Şah, Əli Sultanı geri çağırdı.

Beləliklə, Əli Sultan İsmayıl Mirzəyə sədaqətini öz həyatı bahasına

nümayiş etdirdi. Bununla belə, İsmayıl Heratda öz lələsi

Məhəmməd xanı dövlət işlərində iştirakdan uzaqlaşdıraraq bütün

məsələləri özbaşına həll edirdi

14

. Məsələn, Alessandri göstərir ki,



İsmayıl şahdan soruşmadan vilayətlərin hakimlərinə məktublar

göndərərək onlardan dərhal qoşun toplamaöı və Amasya

müqaviləsini pozmaqla Osmanlı vilayətlərinə yürüşə başlamağı

tələb etmişdir

15

. Buna bənzər məlumatlar dogər Avropa mənbələri



ilə də təsdiq olunur.

Dövlət işlərindən uzaqlaşdırılmış və təhqir olunmuş

Məhəmməd xan şaha onun oğlunun davranışı barədə məlumat verir

və onun geri çağırılmasını xahiş edir. Eyni zamanda şaha böyük

təsiri olan vəzir Məsum bəy Səfəvi, sultana qarşı yürüş etmək üçün

qoşun toplamaq barədə çağırışla  İsmayılın vilayət hakimlərinə

göndərdiyi bir neçə məktubu ona göstərir. Şah doğma qardaşları

Əlqasın və Samın ona vurduqları ağır zərbələri hələ




136

unutmadığından, belə təhlükəli itaətsizlik əlamətlərini təqdir edə

bilməzdi. Habelə oğlunun qızılbaş döyüşçüləri arasında necə

məşhur olduğu da şaha yaxşı məlum idi. Belə fərz etmək də

məntiqidir ki, I Təhmasin İsmayılın onu taxtdan kənar edib yerini

tuta biləcəyindən də ciddi surətdə qorxurdu

16

.

İsmayılın gələcək fəaliyyətindən ehtiyat edən I Təhmasib,



dərhal özünün hərbi dəstəsinin rəisi (qorçibaşı) Sevindik bəy Əfşarı

İsmayılı vəzifədən kənar etmək əmri ilə Herata göndərdi. Onun

yerinə Məhəmməd Mirzə yenidən Herat hakimi təyin olundu.

Sevindik bəy İsmayılla Təbəs və Yəzddən keçib savəyə gəldi

17

.

Burada Məsum bəyə təhvil verilən İsmayılı onun əmrilə Qəhqəhə



qalasına salırlar

18

. Məhəmməd Tahir Qəzvini məlumat verir ki,



İsmayılın saraydakı fəal tərəfdarları -  Həmzə bəy Rikabdarbaşı,

Xeyir Mirək, Süleyman bəy bu zaman artıq cəzalandırılmışdılar

19

.

Şahzadəyə yaxın olan Şahrux bəy Tatı oğlu İstəxr qalasına



atılmışdı

20

.



İsmayıl

19 il 6 ay və 21 gün

21

 həbsdə  əziyyət çəkmişdi. O, iyirmi dörd



yaşında, qüvvə və bacarığının yüksəliş çağında  qalanın

astanasından içəri adlayaraq, oradan mənəvi və fiziki cəhətdən

sarsıdılmış halda, yalnız qırx üç yaşında çıxa bilmişdi. Bu zindan

İsmayılın qəlbində sağalmaz iz buraxmış və onun gələcəkdə

qısamüddətli hakimiyyəti zamanı törətdiyi qeyri-insani

qəddarlıqlarda ifadəsini tapmışdı.

İsmayıl Qəhqəhə qalasında olduğu zaman baş vermiş hadisə

- I Şah Təhmasibin ölümü, saraydakı həyəcanları və  əyanlar

arasındakı parçalanmanı əvvəlcədən müəyyən etmişdi.

Şərəfxan Bidlisinin xəbər verdiyi kimi, hicri 979 (1571-

1572)-cu ildə Qəhqəhə qalasından qızıl və gümüş külçələr yoxa

çıxmışdı


22

. Qala rəisi Həbib bəy Ustaclı Külçələrin yoxa

çıxmasında şahzadəni günahlandırdı. İsmayıl isə bu işdə Həbib

bəyin qızının təqsirkar olduğunu söyləyirdi. İşi yerindəcə təhqiq

etmək üçün şah bir dəstə qızılbaş  əmirini qalaya göndərdi.



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə