Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə43/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   39   40   41   42   43   44   45   46   ...   110

131

haqqında az, qadınlar və pul haqqında çox qayğı göstərən, “xırda

tacir məharəti ilə alan və satan” xəsis kimi səciyyələndirmişdir

193


.

Lakin buna baxmayaraq, venetsiyalının qeyd etdiyi ki, “şaha

münasibətdə xalqın ehtiram və məhəbəti ağlasığmazdır. Çünki

onlar ona şah kimi deyil, özlərinin böyük sitayiş obyekti, Əli

nəslinə mənsub olduğuna görə Allah kimi ehtiram edirlər”.

Alessandri, ilahiləşdirməyə qədər gedib çıxan, yalnız iri şəhərlərin

sakinləri ilə məhdudlaşmayan, həm şahın ailə üzvləri və saray

adamları, həm də dövlətin ucqarlarının əhalisi arasında da yayılan

bu ehtiramın qeyri-adi formaları haqqında məlumat verir

194


.

Həsən bəy Rumlunun sözlərinə görə, müsəlman

hökmdarlarıarasında öz hakimiyyətinin davamlılığına görə I

Təhmasib yalnız Fatimi xəlifəsi Müstənsir əl-Billahdan geri

qalırdı

195


.

Mənbələrdə I Şah İsmayılın dini islahatından başqa, digər

ictimai islahatları barədə məlumatlar yoxdur. Ola bilər ki, dövlətin

taranması və siyasi cəhətdən möhkəmlənməsi dövründə sosial

islahatlara xüsusi ehtiyac da hiss olunmamışdı. Lakin dövlətin

birliyini saxlamaq mənafeyi naminə I Şah Təhmasib üçün bəzi

ictimai-iqtasadi islahatların keçirilməsi obyektiv zərurət oldu. Onun

ən mühüm islahatı  şəhər həyatının, ticarətin yüksəlişini ləngidən

tamğa vergisinin qəti ləğv edilməsi oldu. Onun vilayətlərdə  şiə

əhalisinin vergi yükünü yüngülləşdirmək məqsədilə cəhd

göstərməsi, sui-istifadə hallarının qarşısını almaq üçün cərimələr

müəyyən etməsi, sikkə işi sahəsində islahatı və s. haqqında da

məlumatlar vardır

196


.

                                    IV FƏSİL



          AZƏRBAYCAN SƏFƏVİLƏR DÖVLƏTİNİN

                  ZƏİFLƏMƏSİ VƏ TƏNƏZZÜLÜ


132

    

I  Şah  Təhmasibin  həyatının  son  illərində  sarayda

vəziyyət.

                     Əyanlar arasında parçalanma

Ölkəni idarə etmək işinin bir hissəsini daha gənc qüvvələrin

öhdəsinə buraxmaq üçün, I Təhmasib öz oğlanlarından birinə -

Heydər Mirzəyə inzibati işlərin idarə olunmasını çox erkən etibar

etmişdi. 1571-ci ildə, 18 yaşı olanda Heydər Mirzəni Alessandri,

əslində bütün işləri idarə edən şah müavini

1

  adlandırır.  Yaşca



Məhəmməd Mirzə və  İsmayıl Mirzədən kiçik olmasına

baxmayaraq, bu şərait tezliklə onda uzaq şöhrətpərəstliyin hisslərini

gücləndirmiş, taxt-taca iddialarının oyanmasına səbəb olmuşdu.

İskəndər bəy Münşinin yazdığı kimi, o, şahın rəğbətini ona görə

qazanmışdı ki, hər işdə atasının razılığı ilə hərəkət edirdi

2

.



Venetsiya səfiri Heydər Mirzəni alçaqboylu, lakin çox

yaraşıqlı bir şəxs kimi təqdim edir. O, bacarıqlı natiq, qəşəng və

mahir at çapan idi. Alessandrinin sözlərinə görə, o, adamların

müharibə haqqında söhbətlərini dinləməyi xoşlasa da, həddən artıq

zərif və demək olar ki, qadın təbiəti ilə özünü belə təmrinlərdən

ötrü yararlı saymırdı

3

. Dövlət işlərində onun təsir və rolu artmışdı.



Qardaş və bacıları ona nifrət edir, həsəd aparırdılar. Saray adamları

isə Heydər Mirzəyə hörmət edirdilər. I Təhmasibin ölümündən

sonra baş vermiş hadisələri araşdırmaq üçün, taxt uğrunda

mübarizənin nəticəsini müəyyən etmiş saraydaxili vəziyyət  və

qüvvələr nisbəti üzərində dayanmaq zəruridir.

I Şah Təhmasibin 9 oğlu qalmışdı. Bunlar – İsa bəy Mosullu

Türkmanın qızı Sontanımın dünyaya gətirdiyi Məhəmməd Mirzə

və  İsmayıl Mirzə; Şamxalın bacısından və çərkəz kənizlərindən

olan Süleyman Mirzə, Mahmud Mirzə və  Əhməd Mirzə; gürcü

kənizlərindən doğulmuş Heydər Mirzə (onun barəsində yuxarıda




133

danışıldı), İmamqulu Mirzə, Mustafa Mirzə və Əli Mirzə idilər

4.

.

Şahın sağlığında taxta kimin çıxacağı məsələsi ortaya



çıxmırdı. Lakin hicri 982 (1575)-ci ildə I Təhmasib ağır xəstələndi

və bu məsələ  şah sarayındakı müzakirələrin başlıca mövzusuna

çevrildi

5

. Səfəvilərin sarayında ziddiyyətlər kəskinləşdi. Öz



namizədini taxt-tac varisi  kimi  irəli  sürən qruplaşmalar  yarandı.

Təhmasibin böyük oğlu Məhəmməd Mirzənin taxta sahib

olmaq hüququ şübhə doğurmurdu. Həqiqətdə isə ağır xəstəliyi

getdikcə güclənən korluğu üzündən onun imkanları çox cüzi idi.

İsmayıl Mirzə istisna olmaqla şahın qalan oğlanları azyaşlı idilər və

buna görə də hesaba alınmırdılar.

Güclü qızılbaş  əyanlar qrupunun müdafiə etdiyi, həmçinin

yaxşı tanınan İsmayıl, Heydər Mirzənin ciddi rəqibi idi. Lakin artıq

iyirmi ilə yaxın bir müddətdə Qəhqəhə qalasında dustaqda olması

İsmayılın vəziyyətini xeyli mürəkkəbləşdirirdi

6

.

II  Şah  İsmayıl  adı  ilə  tanınan  İsmayıl  Mirzə  on  dörd  yaşlı



gənc ikən siyasət meydanına atılmışdı. Hicri 954 (1547)-cü ildə

şahın qardaşı  Əlqas Mirzə qiyam etdi. O, türk sultanının sarayına

üz tutdu və  Şirvanın idarə olunması gənc İsmayıla həvalə

edildi.Qacar tayfasından olan Göyçəm Sultan onun tərbiyəçisi

(lələsi) idi

7

. Gənc şahzadə devrilmiş  Şirvanşahlar sülaləsinin



nümayəndəsi olan Burhanla vuruşmada döyüş sınağından çıxdı.

Tezliklə  İsmayıl Mirzə öz bəxtini Osmanlı sultanı I

Süleymanın o dövr üçün güclü sayılan ordusu ilə daha çətin

döyüşlərdə sınadı.Gənc şahzadənən sərkərdəlik ustedadı düşmənlə

döyüşlərdə özünü parlaq şəkildə göstərdi.Qızılbaş qoşunlarının

İsmayıl Mirzənin başçılığı altında Ərzurumun osmanlı hakimi,

lovğa İskəndər paşa üzərində hicri 969 (1552)-cu ildə qəti qələbəsi

türklərə dəhşətli təsir göstərdi. Bu döyüşdə  İsmayılın həyata

keçirməyə nail olduğu taktiki manevrlə, yəni qəsdən geri çəkilmək

yolu ilə qızılbaşklar rəqiblərini qaladan kənara çıxardılar. Açıq

sahədə  İskəndər paşanın qoşunları mühasirəyə alındı, darmadağın



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə