22
2017/3 (25)
ORİJİNAL MƏQALƏLƏR
UOT: 617.736-001.4-681.784.9
Kərimov M.İ., Əliyev X.D., Əliyeva T.A.
TRAVMATİK MAKULYAR YIRTIQLARIN OPTİK KOHERENS
TOMOQRAFİYA XÜSUSİYYƏTLƏRİ
Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı səh., Azərbaycan
Açar sözlər: travmatik makulyar yırtıq, optik koherens tomoqrafiya müayinəsi
Makulyar yırtıqlar idiopatik, fəsadlı miopiya zamanı, travmadan sonra, arxa hialoid membrana bağlı
vitreomakulyar traksiya ilə əlaqədar ola bilər. İlk dəfə olaraq travmadan sonrakı makulyar yırtıqlar 1869-cu ildə
Knapp tərəfindən göz almasının kontuziyası olan xəstədə təsvir edilmişdır [1, 2].
Travmatik makulyar yırtıqlara 1,4% qapalı (küt zədələnmələr) və 0,4% açıq göz travmaları zamanı rast gəlinir
[3, 9, 10]. Çoxsaylı nəzəriyyələrə baxmayaraq nisbətən az rast gəlinməsi ilə əlaqədar travmatik makulyar yırtıqların
dəqiq yaranma mexanizmi mübahisəli olaraq qalır [4-8].
Müəyyən edilmişdir ki, travmatik makulyar yırtıqların yaranmasında göz almasının birbaşa silkələnməsilə
yanaşı, vitreoretinal traksiyalar kimi ikincili səbəblərin də rolu vardır [11,12].
Bu cəhətdən zədədən sonrakı dövrlərdə makulada və preretinal interfeysdə olan dəyişikliklərin vaxtında aşkar
edilməsinə şərait yaradan vizualizasiya üsullarına geniş yer verilir. Bu üsullar arasında spektral optik koherens
tomoqrafiya (OKT) müayinəsinin rolu əvəzedilməzdir [19].
OKT çoxsaylı kəsiklərlə torlu qişanın makulyar sahəsinin bütün qatlarını vizualizə etməklə, həmin nahiyyədə
olan patoloji dəyişiklikləri aşkarlamağa imkan verən qeyri-invaziv müayinə metodudur [20]. OKT-nın istifadəsi
arxa seqment travmalarından sonra torlu qişada olan kəmiyyət və keyfiyyət dəyişikliklərinin diaqnostikasında
faydalı olmaqla, bu dəyişikliklərin dinamikada obyektiv müşahidəsinə də imkan verir. Məhz OKT müayinəsi
travmatik makulyar yırtıqlar zamanı foveal və perifoveal dəyişiklikləri, vitreoretinal traksiyaları, intraretinal
kistaları ən kiçik detallara qədər görməyə kömək edir[13].
Məqsəd – travmatik makulyar yırtıqlar zamanı yaranan morfostruktur dəyişiklikləri spektral optik koherens
tomoqrafiya müayinəsi vasitəsilə qiymətləndirməkdir.
Material və metodlar
Aparılan tətqiqat işində 2015-2017-ci illərdə Akademik Zərifə Aliyeva adına Milli Oftalmologiya Mərkəzinə
müraciət etmiş və travmatik makulyar yırtıq diaqnozu qoyulan 10 xəstənin (10 göz) müayinə nəticələrindən
istifadə edilmişdir.
Bütün xəstələrdə ən yaxşı görmə verən korreksiya ilə vizometriya, tonometriya, biomikrooftalmoskopiya,
göz dibinin fundus fotoqrafiyası kimi standart müayinələr və spektral optik koherens tomoqrafiya müayinəsi
aparılmışdır. Hər bir xəstə üçün yaş, cins, zədə vaxtı, zədə və müayinə arasındakı müddət və zədənin yaranma
mexanizmi qeydə alınmışdır.
Göz dibinin biomikroskopik müayinəsi 90D (Volk, Optical İnc, Mentor, OH, USA) kontaktsız linza vasitəsilə
yarıq lampası ilə aparılmışdır. Makulada OKT müayinəsi Spectral HD Cirrus OCT 5000 (Carl Zeiss inc.Dublin
CA, USA) cihazında Macular Cub 512x128 və 5 Line Raster protokolları vasitəsilə aparılmışdır. Müayinə zamanı
aşağıdakı əlamətlərə diqqət yetirilmişdir: torlu qişa piqment epitelinə nəzərən yırtıq kənarlarının forması (iti və
ya dairəvi), epiretinal membranın, tangensial və vitreomakulyar traksiyanın, yırtıq kənarlarında qeyri-reflektiv
boşluqların (kistaların), yırtığı əhatə edən torlu qişa sahəsində qalınlaşmaların (intraretinal ödem), neyroretinal
qatın altında zəif reflektivlikli boşluqların (subretinal maye) mövcudluğu. OKT vasitəsilə yırtığın minimal daxili
(MDD, yırtıq kənarlarının ən yaxın nöqtələri arasındakı məsafə) və maksimal xarici diametri (MXD, yırtıq əsasının
ən uzaq nöqtələri arasındakı məsafə) ölçülmüşdür. Travmatik makulyar yırtıqlar formasına görə təsnif edilmişdir.
Bütün kliniki hallar Gass tərəfindən təklif edilən idiopatik makulyar yırtıqlar üçün təsnifat sxeminə əsasən
dərəcələndirilmişdir.
Nəticələr və onların müzakirəsi
Tədqiqat işinə 10 xəstənin 10 gözü daxil edilmişdir. Xəstələrin orta yaş həddi 23 (14-32), cinsi kişi və hər bir
halda yırtığın əmələ gəlmə səbəbi göz almasının küt travması - kontuziyası olmuşdur. Makulyar yırtıq 7 xəstədə
travmadan sonra 1 ay ərzində, 3 xəstədə isə 12 ay ərzində əmələ gəlmişdir. Xəstələrdən 5-də 3-cü dərəcəli (50%),
3-də 2-ci dərəcəli (30%), 1-də 4-cü dərəcəli (10%) və 1-də 5-ci dərəcəli (10%) makulyar yırtıq aşkarlanmışdır
(Gass təsnifatına görə) (Cədvəl 1).
23
2017/3 (25)
ORİJİNAL MƏQALƏLƏR
Cədvəl 1
Travmatik makulyar yırtıq müşahidə edilən xəstələrin ümumi əlamətləri
№
Cinsi
Göz
Yaş
Zədədən sonra yırtığın
aşkarlanma müddəti (ay)
Yırtığın inkişaf
mərhələsi
Yırtığın forması
1
k
sağ
22
1
3
dairəvi
2
k
sağ
26
12
4
dairəvi
3
k
sağ
23
1
3
dairəvi
4
k
sağ
12
1
2
dairəvi
5
k
sağ
27
12
5
dairəvi
6
k
sağ
30
1
2
dairəvi
7
k
sağ
22
1
3
dairəvi
8
k
sol
14
1
3
ellipsoid
9
k
sağ
32
12
3
dairəvi
10
k
sağ
19
1
2
ellipsoid
Biomikrooftalmoskopik müayinə göstərdi ki, xəstələrdən 8-də (80%) makulyar yırtıq dairəvi, 2-də (20%)
ellipsoid formada olmuşdur. Xəstələrin 4-də (40%) makulyar yırtıq ətrafında epiretinal membran, 1-də (10%)
intraretinal ödem, 2-də (20%) subretinal seroz maye və 5-də (50%) yırtıq kənarlarında kistoz ödem müşahidə
edilmişdir. Cəmi 1 xəstədə (10%) makulyar yırtıqla bərabər torlu qişanın qopması müşahidə edilmişdir. OKT
müayinəsi əsasında yırtığın minimal daxili diametri orta hesabla 518 mkm (224-1161), maksimal xarici diametri
1448 mkm (512-3374) olmuşdur (Cədvəl 2). Müşahidə etdiyimiz xəstələrdən birində 1-ci tip (10%), 3-ündə 2-ci
tip (30%), 2-sində 3-cü tip (20%) və 4-ündə 4-cü tip (40%) travmatik makulyar yırtıq aşkarlanmışdır (Jingjing
Huang və həmmüəllifləri OKT-yə əsaslanan təsnifata görə).
Cədvəl 2
Travmatik makulyar yırtığı olan xəstələrin OKT əlamətləri
№
Yırtıq kənarları
Yırtığın MDD
(mkm)
Yırtığın MXD
(mkm)
ERM
Torlu qişada
qalınlaşma
Sub-retinal
maye
İntraretinal
kistoz ödem
Torlu qişanın
qopması
1
qeyri-hamar
787
1241
yox
yox
yox
var
yox
2
qeyri-hamar
344
1280
var
yox
yox
var
yox
3
qeyri-hamar
429
512
var
var
var
yox
yox
4
hamar
275
883
yox
yox
yox
yox
yox
5
hamar
410
646
yox
yox
yox
yox
yox
6
hamar
449
663
var
yox
yox
var
yox
7
qeyri-hamar
224
2107
yox
yox
yox
var
yox
8
qeyri-hamar
1161
1972
yox
yox
yox
yox
yox
9
hamar
635
3374
yox
yox
yox
var
var
10
qeyri-hamar
464
1797
var
yox
var
yox
yox
Travmatik makulyar yırtıq göz almasının zədələnmələrindən sonra anatomik foveanı əhatə edən tam qat torlu
qişa defektidir. Çoxsaylı araşdırmaların aparılmasına baxmayaraq travmatik makulyar yırtıqlar və onların OKT
xüsusiyyətləri haqqında çox az ümumiləşmiş məlumat vardır. Üzərində tədqiqat apardığımız travmatik makulyar
yırtığı olan 10 xəstənin analizi də, həmçinin bizə onu göstərdi ki, travmatik makulyar yırtıqlar homogen gedişə
malik deyil.
Travmatik makulyar yırtıqların əmələ gəlməsinin konkret mexanizmi məlum deyil. Tədqiqat işində göstərdik
ki, rast gəldiyimiz xəstələrin 80%-də makulyar yırtıq dairəvi formada olmuşdur. Bu, ədəbiyyat araşdırmasında
rast gəldiyimiz Yanagiya və həmmüəlliflərin [14] tədqiqatları ilə uyğun gəlmir. Belə ki, onların müşahidələrində
travmatik makulyar yırtığı olan xəstələrdə yırtığın forması ellipsoid olmuşdur. Onlara görə, makulaya təsir edən
qüvvələr foveanın rupturası ilə nəticələnir. Bunun təsdiqi olaraq üzərində tədqiqat apardıqları xəstələrdə travmatik
makulyar yırtıqların ellipsoid formada olması göstərilir.
Travmatik makulyar yırtıqlar zədədən dərhal və müəyyən müddət sonra baş verə bilər [15]. Dərhal əmələ
gəlmənin səbəbi kimi küt travma nəticəsində göz almasının ön-arxa istiqamətdə sıxılması və retina üzərində şüşəvari
cisimlə birləşmiş nöqtələrə qüvvətli təsiri göstərilir [16]. Travmatik makulyar yırtıqların daha çox gənc şəxslərdə və
qapalı göz almasının travmalarından sonra baş verməsinin səbəbi zərbə nəticəsində sıx vitreofoveolyar adheziyası
olan anatomik nazik fovea üzərindəki qəfləti traksiya və göz almasının qüvvətli ekvatorial dartılmasıdır [17].
24
2017/3 (25)
ORİJİNAL MƏQALƏLƏR
Gass idiopatik makulyar yırtıqların patogenezə və biomikroskopik müayinəyə əsaslanan təsnifatını vermişdir
[11]. Lakin, ədəbiyyatda travmatik makulyar yırtıqların təsnifatının olmadığına əsalanaraq, biz öz tətqiqatımızda
Gassın idiopatik makulyar yırtıqlar üçün təsnifatından istifadə etmiş və xəstələrimizdə yırtığın mərhəhələrinin
differensiasiyasını göstərmişik. Buna əlavə olaraq OKT müayinəsində yırtıq kənarlarının minimum daxili diameti
də hər bir mərhələnin təsnifatında nəzərə alınmışdır.
Jingjing Huang və əməkdaşları OKT-də morfoloji dəyişikliklərə əsaslanaraq travmatik makulyar yırtıqları 5
tipə ayırmışlar [18]. Biz müayinə etdiyimiz xəstələrdə bu 5 tipdən 4-ünə rast gəlmişik. Belə ki,bu təsnifata əsasən:
•
1-ci tip travmatik makulyar yırtıqlar zamanı OKT müayinəsində yırtıq kənarlarının hər ikisində
neyrosensor retinada kistoz dəyişikliklər müşahidə edilir. Bizim tədqiq etdiyimiz 10 xəstədən yalnız
birində (10%) bu tip yırtıq rast gəlinir (Şək. 1a.)
•
2-ci tip travmatik makulyar yırtıq zamanı OKT müayinəsində yırtıq kənarlarının yalnız birində
neyrosensor torlu qişada kistoz ödem müşahidə edilir. Bizim müayinə etdiyimiz 10 xəstədən üçündə
(30%) bu tip yırtığa rast gəlinir (Şək. 1b.)
Şək. 1. Travmatik makulyar yırtığın tipləri: 1a. 1-ci tip travmatik makulyar yırtıq;
1b. 2-ci tip travmatik makulyar yırtıq
•
3-cü tip travmatik makulyar yırtıq zamanı OKT müayinəsində tam qat torlu qişa defekti ödem olmadan
mövcuddur. Biz öz müşahidəmizdə 2 xəstədə (20%) bunu aşkar etdik (Şək. 2a.)
•
4-cü tip travmatik makulyar yırtıq zamanı OKT müayinəsində yırtıq kənarlarında kistoz ödem olmadan
lokal torlu qişa qopması müşahidə edilir. Müayinə etdiyimiz 10 xəstədən 4-də (40%) bu tip yırtıq
aşkarlanmışdır (Şək. 2b.)
Şək.2.Travmatik makulyar yırtığın tipləri: 2a.3-cü tip travmatik makulyar yırtıq;
2b.4-cü tip travmatik makulyar yırtıq
Müayinə etdiyimiz xəstələrdən ikisində sonrakı ardıcıl müayinələrdə travmatik makulyar yırtığın spontan
olaraq bağlandığı müşahidə edilmişdir. Lakin həmin xəstələrdə yırtığın bağlanmasına baxmayaraq görmə itiliyi
artmamışdır. Belə ki, OKT müayinəsi göstərdi ki xəstələrdə yırtıq tam bağlansa da torlu qişanın xarici qatları,
xüsusən də ellipsoid zona pozulmuşdur və foveola nazilmişdir.
Yekun
Aparılan tədqiqat travmatik makulyar yırtıqlar zamanı OKT əhəmiyyətli və əvəzedilməz bir müayinə
üsulu olduğunu və travmatik makulyar yırtıqlar zamanı oftalmoskopik görünməsi mümkün olmayan ən kiçik
dəyişiklikləri aşkarlamağa imkan verdiyini göstərmişdir. OKT müayinəsi vasitəsilə travmatik makulyar yırtıqların
25
2017/3 (25)
ORİJİNAL MƏQALƏLƏR
xüsusiyyətləri müəyyən edilmişdir. Həmçinin, OKT bizə travmatik makulyar yırtıqların heç bir müdaxilə olmadan
təbii gedişatını izləməyə və gələcəkdə bu patologiya zamanı terapevtik və ya cərrahi yanaşma kimi fərqli müalicə
taktikasının seçilməsinə imkan verir.
ƏDƏBİYYAT:
1.
Smiddy W.E. Atypical presentations of macular holes // Arch. Ophthalmol., 1993, v.111, p.626–631.
2.
Kokame G.T. Early stage of macular hole in a severely myopic eye //Am. J. Ophthalmol., 1995, v.119, p.
240–242.
3.
Kuhn F., Morris R., Mester V., Witherspoon C.D. Internal limiting membrane removal for traumatic
macular holes // Ophthal. Surg. Lasers, 2001, v.32, p.308–315.
4.
Aaberg T.M. Macular holes: a review // Surv. Ophthalmol., 1970, v.15, p.139–162.
5.
Duke-Elder S. System of ophthalmology // Injuries. Henry Kimpton: London, 1972, v.14, p.169–171.
6.
Yokotsuka K., Kishi S., Tobe K. et al. Clinical features of traumatic macular hole // Jpn. J. Clin.
Ophthalmol., 1991, v.45, p.1121–1124.
7.
Gass J.D. Stereoscopic Atlas of Macular Diseases: Diagnosis and Treatment / 4th ed. Mosby, St. Louis,
1997, p.2–744.
8.
Chuang L.H., Lai C.C., Yang K.J. et all. A traumatic macular hole secondary to a high-energy Nd:YAG
laser // Ophthal. Surg. Lasers, 2001, v.32, p.73–76.
9.
Arevalo J.F., Sanchez J.G., Costa R.A. et all. Optical coherence tomography characteristics of full-
thickness traumatic macular holes // Eye, 2008, v.22, p.1436–1441
10. Huang J., Liu X., Wu Z. et all. Classification of full-thickness traumatic macular holes by optical
coherence tomography // Retina, 2009, v.29, p.340–348
11.
Gass J.D. Stereoscopic Atlas of Macular Diseases: Diagnosis and Treatment / 4th ed. Mosby, St. Louis,
1997, p.904–937.
12. Schepens C.L. Changes caused by alterations of the vitreous body // Am. J. Ophthalmol., 1955, v.39,
p.631–633.
13. Rumelt S., Karatas M., Ophir A. Potential applications of optical coherence tomography in posterior
segment trauma // Ophthal. Surg. Lasers Imaging, 2005, v.36, p.315–322.
14. Yanagiya N., Akiba J., Takahashi M., Shimizu A., et all. Clinical characteristics of traumatic macularholes
// Jpn. J. Ophthalmol., 1996, v.40, p.544–547.
15. Yamashita T., Uemara A., Uchino E., et al. Spontaneous closure of traumatic macular hole // Am. J.
Ophthalmol., 2002, v.133, p.230–235.
16. Delori F., Pomerantzeff O., Cox M.S. Deformation of the globe under high-speed impact: its relation to
contusion injuries // Invest. Ophthalmol., 1969, v.8, p.290–301.
17. Kuhn F., Morris R., Mester V., et al. Internal limiting membrane removal for traumatic macular holes //
Ophthalmic. Surg. Lasers, 2001, vol.32, p.308–315.
18. Jingjing H., Xing L., Ziqiang W. et all. Classification of full-thickness traumatic macular holes by optical
coherence tomography // Retina, 2009, №29, v.3. p.340-348.
19. Kərimov. M.İ., Hacıyev R.V., Əliyev X.D. və b. Vitreofoveolyar traksiyanin spontan ayrilmasi (kliniki
hal) // Oftalmologiya jurnalı, Bakı, 2017, №2, s.85-89.
20. Əliyev X.D., Abdullayeva E.Ə., Kazımova B.X. Spektral optik koherent tomoqrafiya göstəriciləri
əsasinda vitreomakulyar interfeysdə olan patoloji proseslərin inkişaf dinamikasi // Oftalmologiya jurnalı,
Bakı, 2015, №17, s.9-15.
Керимов М.И., Алиев Х.Д., Алиева Т.А.
ОСОБЕННОСТИ ОПТИЧЕСКОЙ КОГЕРЕНТНОЙ ТОМОГРАФИИ ПРИ
ТРАВМАТИЧЕСКОМ МАКУЛЯРНОМ РАЗРЫВЕ
Национальный Центр Офтальмологии имени акад. Зарифы Алиевой, г.Баку, Азербайджан
26
2017/3 (25)
ORİJİNAL MƏQALƏLƏR
Ключевые слова: травматический макулярный разрыв, оптическая когерентная томография
РЕЗЮМЕ
Цель - оценка морфоструктурных изменений при травматических макулярных разрывах с помощью
оптической когерентной томографии (ОКТ).
Материал и методы
Были использованы результаты обследования 10 глаз 10 пациентов с травматическим макулярным раз-
рывом. У каждого пациента выявляли следующие признаки: форма края разрыва по отношению к пиг-
ментному эпителию сетчатки; наличие эпиретинальной мембраны, тангенциальной и витреомакулярной
тракции, нерефлекторных полостей в краях разрыва, утолщение сетчатки вокруг разрыва, а также нали-
чие слабых рефлекторных полостей под слоем нейросетчатки. С помощью ОКТ измерялись минимальный
внутренний и максимальный наружный диаметры разрыва.
Результаты
Причиной формирования разрыва у всех пациентов была тупая травма глаза. Макулярный разрыв был
сформирован после травмы в течение 7 месяцев у семи пациентов и через 12 месяцев у трех пациентов. У
пяти пациентов была диагностирована третья степень макулярного разрыва, у 3-х пациентов - вторая, а у
двух остальных – четвертая и пятая. Биомикроскопическое исследование показало, что у восьми пациен-
тов макулярный разрыв был круглой формы, а у двух других - эллипсоидной. На ОКТ у всех пациентов был
выявлен полный разрыв макулы. У четырех пациентов наблюдалась эпиретинальная мембрана, у одного
интраретинальный отек, у двух субретинальная серозная жидкость, а у пяти кистозный отек вокруг раз-
рыва. Минимальный внутренний диаметр разрыва составил 518 мкм, максимальный - 1448 мкм. У одного
из пациентов был выявлен 1-й тип травматического макулярного разрыва, у трех - 2-й, у двух - 3-й, а у
четырех -4-й.
Заключение
Исследование показало, что ОКТ является важным и незаменимым методом при диагностике трав-
матического макулярного разрыва и позволяет выявить мельчайшие изменения, которые не могут быть
обнаружены во время офтальмоскопии. С помощью ОКТ были выявлены особенности травматического
макулярного разрыва. Кроме того, ОКТ позволяет нам контролировать естественный ход травматического
макулярного разрыва без какого-либо вмешательства и выбирать будущую тактику лечения – терапевтиче-
скую или хирургическую.
Kerimov M.I., Aliev Kh.D., Aliyeva TA
PECULIARITIES OF OPTICAL COHERENT TOMOGRAPHY IN THE
TRAUMATIC MACULAR HOLES
National Ophthalmology Center named after acad. Zarifa Aliyeva, Baku, Azerbaijan
Key words: traumatic macular hole, optical coherence tomography
SUMMARY
Aim - to evaluate morphostructural changes in traumatic macular holes by means of optical coherence
tomography (OCT).
Material and methods
The results of examination of the 10 patients (10 eye) with a traumatic macular hole were used. Each patient was
exposed to the following symptoms: the shape of the rupture edge with respect to the retinal pigment epithelium;
presence of an epiretinal membrane, tangential and vitreomacular traction, non-reflex cavities at the edges of the
rupture, thickening of the retina around the rupture, as well as the presence of weak reflex cavities beneath the
layer of neural network. With the help of OCT, the minimum internal and maximum external diameters of the hole
were measured.
27
2017/3 (25)
ORİJİNAL MƏQALƏLƏR
Results
The cause of the rupture in all patients was a blunt trauma to the eye. The macular hole was formed after a
trauma for 7 months in seven patients and in 12 months in three patients. Five patients were diagnosed with a third
degree of macular hole, in 3 patients - the second, and the other two - the fourth and fifth. A biomicroscopic study
showed that in eight patients the macular hole was of a circular shape, and in the other two - the ellipsoidal. On
OCT all patients showed a complete hole of the macula. Four patients had an epiretinal membrane, one intraurethral
edema, two subretinal serous fluid, and five cystic edema around the hole. The minimum internal diameter of the
hole was 518 microns, the maximum - 1448 microns. In one of the patients, the first type of traumatic macular hole
was detected, in the three patients the second type, in the two patients the third, and in the 4 th group.
Conclusion
The study showed that OCT is an important and indispensable method in the diagnosis of traumatic macular hole
and allows to identify the smallest changes that can not be detected during ophthalmoscopy in case of traumatic
macular hole. With the help of optical coherence tomography, traumatic macular hole features are revealed. In
addition OCT allows us to monitor the natural course of the traumatic macular holes without any intervention and
choose the future treatment tactics – therapeutic or surgical.
Korrespondensiya üçün:
Kərimov Müşfiq İsrafil oğlu, tibb üzrə fəlsəfə doktoru, akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin
şəkərli diabetin göz fəsadları bölməsinin müdiri
Əliyev Xalid Dilavər oğlu, tibb üzrə fəlsəfə doktoru, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya
Mərkəzinin vitreoretinal cərrahiyyə bölməsinin müdiri
Əliyeva Tərlan Aydın qızı, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin lazer şöbəsinin
oftalmoloqu
Ünvan: AZ 1114, Bakı şəh., Cavadxan küç., 32/15
Tel: (+99412) 569-09-07; (+99412) 569-09-47
E-mail: administrator@eye.az; www.eye.az
Dostları ilə paylaş: |