"Oqtay Eloğlu" (C. Cabbarlı) əsərinin məzmununa aid olan fikri seçin


kotan, bir də üzündən kiçik bir hodaq



Yüklə 278,31 Kb.
səhifə3/3
tarix31.12.2021
ölçüsü278,31 Kb.
#81397
1   2   3
Gülşən m- test toplusu

kotan, bir də üzündən kiçik bir hodaq vardı.

A) sayaçı sözləri B) məişət nağılları

C) holavar m əfsanə D) əfsanə

E) mahnı

24. Əsasən, nəzmlə olub bu və ya digər əhvali- ruhiyyənin, psixoloyli ovqatın emosional ifadəsini verir:

A) lirik növ B) dramatik növ

C) şəbihlər D) şifahi ədəbiyyat

E) epik növ

25. Əfnanələr: haqqında yazılarılardan biri yanlışdır:

A) Əlsanələrin hamısının özünəməxsus başlanğıcı olur,

B) Təbiət hadisələrinin mifik-bədii izahı verilir,

C) Hadisələrin mənşəyi araşdırılır.

D) Müxtəlif planetlər, əşyalar, heyvan və quşlar insana xas olan əlamətlərə maliK OLUR

E) Ətraf aləm canlı varlıq kimi dərk edilir.

26. Fikirlərdən biri M.P.Vaqif yaradıcılığı üçün səciyyəvi deyildir:

A)Yalnız klassik şer janrlarında yazıb yaratmas

B) Yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir ədəbi məktəbin bünövrəsinin qoyulması

C) Poeziyanın dil, üslub və forma baxımından ədəbiyyatımızda yeni mərhələ olması

D) Poeziyasının xəlqiliyi, təbiiliyi və realizmi

E) Yaradıcılığı ilə xalq şerinin zənginliyini yazılı ədəbiyyatda nümayiş etdirməsi

27. Budur gəldi bahar fəsli,

Dağların lala vaxtıdır.

Açılıbdır qızıl güllər, Bülbülün bala vaxtıdır." Nümunənin janrını və müəllifini müəyyənləşdirin.

A) Qoşma, Xəstə Qasım

B) Təcnis, Xəstə Qasım

C) Gəraylı, Sarı Aşıq

D) Qoşma, Aşıq Abbas Tufarqanlı

E) Gəraylı, Aşıq Abbas Tufarqanlı

28. Bunlardan biri nəzmin əlamətlərindən sayıla bilməz:

A) Misralarda sözlərin özünəməxsus nizamla düzülməsi

B) Daha çox emosionallıq

C) Vəzn, qafiyə, janr baxımından müəyyən tələblərə əməl olunması

D) Ahəng (ritm)

E) Normal söz sırasına mütləq əməl olunması

29. "Ağ xələt bürünər, zərnişan geyməz,

Heç kəsi dindirib keyfinə dəyməz,

Sərdara söz deməz, şaha baş əyməz, Qüdrətdən səngərli,qalalı dağlar." Bəndin misradaxili bölgüsünü və onda işlənmiş bədii təsvir vasitəsini göstərin.

A) 5-6, təşbeh

B) 6-5, metafora

C) 4-4-3, metafora

D) 6-5, təşbeh

E) 5-6, epitet

30. Nağıl və lətifə janrları ilə bağlı fikirlərdən biri doğrudur:

A) Hər ikisi geniş süjet xəttinə malikdir.

B) Hər ikisi şifahi xalq ədəbiyyatının az yayılmış janrlarındandır.

C) Hər ikisində sehrli qüvvələr iştirak edir.

D) Lətifədə gülüş aparıcı yer tutsa da,onların hər ikisi epik növə daxildir.

E) Hər ikisi həm nəsr,həm də nəzm şəklində olur.

1. Atalar sözləri ilə bağlı fikirlərdən biri yalnışdır:

A) Fikir üstüörtülü şəkildə ifadə olunur.

B) Qısa və yığcam olur.

C )Fikir bitkin olur.

D) Xalq müdrikliyini ifadə edir

2. Sayaçı sözlərə aid edilmiş fikirlərdən biri səhvdir:

A) Əksər nümunələri yeddi hecalı olub, aaba şəkilində qafiyələnir.

B) Bəzi nümunələri formaca bayatılardan fərqlənir .

C) Sayaçı sözlərin bəndələrini artırmaq və misralarının hamısını həmqafiyə etmək də olur.

D) Bu nümunələrdə ən çox kotan,xış,mac ifadələri işlənir.

E) Bu nümunələri çobanlar sürünü axşam ağıla salanda,çölə buraxanda oxuyurlar

3. Məsəllər haqqında fikirlərdən hansı səhvdir:

A) Müəyyən rəvayətlə, hadisə ilə əlaqədar olur.

B) Məsəllərdəki fikir müstəqil işlənə bilir.

C) Məsəllər atalar sözünün işlənməsi üçün zəmin rolunu oynayır.

D) Yığcamlılığı,sadəliyi,məna dərinliyi etibarı ilə atalar sözlərinə çox yaxındır.

E) Adətən, lətifələrin son cümləsi məsəl kimi işlənir.

4. Məhəbbət dastanlarına aid edilmiş fikirlərdən hansı səhvdir?

A) Adətən,ustadnamələrlə başlayır.

B) Məhəbbət dastanlarında qəhrəmanlıq motivləri olmur

C) Bir çox nümunələri XVII əsrdə yaranmışdır.

D) "Şah İsmayıl"dastanı da məhəbbət dastanlarımızdan biridir.

5. M.Füzulinin "Şikayətnamə" əsəri məzmununa və ideyasına görə onun hansı əsəri ilə daha çox müqayisə edilə bilər?

A) "Padşahi-mülk"

B) "Yeddi cam"

C) "Leyli və Məcnun"

D) "Bəngü Badə"

E) "Söhbətül-əsmar"

6. Biri H.Cavidin "İblis" faciəsindəki surətlər sırasına daxil deyil:

A) Zəhra B) Xavər C) Elxan

D) Rəna D) Vasif

7. Məhəmmədhəsən əmi ("Danabaş kəndinin əhvalatları") Xudayar bəyin ulağı aparmasına nə üçün "yox" deyə bilmir?

A) "Yox" deməyə heç imkan da olmadı, Xudayar bəy ulağı zorla apardı.

B) Əgər ulağı verməsəydi, "kənddə baş gəzdirmək" mümkün olmazdı

C) Xudayar bəy onun yaxın dostu və xeyirxahı idi, etiraz etmək heç insanlıqdan deyildi.

D) Qonşuların, kətdaya xoş gəlmək istəyənlərin təkidi ilə razılıq verməli oldu.

E) O, səxavətli, xeyirxah adam idi, "yox"a dili gəlməzdi.

8. Xalq oyunları ilə bağlı səhv fikri müəyyən edin.

A) dramatik növün janrdır

B) sənətin bir neçə səhəsini-musiqini,rəqsi,şeiri, aktyorluğu özündə birləşdirir.

C) oturaq və hərəkətli olmaqla iki yerə bölünür.

D) başqalarına göstərmək üçün icra olunur

E) "Uçdu,uçdu", "Dəyirman" xalq oyunları nümunələridir.

9. Janr baxımından ardıcılığı tamamlayın.

1."Yetim İbrahimin nağılı" 2."Ağıllı uşaq" 3..........

A)"Çahargah əfsanəsi"

B)"Səməndər quşu"

C)"Xəzinəqaya əfsanəsi"

D) "Astiaq"

E)"Şir və tülkü"

10. Qədim türklərin bədii yaradıcılığına aid deyil.

A)"Oğuz xaqan"

B)"Dünyanın yaranması"

C)"Türklərin törəyişi"

D)"Köç"


E )"Zatəl Himmə"

11. Qazan xanın xəbərləşdiyi obyektlərin ardıcıllıqla verildiyi bəndi tapın.

A )yurd,qurd,su,köpək

B) qurd,su,yurd,köpək

C) yurd,su,qurd,köpək

D) su,yurd,qurd,köpək

E) su,qurd,yurd,köpək

12. "Salur Qazanın evinin yağmalandığı"boyunda oğuzların islamı qəbul etdiklərinə dair fikrə Qazan xanın hansı obyektlə xəbərləşməsindən sonra gəlmək olar?

A) yurd ilə

B) su ilə

C) qurd ilə

D) köpəklə

E) Qaraca Çobanla

13. Ələsgər, elmində olma nabələd,

Doğru söylə, sözün çıxmasın qələt.

Şahiddə imam yox, bəydə ədalət...

Bəndi tamamlayın.

A) Hayif ki, kamalda dərin görmədim.

B) Alimin də düz bazarın görmədim.

C) Zəhmətin çox çəkdim, karın görmədim.

D) Almasın, heyvasın, narın görmədim.

E) Namusun, qeyrətin, arın görmədim.

14. N.Vəzirovun "Müsibəti-Fəxrəddin" əsəri ilə bağlı

düzgün fikirləri seçin:

1. Azərbaycan ədəbiyyatı tarixində ilk faciədir.

2. Əsərdə Mələk xanım və Şahmar bəy müsbət obraz kimi təsvir olunmuşdur.

3. Müəllif Rüstəm bəy obrazını yaratmaqla qan intiqamına susamış nadan bəylərə ibrət dərsi verir.

4. Sület iki mülkədar ailəsi arasında gedən qan davası üzərində qurulmuşdur.

5. Əsər Fəxrəddin bəyin monoloqu ilə başlayır.

15. S.Vurğunun "Vaqif" dramında satqınlıq edib Qacarı bu sözlərlə qarşılayan kimdir?

Buyurun, qapımız açıqdır sizə, Yurdu tapşırırıq əllərinizə.

A) Qasım


B) Vəzir

C) Şeyx Al

D) Kürd Musa

E) Arşak


16. "Dədə Qorqud" ilə bağlı fikirlərdən biri səhvdir:

A) Dastandakı hadisələr, əsasən, Azərbaycanda baş verir.

B) Müxtəlif boylardan ibarət olmasına baxmayaraq,əsər vahid dastan şəklindədir

C) Dastan yalnız nəsr şəklindədir.

D) Boylar ozanların müxtəlif zamanlarda yaratdığı ayrı-ayrı dastanlarıdır

E) ilk əlyazması vardır.

17. Qazan xan obrazı (“Dədə Qorqud” dastanı) hansı xüsusiyyətlərə malikdir?

1. Oğuz elinin sərkərdəsi, bəylərbəyidir.

2. Eposun bütün boylarında birbaşa iştirak edir.

3. Döyüşdə qaçanı qovmur, aman diləyəni öldürmür.

4. Boyların birində oğlu Uruz tərəfindən əsirlikdən

qurtarır.

5, Üç ildən bir var-dövlətini xalqa yağmalatdırır.

6. Bamsı Beyrəyin qardaşıdır.

7. Oğuz igidləri üçün elçiliyə gedir.

A) 1, 2, 3, 4 B)2.6.7 С)1,3,4,5

D) 1,5,7 E) 2,3,6,7

18. İsgəndər bir əlində kitab,bir əlində qılınc tutması ilə kimi xatırladır?

A) vəziri Ərəstunu

B) müəllimi Niqumaşı

C) İslam Peyğəmbərini

D) atası Feyləqusu

E) Sasani şahı Bəhram Guru

19. Səhv fikri müəyyənləşdirin.

“Salur Qazanın evinin yağmalanması boyu”nda

(“Kitabi-Dədə Qorqud”):

1. Ulaş oğulları Qaragünə və Qazan xan düşmənlə döyüşdə igidlik göstərirlər.

2. Buğacıq Məliyin gözündə dünya-aləmi qaraldan Dəli Budaq Qaragünə oğludur.

3. Boyda İlək Qocanın iki oğlu iştirak edir: biri boyun əvvəlində həlak olur.

4. Qazanın ova getdiyini kafirin casusu Atağızlı Aruz Şöklü Məliyə xəbər verir.

5. Qaraca Çoban düşmən üçün sapandını belə tərifləyir: “Sapandımın daşlığı üçyaşar dana dərisindəndir, qolları 3 keçi tükündəndir...”

A)4,5 B) 1,2 ,3 C) 1, 4,5

D)1,3 Е) 3,4,5

20. "İsgəndərnamə" poemasının hissələrinin məzmunu ilə bağlı verilənlərdən biri məntiqi baxımdan fərqlidir

A)İsgəndərin İranı,Rumu, Hindistanı və Çini gəzməsi

B)İsgəndərin Çinə gedərək xaqanı tabe olmağa çağırması və ondan vergi istəməsi

C)İsgəndərin arzuladığı səfalı,bərəkətli gözəl bir diyara gəlməsi

D)İsgəndərin poladdan sədd çəkdirməsi

E)İsgəndərin Şərq ölkələrini gəzib dolaşdıqdan sonra Şimal torpağına çatması.

21. İ. Nəsiminin " Sığmazam " qəzəlində işlənən sözlərlə bağlı səhvi tapın.

A) Binat-əvvəl

B) Şəhd-bal

C) Əbsəm -kar

D) Dəhan-ağız

E) Ayət-nişan

22. C. Cabbarlının "Oqtay Eloğlu" əsəri ilə bağlı düzgün olmayan variantı seçin.

A) Dramatik növdə yazılmışdır.

B) Xaspolatı Mazandaranski savadsız adlandırır.

C) Əsərin janrı pyesdir

D) Əsərin əsas obrazı Oqtayın məqsədi teatr yaratmaqdır

E) Firəngiz teatrı və aktyoru qiymətləndirməyi bacaran obraz idi

23. On səkkizdə ölən köhnə şəhidlər Təzə şəhidləri bağrına basdı- misralarının aid olduğu əsərə aiddir

A) Nəsimi,Cavanşir,Babəkdən xeyir dua alınır

B) Qarabağ hadisələri daha qabarıq planda verilir

C) Axı biz neyləmişik?sualının cavabı müəllifin dili ilə verilir

D) Əsərdə Qızıl Ordunun tərkibində vuruşan həmvətənlərimizi də görürük

E) Əsərin sonları bədbin ruhla bitir

24. "Qafqaz müsəlmanlarına xitab " (S. Ə. Şirvani) əsəri ilə bağlı səhv fikirdir:

A) Maarifçilik mövzusundadır

B) Əruz vəzninin xəfif bəhrində yazılıb, məsnəvi formasında qafiyələnib.

C) Şeir satirik məzmunda yazılıb, həyatda müşahidə edilən nöqsanlar elmsizliklə əlaqələndirilir

D) Əsər "Əkinçi '' qəzetində nəşr olunmuşdur.

E) ''Fırıldaqçı din xadimlərinin fikri yalnız xalqı soymaqdır" fikri öz əksini əsərdə tapmışdır

25. 25. Verilmiş beytlərdən biri Nüşabənin dilindən verilməmişdir:

(“İskəndərnamə” N.Gəncəvi)

A) Qəlbimi bu qədər aldatmaq nədən?

Yalan atını gəl minib çapma sən,

B) Düşünmə, hörmətim çoxdur, bunu bil,

Bu ev öz evindir, başqa yer deyil!

C) Erkək tinətliyəm olsam da, qadın,

Hər işi bəllidir mənə dünyanın.

D) Mən də bir aslanam, düşünsən bir az,

Aslanın erkəyi, dişisi olmaz.

E) O zaman dəyərli olardı sözün,

Öncə bu daş-qaşdan qaçaydın özün.

26. Biri janr baxımından məntiqi ardıcıllığı

tamamlaya bilməz:

1. “Yusif və Züleyxa” (S.Fəqih)

2. “Qisseyi-Yusif” (Qul Əli)

З.


A) “Töhfətül-İraqeyn” (Ə.Xaqani)

B) “Fərhadnamə” (A.Ərdəbili)

C) “Bənövşə” (Dirili Qurbani)

D) “Leyli və Məcnun” (N.Gəncəvi)

E) “Dəhnamə” (M.Əvhədi)

27. İ.Nəsiminin "Sığmazam" qəzəlinin məzmunu ilə bağlı doğru fikirləri müəyyən edin.

1. Lirik qəhrəmanın monoloqu təsiri bağışlayır.

2.Əruz vəzninin rəcəz bəhrində yazılmışdır.

3. Lirik qəhrəman heç bir şərhə və bəyana sığmadığını söyləyir.

4.Lirik qəhrəman maddi və mənəvi aləmin onda birləşdiyini, lakin özünün bu aləmə sığmadığını bəyan edir.

5. Mətlə beyti aa, məqtə beyti isə ... da kimi qafiyələnmişdir.

A)1,2,3 B) 3, 4,5 С)2,4,5

D)1,3,5 Е) 1,3,4

28. İ.Nəsiminin "Sığmazam qəzəlinin xüsusiyyətləri ilə bağlı doğru fikirləri müəyyən edin.

1.Lirik qəhrəmanın monoloqu təsiri bağışlayır.

2.Əruz vəzninin rəcəz bəhrində yazılmışdır

3. Lirik qəhrəman heç bir şərhə və bəyana sığmadığını söyləyir.

4. Qəzəl şanrındadır.

5, Mətlə beyti aa, məqtə beyti isə ... da kimi qafiyələnmişdir.

A)1, 2,3 B) 3,4, 5 C) 2,4.5

D) 1,3,5 E) 1,3, 4

29. 13. Ş.İ. Xətayinin “Dəhnamə” poemasına da aid fikirləri müəyyənləşdirin.

1. Əsər Nizaminin “Leyli və Məcnun” poemasının təsiri ilə yazılmışdır.

2. Əsər faciəvi sonluqla bitir.

3. Əsərə qəzəllər də daxil edilmişdir.

4. Əsərdə orta əsrlərdə məhəbbətlə bağlı qeyri-sağlam baxışlar tənqid olunur.

5. Poema ana dilimizdə yazılmışdır.

A)2,4,5 B)3,5 C)1,2,3 D) 1,4

E) 3,4

30. Ş.İ. Xətayi yaradıcılığı ilə bağlı yanlış fikir hansıdır?



A) "Dəhnamə" ənənəyə uyğun olaraq fars dilindədir.

B) Şairin lirikasında şifahi xalq ədəbiyyatı janrlarından istifadə mühüm əhəmiyyət kəsb edir.

C) Didaktik mənzumələri və “Nəsihətnamə” adlı məsnəvisi vardır.

D) "Dəhnamə" sevgililərin görüşüb öz istəklərinə çatması ilə bitir.

E) Yaradıcılığında qəzəl yanrı xüsusi yer tutur.

1. Şah İsmayıl Xətayinin “Dəhnamə” məsnəvisi ilə bağlı yazılış fikirlər hansılardır?

1. Görüşüb ayrılan sevgililərin keçirdiyi hislər, vida səhnəsi “Sən qal imdi” rədifli qəzəldə ümumiləşdirilir.

2. Buradakı eşq dünyəvi mahiyyət daşıdığı üçün “Dəhnamə” realist əsər hesab edilir.

3. Sonuncu məktubu Məşuqəyə Səba çatdırır

4. Ənənəvi başlıqlardan sonra nəsrlə yazılmış girişdən istifadə olunur.

5. Məsnəviyə daxil edilmiş qəzəllərdə şair öz təxəllüsünü vermir.

A)1,2,4 B)1,3,4 C)3,5 D)2,4,5

E)2,3

2. Ş.İ.Xətayinin “Dəhnamə” məsnəvisinin yazılma səbəblərindən hansılar səhvdir?



1. Allahın təkliyini və özünün ona bəndəliyini bildirmək.

2. Ana dilində ilk məhəbbət dastanı yaratmaq.

3. Qəmli könülləri şadlandırmaq.

4. Dünyada özündən sonra bir nişanə qoymaq.

5. Özündən əvvəl farsca yazılmış məsnəvilərə cavab yazmaq.

A)2,3 B)1,3,5 C)1,4,5 D)3,4

E)2,5

3. Sillogizmi tamamlayın.



I – İ. Nəsimi hürufi məzmunlu şeirlərində insanı tanrı səviyyəsinə qaldırır.

II — “Mənəm mən” rədifli şeiri hürufi məzmunlu qəzəllərindəndir.

Nəticə: ...................................................................................

A) “Sığmazam” qəzəli də hürufi məzmunlu şeirlərdəndir.

B) Hürufi məzmunlu şeirləri sufi məzmunlu şeirlərindən daha çoxdur.

C) İ.Nəsimi yaradıcılığında hürufizm xüsusi yerə malikdir.

D) “Sığmazam” qəzəli əruz vəzninin rəcəz bəhrində yazılmışdır.

E) Bu şeirdə də insan müqəddəs- ləşdirilir, ona ən yüksək dəyər verilir.

4. "Məni candan usandırdı" qəzəli haqqındakı fikirlərdən biri səhvdir:

A) Əsərin lirik qəhrəmanı səmimi və sədaqətlidir.

B) Qəzəlin ilk beytinden sona kimi aşiqin keçirdiyi hiss-həyəcan əks olunmuşdur.

C) Bədii təsvir və ifadə vasitələri yüksək səviyyədə istifadə edilmişdir.

D) Şeirdəki alınma sözlər şeirin məzmununu anlaşılmaz edir.

E) Şeir əruzun həzəc bəhrində yazılmışdır.

5. Poemaların birində "təkəbbürlü hökmdarların mənasız müharibələr törətməklə insanları qırğına verməsi" pislənilir:

A) "Leyli və Məcnun" əsəri

B)"Şikayətnamə"

C)"Həft cam"

D)"Bəngu Badə"

E)"Rindü Zahid"

6. 24. “Duma teli” qolundan verilmiş hansı fikir səhvdir ?

A) Biçinçi Koroğluya məsləhət verir: şəhərə tək girsin, adamları da camaata qarışsın.

B) Koroğlu paşanın məclisinə - aşıq qiyafəsində gəlir.

C) Qoca biçinçi ağlayırdı, çünki taxılını paşa əlindən alacaqdı.

D) Koroğlu biçinçiyə kömək olsun deyə onun zəmisini dəliləri ilə biçir.

E) Koroğlu qoca biçinçiyə xurcunla gəlib gözləməsini tapşırır.

7. Dəli Mehtər Koroğlunun itmiş ilxısını niyə tapa bilmədi? (“Düratın itməyi” qolu)

A) Xotkarın qoruğunda olduğu üçün

B) İran padşahının qoruğunda olduğu üçün

C) Qara xanın qoruğunda olduğu üçün

D) Osmanlı padşahı tərəfindən oğurlandığı üçün

E) Ələmqulu xanı tərəfindən oğurlandığı üçün

8. “Koroğlu” eposunun bədii formaları ilə bağlı yanlış fikirləri seçin.

1. Həm nəsr, həm də nəzm hissələrinin dili bədii məcazlarla zəngindir

2. Hiss və həyəcanların ifadəsində daha çox qoşma, gəraylı və qəzəllərdən istifadə olunmuşdur

3. Xalq deyimləri, məsəllər və atalar sözlərindən bol-bol istifadə olunmuşdur

4. Dastanın sonu cahannamə ilə bitir

5. Nəsr və nəzm bir-birini əvəz edir

A) 1,2,4 B) 2,3,5 C) 2,4

D) 1,4,5 Е)2,4,5

9.Uyğunsuzluğu göstərin.

A) Mən sənin nəinki atını,heç bir tükünü də qıyıb Hasan paşaya vermərəm Keçəl Həmzə

B) Qaçıb qala divarına dırmaşır — Hasan paşa

C) Koroğlunun üzərinə gedən qoşunların birinə başçılıq etməyi boynuna götürür — Bolu bəy

D) Koroğlunu üzərinə gedəcəyi təqdirdə Toqat Paşalığına və Hasan paşanın qızına sahib olacaqdı — Ərəb Reyhanı

E) Qıratı gətirməyə razı olur — Keçəl Həmzə

10. M.P.Vaqifin "Pəri" şeiri ilə bağlı yanlış fikri seçin.

A) Aşiq yarını sonaya bənzədir

B) Misradaxili bölgüsü bütöv söz prinsipinə əsaslanan ictimai mövzulu şeirdir

C) Şeir el-obanın təriflədiyi bir qıza həsr olunub

D) Aşiq yarının kirşansız da gözəl olduğunu vurğulayır

E) Aşiq yarını "Ellər yaraşığı" adlandırır

11. M.P. Vaqifin müraciət etdiyi janrları seçin.

A) qəzəl, qəsidə, qoşma

B) qoşma, gəraylı, qəzəl, müxəmməs

C) qəzəl, qoşma, müxəmməs

D) qoşma, gəraylı, qəzəl

E) qəzəl, müxəmməs, qoşma, tuyuq

12. Verilmiş bənd haqqında hansı fikir səhvdir?

İxtilatın şirin, sözün məzəli,

Şəkər gülüşündən canlar təzəli,

Ellər yaraşığı, ölkə gözəli,

Nə gözəl doğubsan anadan, Pəri!

A) Heca vəznindədir

B) Qoşmanın orta bəndidir

C) Məhəbbət növzusundadır

D) Obyektiv münasibət güclüdür.

E) Şeirdə tərənnüm güclüdür.

13. M. P. Vaqif haqqında yazılmış hansı fikir səhvdir?

A) Türk, ərəb, fars dillərini mükəmməl bilirdi

B) Dövrün elmli, bilikli adamlarından olduğundan adının qarşısına “molla” titulu artırılmışdır.

C) “Vaqif” təxəllüsü ilə şeirlər yazırdı.

D) Həyatının sonuna kimi nikbin şeirlər yazmışdır.

E) Gəraylı yazmamışdır.

14. Aşağıdakılardan hansı yaradıcı aşıqdır ?

A) Aşıq Kamandar

B) Aşıq Əmrah

C) Aşıq Ədalət

D) Aşıq Ələsgər

E) Aşıq Eşmir

15. Aşıq Ələsgərin "Görmədim" rədifli qoşması şeirləri içərisində hansı məzmunu ilə seçilir?

A) El gözəllərinin tərifi ilə

B) İctimai-əxlaqi məzmunu ilə

C) Məhəbbətin tərənnümü ilə

D) Təbiət gözəlliklərinin tərənnümü ilə

16. Bunların hansından S.Ə.Şirvani istifadə etməmişdir?

A) öyüd

B) təmsil

C) poema

D) mənzum hekayə

E) nəsihət

17.. “Həmzənin Qıratı qaşırması” qolu il bağlı səhv fikri seçin.

A) Xotkar Hasan paşaya və onun fərasətinə güvənir.

B) Qəcər Alı tanınmiş pəhləvanlardanidi.

C) Ərəb Reyhanın ondan qabaq Koroğ luya hücum edəcəyini məktubdan öyrənən Hasan paşanın keyfi pozulur.

D) Həmzə Hasan paşanın dilindən məktub yazmağa məcbur edir.

E) Bolu bəy Hasan paşanın qızına elçigöndərməyə cürət etmir.

18. Verilmiş şeir nümunəsi hansı јanrdа yazılmışdır?

Hanı mənim gördüyüm qurğu-büsatlar

Dərdmənlər görsə,tez bağrı çatlar,

Mələşmir sürülər,kişnəmir atlar,

Niyə pərişandı halların dağlar.

A) Gəraylı

B) Mürəbbe

C) Müxəmməs

D) Bayatı

E) Qoşma

19. 17. Aşıq Ələsgərin “Dağlar” ictimai kədərli şeirinin forma xüsusiyyətləri ilə bağlı doğru fikirləri müəyyən edin.

1. Bu şeirdə vətənin dar günündə dağların aldığı qəmli mənzərə əhatəli təsvir edilir.

2. abvb şəklində qafiyələnən birinci bəndində epitetdən istifadə edilmişdir

3. Bütün bəndlərdə bədii sualdan istifadə edilmişdir

4. Təbiət vurğunu olan aşıq dağlarla insanı vəhdətdə götürür.

5. Heca vəznindədir

6. Sonuncu bənddə anafora işlənmişdir

A) 1,5 В) 2,3,4 С)2,5

D) 1,2,4,5 E) 2,4,5,6

20. H.Cavidin "İblis" əsərində xaraktercə dəyişmədə verilən surət:

A) Xavər


B) Arif

C) Rəna


D) İbn Yəmin

E) Vasif


21. Aparın, aparın onu zindana,

Göz dağı çəkdirin Azərbaycana.

Mətndə hansı bədii ifadə və təsvir vasitəsi işlənmişdir?

A) metafora, metonimiya

B) təkrir, təşbeh

C) anafora, metonimiya

22. M.F.Axundzadənin "Hekayəti Musyo

Jordan..." və "Aldanmış Kəvakib" əsərlərini birləşdirir:

A) Köhməliyin qələbə qazanması

B) Zülmkar hökmdar obrazının yaradılması

C) Qadın obrazlarının geriliyi

D) Hadisələrin 19-cu əsrdə baş verməsi

E) Komediya fanrinda yazılmaları

23. M.F Axundzadənin yaradıcılığı ilə bağlı səhvi seçin.

A) Yaradıcılığında iki dildən istifadə etmişdir.

B) Avtobioqrafik əsər müəllifidir.

C) Azərbaycan teatrının yaranması müəyyən mənada onun adı ilə bağlıdır.

D) İlk çap olunmuş əsəri olan “Matəm qəsidəsi” şeiri rus dilində qələmə alınmışdır.

E) Axundzadə hər üç növdə yazan ilk sənətkardır.

24. “Hekayəti-müsyö Tordan həkimi nəbatat və dərviş Məstəli şah caduküni məşhur” komediyasında bir-birinə zidd qütblərdə dayanan əsas baş qəhrəmanları seçin.

A) Şahbaz bəy — Hatəmxan ağa

B) Şəhrəbanu — Hatəmxan ağa

C) Hatəmxan ağa — Şahbaz bəy

D) Müsyö lordan - Məstəli şah

E) Şahbaz bəy- Şərəfnisə

25. “Hekayəti — müsyö Jordan həkimi — nəbatat və dərviş Məstəli şah caduküni məşhur” komediyasına aid edilmiş fikirlərdən biri səhvdir.

A) Köhnəliyi və yeniliyi təmsil edən əsas obrazlar əsərdə üz-üzə gəlmir.

B) Müsyö Jordan elm, maarif, inkişaf idealının təmsilçisidir.

C) Vətənimizin gözəllikləri, sərvətləri əsərdə qonaq surət vasitəsi ilə dəyərləndirilir.

D) Əsərin əsas tənqid hədəfi Məstəlişahdır.

E) Komediya yeniliyin köhnəlik üzərindəki qələbəsi ilə başa çatır.

26. Aşağıdakılardan hansı poliqlot şairdir?

A) Arif Ərdəbili

B) Cahanşah Həqiqi

C) Zülfüqar Şirvani

D) Şah Qasım Ənvar

E) Qul Əli

27. Nizami Gəncəviyə Azərbaycan və dünya ədəbiyyatında ən çox şöhrət gətirən nə olmuşdur?

A) Rübailəri

B) Qəzəlləri

C) Qəsidələri

D) “ Xəmsə ” si

28. Nizami Gəncəvinin hansı poeması iki hissədən ibarətdir?

A) İsgəndərnamə

B) “ Xosrov və Şirin ”

C) “ Sirlər xəzinəsi ”

D) “ Yeddi gözəl ”

29. Nizaminin hansı əsərinin vahid süjet xətti yoxdur?

A) "Yeddi gözəl"

B) "Xosrov və Şirin"

C) "Leyli və Məcnun"

D) "Sirlər xəzinəsi"

E) "Isgəndərnamə"

30. Aşıq Ələsgər haqqında deyilən hansı fikir yanlışdır?

A) "Çıxıbdı", "Görmədim" ictimai mövzulu şeirləridir.

B) "Dağlar" adlı iki qoşması vardır

C) Aşıq şeirinin bütün fanrlarına müraciət etmiş, lakin heç birində uğur qazana bilməmişdir.

D) "Gərəkdi", "Olmaz" şeirləri xalq müdrikliyini, sənətkarın böyük həyat təcrübəsini əks etdirir

E) İctimai motivli şeirlərində çar hakimləri-naçalnik, pristav,koxa, elecə də istismarçı ağalar, quldurlar, ikiüzlü, fırıldaqları tənqid etmişdir.

1. M.F. Axundzadə yaradıcılığı ilə bağlı səhv fikri seçin.

A) Hər üç ədəbi növdə yazıb-yaratmışdır.

B) Bədii yaradıcılığa lirik şeirləbaşlamışdır.

C) Şeirlərini türkcə və farsca yazmışdır.

О) “Zəmanədən şikayət” şeiri süfetli lirikanın dəyərli nümunəsidir.

E) İlk çap əsəri “Molla Əli” şeiridir.

2. Rüstəm bəy əsərdə ziddiyyətli bir obraz kimi verilib.Bu ziddiyəti harda görə bilərik?

A) Heç vaxt qisas almaq fikrindən dönməməsindən.

B) Hər zaman Rəşidin intiqamı haqıında düşünməsindən.

C) İki ailə arasında olan münasibətdən.

D) Rüstəm bəyin nə qədər köhnə düşüncəli olsada, öz qızını oxutması və sonda peşimançılq hissi keçirməsindən.

E) Əsərin əvvəlində verilmiş monoloqundan.

3. Verilmiş sözlər kimin dilindəndir?

“Olmaz,qoymaram heç vaxt Əllərimi

kəssən, dişlərimlə tutb qoymayacağam,

vəssalam!”

A) Səadət xanım

B) Fərhad

C) Məhərrəm

D) Gülbahar

E) Hürü nənə

4. S.S.AxundovUn “Nurəddin” hekayəsinin məzmunu ilə bağlı səhv fikri seçin.

A) Rəhim Hacı Nəsirə kiçik “Gülüstan” kitabını hədiyyə edir.

B) Əmiraslan Nurəddini zəhərləyərək öldürmək istəyir.

C) Nurəddin on il sonra dilənçi Gülpərini evə gətirir.

D) Əmiraslan sonda öz cəzasını tapır.

E) Rəhim Nurəddinə verdiyi tərbiyədən xeyli razı qalır.

5. S.S.Axundovun “Nurəddin” hekayəsi ilə bağlı səhv fikri tapın.

A) Nurəddinin malına sahib olan Əmiraslan bütün sərvəti tələf edir.

B) Qoca dilənçi xəstə olduğu üçün Nurəddini dilənməyə göndərir.

C) Nurəddinin Gülpəriyə olan mərhəməti Rəhim kişinin xoşuna gəldi.

D) Əmiraslan İmamverdini həyətdəki su quyusuna ataraq öldürmək istəyir.

E) Həci Nəsir Nurəddini döyən Gülpərini evdə saxlamayacağını söyləyir.

6. Məhəmməd Füzuli anadan olmuşdur:

A) 1496 – cı ildə Bağdad şəhərində

B) 1498 – cü ildə Hələb şəhərində

C) 1497 – ci ildə Bağdad şəhərində

D) 1494 – cü ildə Kərbəla şəhərində

7. Məhəmməd Füzuli bu dildə yazmağa üstünlük verirdi:

A) Ərəb dilində

B) Həm fars, həm də ərəb dilində

C) Azərbaycan dilində

D) Fars dilində

8. Füzulinin alleqorik poemalarına aid deyil:

A) “ Leyli və Məcnun ”

B) “ Söhbətül – əsmar ”

C) “ Bəngü Badə ”

D) “ Həft cam ”

9. Füzulinin fəlsəfi fikirləri əks olunmuşdu:

A) “ Həft Cam ”

B) “ Söhbətül – Əsmar ”

C) “ Bəngü Badə ”

D) “ Leyli və Məcnun ”

10. Məhəmməd Füzulinin Padşahı Mülk qitəsi hansı bəhrdədir?

A) rəzəc


B) xəfif

C) həzəc


D) Heç biri

11. “Yaxşılığa yaxşılıq hər kişinin işidir,

Yamanlığa yaxşılıq ər kişinin işidir”

Hansı hekayənin məzmununa uyğundur?

A) “Bomba” B) “Köç” C) “Nurəddin”

D) “Qurbanəli bəy” E) “Odlu qılınc”

12. Ə.Haqverdiyevin “Bomba” hekayəsi il, pağlı yanlış fikri seçin

A) Kərbəlayı Zal yadelli ağalara canla-başla qulluq edir

B) Yazıçı əsəri gözlənilməz sonluqla bitirir.

C) Kərbəlayı Zal heç kimə demədən nalbəndin evinə gəldi ki, pristav ondan razı qalsın

D) Əsərin qəhrəmanı sonda gülünc vəziyyətə düşür.

E) Yazıçını düşündürən başlıca problem müstəmləkə şəraitində yaşayan millətin qul psixologiyasında olmasıdır.

13. 10. M.Hadinin “Türkün nəğməsi” şeiri ilə bağlı yarılış fikri müəyyən edin.

A) Birinci Dünya müharibəsi dövründən bəhs edir.

B) Türk xalqlarına müharibənin gətirdiyi fəlakətlər xatırlanır.

C) Şeirdə tanış olmayan sözlər çoxdur.

D) Şeir heca vəznində dördlük formasında yazılıb

E) Türk millətinin qorxmazlığı, dönməzliyi şairi qürurlandırır.

14. 11. M. Hadinin “Türkün nəğməsi” şeirindən verilmiş sözlərin izahı ilə bağlı yanlışı seçin.

A) Bihudə boş,əbəs, faydasız

B) Məfkurə məqsəd

C) Xuni şəhidan-şəhidlər qanı

D) Himməti ” türkan-türklərin sayı

E) Cümlə miləl milli ruh

15. Nümunə ilə bağlı doğru fikri göstərin (“Anamın Kitabı”) C.Məmmədquluzadə Ənzari-şəbabımda pədidar olan ey zill!

Ey zilli tüluat oluyorsun yenə peyda!

A) Səməd Vahid tərəfindən səsləndirilir

B) Rüstəm bəyin lüğətindəndir

C) Milli birlik hissi ifadə olunur

D) Kifayət qədər anlaşıqlıdır

E) Gülbahar bu şeiri "qul millətin nəğməsi" adlandırır

16. “Anamın kitabı” əsərindəki “Qardaş” surətlərin əqidəcə ardıcıllarını müəyyənləşdirin.

1. Danyar bəy 2 . Qurban

3. Aslan bəy 4. Mirzə Cəfər

5. Hüseyn Şahid 6. Mirzə Baxşəli

A) 1,3,5 B) 1,2,4 C) 3,5,6

D) 1,3,6 E) 2,4,5

17. C. Məmmədquluzadənin "Anamın kitabı”

tragikomediyasında Gülbahar surəti ...

Aşağıdakı fikirlərdən biri nöqtələrin yerinə yazıla bilməz:

A) atasının vəsiyyətində deyilənləri dərindən başa düşür.

B) qardaşlarının onu zorla ərə verməsinə məcbur razı olur.

C) qardaşların əqidələrinin və tutduqları yolun puç olduğunu üzlərinə deyir.

D) çobanların danışığı onun üçün doğmadır.

E) həm doğma qardaşlarının, həm də ki onların ardıcıllarının fikirlərini qəbul etmir.

18. Məhəmməd Füzuli bu dildə yazmağa üstünlük verirdi:

A) Azərbaycan dilində

B) Fars dilində

C) Həm fars, həm də ərəb dilində

D) Ərəb dilində

19. M.Ə.Sabirin "Əkinçi" şeirində:

A) Özünü ifşa edən satirik qəhrəman canlandırılıb

B) Mübariz kəndli obrazı canlandırılıb

C) Yalnız kəndlinin həyat tərzi göstərilib

D) Hər misradakı hecaların sayı bərabərdir

E) Birdən çox yumor hədəfi canlandırılıb

20. M.Ə.Sabirin “Neylərdin, ilahi?!” əsəri ilə bağlı səhv fikri seçin.

A) 1908-ci ildə “Molla Nəsrəddin” jurnalında çap olunmuşdur.

B) Əsərdə insan təbiətindəki ətalət, cəhalət tənqid edilir.

C) İnsan həyatına laqeydlik humanist şairi sarsıtmışdır.

D) İnsan taleyinə amansız rəftar şairi hiddətləndirir.

E) Tərənnüm əsasında yazılmış şeirdə məzlumların səbirli davranışı şairi təbii halından çıxardır.

21. M.Ə.Sabirin “Neylərdin, ilahi?” satirasının təhlili ilə bağlı səhv fikri seçin.

A) Şeirin ilk iki misrası etiraz dolu iki sualla başlayır.

B) “daş qəlbli insanlar”, “soyuq qanlar” ifadələri oxucunu sonraki faciəvi səhnələrə hazırlayır.

C) Beytlərdə qütbləşən bir mənəvi əxlaqi aləm, ziddiyətli ürək dağlayan bir dünya təsvir edilir.

D) Şair hər beytlərin birinci misrasında bir fikir deyirsə, o biri misrada onun əksini söyləməklə qüvvətli təzad yaratmış olur.

E) Şair yeri gəldikcə satirik tipin dilindən misralar da verir.

22.


.


Yüklə 278,31 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə