Orta aras havzasi uluslararasi sempozyumu international symposium on middle aras



Yüklə 33,35 Mb.
Pdf görüntüsü
səhifə30/335
tarix12.10.2018
ölçüsü33,35 Mb.
#73680
1   ...   26   27   28   29   30   31   32   33   ...   335

70 

ALİ HAŞİMOV 

 

 

Azərbaycan intibahının görkəmli siması, Naxçıvanlı memar 



Əcəmi Əbubəkr 

oğlu Naxçıvaninin həyatı və fəaliyyəti diqqət mərkəzinə çəkilmişdir.  

Beləliklə  Səlcuqlar  dövrünü  qələmə  alan  tarixi  nəsr  nümunələrində 

ümumtürk  tarixinin  ən  güclü  imperiyalarından  olan  Səlcuqlar  dövlətinin 

yaranması,  formalaşması  və  təsir  dairəsi  kimi  problemlərdən  ədəbi-tarixi 

müstəvidə bəhs olunmuşdur.  




 

S

ƏLCUQLAR DÖVRÜNDƏN BƏHS EDƏN TARİXİ ROMANLARDA 



TARİX V

Ə MÜASİRLİK PROBLEMİ 

71 

 

Min  illik  ortaq  türk  dövlətçilik  tarixində  Səlcuqlar  dövlətinin 



özünəməxsus rolu və yeri vardır. Uzun illər boyu dünya tarixində silinməz 

izlər qoymuş türk  imperiyaları zəngin dövlətçilik təcrübəsi, ulu  mədəniyyət 

və  möhtəşəm  dövlətçilik  ənənələri  formalaşdırmışdır.  Bu  mənada  Səlcuqlar 

dövlətinin  yeri  və  tarixdəki  missiyası  da  fərqlidir.  Mövcudiyyəti  dövründə 

Səlcuqlar dövləti ortaq türk mədəniyyətinə, dövlətçilik dəyərlərinə, rəhbərlik 

etdikləri  xalqların  milli  dəyərlərinə,  mənəvi  sərvətlərinə,  ədəbiyyat  və 

sənətlərinə böyük diqqət göstərmişlər. Bu səbəbdəndir ki, Səlcuqlar dövlətinin 

tarixi, mədəniyyəti, ədəbiyyatı diqqət mərkəzində olmuş, fərqli istiqamətlərdə 

öyrənilmişdir.  

Azərbaycan tarixşünaslığında olduğu kimi, ədəbiyyatımızda da Səlcuqlar 

dövlətinin  hakimiyyəti  illərində  Azərbaycanın  iqtisadi-siyasi,  ədəbi-mədəni 

inkişafı, daxili və xarici siyasətinin öyrəniləmsi diqqət mərkəzində olmuşdur. 

Bu istiqamətdə XX əsrdə daha çox işlər görülmüşdür. Səlcuqlar dövləti, eyni 

zamanda Azərbaycan tarixini öyrənən elmi əsərlərlə yanaşı ədəbi əsərlərdə də 

dövrün tarixi mənlərə uyğun şəkildə qələmə alınmışdır.  

Əvvəlcə Səlcuqlar kim idi, bölgədə hansı yerə sahib idilər sualı ətrafında 

düşünək. Orta Asiyadan Aralıq dənizinə, Dərbənddən İran körfəzinə uzanan 

(1037-1157)  Səlcuqlar  dövlətinin  formalaşması  nəticəsində  türkçülük 

düşüncəsi,  dövlətçilik  təcrübəsi  Qafqazda  və  Ön  Asiyada  ənənvi  model 

yaratdı.  Yenicə  formalaşan  islami  dəyərlərin  möhkəmlənməsi,  xalq 

kütlələrinin  düşüncəsində,  mədəniyyətində  əhəmiyyətli  təsir  faktoruna 

çevrilməsi prosesi də tarix olaraq Səlcuqlar dövrü ilə sıx bağlıdır. Yaxın və 

orta Şərqin, eyni zamanda Qafqazın taleyində Səlcuqlar dövləti spesifik yerə 

malikdir.  Eyni  zamanda  Səlcuqların  Azərbaycan  gəlişi  ilə  Oğuz  türklərinin 

Azərbaycan 

torpaqlarında 

yaşaması 

və 


dövlətçilik 

ənənələrini 

möhkəmlətməsində  yeni  mərhələ  başlandı.  Eyni  kökdən  olub  eyni  dildə 

danışan,  eyni  inanca  sahib  olan  xalqların  ortaq  mədəniyyətinin 

formalaşmasında  da  bu  dövr  əhəmiyyətlidir  ona  görə  ki,  az  sonra  yaranan 

Azərbaycan Atabəylər dövlətinin də dövlətçilik və digər məsələlərdə dayağı 

rolunu müəyyən mənada Səlcuqlar dövləti təşkil edirdi. Bu təsir mədəniyyət, 

ədəbiyyat sahəsində də hiss olunmaqda idi. Belə ki, bir müddət ərəblərin təsiri 

altında  formalaşan,  elə  ərəb  dilində  yaranan  ədəbiyyat  bu  dönəmdən  sonra 

farslaşmağa başlasa da qısa zaman sonra Azərbaycan dilində də ədəbiyyatın 

yaranmasına  səbəb  oldu.  Azərbaycan  dili  bu  dövrlərdə  Cənubi  Qafqazda, 



72 

ALİ HAŞİMOV 

 

 

Azərbaycan  torpaqlarında  geniş  işləklik  qazandı.  Səlcuqlar  dövlətindən 



sütunları  üzərində  formalaşan  Azərbaycan  Atabəylər  dövləti  (1136-1225) 

Azərbaycan  türklərinin  qədim  və  zəngin  dövlətçilik  ənənələrini  yenidən 

dirçəldib yeni mərhələyə çatdırdı. Eldənizlərin hökmranlığı dönəmində bütün 

Azərbaycan  torpaqları  vahid  idarəçilik  sistemində  birləşdirilməsi  iqtisadi-

siyasi, ədəbi-mədəni sahələrdə böyük inkişafa təkan verdi, sənətkarlıq, ticarət 

sahələrində  olduğu  kimi  ədəbiyyat  da  güclü  inkişaf  mərhələsinə-intibah 

dövrünə  qədəm  qoydu.  Azərbaycan  intibahı  Xaqani,  Nizami, 

Əcəmi 


dühalarını formalaşdırdı.  

Tariximizin  IX-XII  əsrlər  dövrü  XX  əsr  Azərbaycan  şeirində, 

dramaturgiyasında  olduğu  kimi,  nəsrində  də  geniş  şəkildə  öz  əksini  tapdı. 

Azərbaycan tarixi nəsrinin görkəmli nümayəndələrindən olan Məmməd Səid 

Ordubadinin “qılınc və qələm”, Oqtay Salamzadənin “

Əsrlərin sirri”, Hüseyn 

İbrahimovun “

Əsrin onda biri”, Əzizə Cəfərzadənin “Cəlaliyyə” əsərlərində 

Səlcuqlar və Atabəylər dövrü Azərbaycan tarixi geniş şəkildə, tarixi reallıqları 

ilə  canlandırıldı.  Bəhs  etdiyimiz  tarixi  mövzulu  nəsr  nümunələrinə  nəzər 

saldıqda  görünür  ki,  qələm  sahibləri  eyni  zamanda  Səlcuqlar  dövrünün 

dövlətçilik  ənənələrini,  mədəniyyətini,  ədəbiyyatını,  adət-ənənələrini 

mükəmməl şəkildə öyrənmiş, bu əsərləri tarixçi məntiqi, yazar həsaslığı və 

vicdanı ilə qələmə almışlar.  

Oqtay  Salamzadənin  “

Əsrlərin  sirri”  romanı  “Gəncə  qapısı”, 

“Peyğəmbərin adaşı” və “Qızıl şir dəfinəsi” adlı üç hissədən ibarətdir. 

Əsər 


Səlcuqlu sultanı Məlikşahın Azərbaycan torpaqlarına yürüşü ilə başlayır, dahi 

şair Nizami Gəncəvinin həyatı və yaradıcılığı fonunda inkişaf edir. Atabəylər 

dövlətinin keçdiyi tarixi yol əsərdə müvafiq mənbələrə dayanaraq izlənmiş, 

dövlətin zəifləməsi prosesi, Xarəzmşah Cəlaləddinin Azərbaycana yürüşü və 

hakimiyyətinin  sonlanması  ilə  bitmişdir. 

Əsər  təxminən  300  illik  bir  tarixi 

dövrü əhatə edir, ədəbi-mədəni, ictimai-siyasi mühitin salnaməsini əhatə edir.  

Romanın ilk bölmələrindən başlayaraq Nizamin Gəncəvinin ulu babaları, 

Gəncədəki nufuzları kimi məsələləri diqqət mərkəzinə çəkməklə yazıçı sanki 

Nizaminin  sonrakı  taleyinə  zəmin  hazırlayır.  Sonraki  bölmələrdə  dahi 

Nizaminin  böyüdüyü  mühit,  təhsil  illəri,  Gəncədə,  Azərbaycanda,  Yaxın 

Şərqdə  “Söz  mülkünün  sultanı”  kimi  geniş  şöhrət  qazanması,  ona  dünya 

şöhrəti  gətirən  poemalarının,  şeirlərinin  yazılması  prosesindən  həssaslıqla 



Yüklə 33,35 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   335




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə