Orxan pamuk məNİm adim qirmizi



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə19/191
tarix26.08.2018
ölçüsü3,5 Mb.
#64707
1   ...   15   16   17   18   19   20   21   22   ...   191

 

 

81 



 

açıq  pəncərə  qabağında  görsəydi,  yaxud  Qara  at 

belində qayıdıb qarĢımdan keçsəydi, nə deyəcəkləri 

vecimə  deyildi.  Həftədə  bir  kərə  gülə-oynaya 

hamama  getdiyim  Zivər  paĢanın  qızlarından  –  o 

həm elə hey gülən, əylənən, həm də ən gözlənilməz 

vaxtda ən heyrətamiz söhbət eləyəni idi – Məsrurə 

bir dəfə  mənə  demiĢdi ki,  insanın özü  heç  vaxt  nə 



barədə  fikirləşdiyini  əməlli-başlı  bilmir.  Mən  belə 

düĢünürəm:  bəzən  bir  Ģey  deyirəm,  onu 

fikirləĢdiyimi  deyəndə  baĢa  düĢürəm,  amma  baĢa 

düĢdüyüm  vaxt  tamamilə  əksi  barədə  əminliklə 

düĢünürəm.  

        Atamın 

evə  çağırdığı,  hamısını  bir-bir 

sınadığımı  sizdən  gizlətməyəcəyim  nəqqaĢlardan 

yazıq  Zərif  əfəndinin  ərim  kimi  yoxa  çıxmasına 

kədərləndim.  NəqqaĢların  arasında  ən  yaramaz  və 

yoxsul  ruhlusu  da  o  idi.  Pərdəni  örtdüm,  otaqdan 

çıxıb aĢağı, mətbəxə endim. 

        «Ana,  ġövkət  sənə  qulaq  asmadı»,  –  Orxan 

dedi.  «Qara  axurdan  atını  çıxaranda  mətbəxdən 

çıxıb deĢikdən ona baxdı».  

        «Nə  olsun!»  –  ġövkət  əlini  havaya  qaldırıb 

dedi.  «Anam  da  ona  dolabın  içindəki  deĢikdən 

tamaĢa eləyirdi». 

        «Xeyriyyə»,  –  dedim.  «AxĢama  bunlara 

badam  əzərsən,  azacıq  yağda  Ģirin  çörək 

qızardarsan». 

downloaded from KitabYurdu.org




 

 

82 



 

         Orxan  ayağını  yerə  vurub  sevindisə,  ġövkət 

heç  səsini  çıxarmadı.  Pilləkənlərlə  yuxarı  qalxan 

vaxt  ikisi  də  qıĢqıra-qıĢqıra  arxamdan  çatıb 

qəhqəhəli  nəĢəylə  yanımdan  keçəndə  mən  də 

qəhqəhə çəkə-çəkə: «YavaĢ, yavaĢ, – dedim, – kor 

olmuĢlar». Bir-bir zərif kürəklərinə ləzzətli yumruq 

endirdim. 

         «AxĢamüstü  evdə  uĢaqlarla  olmaq  nə  qədər 

gözəldi!»    Atam  dinməzcə  fikrini  kitabına 

yönəltmiĢdi. 

         «Qonağınız  getdi»,  –  dedim.  «Ümidvaram, 

sizi yormayıb».  

         «Yox,  –  dedi,  –  məni  əyləndirdi.  HəmiĢə 

olduğu kimi əniĢtəsinə hörməti var». 

         «Çox gözəl». 

         «Amma həm də ehtiyatlı və sərhesabdı». 

         Bunu mənim etirazımı ölçməkdən çox, Qaranı 

alçaldan  tərzdə  mövzuya  son  qoymaq  üçün 

demiĢdi.  BaĢqa  vaxt  olsaydı,  iti  dilimlə  cavab 

verərdim. Bu dəfə hələ atının belində getdiyini hiss 

elədiyim o adam barədə fikirləĢib titrədim. 

        Sonra  dolablı  otaqda  necə  oldu,  bilmirəm, 

gördük  ki,  Orxanla  bir-birimizi  qucaqlamıĢıq. 

ġövkət  də  cumdu,  bir  anlığa  aralarında  itələĢdilər. 

DalaĢdıqlarını  güman  elədiyim  vaxt  bir  də  baxdıq 

ki,  döĢəməyə  yuvarlanmıĢıq.  Onları  it  küçükləri 

kimi  əzizlədim,  baĢlarının  arxasından,  saçlarından 

downloaded from KitabYurdu.org



 

 

83 



 

öpdüm,  sinəmə  basdım,  ağırlıqlarını  döĢlərimin 

üstündə hiss elədim.  

        «Hınnn»,  –  dedim.  «Saçlarınız  iy  verir,  sabah 

Xeyriyyəylə hamama gedərsiniz». 

        «Mən  artıq  Xeyriyyəylə  hamama  getmək 

istəmirəm», – ġövkət dilləndi. 

        «Çoxmu böyüyübsən», – dedim. 

        «Ana,  niyə  bu  gözəl  bənövĢəyi  köynəyini 

geydin?» – ġövkət soruĢdu. 

        Ġçəri  otağa  getdim,  bənövĢəyi  köynəyi 

soyundum.  HəmiĢə  geydiyim  solğun  yaĢıl  rəngli 

köynəyi  əynimə  keçirdim.  Geyinəndə  üĢüdüm, 

titrədim,  amma  bədənimin  od  kimi  olduğunu, 

üstəlik  gövdəmin  canlılığını, diriliyini  hiss  elədim. 

Yanaqlarımda  bir  parça  allıq  vardı,  uĢaqlarla 

itələĢib-öpüĢəndə  silinib  dağılmıĢdı,  amma  onu  da 

tüpürüb,  ovcumun  içiylə  əməlli-baĢlı  yaydım. 

Bilirsinizmi, 

yaxın 


qohumlar, 

hamamda 


rastlaĢdığım  qadınlar  məni  görən  kimi  deyir  ki, 

iyirmi  dörd  yaĢında  ikiuĢaqlı,  vaxtı  ötmüĢ  qadın 

yox,  on  altı  yaĢlı  gənc  qıza  oxĢayıram.  Ġstəyirəm 

onlara  inanasınız.  Siz  də  inanasınız,  baĢa 

düĢdünüzmü? Yoxsa heç nə  danıĢmayacağam.  

         Sizinlə 

söhbətimizi  yaddan  çıxarmayın. 

Atamın  kitablarındakı  rəsmlərə  neçə  illərdi  baxır, 

aralarında  ancaq  qadınları,  gözəlləri  axtarıram. 

Seyrək də olsa, belələri var: həyalı, utancaq, adətən, 

downloaded from KitabYurdu.org



 

 

84 



 

qabaqlarına, ən çox üzr diləyən sayaq bir-birilərinə 

baxırlar.  KiĢilər,  savaĢçılar  və  padĢahlar  kimi 

baĢlarını  qaldırıb  dimdik  dünyaya  baxdıqlarını  heç 

görməzsən.  Amma  tələsik  naxıĢlanmıĢ  ucuz 

kitablarda  rəssamın  diqqətsizliyi  üzündən  bəzi 

qadınların gözləri yerə, hətta rəsmin içindəki baĢqa 

bir Ģeyə, deyək ki, qədəhə, sevgiliyə də baxmır, düz 

oxucuya  baxır.  Hey  baxdıqları  o  oxucunun  kim 

olduğunu fikirləĢirəm. 

         Lap  Teymur  zamanından  qalma  ikiyüzillik 

kitablarla,  həvəskar  gavurların  qızılları  verib  düz 

məmləkətlərinəcən  aparıb  çıxardıqları  cildləri 

yadıma  düĢəndə  titrəyirəm:  bəlkə  mənim  bu 

hekayəmi  elə  o  uzaqlardakı  adam  bir  gün 

dinləyəcək.  Kitablara  köçmək  istəyi  bu  deyilmi, 

bütün  padĢahlar,  vəzirlər  özlərindən  danıĢan, 

özlərindən  bəhs  eləyən  kitabları  yazanlara  kisələr 

dolu qızılı bu titrəyiĢ üçün vermirlərmi? Bu titrəyiĢi 

öz içimdə duyanda mən də eynilə bir gözü kitabın 

içindəki həyata, bir gözü də kitabın eĢiyinə baxan o 

gözəl  qadınlar  kimi  mənə,  kim  bilir,  daha  hansı 

yerdən  və  zamandan  tamaĢa  eləyən  sizlərlə  də 

söhbət  eləmək  istərdim.  Mən  gözələm,  ağıllıyam, 

mənə tamaĢa eləməyiniz də xoĢuma gəlir. Aradabir 

bir-iki  yalan  söyləsəm  də,  bu,  mənim  haqqımda 

səhv fikrə düĢməməyinizə görədir. 

downloaded from KitabYurdu.org




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə