Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə42/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   38   39   40   41   42   43   44   45   ...   110

128

Süleyman rus dövlətinin istilalarına mane ola bilmədi. 1569-cu ildə

Iı Sultan Səlim Krım xanı Dövlət Gireylə birlikdə rusları

Həştərxandan sıxışdırıb çıxarmaq məqsədilə yürüşə başladı.

Müharibədə özlərinin donanmasından istifadə etmək məqsədilə,

türklər hətta Don ilə Volqa arasında kanal qazmağa cəhd

göstərdilər

188


. Lakin bu cəhdlər uğursuzluqla başa çatdı. Moskva

dövləti Həştərxanı  əlində saxlaya bildi, lakin Şimali Qafqazda

möhkəmlənə bilmədi.

                    I Şah Təhmasibin şəxsiyyəti

İsmayılın böyük oğlunun – I Təhmasin şəxsiyyəti,

ümumilikdə tədqiqatçıların mənfi qiymətini almışdır. Onların

əksəriyyəti bu fikirdədir ki, şah heç bir cəhətdən “özünün dahi

atasına bənzəmirdi”. Süst xasiyyət, passivlik, təşəbbüssüzlük kimi

keyfiyyətlər ona aid edilir. Bu rəylərdə I Təhmasib gözə çarpmayan,

qabiliyyətsiz dövlət xadimi, din fanatiki kimi nəzərə çarpır.

Biz I Şah Təhmasibi heç də həddindən artıq

qiymətləndirmək, ideallaşdırmaq fikrində deyilik. Lakin bu

xarakteristikanı bir qədər sərt hesab edirik. I Təhmasibin simasında

çox cəhətlər onun ağıllı, ehtiyatlı siyasətçi olduğunu göstərir. I Şah

Təhmasibin müasirlərinin məlumatlarına müraciət edək.

Təhmasib hicri 918-ci il zilhiccənin 26 (1513-cü il martın 3)-da

189


anadan olmuş, hicri 984-cü il səfərin 15 (1576-cı ilmayın 14)-də

vəfat etmişdir. Öz atasının hicri 930-cu il rəcəbin 19 (1524-cü il

mayın 24)-da erkən ölümü üzündə on yaşlı oğlan ikən taxta

çıxmışdı. Tamamilə təbiidir ki, o, qızılbaş tayfa başçılarının əlində

oyuncağa çevrildi və onların hakimiyyət, var-dövlət uğrunda qanlı

mübarizəsini acizanə surətdə müşahidə edirdi. Budaq Qəzvininin




129

yazdığına görə, gənc Təhmasib elmlərə müvəffəqiyyətlə yiyələnirdi.

O, nisbətən qısa vaxtda  müsəlman hüququnun (şəriyyə)  və adi

hüququn  (ürfiyyə) bütün incəliklərinə bələd olmuşdu. Xəttatlığa və

nəqqaşlığa böyük həvəsi olduğuna görə, hər birinin öz sənətində

“yeganə” olduğu görkəmli müəllimlər onunla məşğul olmağa cəlb

edilmişdilər. Xəttatlar – Molla Əbdi Nişapuri, Şah Mahmud

Nişapuri, Molla Rüstəm Əli Hərəvi, nəqqaşlar – Sultan Məhəmməd,

Behzad, Mirək İsfahani, Mir Müsəvvir və Dust Divanə məhz

belələrindən idilər. Şair Buk ül-işk bu münasibətlə belə bir beyt

demişdi:

                         Nə gözəl tərəqqi etdilər bişəkk,

                      Katib, nəqqaş, qəzvinli, bir də eşşək.

Budaq şerin mənasını belə izah edir: katibin (xəttatın) və

nəqqaşın adının çəkilməsi aydındır; burada qəzvinli ona görə

verilmişdir ki, onun vəkili Qazi Cahan Qəzvini olmuşdu; ulağın

xatırlanmasına gəldikdə isə tarixçi yazırdı: bu, ona görədir ki,

Təhmasib uşaq yaşlarında ulağın üstündə bir dəstə uşağı yığıb

onlarla gəzməyi və oynamağı xoşlayırdı

190


.

Artıq iyirmi yaşında ikən həddi-büluğa çatmış Təhmasib

qətiyyətlə dövlət işlərini öz əlinə aldı. Burada da onun dövlət və

siyasi xadim kimi qabiliyyəti özünü göstərdi. Müasir müəlliflər, bir

qayda olaraq hakimiyyətdə olmuş  şahların şəxsiyyətinin təriflərlə

təsvir edirlər. I Şah Təhmasibin səciyyəsi bi baxımdan istisnalıq

təşkil etmir. Məsələn, Budaq Qəzvini şahın məziyyətlərini sayarkən

göstərir ki, ədaləti sayəsində “onun vəkilləri, vəzirləri, müstəvfiləri

və məmurların başqaların haqqını bir karat belə azaltmağa, yaxud

artırmağa imkanları qalmırdı. O, həftəni elə bölürdü ki, hər gün

müəyyən iş görülsün. Sədrlər, qazilər və fəqihlər işlərə  şəriətlə

baxmaq üçün daim hazır olurdular. Onun fərmanı ilə

dəftərxanalarda hesablanan bütün məsvəflər (ixracat-i hükmi) ləğv

edildi. O, hər il təxminən 80 min tümənə çatan vilayətlər üzrə




130

tamğanı onlara güzəşt etdi, rəiyyətdən 10-20 illik vergini almaqdan

imtina etdi. Bir sözlə, rəiyyət belə dinclik və  əmin-amanlığı heç

vaxt görməmişdi. Və  əgər hər hansı bir rəiyyət saraya hakimdən

şikayət edərdisə, sonuncu şikayətə baxıldıqdan sonra vəzifədən

azad edilirdi”. Budaq Qəzvini göstərir ki, Şah Təhmasib Osmanlı

Türkiyəsi, Hindistan və Mavəraünnəhr padşahlarına göndərilən

məktubların qaralamalarına şəxsən düzəlişlər edirdi. Təhmasin əlli

iki illik şahlığı dövründə ilbəil qışlaq və yaylaqları xatırlayırdı.

Özünün qeyri-adi yaddaşı ilə tanınmışdı. O, bütün əyanları (ərbab),

vəzifə  sahiblərini  (kələntəran)  və  adlı-sanlı  şəxsləri  (əşraf)  adı  ilə

və üzdən tanıyırdı”. Ən təəcccüblüsü bu idi ki, şah ona xidmət edən

üç min nəfər qorçi və üç minə qədər yasavul, bukavul vəzifəli şəxs

və daxili mühafizəçilərin (qalaçı) hamısı haqqında, “hansının nə

vaxt mülazimliyə başlaması, yürüşlərdə hansı  şücaət və igidlik

göstərdiyini və  əvvəllər hansı xanın və sultanın yanında qulluq

etdiyini” bilirdi

191


.

Digər bir müasir – Həsən bəy Rumlu da qeyd edir ki,

Təhmasib yetkinlik yaşına çatdıqdan sonra “səhərdən axşama qədər

dövlət işləri ilə məşğul olur və bütün işləri özü görürdü. Belə ki,

vəkillər və vəzirlər onun icazəsi olmadan heç kəsə bir fəls belə verə

bilmirdilər”. O, vasvası dərəcəsində təmizkar, hər şeydən

şübhələnən adam idi və heç kimlə yemək – içməyi xoşlamırdı. O,

ömrünün son 20 ilində ata minməmişdi. Şah zahiri əlamətlərinə

görə hündürboylu, gərilmiş simalı, uzun əlli, sarı bənizli və saqqalı

tamam ağarmış bir şəxs idi”. Tarixçi davam edərək yazır:

“Döyüşçülər ona o qədər sadiq idilər ki, 14 il ərzində məvacib

verilmədiyinə baxmayaraq, heç kəs şikayət etmirdi”

192

.

Venetsiya səfiri Alessandri “tutqun baxışına, qalın



dodaqlarına və ağ saqqalına baxmayaraq, 60 yaşlı  şahı üzünün

düzgün  cizgiləri  olan  ortaboylu”  bir  şəxs  kimi  təsvir  edir.  “O,

bədbin xasiyyətlidir, öz sarayını 11 il ərzində tərk etməmişdir”

Sonra isə o, I Təhmasibi çox da cəsarəti olmayan, qanun və ədalət




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə